Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-959/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlərməhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır CinayətlərMəhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən və məruzəçi), A.H.Hacıyev və M.Ə.Abdullayev) Məhkum- 04.11.1951-ci il tarixdə *********** şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, məhkumluğu olmayan, Salyan rayonunun ********** kəndində qeydiyyatda olan, Şirvan şəhəri, *************** qəsəbəsi, ********************** yaşamış Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 4 il müddətə, 234.4.3-cü maddəsi ilə 5 il 6 ay müddətə, CM66.3-cü maddəsinə əsasən bu cəzala qismın toplanmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli 25 aprel 2017. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 27 aprel 2017-ci il tarixdə saat 06 radələrində İran İslan Respublikasının Germi şəhərində olarkən qanunsuz yolla qazanc əldə etmək üçün müəyyən edilməmiş mənbəədən satışməqsədi ilə qanunsuz olaraq külli miqdarda, 41,900 qram heroin narkotik vasitəsini əldə etmiş, həmin narkotik vasitəni 1 ədəd polietilen bükümdə qablaşdırıb saxlamış, malların aəkarlanmasını çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib daşımış və həmin gün səhər saat 08:40 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), Ə.Ə.İ.Novruzov və R.M.Cəfərovdan ibarət tərkibdə) 26 yanvar 2018ci il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin edilərək, hökm dəyişdirilmiş, məhkumun cinayət əməlləri üzrə cəzalar, CM-nin 234.4.3-cü maddəsi ilə 5 ilə, CM-nin 206.2-ci maddəsi ilə 4 ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla üzərində 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli q ərarından Məhkum kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən onun yaşını, xəstəliyini, törətdiyi əməldən səmimi peşaman olmasını nəzərə almaməşdır. 69 yaşı var və ürək xəstəliyindən əziyyət çəkir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları süb uta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, təmin edilməməlidir. Cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, məhkəmə kollegiyası Məhkum cinayət əməlini qismın etiraf edib səmimim peşimançılıq çəkməsini, ürək və ağ ciyər xəstəliyindən əziyyət çəkməsini, təqaüdçü olmasını və yaşayış yerindən müsbət xasyyətləndiriməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, c əzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilən halların nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilərək, cəza müddəti daha da yüngülləşdirilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, məhkumun cinayət əməlləri üzrə cəzalar hər iki maddə üzrə demək olar ki, sanksiyanın aşağı həddinədək azaldılmış, yekun cəza da mümkün olan aşağı həddə endirilmişdir. Cəza müddəti demək olar ki, qanunla müəyyən edilmiş aşağı hədlərdə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəzanın daha da yüngülləşdirilməsi, sanksiyanın aşağı həddindən də az cəza təyin edilməsi üçün əsaslar cinayət işinin materiallarından müəyyən edilməmişdir. Narkotik vasitələrin dövriyyəsi cinatərlərinin ictimai təhlükəliliyi hazırda yüksəkdir, bundan başqa nəmin harkotik vasitələrin qanunla müəyyən edilmiş külli miqdar həddindən qat-qat çox olması, aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi kimi hallar bu cinayətin və cinayət əməllərini törətmiş Məhkum ictimai təhlükəliliyi xarakterizə edən hallardır. Azərbaycan Respublikası CM-nin 62.1-ci madəsinə əsaən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti n törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Hazırkı cinayət işi üzrə cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hes ab edir ki, kassasiya şikayətinin təmin edilərək cəzanın yüngülləşdirilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarının başqa hər hansı əsasla dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-959/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-959/2019
25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver