Məhkəmə qərarları › İş №1(102)-957/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-957/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-957/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) 28 avqust 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cin ayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçiləri Qədimov Cavid Əbdürrəhman oğlu və Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 05 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edil məmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından məhkumun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədilə əldə etdiyi bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroini yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evində gizlədərək satış məqsədilə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin qarşısında Şahid1 1000 (min) manata satmış, həmin çəkidə olan 1 kiloqram 125,87 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana xx.xx.2020-ci ildə saat 10:45 radələrində Şahid1 məxsus avtomobildən aşkar olunaraq götürülmüş və xx.xx.2020-ci ildə saat 11:35 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsində saxlanılaraq Mingəçevir ŞPŞyə gətirildikdən sonra xx.xx.2020-ci ildə saat 13:30-dan 14:00-dək olan müddət ərzin də yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahəsində yerləşən sanitar qovşağında olan su qızdırıcısının içərisində qəsdən satış məqsədilə saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü Azərb aycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Avtomobildə aşkar olunaraq götürülmüş narkotik vasitənin AR CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradacaq qədər olması ilə razı deyil. Aşkar edilmiş narkotik vasitələrin külli miqdarda olmadığını bildirir. Bu barədə hər hansı sübut yoxdur. Bundan başqa, məhkəmə prossesində iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində görüşmüş, həmin vaxt özünə marixuana lazım olduğunu Vaqifə bildirmiş və Vaqif də ona narkotik vasitə marixuana tapa biləcəyini bildimişdir. Daha sonra onlar 450 qram marixuana üçün 1000 manat pul müqabilində razılaşmışlar və Vaqif gedib narkotik vasitə tapıb gətirmiş, ona vermişdir. Vaqifdən aldığı sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuş, həmçinin həmin qurudulmuş marixuanadan az bir hissəsini götürüb kibrit qutusuna doldurub cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. Qalanını isə gələcəkdə istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Daha sonra Vaqif ondan ayrılmış, onun hara getdiyini bilməmişdir. Bir müddət sonra polisər onu saxlamış, avtomobilə qoyduğu narkotik vasitənin olduğu sellofan torba, həmçinin həmin torbanın içərisində olan və üzərinə “X11” yazısı yazılmış elektron tərəzi də aşkar edilmişdir. Onun Vaqifdən aldığı narkotik vasitə 450 qram olmuş, qalan narkotik vasitəni polis əməkdaşları onun avtomobilinə qoymuşlar. Odur ki, göstərilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin qərarını də yişdirməklə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, əməlin tövsifində səhvə yol verilmədiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual M əcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəm əsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələr ə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətini təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkə n məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əmə linin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göst ərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublika sının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında qurudulmuş marixuananın 500 qramdan yuxarı aşkar olunması külli miqdar...... hesab olunur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi həmin məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin küllü miqdarda törədilməsini özündə ehtiva edir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitələrin külli miqdarda satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, ibtidai istintaq zam anı məhkum Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, “görüş zamanı Vüqar ona narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş edərək pulunu verəcəyini demişdir. O da onda narkotik vasitə olmasını və 1000 manata satmasını bildirmiş, Yevlax şəhərinə gələrək narkotik vasitəni ona verib 1000 manatı almışdır. Narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. Vüqar ondan marixuananın çəkisinin nə qədər olduğunu və onu neçəyə satdığını soruşduqda onun çəkisini dəqiq bilmədiyini, ancaq bir sellofan ağzına qədər dolu olduğunu, həmin sellofanı min manata satdığını bildirmişdir”. Həmçinin, ibtidai istintaq zamanı Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, “Vaqiflə razılaşmış və Vaqiflə birlikdə özünə məxsus VAZ 21011 markalı avtomobillə Yevlax şəhərinə saat 23 radələri ndə Vaqifin yaşadığı evə çatmışlar. Vaqif evə keçib, bir müddət sonra əlində qırmızı rəngdə olan sellofan torba ilə çıxaraq həmin torbanı ona vermiş, içində narkotik vasitə - qurudulmuş marixuananın olduğunu demişdir. Vaqifdən alacağı narkotik vasitə marixuananın çəkisini dəqiq bilməkdən ötrü evdən özü ilə elektron tərəzi də götürmüş, ancaq tərəzini işlədə bilmədiyindən onu çəkə bilməmiş, ona görə də, tərəzini narkotik vasitə marixuana olan sellofan torbanın içinə qoymuş və narkotik vasitəyə görə Vaqifə 1000 manat vermiş, daha sonra isə sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuşdur”. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə müəyyən edilmişdir ki, Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1 kiloqram 125,87 qram olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən evin yaxınlığında 1000 manata alaraq qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 5,87 qram hissəsini bir ədəd kibrit qutusunun içərisinə dolduraraq əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, qalan təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımışdır. Həmç inin, iş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 16 mart 2020-ci il tarixli qərardan görünür ki, məhz həmin məhkəmə baxışında təqsirləndirilən şəxs ittihamda göstərilən cinayət əməlini törətdiyini səmimi etiraf etmiş və əməlindən peşiman olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrini əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı ), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kol legiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının l əğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi İskəndərov Fuad İnqilab oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar