Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-958/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Nizami Fərzi oğlu, hakimlər Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) xx xxxxx 1995-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmış, işləməyən, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 (on iki) il 6 (altı ) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin may ayının əvvəllərində vahid niyyətlə əhatə olunan qəsdlə yetkinlik yaşına çatmayan xx xxxxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 ailəsinin maddi baxımdan imkanının olmasını qabaqcadan bilib, sonuncunu döyəcəyi ilə hədələyərək ondan pul və qiymətli qızıl-zinət əşyalarını gətirməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 ona zor tətbiq olunacağından qorxub, 08 may 2016-cı il tarixdə atası və anası ilə birgə yaşadığı ünvan 1 ünvanında yerləşən evlərindən götürdüyü anası Zərərçəkmiş şəxs1 məxsus içərisində həmin dövr üçün məzənnə ilə 9362 manat olan 6200 ABŞ dolları və həmin dövr üçün məzənnə ilə 172 manat 20 qəpik olan 100 AVRO pul olan konverti sonuncudan qəbul etmiş, Zərərçəkmiş şəxs2 döyüləcəyindən qorxaraq yaşadığı evdən götürdüyü anası Zərərçəkmiş şəxs1 məxsus və sonuncunun qiymətləndirdiyi ümumi dəyəri 27000 manat təşkil edən içərisində 2 ədəd brilliant qaşlı komplekt, 5 ədəd brilliant qaşlı üzüklər, 1 ədəd brilliant qaşlı qolbaq, 1 ədəd brilliant qaşlı qol saatı, 1 ədəd brilliant qaşlı kulon, 1 ədəd qızıl qolbaq, 1 ədəd ağ qızıldan olan boyunbağı, 5 ədəd müxtəlif ölçülü qızıl boyunbağı, 1 ədəd firuzə qaşlı üzük, 2 ədəd yaqut qaşlı üzük, 1 ədəd naxışlı üzük, 1 ədəd kişiyə məxsus qızıl üzük, bir neçə ədəd kiçik ölçülü kulon, 2 ədəd quran qablı kulon, 1 cüt kəpənək sırğa, 1 cüt yaqut qaşlı sırğa, 1 cüt at nalı for masında sırğa, 1 ədəd yaqut qaşlı kulon, 5 ədəd qızıl diş, 1 ədəd qızıl komplekt, 1 ədəd 1 qaşı düşmüş qızıl nişan üzüyü, 1 ədəd tək lay sırğa, 1 cüt çəhrayı muncuqlarla qızıl sırğa olan qızıl-zinət əşyaları ilə dolu olan torbanı Şirvan şəhərində yerləşən Musiqi məktəbinin yaxınlığında sonuncudan götürərək, Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə 36534 manat 20 qəpik, yəni külli miqdarda ziyan vurmuşdur. Hökmdən Məhkum və müdafiəçisi R.Q.Qurbanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov İsmayıl Həmid oğlu, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 19 dekabr 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017- ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilmiş və o, CM-nin həmin maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır, apellyasiya şikayəti qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə onun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə təqsirli bilindiyi CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsi və ya CM-nin 70-ci maddəsini tətbiq etməklə apellyasiya məhkəməsinin qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 19 dekabr 2017-ci il tarixli qərarı ilə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən CM-nin 182.2.4-cü maddəsinə tövsif etmiş, lakin ona ədalətli cəza təyin etməmişdir. Belə ki, məhkəmə cəza təyini zamanı onun cavan olmasını, təzə ailə qurmasını, uzunsürən xəstəlikdən əziyyət çəkməsini, eyni zamanda ailə üzvlərindən anasının xəstə olmasını, yaşadığı yerdən müsbət x arakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Odur ki, kassas iya şikayətinin təmin edilməsini və barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə təqsirli bilindiyi CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza təyin edilməsi və ya CM-nin 70-ci maddəsini tətbiq etməklə apellyasiya məhkəməsinin qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkum daha sonra kassasiya şikayətinə əlavə verərək həmin şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir, apellyasiya məhkəməsi tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir, CM-nin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əmə lini törətməsini etiraf etməmişdir, cinayət işinin məhkəmə baxışı mərhələlərində onun bu cinayəti törətməsini sübut edən hər hansı bir sübut toplanmamışdır. Birinci instansiya məhkəməsi öz hökmünü, apellyasiya məhkəməsi isə qərarını məhkəmə istintaqı zamanı toplanmış sübutlarla deyil, ibtidai araşdırma zamanı toplanmış sübutlarla əsaslandırmaqla prosessual hüquq normalarını pozmuşdur. Bütün bunları nəzərə alaraq, irəli sürdüyü dəlilləri ətraflı araşdırılaraq 19 dekabr 2017-ci il tarixli apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və kasasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin və kassasiya şik ayətinə əlavənin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə qərarlarından görünür ki, Məhkum tərəfindən hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansılarına əsaslanması qərarlarda göstərmişlər. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq apellyasiya məhkəməsi tərəfindən həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş və Məhkum barəsində hökmün çıxarılmasından sonra qüvvəyə minmiş “Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə” 20 oktyabr 2017-ci il tarixli Qanuna uyğun olaraq Məhkum əməlinin tövsifini dəyişdirərək CM-nin 182.2.4-cü maddəsinə düzgün olaraq tövsif etmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən Məhkum əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən Məhkum əmə linin düzgün tövsif edilmədiyi, ədalətli cəza təyin edilmədiyi iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında Məhkum əməlinin tövsifi və ona təyin olunmuş cəza ilə ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin işə baxılarkən qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadələri, işdə olan digər sübutlarla təsdiq olunur...Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Məhkum cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son hədd inin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi işdə olan sübutları ətraflı araşdırmış, Məhkum ona istinad edilmiş əməli törətmiş olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş 177-ci ma ddəsinin qeydinin 2ci bəndinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-ci maddələrində xeyli miqdar dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, xüsusilə külli miqdar dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkum hədə-qorxu ilə tələb etməklə əldə etdiyi məbləğ 36534 manat əlli min manatdan az olmaqla xeyli miqdar sayıldığından, ona törədildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə istinad olunmuş əməl həmin maddədən 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə tövsif edilməlidir. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra keçən müddət ərzində Cinayət qanununda baş vermiş dəyişiklikləri, nəzərə alaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir.Məhkəmə kollegiyası işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra keçən müddət ərzində Cinayət qanununda baş vermiş dəyişiklikləri, nəzərə alaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Məhkum əməlinin tövsifi dəyişdiyindən ona təyin edilmiş cəzanın yüngüllə şdirilməsini mümkün hesab edir.Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə səslənən Azərbaycan Respublikası CPM-in “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdiril məsi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında apellyasiya qaydasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həy ata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 399.1.5-cı maddəsınə əsasən təyin edılmış cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilməsi üçün əsasdır. Şirvаn Аpellyаsiyа Məhkəməsinin Cinаyət Kоllegiyаsı məhkəmə istintаqı аpаrmаmаqlа cinаyət işinin mаteriаllаrını аrаşdırıb аpellyаsiyа şikаyətlərinin dəlillərini müzаkirə edərək, məhkum edilmiş şəxsin izahatını, müdafiəçilərin çıxışını, dövlət ittihаmçısının Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4cü maddəsinə tövsif edilməsi barədə rəyini dinləyərək hesаb edir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü dəyişdirilməlidir..”. Göründüyü kimi, apellyasiya məhkəməsi qanunun tələblərinə, A zərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına istinad edərək apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla qismən razılaşdığını qərarda göstərmiş, buna dair nəticəni ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzə rdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından və apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstər mişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməy ə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarından görünür ki, iş üzrə yuxarıda göstərilən normalarda nəzərdə tutulan mənada müstəsna hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Kassasiya şikayətində Məhkum həm də Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu da iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olara q ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Şikayətdə göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, şikayətin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəs i ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-958/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-958/2019
16.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver