Məhkəmə qərarları › İş №1(102)-957/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-957/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-957/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2113/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXX tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, X ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşamışdır. 2. 31 may 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışı na təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Məhkum, “Bəhzat” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Bəhzat” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2021-ci ilin oktyabr ayının sonlarından Bakı şəhəri ərazisində müxtəlif yerlərə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1.046,011 qram olan psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təmiz çəkisi 1.010,0 qram olan narkotik vasitə heroini əldə edib qrupun üzvü məhkumun yaşadığı X saylı mənzilinə daşıyaraq həmin psixotrop maddəni öz aralarında bölməklə saxlamış, onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 11 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvü məhkum ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9a ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BNMİ-nə gətirilib orada üzərin ə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 12,397 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən İbarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qrupun üzvü məhkumun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əlində olan qara rəngli çantasının üst cibindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən 01 ədəd bükümdə, təmiz çəkisi 28,614 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 12 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində Azərbaycan Respub likası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən məhkumun yaşadığı X saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin yataq və mətbəx otağı kimi istifadə edilən otağında yerləşən taxta konstruksiyalı dolabın alt gözünün arxasında bir ədəd sellofan torbanın içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə üzərlərindən aşkar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən, təmiz çəkisi 1.005,0 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə, təmiz çəkisi 1.010,0 qram olan, külli miqdarda, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2024 nömrəli, 05 avqust 2024-cü il tar ixli hökmü ilə Məhkumun Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının 04 (dörd) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmlə həmçinin təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün təqsirləndiri lən şəxs və Məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə daha ağır cəza təyin edilməklə və həmçinin Məhkuma aid hissədə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2113/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, Məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəaların hökmdən xaric edilməsi, Azərbaycan Respublikası CM -nin 69.3-cü maddəsinə əsasən Məhkumun 11 noyabr 2021ci il tarixdən 05 avqust 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 (iki) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətin ona təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 05 (beş) il 03 (üç) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 22 oktyabr 2024-cü il tarixdən hesablanması, hökmün Məhkuma aid qalan hissələrdə, təqsirləndirilən şəxsə münasibətdə isə bütövlükdə dəyişdirilmədən saxl anılması qərara alınmış, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkumun müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Məhkumun sağlamlıq vəziyyəti ilə əlaqədar cəzaçəkmə müəssisəsində saxlanılması məqsədəmüvafiq hesab edilmir. O, ilk dəfədir ki, məhkum olunur. 2-ci qrup əlil olmaqla 180 manat məbləğində müavinət alır. Yaşadığı ərazidə mənfi cəhətdən xarakterizə olunması barədə iş materiallarında hər hansı sübut yoxdur. Ərindən boşanmış və himayəsində 1 yetkinlik yaşına çatmamış övladı vardır. Xəstəliyi ilə əlaqədar heç yerdə işləmir və ailəsini təsadüfi gəlirlərlə saxlayı r. Apellyasiya məhkəməsi yalnız azadlıqdan məhrum etmə cəzasının cəzanın məqsədlərini təmin edəcəyi fikrinə gəlsə də, bunu əsaslandıra biləcək mötəbər dəlillər göstərə bilməmiş, yalnız əməlin xarakteri və təhlükəlilik dərəcəsi haqda şablon cümlələrdən istifadə etmiş, məhkəmə təcrübəsində bundan da ağır cinayətlərə görə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmə tətbiq edilməsi hallarının olmasına diqqət yetirməmiş, hətta, cəzanın yüngülləşdirilməsinə əsas olan kifayət qədər hallar olduğu halda, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyünü də müzakirə etməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)2113/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarını təyin edilmiş cəzanın həddindən artıq sərt olması ə sasına görə dəyişdirərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə Məhkumun cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassas iya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi Ələsgərov Şakir Çərkəz oğlu kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxım ından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2113/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstər ilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Bir ləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

23. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

24. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallar da və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

25. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, müdafiəçinin Məhkum barəsində Azərbaycan Respublika sı CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında xahişinin əsassız olduğu müəyyən edilir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmişdir, maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yü ngülləşdirən hallar olaraq himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, lakin məhkəmə-tibbi ekspertizasının rəyini nəzərə alaraq, təyin edilmiş cəzanın Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi qənaətinə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni, əsaslı və ədalətli hesab etmiş, lakin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsini qərar a almışdır. Məhkəmənin qənaətinə görə hökmdə Məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsas kimi götürülmüş xüsusatlar Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasına imkan yaratmırdı ona görə ki, məhkuma Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına uyğun olaraq təyin edilən cəza qanuni, əsaslı və ədalətli olsa da, işin konkret halları, onun şəxsiyyətini səciyyələndirən hallar, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə əsas kimi göstərilmiş məhkumun sağlamlıq durumu ilə əlaqədar cəzaçəkmə müəssisəsində saxlanılmasının məqsədəmüvafiq hesab edilməməsi barədə məhkəmə-tibbi ekspertizasının rəyinə mün asibətdə isə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, sözügedən rəy imperativ deyil, tövsiyə xarakterlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində müalicə müəssisəsi fəaliyyət göstərməkdədir və zərurət olduqda məhkumun orada səhhəti ilə əlaqədar ixtisaslaşdırılmış tibbi yardım ala bilməsi mümkündür. Penitensiar müəssisələrdə aparılması mümkün olmayan müayinə və müalicələrin isə dövlət və özəl tibb müəssisələrində həyata keçirilməsi də nəzərdə tutulur.

29. Apellyasiya instansiyası məhkəməsinin təsviri verilən mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, mahiyyət etibarı ilə kassasiya şikayətində bu mövqeyə əsaslanan qərarı təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədə n məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkumun cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) yol verən hallar kimi qiymətləndirmək üçün əsas aşkar edilmir.

30. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etməklə, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində əksini tapan, cinayət əməli törətmiş şəxslərə tətbiq edilən cəza üzə tələblərə tam riayət etmişdir.

31. Bu nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qayda da təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

33. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkumun müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2113/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkumun müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2113/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar