Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-959/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və onun müdafiəçisi X3, zərərçəkmiş şəxsin hüquqi varisi X5nun və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət 05 oktyabr 2022-ci il tarixli, 1(107)366/2022 sayl ı qərarından Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları Məhkum 7 oktyabr 2005-ci ildə Ağsu şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 1.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 15 iyun 2021-ci il tarixdə saat 17 radələrində tanışı X6 “Whatsapp” tətbiqetməsinin status bölməsinə yerləşdirdiyi videonun şərh hissəsində onunla qonşuluqda yaşayan Şahid15 adının baş hərfinin, yəni “L” hərfinin yazılmasını görmüş və Nihad Məmişova mesaj yazaraq həmin yazını silməsini tələb etmiş, sonuncu isə həmin yazını silməyəcəyini bildirdikdə onlar saat 1 9:30 radələrinədək bir-birlərinə təhqiredici məzmunda mesajlar və səs yazıları göndərmiş və məsələni aydınlaşdırmaqdan ötrü Ağsu şəhərində görüşməyə razılaşaraq həmin gün saat 20 radələrində X13 şəhəri, Meleratorlar qəsəbəsində, “Artezian” adlanan yerdə görüşüb mübahisəni davam etdirmək məqsədi ilə birlikdə Ağsu rayon Qaraqaşlı kənd qəbristanlığının yaxınlığına gedərək, orada Şahid15 adını telefondan silməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafındakilara qarşı qoymaqla, xuliqanlıq niyyətilə, qəsdən Nihad Məmişovun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurduqdan sonra bel nahiyəsindən tutaraq fənd işlətməklə arxası üstə yerə çırpıb üzərinə yıxılaraq sonuncuya sağlamlığ a zərər vurmadığı üçün dərəcələri təyin edilməyən sağ bazunun sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı, hər iki dabanarxası nahiyənin qançırı, sağ baldırın aşağı 1/3-nin və iç-topuq nahiyəsinin sıyrıqları, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid ağciyərlərdə ocaqlı qansızmalar, döş qəfəsinin ön səthinin sol yarısının qançırları, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin çoxsaylı qançır-sıyrıntıları, ölümə səbəb olmaqla həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid baş beyinə subaraxnoidal qansızma, beyin yarımkürələrarası nahiyəyə keçən hər iki alın-təpə-ənsə paylarının subaraxnoidal qansızmaları, baş beynin alıngicgah bazal nahiyələrinin subaraxnoidal qansızması, baş beyinin sərt qişasında ocaqlı qansı zmalar, beyinciyin yumşaq qişasında ocaqlı qansızmalar, ənsə mahiyəsində aponevroza qansızma, sağ qulaq seyvanının qançırı, sağ gözaltı nahiyənin xətvari sıyrığı kimi xəsarətlər yetirərək Nihad Məmişovun qapalı kəllə beyin travması ilə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi, travmatik massiv subarxnoidal qansızması, beynin və beyin kötüyünün ödemi nəticəsində ehtiyatsızlıqdan 20 iyun 2021-ci il tarixdə, saat 17 radələrində ölümünə səbəb olmuşdur.
1. Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(091)-77/2022 saylı hökmü ilə (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhk um edilmişdir.
2. Hökmdən təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər G.Q.Abbasov və İ.H.Şükürovdan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli, 1(107)-366/2022 saylı qərarı ilə təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(091)-77/2022 saylı hökmü isə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin Cinayət 05 oktyabr 2022-ci il tarixli, 1(107)-366/2022 saylı qərarından Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri vermişdir. II. Kassasiya şikayətlərinin dəlilləri
7. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, mərhum nəvəsi Nihad Məmişovun öldürülməsində bəzi şəxslər təqsirkar olsalar belə, cinayət məsuliyyətindən kənarda qalmışlar. Bu səbəbdən də, iş üzrə hökm və apellyasiya instansiyasının qərarı ədalətsiz olması qeyd olunmuşdur.
8. Kassasiya şikayətinin müəllifi Şəki Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(107)-366/2022 saylı qərarının ləğv edilməsini, Məhkum daha ağır ittiham verilməsi və digər şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə işin apellyasiya instansiyasından cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçi rən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən cəza təyini zamanı təqsirləndirilən şəxsin azyaşlı olması nəzərə alınmamışdır. Məhkum həmçinin qeyd etmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi kassasiya şikayətində adı çəkilən şəxslərin heç biri cinayətdə iştirak etməmişdir. 10.Kassasiya şikayətinin müəllifi zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, Şəki Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(107)-366/2022 saylı qərarının ləğv edilməsini, özünün azyaşlı olduğunun cəza təyinində nəzərə alınması və aşağı həddə cəza təyin edilməsi üçün işin Şəki Apellyasiya Məhkəməsində yenidən baxışa təyin olunmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qa nunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və ona təyin edilən cəzanın ağırlığını mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(106)-679/2021 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbayca n Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır..
18. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin bu hissədə qəbul etdiyi qərar da maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, ilk məhkumluğunu, cəzasının ağırlaşdıran halın olmamasını, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səc iyyələndirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
19. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X5nun kassasiya şikayətində irəli sürdüyü tələbin əsaslılığını yoxlayarkən, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə alır və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
20. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barəd ə məhkəmə kollegiyasının mövqeyi həm də məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin müddəalarına əsaslanır. Belə ki, həmin maddəyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
21. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsinə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində sonuncuya qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələni araşdırmağa yol verilmir.
22. İkincisi, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının apellyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılması üçün işin apellyasiya baxışına qaytarılmasının qarşısını alır.
23. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai isti ntaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibə tdə nəzərdə tutmuşdur).
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.
25. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən Məhkum oğlunun əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə qaldırdılan dəlilləri əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 126.3cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhk um qarşı irəli sürülməyən ittihama baxa bilməzdirlər.
26. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək həmçinin qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır.
27. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
29. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
30. Əməlin tövsifi ilə əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, işin sübut edilən və mübahisə doğurmayan faktiki hallarına əsasən, hadisə zamanı Məhkum zərərçəkmiş Nihad Məmişovun sifət nahiyəsindən bir də fə yumruq zərbəsi vurduqdan sonra, bel nahiyəsindən tutaraq fənd işlətməklə arxası üstə yerə çırpıb, üzərinə yıxılaraq sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa az ağır və ölümə səbəb olmaqla həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, nəticədə Nihad Məmişovun qapalı kəllə beyin travması ilə müşayiət olunan xəasarətlərin nəticəsi kimi xəstəxanada ölmüşdür.
31. Kollegiya qeyd edir ki, xəsarətlər Məhkum zərərçəkmişi zor tətbiq edib yerə yıxması və endirdiyi zərbələr nəticəsində baş vermişdir.
32. Cinayət işi üzrə Məhkum zərərçəkmiş Nihad Məmişovu öldürmək niyyəti ilə bu hərəkətləri etməsi sübuta yetməsə də, qeyd edilən xəsarətləri yetirərkən bunun ictimaitəhlükəli hər əkətlər olmasını dərk etmiş, ağır xəsarətlə nəticələnə bilməsini əvvəlcədən görmüş, arzu etməsə də buna şüurlu şəkildə yol vermişdir.
33. Məhkum zərərçəkmiş Nihad Məmişovu zor tətbiq edib yerə yıxarkən və zərbələr endirərkən bu hərəkətin müxtəlif, o cümlədən ağır xəsarətlə nəticələnməsini dərk etmişdir. Onun niyyəti subyektiv cəhətdən qeyri-müəyyən qəsdlə əhatə olunmuşdur.
34. Ölümə münasibətdə onun niyyəti ehtiyatsızlıq olmuşdur.
35. Bu səbəbdən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə tövsif edilmişdir.
36. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(107)366/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2022-ci il tarixli, 1(107)-366/2022 saylı qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın.