Məhkəmə qərarları › İş №1(102)-957/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-957/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-957/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə ş öbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1974-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müd dətinin 27 avqust 2020-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər E.İ.Xasməmmədov və İ.T.Həsənovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.Ə.Rəcəbov, hakimlər V.C.Cəfərov və R.M.Adulovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmi n edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər S.B.Hüseyov və N.T.Əliyevdən ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmay an mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 28,697 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bərdə RPŞ-nin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 06:30-da yaşadığı Bərdə şəhəri, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bərdə RPŞ-in inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli şalvarın sağ qabaq yan cibindən satış məqsədi olmadan qanunsu z olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 28,207 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümün içərisində 10 ədəd xırda kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,057 qram, 0,086 qram, 0,05 qram, 0,054 qram, 0,016 qram, 0,026 qram, 0,064 qram, 0,047 qram, 0,043 qram, 0,047 qram olmaqla ümumi təmiz çəkisi 0,49 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Bərdə şəhərində yaşadığı evin yaxınlığında saxlanılıb polis şöbəsinə gətirildikdən sonra onun üzərindən aşkar edilərək götürülmüş 1 sellofan bükümdə 28,207 qram, digər sellofan bükümün işərisində olan 10 ədəd kağız bükümlərdə 0,49 qram, ümumilkdə isə 28,697 qram (külli miqdar) təşkil etməklə şəxsi istehlak miqdarından dəfələrlə çox olan heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum əməlininin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmiş, həmin qanunsuz və əsassız nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni qanun pozuntularına yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlə rini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıd ır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini, apellyasiya instansiya məhkəməsinin isə bu nəticə ilə razılaşmaqla eyni pozuntulara yol verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin kütləsinin külli miqdar – 28,697 qram təşkil etməklə şəxsi istehlak miqdarından (0,15 qramdan) təxminən 192 dəfə, “külli miqdar”ın minimal həddindən (2 qramdan) təxminən 14,3 dəfə çox olması, habelə Məhkum elektron tərəzinin aş karlanması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin müddəa belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin əsassız olduğunu göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının müddəaları ilə müqayisə etməklə hazırki işin halları na baxdıqda görünür ki, ambulator məhkəmə-narkoloji eksprtizanın 23 noyabr 2020-ci il tarixli rəyinə görə məhkum da tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsindən törəyən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Məhkum qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı heroin məhz tiryək alkoloidlərini tərkibində saxlayan maddələrə aiddir. Eyni zamanda götürülmüş 28,697 qram heroinin külli miqdar olduğu müəyyən edilsə də, həmçinin narkotik vasitə ilə yanaşı Məhkum bir ədəd elektron tərəzi götürülsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, narkotik vasitənin Məhkum tərəfindən məhz satış üçün xırda bükümlərə qablaşdırılması müəyyən edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum narkot ik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti 27 yanvar 2022-ci il tarixli hökmdə ətraflı şəkildə təsvir və təhlil olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum məhkəməyədək icraatda verdiyi etirafedici ifadələrində belə narkotik vasitənin satışı ilə məşğul olmadığını, ondan götürülmüş heroini də bu məqsədlə əldə etmədiyini və saxlamadığını göstərmişdir. Həmçinin o, həmin ifadələrində üstündə elektron tərəzini gəzdirməsini və narkotik vasitəni xırda bükümlərə ayırmasını özünün istehlakı üçün gündəlik istifadə miqdarlarını müəyyənlə şdirmək və əvvəlcədən müvafiq miqdarlarlarda bükümləri hazırlamaq istəyi ilə izah etmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmiş, onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. "xxxx" MMC-dən daxil olmuş Məhkum istifadə etdiyi mobil telefon nömrəsinə aid məlumatlara baxışın keçirilməsinə dair 19 oktyabr 2020-ci il tarixli protokola əsasən Məhkum abonentlərlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqlar apardığını təsdiq edən məlumatlar aşkarlanmamışdır. Cinayət işinin materialları arasında olan DİN-in BMCMİ-nin 0 5 sentyabr 2020-ci il tarixli tapşırığına əsasən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən göndərilmiş 23 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair əməliyyat tapşırığı üzrə də Məhkum narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən məlumatlar əldə edilməmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görsənir ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıbqiymətləndirilmiş sübutların məcmusuna (onların gerçək məzmununa) əsaslanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hazırki iş üzrə əvvəl çıxarılmış apelyasiya instansiyası məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilib iş yeni apelyasiya baxışına qaytarıldıqdan sonra da CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edə biləcək materiallar apelyasiya instansiyası məhkəməsinə təqdim olunmamış, Məhkum narkotik vasitəni satmaq məqsədinin olub-olmaması ilə bağlı mövcud olan (bu nəticəyə münasibətdə sübutların kifayət etməməsindən törəyən) şübhə aradan qaldırılmamışdır. Bu səbəblərdən məhkəmə kollegiyası məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilməməsinə dair dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü i ddia ilə razılaşmır və müəyyən edilmiş işin faktiki hallarını, eləcə də onlara əsaslanan Məhkum cinayət əməlinin hüquqi tövsifi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin üst-üstə düşən qənaətlərini (Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya pr otestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar