Məhkəmə qərarları › İş №1(102)-958/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-958/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-958/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum5 müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 1(103)-1397/2022 nömrəli qərarından Məhkum5 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum5 xx xxxxxx 1989-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Daxili Nəzarət Departamentində böyük mütəxəssis vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttihama əsasən, Məhkum5 2012 -ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Səbail şöbəsinin Pensiya sektorunda məsləhətçi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən Fondun rəhbərliyi və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi, etik davranış qaydalarına riayət edilməsi, şöbəyə şifahi, yazılı və ya elektron qaydada müraciət edən vətəndaşların sorğu və müraciətlərinə operativ baxılaraq mövcud pensiya qanunvericiliyinin tələblərinə müvafiq cavablandırılması, Fondun yerli orqanları tərəfindən pensiya təyinatı üçün tələb olunan sənədlərin mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada qəbul olunmasına, yerində araşdırılmasına və təyinat komissiyasında baxılmasına nəzarət edilməsi, Fondun Audit sektoru ilə birlikdə illik p ensiya təyinatı və ödənişinin auditinin aparılması, Avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə müraciət edən və yaşa görə əmək pensiyası hüququ yaranmış sığortaolunanlara avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi, Fondun yerli orqanları tərəfindən əmək pensiyaçılarının elektron məlumat bazasına müvafiq məlumatların dəqiqliklə işlənilməsinə və pensiyaların düzgün ödənilməsinə nəzarət edilməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Bakı şəhər sakini Kələntərov Müqavimət İsfəndiyar oğlunun xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun ol araq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə "xxxx" QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ. Allahverdiyev” adına Gəmitəmirigəmiqayırma zavodunda) işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 15 noyabr 2013-cü il tarixli 54/2559 nömrəli sorğusunun icrasının işlədiyi həmin şöbədə özünə həvalə edilməsindən sonra həmin sorğunun icrası ilə əlaqədar 18 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən "xxxx" QSC-nin Bibiheybət Gəmi təmiri Zavoduna (“İ.Allahverdiyev” adına Gəmitəmirigəmiqayırma zavodu) gedərək zavodun əmrlər kitablarına, protokollar kitablarına əmək haqqı cədvəllərinin əks olunduğu kitablara baxış k eçirməklə Müqavimət Kələntərovun həmin zavodda heç vaxt işləmədiyini müəyyən etməli və bu barədə özü ilə götürdüyü Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin akt blankında müvafiq qeydlər aparmalı olduğu halda, həmin hərəkətləri etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməməklə, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin qrafaları boş olan akt blankına tarix hissəsində “xx.xx.2013”, Biz aşağıda imza edənlər, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi qrafasının qarşısına “Məhkum5”, üzləşdirmə aparılan müəssisənin, təşkilatın, cəmiyyətin adı qrafasının qarşısına “İ.Allahverdiyev adına Gəmi tə miri Gəmiqayırma zavodu”, səlahiyyətli şəxsin adı qrafasına Məhkum2 Kadrlar şöbəsinin rəisinin adının yazılması təklifi ilə razılaşmaqla cinayətin törədilməsindən xəbəri olmayan həmin zavodun Kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Şahid4 ad, soyad və ata adı, “Bu aktı tərtib etdik ondan ötəri ki, vətəndaş” ifadələri ilə başlayıb, sonu “yerində qarşılıqlı olaraq yoxladıq” ifadələri ilə başa çatan qrafanın qarşısına “Kələntərov Müqavimət İsfəndiyar oğlunun 2004-2005-ci illər üzrə iş stajının düzgünlüyünü”, “Yoxlama” ifadəsi ilə başlayıb, sonu “əsasən aparıldı” ifadəsi ilə başa çatan qrafanın qarşısına “Əmr kitablarına”, Yoxlama zamanı aşağıdakılar aşkar edildi qrafasının qarşısına Məhkum2 Kələntərov Müqavimət İsfəndiyar oğlunun 20042005-ci illər üzrə sözügedən zavodda işləməklə iş stajı na dair şifahi məlumatları əsasında “Həqiqətən Kələntərov Müqavimət İsfəndiyar xx.xx.2004xx.xx.2005-ci illərdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda çalışmışdır. Yoxlama zamanı heç bir nöqsan aşkar edilmədi”, aktın düzgünlüyünü imzalarımızla təsdiq edirik 1. 2. qrafalarının qarşısına müvafiq olaraq “Mirzəyev S” “Məmmədov K (kadrlar üzrə rəis)” ifadələrini diyircəkli qələmlə yazıb, öz adının qarşısında şəxsən imzalayıb, “Məmmədov K” ifadəsinin qarşısında isə fərqli formada imza çəkilməklə, Məhkum2 tərəfindən həmin aktın, mətnində “Azərbaycan Dövlət Xəzər dəniz Gəmiçiliyi “Gəmi Təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodu Paketlər və arayışlar üçün" yazıları olan möhürlə təsdiq edilməsindən sonra həmin aktın işlədiyi şöbə ü zrə 18 noyabr 2013-cü il tarixli 17/0497 tarixli məktubla DSMF-nin Lənkəran rayon şöbəsinə göndərilməsindən sonra Müqavimət Kələntərov tərəfindən xx.xx.2013-cü il tarixdə qeyd edilən saxta akt və digər saxta rəsmi sənədlərdən istifadə edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə, 2014-cü ilin yanvar ayında isə Lənkəran rayon məhkəməsinə müraciət edilib pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş st ajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinin çıxarılaraq həmin qətnamənin DSMFnin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra onun barəsində təyin edilmiş həmin pensiyanın xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, xx.xx.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməklə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq F ərman və Sərəncamına uyğun olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən 1.526,29 manata çatdırılaraq qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan sənədlərin obyektiv qiymətləndirilməklə aparılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan zərər vurmaqla səhlənkarlıq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum5 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı Ziya Mansurov tərəfindən apelyasiya protesti, məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən apelyasiya şikay əti verilmişdir.

5. Apellyasiya protestində dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünün Məhkum5 əməlinin Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilərək müvafiq cəzaya məhkum edilməsi hissəsində ləğv edilməsi və Məhkum5 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməsi, CM-nin 308.2-ci maddəsinin isə sanksiyası həddində cəza təyin edilib məhkum edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində məhkumun müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünün Məhkum5 münasibətdə ləğv edilməsini v ə məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) 08 dekabr 2022-ci il tarixli, 1(103)-1397/2022 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü Məhkum5 münasibətdə ləğv edilmiş, Məhkum5 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublika sı CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə cəza təyin edilməmişdir..

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri

9. Məhkumun müdafiəçisi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin ədalətli araşdırılmadığını və bunun nəticəsində Məhkum5 barəsində əsassız və qanunsuz hökm çıxarıldığını iddia edilir.

10. Belə ki, apellyasiya instansiya məhkəməsinin Məhkum5 barəsində, artıq Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinin tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti də keçdiyi halda, Azərbaycan Respublikası Cinayət Məcələəsinin 308.2-ci maddəsinin tətb iq edilməsinə dair mövqeyi ilə razılaşmaq qeydi-mümkündür. Aşağıda qeyd edilənlər məhkəmənin mövqeyinin tamamilə əsassız və qanuna zidd olduğunu təsdiq edir. Allaverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda, həmin zavodun möhürü ilə təsdiq edilmiş və sorğuya cavab olaraq Məhkum5 iştirakı ilə tərtib edilmiş xx.xx.2013-cü il tarixli akt əsasında hər hansı bir hüquqi hərəkət edilməmişdir. Əksinə, xx.xx.2013-cü il tarixli akt, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə rəsmi daxil olduqdan sonra, həmin şöbə pensiyanın yenidən hesablanması üçün şöbəyə müraciət etmiş Müqavimət Kələntərova xx.xx.2013-cü il tarixdə pensiyanıın hesablanmasından yazılı imtina vermiş və ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

11. Beləliklə, Məhkum5 iştirakı ilə, İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda tərtib edilmiş və həmin zovodun möhürü ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli akt əsasında hər hansı pensiya hesablanmamış və pensiya hesablanmasından rəsmi olaraq imtina edilmişdir.Müqavimət Kələntərova pensiyanın yenidən hesablanması məhkəmə qətnaməsi əsasında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən həyata keçirilmişdir. Belə ki, M.Kələntərovun iş stajı barədə hüquqi əhəmiyyətli faktı müəyyən edən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi, məhkum Müqavimət Kələntərova pensiyanın yenidən hesablanması üşün yeganə əsas olmuşdur. 12. xx.xx.2013-cü il tarixli aktı hüquqi sənəd kimi qəbul etməyən və M.Kələntərova pensiyanın yenidən hesablanmasından rəsmi imtina edən Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi, yalnız Lənkəran rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında sonuncuya pensiyanı yenidən hesablamışdır. Həmin dövrdə və hazırda İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunun mövcud olmasına və fəaliyyət göstərməsinə baxmayaraq, Lənkəran rayon Məhkəməsinin hakimi nədənsə zavoda sorğu verib məsələni aydınlaşdıramış, M.Kələntərovun zavodda işləməsi faktını müəyyən etmiş və nəticədə sonuncuya məhz bu qətnamə əsasında yüksək pensiya hesablanmışdır. Həmin məhkəmə qətnaməsi hazırda da qüvvədədir.

13. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1397/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum5 barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etmişdir.. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməm əsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və ya xud dəyişdirilə bilər

18. Məhkumun müdafiəçisi kassasiya şikayətində təqsirliliyinin sübuta yetirilmədiyini qeyd edib məhkuma bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya protestini və kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1397/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aş ağıdakıları qeyd edir.

20. Məhkum Hacıyev Laçın Baxış oğlu kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nətic əyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Kassasiya şikayəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı istinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli şəkildə yoxlanıldıqda aşkar edilir ki, Məhkum5 oğlunun Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə icla slarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası toplanmış sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.

24. Lakin kassasiya məhkəməsi əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanı və apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır.

25. İlk öncə kassasiya məhkəməsi qeyd edir ki, Məhkum5 səlahiyyətli vəzifəli şəxs olması ibtidai istintaq, birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən kifayət qədər əsaslandırılmış, bu səbəbdən əlavə qiymət verilməsinə lüzum yoxdur.

26. Kassasiya məhkməsi qeyd edir ki, Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinin dispozisiyasına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə - vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi kimi müəyyən edilmişdir.

27. Maddənin dispozisiyasından görünür ki, bu əməl yalnız birbaşa qəsdlə törədiə bilər. Yəni şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. 28. ibtidai istintaq orqanı və apelyasiya məhkəməsinin gəldiyi qənaətlə əsasən, Məhkum5 xx.xx.2013-cü il tarixli aktı tərtib edərkən Məhkum2 təklifi ilə razılaşıb, aktda səlahiyyətli şəxsin adı qrafasına Kadrlar şöbəsinin rəisinin adının yazması, habelə faktiki olaraq heç bir rəsmi sənədə baxış keçirmədən və istinad etmədən Məhkum2 məlumatları əsasında Kələntərov Müqavimət İsfəndiyar oğlunun işləmədiyi halda 2004-2005-ci illər üzrə sözügedən zavodda işləməklə iş stajına malik olmasına dair şifahi məlumatları əsasında qeydlər aparması özü-özlüyündə qeyd olunan şəxslərin bir qrup şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsidir.

29. Bununla əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, birincisi, cinayət işinin materiallarında tədqiq edilmiş sübutlar Məhkum5 xx.xx.2013-cü il tarixli aktı tərtib edərkən Məhkum2 ona hər hansı təklifi etməsi, onun bu təkliflə razılaşması barədə heç bir sübut yox dur və istintaq orqanı ilə apelyasiya məhkməsinin sübutların məcmusuna əsasən gəldiyi ehtimallardır.

30. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən təqsirləndirilən şəxslər Məhkum5 və Məhkum2 tərəfindən həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında fərqli və eyni zamanda bir-birinə zidd ifadələrin verilməsi əlaqələndirmişdir.

31. Kassasiya məhkəməsi qeyd eir ki, Məhkum5 və Məhkum2 tərəfindən həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələr təqsirləndirilən şəxslərin cinayət təqibi zamanı azad və sərbəst formada ifadələr vermək hüququna əsaslanmışdır. Bu ifadələrdə olan ziddiyyətlər məhkəmə tərəfindən əsaslandırılmayan və sübuta yetirilməyən ehtimallara əsaslanan qənaətə gəlməyə əsas vermir.

32. Apellyasiya məhkəməsinin istinad etdiyi Məhkum5 və Məhkum2 tərəfind ən ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələrin məzmunundan onların xx.xx.2013-cü il tarixli aktı tərtib edərkən birgə hərəkət etmələri, hər hansı razılaşmaya gəlmələri barədə heç bir məlumat yoxdur.

33. Belə ki, Məhkum2 istintaqa verdiyi 23 fevral 2021-ci il tarixli ifadəsində Kələntərov Müqavimət İsrəndiyar oğluna məxsus ******* nömrəli dublikat əmək kitabçasının son iki səhifəsindəki yazıların, son səhifədə “D.Əliyev” yazısının qarşısında olan imzanın xx.xx.2009-cu il tarixli, 104 nömrəli güzəştli arayışda “Məhkum2” yazısının qarşısındakı imzanın ona məxsus olduğunu, xx.xx.2009-cu il tarixli, 164 nömrəli güzəştli arayışdakı məlumatların kompüterdə kim tərəfindən yazılmasını bilmədiyini, ******* nömrəli oublikat əmək kitabçasının son iki səhifəsində olan məlumatları nəyə əs aslanıb və haradan yazdığını xatırlamadığını, dublikat əmək kitabçasına "Xəzərdənizgəmitəmiri” i.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu, 370003, Bakı ş, Gülbala Əliyev 2” yazısı əks olunmuş düzbucaq formalıştamp və “Məhkum2” yazısı qarşısındakı imzanın üzərindən "'Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi "Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin Allahverdiyev adma Gəmitəmiri 40/47 Gəmiqayırma zavodu. Kadrlar şöbəsi” yazısı əks olunmuş dairəvi möhürün həmin zavoda məxsus olmasını, möhür vurmağa səlahiyyəti olduğunu düşündüyünü qeyd etmiş, məhkəmə iclasında isə verdiyi ifadəsində ******* nömrəli dublikat əmək kitabçasının son səhifəsin ”D.Əliyev” yazısının qarşısında olan imzanın ona məxsus olmadığını, Müqavimət Kələntərova məxsus dublikat əmək kitabçasının son iki səhifəsini şöbə rəisi Kənanın tapşırığı ilə yazıb doldurduğunu, lakin imza və möhür vurmadığını, onda möhürün olmadığını, Müqavimət Kələntərovun sənədlərinə kimin imza etməsini və möhür vurmasını bilmədiyini, Məhkum5 tanımadığını, onun sorğu gətirməsini xatırlamadığını bildirmişdir.

34. Bu ifadələrin məzmununa əsasən, onun Məhkum5lə əvvəlcədən razılaşıb birgə hərəkət etmələri barədə heç bir məlumat yoxdur.

35. Məhkum5 oğıu ibtidai istintaqa verdiyi 22 fevral 2021 -ci il tarixli ifadəsində "xxxx" QSC-nin Bibiheybət Gəmi təmiri Zavoduna gedərək Kələntərov Müqavimət İsfəndiyar oğlunun həmin zavodda işiəyib-işləməməsini yoxladığını, Məhkum2 ona əməkhaqqı cədvəlini göstərərkən tanıdığını, xx.xx.2013-cü il tarixli aktda aktın «i.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayınma» zavodunun sabiq Kadrlar şöbəsin in rəisi Şahid4 iştirakı ilə tərtib edildiyini, Məhkum2 əməkhaqqı cədvəlini ona təqdim etdiyini daha sonra aktı tərtib etdiyini, subardinasiya qaydalarına uyğun olaraq Şahid4 adını qeyd etdiyini, aktı imza və təsdiq üçün Məhkum2 verdiyini, Dilarənin aktı imzaladıb gətirib ona təqdim etdiyini, Şahid4 iştirakı olmadan həmin aktın tərtib edildiyini, heç kimdən əmr kitablarını tələb etmədiyini və heç kimin ona əmr kitablarını təqdim etmədiyini, aktda qeyd etdiyi sözün, yəni «yoxlama əmr kitablarına əsasən aparılmışdır» formal olaraq qeyd edildiyini, əmr kitablarına baxmadığını. Məhkum2 2004-2005-ci il tarixli əməkhaqqı cədvəlini təqdim etdiyini və həmin cədvələ əsasən Müqavimət Kələntərovun sorğuda göstərilən 20042005-ci illərdə həmin zavodda işləməsini sübut kimi götürərək aktda qeyd etdiyini, lakin əməkhaqqı cədvəlini götürmədiyin göstərmişdir.

36. Məhkum5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə onlara Lənkəran rayon şöbəsindən Kələntərov Müqavimət isfəndiyar oğlu ilə bağlı sorğu gəlmiş, sonra sorğu ona təhkim olunmuş və o, İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavoduna getmişdir. Zavodda sorğu ilə gəldiyini bildirmiş və onu aşağıdan kadrlar şöbəsinin rəisi Şahid4 yanına göndərmişlər. Kənan müəllim sorğunu götürüb baxmış və ona Kələntərov Müqavimətlə bağlı işin olduğunu bildirmişdir. O. orada sənədlərə baxmaq istədiyini bildirmiş və yan otağa keçmişdir. 5-10 dəqiqədən sonra onu çağırmışlar və işə baxmasını, aktı yazmasını, akta adını və soyadını yazmasını bildirmişlər. Vətəndaşın adını, soyadını, vəzifəsini, maaşını yazıb ordakı qadına vermiş, 15 dəqiqədən sonra imzalı, möhürlü sənəd ona verilmiş və o, sənədi götürüb getmişdir. Həmin xanımı tanımamış və adını bilməmşdir. Onun digər məsələlərdən xəbəri olmamışdır. O. həmin zavodda heç kimi, həmçinin Müqavimət Kələntərovu da tanımamışdır. Həmin aktı Dilarə xanım yazmamış, ola bilər ki. orada olsun, amma o tərtib etməmiş, onun xatırladığı şəxs Şahid4 olmuşdur. Aktın tərtib olunması ilə bağlı 2004-2005-ci illərlə bağlı sorğunu zavoda o, vermiş və zavoddan 20ü4-2005-ci ilin sənədini ona təqdim etmişlər. Aktı o, özü imzalamış, qaimə vermişdir ki, Şahid4 imzalatsın.

37. Məhkum5 bu ifadələrindən də onun Məhkum2 ilə rəsmi sənədləri saxtalaşdırmaq, vəzifəsindən sui istifadə etmək istiqamətində əlbirliyi barədə məlumatların olması əksini tapmır.

38. Cinayət işinin materiallarında olan ek spert rəylərindən də, Məhkum5 xx.xx.2013-cü il tarixli aktda öz xətti ilə hər hansı əlavələrin edilməsi öz əksini tapmır.

39. Belə ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2013-cü il tarixli aktda “2” rəqəmi qarşısında “Məmmədov K (kadrlar üzrə rəis)” əlyazmalardan əvvəl yerləşən imza Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

39. Kassasiya məhkəməsi qeyd edir ki, xx.xx.2013-cü il tarixli aktın saxtalaşdırılması şübhə doğurmasa da, Məhkum5 tərəfindən saxtalaşdırmalar aparılması cinayət işi üzrə heç bir sübutla təsdiq olunmur və onun ifadələrini təkzib edən sübutlar işdə öz əksini tapmır.

40. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq qeyd edir ki, iş üzrə toplanmış sübutlarla müəyyən edildi ki, Məhkum5 2012-ci ildən Azə rbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Səbail şöbəsinin Pensiya sektorunda məsləhətçi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən Fondun rəhbərliyi və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi, Fondun yerli orqanları tərəfindən pensiya təyinatı üçün tələb olunan sənədlərin mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada qəbul olunmasına, yerində araşdırılmasına nəzarət edilməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs qismində Bakı şəhər sakini Kələntərov Müqavimət İsfəndiyar oğlunun xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqla rına münasib hesablanmasından ötrü xx.xx.2004cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə "xxxx" QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ. Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunda) işləyibişləməməsinin müəyyən edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 15 noyabr 2013-cü il tarixli sorğusunun icrası ilə əlaqədar 18 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən həmin zavoda getmiş və Kələntərov Müqavimət İsfəndiyar oğlunun həmin zavodda işləyib-işləməməsi ilə maraqlanmışdır. Daha sonra "xxxx" QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Məhkum2 ilə görüşüb sonuncunun ona verdiyi məlumatla kifayətlənmiş, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun (İ.Allahverdiyev adına gəmitəmiri zavodu) 1995-2008-ci illər üzrə əmrlər kitablarına, əmək haqqı cədvəllərinin əks olunduğu kitablara və protokol kitablarına baxış keçirməli olduğu halda, bunları etməmiş və lazımi diqqət və ehtiyatlılıq göstərərək Müqavimət Kələntərovun həmin zavodda ümumiyyətlə işləməməsini, qeyd edilənlərin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş və Kələntərov Müqavimət İsfəndiyar oğlunun xx.xx.2004-xx.xx.2005-ci illərdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi barədə xx.xx.2013-cü il tarixli akt tərti b edilmişdir. Həmin akt Məhkum2 tərəfindən möhürlə təsdiq edildikdən sonra həmin akt Məhkum5 işlədiyi şöbə üzrə 18 noyabr 2013-cü il tarixli 17/0497 tarixli məktubla DSMF-nin Lənkəran rayon şöbəsinə göndərilmişdir. Daha sonra Müqavimət Kələntərov tərəfindən xx.xx.2013-cü il tarixdə qeyd edilən saxta akt və digər saxta rəsmi sənədlərdən istifadə edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə, 2014-cü ilin yanvar ayında isə Lənkəran rayon məhkəməsinə müraciət edilib pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən xx.xx.2004-cü il tari xdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi çıxarılmışdır. Həmin qətnamənin DSMFnin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra onun barəsində təyin edilmiş həmin pensiya xx.xx.2008-ci il tarixdən yenidən hesablanmış, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləği 890 manata çatdırılmışdır. xx.xx.2013-cü ilədək olan dövr üzrə 54.172 manat, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləği xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASCdə olan plastik kart hesabına köçürülmüş, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasın a və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmışdır. Nəticədə qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitini həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilmiş və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur.

41. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum5 qarşı irəli sürülmüş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələr ə səbəb olan mühüm zərər vurması və qeyrisinin təkriki ilə bir qrup şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi ilə bağlı ittihamın sübuta yetirilməməsi qənaəti ilə razılaşır və onun əməli səhlənkarlıq, yəni işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan zərər vurulma kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilməli qərarının qanuni və əsaslı olmasını təsdiq edir.

43. Kassasiya məhkəməsi cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi maddi tərkibli cinayətdir və bu maddənin tərkibinin yaranması üçün ictimai-təhlükəli nəticənin, yəni ağır nəticələrin baş verməsi zəruri şərtdir.

44. İşin faktiki hallarından görünür ki, ağır nəticələr xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır.

45. Yekun olaraq məhkəmə kollegiyası hesab edir ki, dəlillərindən asılı olmayaraq kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1397/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum5 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilməli və barəsində 314.2-ci maddəsi ilə təqsirli biliərək ona 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. 4

6. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum5 və digərləri barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli hökmü Məhkum5 münasibətdə kassasiya şikayəti üzrə dəyişdirilsin. Məhkum5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilsin. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum5 həbsdə saxlanıldığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün həbsdə saxlamanın bir gü nü azadlığın məhdudlaşdırllmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 03 (üç) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti ərzində Məhkum5 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək barədə vəzifələr qoyulsun. Qərarın icrası Bakı Probasiya İdarəsinə və Ədliyyə Nazirliy Penitensiar Xidmətin Bakı İstintaq Təcrid xanasına həvalə edilsin. Məhkum5 dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun. Kassasiya şikayəti qismən təmin edilsin. Hökm qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar