Məhkəmə qərarları › İş №1(102)-959/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-959/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-959/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Vüsal Tağıyev) 21 sentyabr 2023-cü il tarixli 1(001)-8/2023 nömrəli hökmü ilə 22 mart 1966-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə bəraət verilmişdir. İşin halları: İstintaq orqanın mövqeyinə görə X4 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücü lük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə 15-20 km/saat sürətlə hərəkətdə olarkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək qarşıdan əks istiqamətdə yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçini avtomob ilin qabaq sağ hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan velosipedi idarə edən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğluna sol baldırın yuxarı 1/3-nin yerdəyişmiş sınığı kimi, insan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri vurmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədov) 15 noyabr 2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-8/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş ape llyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən təqsirləndirilən şəxs Mehralı Bəkirovun əməlinin sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassızdır. Belə ki, təqsirləndirilən şəxs X1 törətdiyi cinayət əməli iş üzrə hadisə yerinə baxış keçirilməsi haqqında protokol, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, (xüsusi ilə ekspertlərin ifadələri), məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 770 №-li rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1516 №-li, təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1757- 4/1024 №-li və təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1667-5/835 №-li rəyləri və iş üzrə toplanmış digər materiallarla tam təsdiq olunaraq sübuta yetirilmişdir. Bununla belə, məhkəmə hökmündə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsi n, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə təqsirləndirilən şəxs X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticənin əsassız olmaqla sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Lakin məhkəmə, qərəzli şəkildə özü arbitr rolundan kənara çıxaraq və məhkəmədə tədqiq edilmiş sübutlara uyğun olmayan şəxsi fərziyyələrinə əsaslanaraq, qanunun tələblərini və tədqiq edilmiş real sübutları faktiki olar aq kənara qoyub, yalnız öz subyektiv mülahizələrini rəhbər tutaraq təqsirləndirilən şəxs X1 qeyd olunan cinayəti törətməməsi qənaətinə gəlmişdir. Hər üç ekspertiza rəyinə əsasən təqsirləndirilən şəxs Mehralı Bəkirovun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü M.A.Bəkirov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin, qeyd edilən ekspertiza rəyləri ilə əlaqədar rəy vermiş ekspertlər də məhkə mə istintaqı zamanı dindirilərkən ekspertiza rəylərində göstərilənləri bir daha təsdiq edərək aparılmış tədqiqatın və ekspertiza rəylərində gəldikləri nəticənin səbəblərini ətraflı izah etməklə Mehralı Bəkirovun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini pozduğunu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğunu bildirmişlər. Bundan başqa, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərində Mehralı Bəkirovun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və baş qa əmlaka zərər vurmamalı, M.A.Bəkirov diqqətini daim dəyişən yol şəraitində avtomobili idarə olunmasından ayırmamalı, qarşıda olan yolayrıcına daxil olarkən avtomobili sola istiqamətlənməzdən əvvəl velosipedçinin yolun sağ tərəfi ilə hərəkətinin istiqamətində hərəkətdə olmasını nəzərə alaraq avtomobilini dayandırmalı və sola manevr aparmaqla hərəkət üçün təhlükə şəraiti yaratmamalı idi. Sürücü M.A.Bəkirov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsassız olmaqla cinayət işinin materialları ilə uyğun olmamışdır. Həmçinin, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun ol mamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun törətdiyi cinayətin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Hazırkı cinayət işi üzrə bəraət hökmü çıxaran məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları nəzərə almamış, təqsirləndirilən şəxsin müdafiə yönümlü fikirlərini digər sübutlarla müqayisə etməyərək həqiqət kimi qəbul etmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları müqayisəli şəkildə təhlil edib onları nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə kollegiyası qərar qəbul edərkən qanunvericiliyi n, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarın qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi X2 qarşı irəli sürülmüş ittiham üzrə əsassız olaraq ona bəraət verilməsinə səbəb olmuşdur. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, sübutla r CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, onlar tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə verilmiş ittihamın tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə istintaqı nəticəsində X2 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestdə qeyd olunmuşdur ki, X1 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə sübutlarla tam təsdiq olunmuş, lakin məhkəmələr həmin sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkə t və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələ r təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzə rdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin dispozisiyasından görünür ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibini yaranır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı X1 əməlində Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması barədə nəticəyə cinayət işi üzrə keçi rilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 09 sentyabr 2021-cu il tarixli 8/1516 №-li rəyinə əsasən gəlmişdir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2107 markalı, **-BB-*** dövlət nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakç ılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə kollegiyası qanunun yuxarıda qeyd edilən normalarını və M.A.Bəkirova qarşı irəli sürülmüş ittihamın mahiyyətini nəzərə alaraq, onun əməlində Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərəd tutulmuş cinayət tərkibinin olmasına dair nəticəyə gəlmək üçün onun avtomobili idarə edərkən təhlükəsiz şəraəti yaratmaması, öz hərəkətləri və ya hərəkətsizliyi ilə zərərşəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasında təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanı r, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, cinayət işi üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin ekspertizası və kompleks məhkəmə ekspertizalarının rəylərinin M.A.Bəkirovun əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğunsuzluq olmasına dair hissəsi onun elan edilmiş ittihamda təqsirinin müəyyən edilməsində mötəbər sü but kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakıda göstərilən səbəblərə görə məhkəmələrin gəldiyi bu nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 264.1-ci maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Həmin Məcəllənin 127.1ci maddəsindən görünür ki, ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış: 127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətləri nə aid digər halların araşdırılmasına dair nəticələridir; 127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. Həmçinin bu Məcəllənin 127.2-ci maddəsində qeyd edilir ki, ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinin tələblərinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Cinayət işinə əlavə edilmiş yol-nəqliyyat hadisələri ekspertiz asının və kompleks məhkəmə ekspertizalarının rəylərindən görünür ki, ekspertlər M.A.Bəkirovun əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğunsuzluq olmasına dair nəticəyə gələrkən elm, texnika, incəsənət və ya sənəd sahəsində hər hası bir biliklərdən istifadə edərək tədqiqatı aparmamış, sadəcə olaraq istintaq orqanı tərəfindən onlara təqdim edilmiş hadisə haqqında məlumatlara əsasən qeyd etmişlər ki, M.A.Bəkirovun əməli “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğun gəlmir və qanunun həmin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Res publikası Qanunun 36cı maddəsində yol hərəkətinin iştirakçılarının əsas hüquq və vəzifələri sadalanmışdır. Yuxarıda qeyd olunduğu kimi həmin maddənin 1-ci hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı və öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Birinci instansiya məhkəməsi iclasında bəraət almış şəxs X4 CM-in 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi almadan idarə edərək, 03 may 2021-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi “VAZ-2107” markalı **-BB-*** dövlət q eydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində hərəkət edirmişdir. Həmin vaxt avtomobilin qabaq oturacağında arvadı Şahid və arxa oturacağında az yaşlı ovladları Sahib və Kamil əyləşmişdir. Avtomobilin sürəti maksimum 5-7 km/saat olmuşdur. O, yolun sağ tərəfində, yəni öz hərəkət zolağında hərəkət etmişdir. Bu zaman 2 nəfər azyaşlı uşaq idarə etdikləri velosipedlərlə çox iti surətlə avtomobilin sol tərəfindən keçib yollarına davam etmişdir. Velosipedçiləri görəndən sonra ehtiyatlanaraq, surəti demək olar ki, 3-5 km/saat qədər tam azaltmışdır. O, qarşısındakı sağ tindən çıxarkən ani olaraq idarə etdiyi avtomobilin üzərinə bir nəfər velosipedçinin çox yüksək surətlə gəldiyini görmüşdür. O, həmin anda cəld əyləci sıxmış və avtomo bili saxlamışdır. Avtomobilin tam dayanması ilə qarşıdan onun hərəkət zolağı ilə gələn velosipedçi avtomobilin qarşı hissəsinə çırpılmışdır. Velosipedçinin surəti təxminən 25-30 km/saatdan az olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X4 hadisəni özündə əks etdirən diski məhkəməyə təqdim etmiş və həmin diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X4 "VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun hərəkətinin əks istiqamətində iki nəfər velosipedçinin əks hərəkət yolu ilə X1 idarə etdiyi avtomobilin yanından surətlə keçərək əks istiqamətdə getmələri, sonuncu avtomobilin surətini bir qədərdə azaldaraq onun hərəkəti istiqamətində sağında yerləşən daş hasarın tin hissəsinə yaxınlaşarkən tindən çıxdığı and a bir saniyə ərzində onun hərəkət zolağı ilə əks istiqamətdə hərəkətdə olan velosipedçinin yüksək surətlə onun avtomobilin qarşı hissəsinə çırpılaraq avtomobilin ön kapotunun və oradan da avtomobilin sağ tərəfinə düşməsi müəyyən edilmişdir. Həmçinin videogörüntüyə baxış zamanı velosipedçini vurmazdan əvvəl avtomobilin surətinin yüksək olmaması, velosipedçinin isə avtomobilə nisbətdə surətlə hərəkət etməsi müəyyən edilmişdir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, sürücü X4 hadisə zamanı məhdud görünüş şəraitli, yəni qarşıdan gələn hərəkət iştirakçılarının görünmədiyi yol ayrıcından çıxarkən bir istiqamətdə bir hərəkət zolağı olan yolda qarşıdan əks istiqamətdə həmin hərəkət zolağının mərkəzi hissəsinə yaxın yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçi ilə toqquşmuşdur. Həmin zaman Mehralı Bəkirovun velosipedçini gördüyü andan velosipedçi ilə toqquşma anınadək keçən müddət bir saniyədən az olmuşdur. Yol-nəqliyyat hadisələrin məhkəmə ekspertizasının 16 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə tədqiqi hissədə qeyd olunan məsafədə “VAZ-2107” markalı avtomobilin orta sürəti VVAZ-2107=23 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə “VAZ-2107” markalı avtomobil velosipedlə toqquşma anında tam dayanmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə “VAZ-210 7” markalı avtomobil velosipedlə toqquşma anındakı ani sürəti VAZ2107=12 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə “VAZ-2107” markalı avtomobil velosipedlə toqquşduqdan sonra 0,6 metr məsafə qət edərək dayanmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD20220513-WA0002" adlı videoyazıya görə toqquşma anında velosipedin ani və orta sürəti 22 km/sat olmuşdur. 25 noyabr 2022-ci il tarixli baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində asfalt örtüklü avtomobil yolunda baş vermişdir. Həmin asfalt yolun eni müxtəlif hissələrdə 4-5-6 metr olaraq dəyişir, həmin yol iki hərəkət zolaqlı olmaqla əks istiqamətli nəqliyyat axını üçün nəzərdə tutulmuşdur. Baxış keçirilən ərazidə yol kənarında yol nişanları yoxdur. Avtomobillə velosipedin toqquşduğu yer 3 istiqamətdən gələn yolun kəsişməsindən iki metr irəlidə yerləşir. Baxış zamanı müəyyən edilmişdir ki, Mehralı Bəkirov idarə etdiyi avtomobillə öz hərəkət zolağı ilə hərəkət edib yol kəsişməsini keçdikdən sonra düzünə istiqamətdə təxminən iki metr hərəkətini davam etdirərkən qarşı tərəfdən əks hərəkət zolağı istiqamətində hərəkət edən velosipedçi ilə toqquşmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, velosipedçinin gəldiyi istiqamətdə yolun sağ tərəfində yol kənarında dirək üzərində avtomobillərin görünməsi üçün güzgü quraşdırılmışdır. Həmin güzgüyə baxış keçirilən zaman m üəyyən edilmişdir ki, velosipedçinin gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşdıqda həmin güzgüdə qarşıdan və sol tərəfdən gələn nəqliyyat vasitələrini görmək mümkündür. Mehralı Bəkirovun gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşan zaman qeyd edilən güzgü görünmür və həmin güzgü sonuncunun hərəkət istiqamətində quraşdırılmamışdır. Mehralı Bəkirovun gəldiyi istiqamətdən hərəkət edən zaman nəqliyyat vasitəsini idarə edən sürücünün yol ayrıcına tam daxil olduqdan sonra avtomobili güzgü ilə paralel saxlayıb doxsan dərəcə sola baxdıqda güzgünü və güzgüdə əks olunan nəqliyyat vasitələrini görmək mümkün olur. Yol ayrıcında quraşdırılmış güzgü hadisə vaxtı X1 gəldiyi istiqamətdən deyil qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan və məhkəmə iclasında təd qiq edilmiş digər sübutlarla müəyyən olunmuşdur ki, X4 “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə 23 km/saat sürətlə yolun öz hərəkət zolağı ilə hərəkət etmiş, görmək imkanı məhdudlaşdıran döngəyə yaxınlaşanda sürəti 12 km/saata qədər endirmiş, döngədə olarkən qarşı tərəfdən 22 km/saat surətlə velosipedçi Zərərçəkmiş şəxs oğlunun maşın üzərinə gəldiyini görüb sərt tormozlama əməliyyatı aparmış, lakin velosipedçi Zərərçəkmiş şəxs oğlu heç bir tormozlama etmədən onun idarə etdiyi avtomaşının qabaq hissəsi ilə toqquşmuşdur. Göründüyü kimi sürücü M.A.Bəkirov avtomobili yolun öz hərəkəti zolağı ilə yol şəraitinə uyğun sürətlə idarə etmiş və toquşmanın qarşısını almaq üçün tormo zlama əməliyyatı keçirmişdir. Qeyd edilməlidir ki, toqquşmadan sonra VAZ-2107 markalı avtomobil cəmi 0,6 metr mesafə keçib dayanmışdır. Bu onu göstərir ki, toqquşmanın avtomobilin tam dayandırmasına kimi baş verməsi faktiki olaraq daha yüksək sürətlə hərəkət olan velosipedçinin heç bir tormoz əməliyyatı aparılmadan öz hərəkətini davam etdirməsi nəticəsində baş vermişdir. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 09 sentyabr 2021-cu il tarixli 8/1516 №-li rəyindən görünür ki, ekspert tərəfindən sürücü M.A.Bəkirovun yol hərəkəti üçün təhlükəsiz şəraiti yaratmamasını belə əsaslandırmışdır: “Bəkirov diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, qarşıdan əks istiqamətdə yolun sağ kənarı ilə düzünə hərəkət olan velosipedçini nəzərə alaraq, onda n hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək onun yanından keçib getməli idi”. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticələrlə razılaşaraq, qeyd edir ki, ekspert tərəfindən verilmiş rəyin əsaslandırması cinayət işinin materialları və sübutlarla uzlaşmır. Belə ki, istintaq zamanı sürücü M.A.Bəkirovun diqqətini yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmasını təsdiq edən heç bir hal müəyyən edilməmiş və bu barədə ekspertiza təyin edilməsi barədə qərarda da qeyd edilməmişdir. Bundan başqa cinayət işində olan sübutlardan (xüsusən videoyazı olan diskdən) aydın görünür ki, zərərşəkmiş şəxs velosipedi yolun sağ kənarı ilə deyil, faktiki olaraq VAZ-2107 markalı avtomaşının hərəkət etdiyi zolağının orta hissəsinə yaxın sürmüşdür. Həmçinin ekspert öz rəyini əsa slandıraraq, sürücü M.A.Bəkirovun görmə imkanı məhdudlaşdırılmış vəziyyətdə velosipedçini nəzərə alınmasının yalnız onun həmin velosipedçini gördüyü andan mümkün olmasını nəzərə almamış, velosipedçini görəndən sonra onun yan keçməsinə şərait yaradılması üçün M.A.Bəkirovun texniki imkanının olub-olmamasını araşdırmadan rəy vermişdir. Cinayət işi üzrə keçirilmiş kompleks ekspertizaların 16 sentyabr 2022-ci il tarixli və 25 iyun 2023-cü il tarixli rəylərində də M.A.Bəkirovun əməlinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğun gəlməməsi və qanunun həmin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması barədə nəticənin əsaslandırması eyni olmuşdur. Göründüyü kimi, nə ekspertlər, nə istintaq orqanı sürücü M.A.Bəkirovun yol hərəkəti üçün təhlükəsiz şəraiti yaratmamasının nədə ifadə olunması müəyyən etməmiş, onun qarşıda qələn velosipedçini görəndən sonra onunla toqquşmanın qarşısını almaq texniki imkanının olub-olmamasını aydınlaşdırılmamışlar. Bu isə M.A.Bəkirovun elan edilmiş ittihamda təqsirli bilinməsini istisna edir. Beləliklə, ekspertlərin rəyləri və cinayət işi üzrə digər sübutlar yol nəqliyyat hadisəsinin baş verdiyi şəraitdə sürücü M.A.Bəkirovun zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasında təqsirini təsdiq edən heç bir hal müəyyən edilməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə onun üzərinə qoyulmuş vəzifələrinin onun tərəfindən təqsirli olaraq pozulması barədə nəticəyə gəlmək üç ün əsaslar yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmələrin gəldiyi nəticələri ilə razılaşır və hesab edir ki, cinayət işi üzrə M.A.Bəkirovun ona Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər norma tiv hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Göründüyü kimi, X2 elan edilmiş ittihamda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araş dırılmamış, müvafiq sübutlar toplanılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən X2 CM-in 263-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublik ası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan qanun normalarının tələbləri və apellyasiya məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən olunmuş faktiki hallar baxımından baş vermiş yol-nəqliyyat hadisəsində X1 təqsirliliyi təsdiq olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X1 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X4 barəsindəki bəraət hökmünün qüvvədə saxlanılması barədə apellyasiya məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023ü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar