Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-958/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: hakim X8 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) 02 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1978-ci il tarixdə Yevlax rayonunun Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü m addəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmış və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2019-cu il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilmiş, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X5 ibarət tərkibdə) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı, ədliyyə müşaviri Fuad Musayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü qismən "Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi” hissəsində ləğv edilərək həmin hissədə yeni hökm çıxarılmış, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 6 6.3cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, özünə məxsus fermanın yerləşdiyi Yevlax rayonu Qaramanlı bələdiyyəsinin balansında olan kənd təsərrüfatı təyinatlı olmayan 1,9 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmək məqsədi ilə Yevlax rayonunun Qaramanlı bələdiyyəsi ilə aralarında 15 il müddətinə bağlanmış 05 mart 2004cü il tarixli icarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2019-cu ilin mart ayının 5-dən sonrakı istint aqa məlum olmayan müddət ərzində şimal hissəsindən qərb hissəsi istiqamətində hərəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 3 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrıayrı torpaq sahəsini vahid niyyətlə mülkiyyət, istifadə və icarə hüququ olmadan becərmə aparıb özbaşına tutmuş, həmin zəbt etdiyi ərazilərdə qanunsuz olaraq çətənə bitkisinin toxumlarını əkib, 24 sentyabr 2019-cu il tarixədək olan müddətdə ümumilikdə xeyli miqdarda - 08 (səkkiz) ədəddən artıq sayda olmaqla narkotik tərkibli çətənə (kannabis) bitkilərini xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, həmçinin kultivasiya etdiyi həmin narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığıb toplamaqla satış məqsədi ilə külli miqdarda - 14765 qram çəkidə kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananın 13450 qramını qeyd edilən ərazidə, qalan 1315 qramını isə Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daşıyıb yataq otağında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin əməkdaşları ilə Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 24 sentyabr 2019-cu il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində yaşadığı Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, icazəsi və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən evin yataq otağından satış məqsədi ilə qanunsuz əldə edərək daşıyıb saxladığı beş ədəd polietilen torbada ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram və 225 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 1315 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 14:37-də Təqsirləndirilən şəxs iştirakı ilə yuxarıda qeyd olunan Yevlax rayonu Qaramanlı bələdiyyəsinə məxsus olan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu pozmaqla özbaşına becərib tutduğu kənd təsərrüfatı təyinatlı olmayan 1,9 ha torpaq sahəsinin şimal hissəsindən qərb hissəsi istiqamətində hə rəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 3 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrı-ayrı ərazisində torpaqda əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 55 qram təşkil edən 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin həmin ərazidə kolların və torpaq səthinin üzərində sərilmiş vəziyyətdə olan satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 13450 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ağır ittiham verilməsi üçün polis əməkdaşları baxış zamanı üzərlərində tərəzi olmasına baxmayaraq aşkar olunmuş narkotik vasitələrin çəkisini ekspertlərlə əlbir olaraq şişirtmişdir. Belə ki, videogörüntüdən aşkar görülən, faktiki çəkisi 350 qram civarında olan hazırlanma prosesində olan narkotik vasitənin çəkisi şişirdilərək 1315 qram, faktiki çəkisi 1 kiloqrama yaxın olan ərazidən götürülmüş narkotik xassəli bitkilərin çəksi şişirdilərək 14765 qram yazılmışdır. Ərazidən götürülmüş narkotik xassəli bitkilər videogoruntudən də göründüyü kimi üzərindən lazımi hissələr yığıldıqdan sonra aşkar surətdə tullanmış, lakin ekspert tərəfindən heç bir araşdırma aparılmadan həmin kisələrilə olan marixuananın narkotik tərkibli kanabbis bitkisi olmas ını göstərmək əvəzinə qərəzli surətdə həmin bitkilərin kustar üsul ilə hazırlanmış narkotik vasitə olan marixuana olmasını qeyd etmişdir. Hesab edir ki, hazırki cinayət işi üzrə ekspert məhkəmə iclasına dəvət edilməli, əkin yerindən toplanmış iki ədəd kisədə olan marixuana bitkisinin hansı əsaslarla kustar üsul ilə hazirlanmasi ekspertlə dəqiqləşdirilməli, torbalarda olan narkotik vasitələrə məhkəmə iclasında ekspertlərin iştirakı ilə baxış və istintaq eksprementi keçirilməli, videgörüntüdə olan həcmdə torbaların eynicinsli torbalar və qurudulmuş marixuana doldurumaqla çəkisi, torbada olan kolların sayı müəyyənləşdirilməlidir. Təkrar ekspertiza təyin edilməli, torpaq sahəsində aşkar olunmuş kollardan narkotik vasitə kimi yararlı olan hissələrin yığılıb-yığılmamasını, həmin kolların təsired ici tərkibinin olmasını, narkotik vasitə kimi yararlılığı, kolların sayı, videogörüntiinün tamlığı, videogörüntü vasitəsilə kolların sayı, sellofan torbaların həcmi, ekspertə təqdim edilən torbalarla oxşarlığı, çəkisi, evdən aşkar olunmuş torbalarda aşkar olunmuş marixuananın narkotik xassəli hissəsi və sair hallar müəyyənləşdirilməlidir. Videogörüntüyə və əraziyə baxış keçirilməklə aqranom dindirilməli, aqranomun göstərdiyi texniki qulluqun nədə ifadə olması müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Belə ki, 8 ədəd kola aqrotexniki qulluq olunmaması birinci instansiya məhkəməsində aqranomun öz etirafı və videogörüntüyə baxış zamanı sübut olunmuş, kisələrdə 13-14 ədəd kolun olması isə CM-nin 237.1-ci maddəsinin tərkibi yaradır. Ümumiy yətlə həmin kolların məhv olunmasını, narkotik vasitə kimi istifadəyə yaramamasını nəzərə alsaq həmin hissədə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlində narkotik vasitələrin satış məqsədinin olması sübut olunmamışdır. İbtidai istintaq orqanı və məhkəmə Təqsirləndirilən şəxs CM-in 237.2.3-ci maddəsi ilə təqsirli bilərkən kifayət qədər mötəbər sübutlara əsaslanmamış, prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində həyata keçirilən baxış istintaq hərəkətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud prosessual pozuntularla aparılması qənaətinə gəlir. İşin taktiki hallarına əsasən baxış istintaq tədbiri zamanı hal şahidlərinin prosessual qaydalara uyğun iştirakı təmin edilməmiş dir. Şəki Apellyasiya Məhkəməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməyərək cinayət tərkibinin əlamətlərinin olmamasına və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq çıxarılmış ittiham hökmünü ləğv etməmişdir. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəsinə tövsif edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən aşağı cəzanın verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin düzgün tövsif olunmaması mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və i ctimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayə tin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, ş əxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kolleg iyası hesab edir ki, Apellyasiya Məhkəməsi məhkumun Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Yalnız özü istifadə etmək üçün 8-12 arası tərkibində narkotik vasitə olan çətənə bitkisi əkmiş, onlara qulluq etmişdir. Həmin bitki hissələrini toplay ıb ondan istifadə etmişdir. Çətənə bitkilərini əkdiyi torpaq sahəsi örüş torpaq sahəsidir və Yevlax rayon Qaramanlı bələdiyyəsinin balansındadır. Həmin torpaq sahəsi onun atası tərəfindən 15 illik müddətə icarəyə götürülmüşdür və atası vəfat etdikdən sonra həmin torpaq sahəsi onun və ailəsinin istifadəsində qalmışdır. Həmin torpaq sahəsində aşkar olunmuş 8 ədəd çətənə bitkisini o əkməmiş, onlara qulluq etməmişdir, həmin əraziya sadəcə olaraq çətənə bitkisinin toxumlarını səpmiş, həmin 8 ədəd bitki isə orada yabanı halda bitmişdir. Evindən və sözügedən sahədən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisi ittiham aktında göstərildiyi qədər olmamış, sahədən bitkilərin hissələrini yığan zaman polis əməkdaşları adi alafları, biyan otlarını da çətənə bitkilərinin qurumuş hissələ ri ilə birlikdə yığıb qablaşdırmışlar, ona görə də həmin çəki alınmışdır, əslində isə həm evindən aşkar olunan, həm də sahədən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisi az olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan fermanın yaxınlığında meşə zolağında moruq kollarının arasında ətrafdan görünməyən sahəsi təxminən 0,15 sotdan ibarət yer hazırlaması, deməsinə görə, bu ilin may ayında 54 sayda çətənə kolu əkib-becərərək aqrotexniki qaydada qulluq edib yığması, həmin yerdə çətənə bitkisinin zəif yetişən 8 ədəd kolunu saxlayaraq qulluq etməkdə davam etməsi müəyyən edildi. Belə ki, becərmə nəticəsində narkotik xassəli bitki çətənə kolu daha intensiv inkişaf et mişdir, çətənə kollarının yığılaraq kökündən çıxarılmasının yerləri aşkar görünür. Həmin yerdə 8 ədəd narkotik tərkibli çətənə kollarının ətraf hissəsində torpaq yumşaldılaraq, çətənə kolunun suvarılması üçün həmin hissəyə suvarma arxı çəkilmiş, qulluq edərək becərməkdə davam etməsi müəyyən olundu. Aşkar olunmuş 08 (səkkiz) ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq edilmiş, hər bir ədədinin hündürlüyünün orta hesabla 50-60 sm və hər bir ədəd çətənə kolunun çəkisinin orta hesabla 10 qram, ümumi çəkisinin isə 80 qram olması müəyyən edildi. Nəticə: Təqsirləndirilən şəxs məxsus fermanın yaxınlığında yerləşən meşə zolağında moruq kollarının arasında hazırlanmış 0.15 sot sahədə aqrotexniki qulluq edilmiş 8 ədəd bitki narkotik xassəli çətənə koludur. Cinayət işinin materiallarında olan məh kəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 532 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə "Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkisinin kolları” sözləri yazılmış, bir ədəd kağız paketdə ümumi sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 55 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə "Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilərkən aşkar olunan qurudulmuş marixuanaya oxşar kütlə” yazısı və imzalar olan sintetik kisədəki 5 (beş) ədəd polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram, 225 qram, ümumi təmiz çəkisi 1315 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş hər birinin üzərində "Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilər əkibbecərdiyi yerdən aşkar olunmuş qurudulmuş marixuanaya oxşar kütlə” yazısı və imzalar olan iki ədəd sintetik kisədəki, ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram, 6300 qram, ümumi təmiz çəkisi 13450 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd sintetik kisədə və 5 ədəd polietilen torbada olan marixuanalar xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. C inayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində düzgün nəticəyə gəlmiş, lakin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı həmin Məcəllənin 237.2.3-cü maddəsinə tövsif etməklə və Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilmiş ittihamı isə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunmasını hesab etməklə əməlin tövsifində səhvə yol vermişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya on ların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndə göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6- cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrin ə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Cinayət Məcəlləsinin 237.1-ci maddəsi Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, h azırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığıb toplamaqla satış məqsədi ilə külli miqdarda kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək saxlaması barədə verilən itti hamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin saxladığı həmin narkotik maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onları məhz satış məqsədi ilə yetişdirib kultivasiya edərək saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi il ə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə araşdırılan sübutlardan, o cümlədən Təqsirləndirilən şəxs evində və narkotik tərkibli bitkini əkdiyi yerdə baxışın aparılması haqqında pr otokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs evindən beş ədəd polietilen torbada ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram və 225 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar-1315 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, meşə zolağından torpaqda əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 55 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və külli miqdarda-13450 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş ma rixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin şəxsi istifadə məqsədi ilə saxlanıldığı və həmçinin narkotik vasitələrin çəkisinin verilmiş ittihamda düzgün göstərilməməsi barədə dəlilləri cinayət işi üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmır. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, onları hissələrə ayıraraq müxtəlif yerlərdə saxlaması aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmaqla saxlanılmasını təsdiq edir. Apellyasiya Məhkəməsi düzgün olaraq şəxsin həmin ifadələrini müdafiə xarakterli ifadə kimi qəbul etmişdir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 532 sayl ı rəyi ilə aşkar olunan narkotik vasitələrin çəkisi müəyyən olunmuş və həmin rəy mötəbər sübut kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol vermiş, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün deyil, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onla rın hissələrindən) satış məqsədi ilə külli miqdarda narkotik vasitənin saxlanılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədə qənaətini düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarına əsasən qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tarkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının Korbely Macarıstana qarşı iş üzrə 2008-ci il 19 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normal arın geriyə qüvvəsinin qadağan edilməsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70). Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Av ropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir.. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə o lunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsi n əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutl ar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun iza h edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilmişdir. Apellyasiya Məhkəməsinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın kifayət qədər əsaslı olması, Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-958/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-958/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver