Məhkəmə qərarları › İş №1(102)-96/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-96/2019

23.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-96/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X22 iştirakları ilə xx xxxxxxx 1957-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “xxxx” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonr a CM-in) 178.3.2 və 179.3.2 maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2017-ci il tarixli hökmünə əsasən (sədrlik edən: N.A.Kərimov, hakimlər: R.A.Allahverdiyeva və T.X.Nəsrullayeva) X13 Azərbaycan Respublikası CM-in 178.3.2 və 179.3.2 maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum etməklə 08 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəza sı təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə X7 qəti olaraq, 02 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum etməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2015-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: M.S.Hüseynov, hakimlər: H.H.Əhmədov və V.Ə.Mursaqulov) apell yasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Təqsirləndirilən şəxs ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, 2012-2014-cü illərdə Bakı şəhərində «xxxx» MMC-nin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə X8 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1.255 kv.metr olan qeyri-yaşayış sahəsini «xxxx» (Azərbaycan) ASC-yə girov qoyaraq, götürüb ona verdiyi 700.000 manat kredit vəsaiti üzrə əsas və faiz ödənişlərini Bakı şəhəri, *********************** qəsəbəsindəki «******» şadlıq sarayının yaxınlığında yerləşən özünə məxsus olan fərdi yaşayış evini satıb əldə olunan pu lun hesabına ödəyəcəyini yalandan vəd edərək, guya, həmin fərdi yaşayış evinin müvafiq sənədlərinin hazırlanması üçün müəyyən məbləğdə pulun tələb olunduğunu bildirib R6 ona olan inam və etibarından istifadə edərək, həmin məqsədlə sonuncunun ona verdiyi «xxxx» MTK-nın ünvan 3 ünvanında inşa etdiyi yaşayış massivindəki özünə məxsus 217 saylı mənzili 11 fevral 2014-cü il tarixdə Ağcəbədi rayonu, ********** kənd sakini X3 əldə etdiyi 70.000 manat vəsaiti özünün digər şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə X8 70.000 manat məbləğində pulunu ələ keçirərək, sonuncuya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2012-2014-cü illərdə Bakı şəhərində «xxxx» MMC-nin direktoru vəzifəsində işləyərkən, həmin cəmiyyətin nizamnaməsinə v ə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 28 mart 2013-cü il tarixli, 071769 №-li lisenziyaya əsasən, cəmiyyətin nəzdində olan klinikanın fəaliyyətinə nəzarət etmək, ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq və digər səlahiyyətlərə malik məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını təkrarən talama məqsədilə «xxxx» MMC-nin direktoru X8 30 noyabr 2012-ci il tarixdə X9 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1.255 kv.metr olan qeyri-yaşayış sahəsini «xxxx» (Azərbaycan) ASC-yə ipoteka ilə yüklü edərək, 60 ay müddətinə 14,5 faizlə götürdüyü 700.000 manat məbləğində kreditin bank və digər xərcləri çıxıldıqdan sonra qalan 693.000 manatını «xxxx» MMC-nin təsisçiləri X21, X4, X16 və X35 ilə aralarında bağlanmış 06 dekabr 2012-ci il tarixli «Birgə fəaliyyət haqqında» müqavilənin şərtlərinə əsasən, tibb avadanlıqlarının alınması üçün götürərək, həmin vəsait üzrə aldığı 56 adda avadanlıqdan 193.050 manat dəyərində 45 adda müxtəlif, o cümlədən, 13.000 manat dəyərində bir ədəd CM-606 markalı narkoz aparatı, 35.000 manat dəyərində bir ədəd «Karl-shtors» markalı laparoskopik dayaq, 8.800 manat dəyərində bir ədəd əməliyyat lampası, 7.500 manat dəyərində üç ədəd əməliyyat alətləri, 9.600 manat dəyərində səkkiz ədəd çoxfunksiyalı çarpayı, 3.200 manat dəyərində səkkiz ədəd ortopedik antibakteresid döşək, 7.000 manat dəyərində iki ədəd reanimasiya üçün çoxfunksiyalı çarpayı və ortopedik döşək, 10.000 manat dəyərində iki ədəd elektrik bıçağı ilə birlikdə elektrokogulator, 35.000 manat dəyərində ultrasound EMP-30 0 markalı UZM, 5.000 manat dəyərində bir ədəd 12 kanallı EKQ, 9.000 manat dəyərində bir ədəd elektrosofoloqramma, 2.500 manat dəyərində bir ədəd monitor, 1.000 manat dəyərində bir ədəd əlil arabası, 1.550 manat dəyərində bir ədəd nerj şkaf, 1.700 manat dəyərində bir ədəd suxayor şkaf, 1.000 manat dəyərində bir ədəd böyük kompressor, 500 manat dəyərində bir ədəd kiçik kompressor, 6.000 manat dəyərində bir ədəd VK-75 Avtoklav, 1.000 manat dəyərində bir ədəd «USA» markalı mikroskop, 9.800 manat dəyərində bir ədəd RT-7600 markalı qan üçün analizator, 4.400 manat dəyərində bir ədəd İFA markalı analizator, 1.800 manat dəyərində bir ədəd termostat, 1.500 manat dəyərində bir ədəd quruducu şkaf, 7.500 manat dəyərində bir ədəd biokimyəvi analizator, 4.500 manat dəyərində bir ədəd RT-220 markalı kool oqramma, 3.500 manat dəyərində bir ədəd sidik analizatoru və 1.700 manat dəyərində bir ədəd sterilizator olmaqla, ümumilikdə, 193.050 manat dəyərində qeyd olunan tibbi avadanlıq və ləvazimatları 2014-cü ilin sentyabr ayında «X36» MMC-nin məsul əməkdaşlarına və istintaqa məlum olmayan şəxslərə satıb əldə etdiyi vəsaiti özünün şəxsi ehtiyaclarına sərf etməklə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyd olunan külli miqdarda pul vəsaitini öz qulluq mövqeyindən istifadə edib mənimsəyərək, təkrarən talamışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, əməlində cinayət tərkibinin olmaması əsası i lə X5 barəsində bəraət hökmü çıxarılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, CM-nin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməmişdir, çünki zərərçəkmiş kimi tanınmış X6 70.000 manat pulu borc kimi hissə-hissə almış, R.Zeynalov özü də bunu etiraf etmişdir. Aralarında olan razılaşmaya görə o, pulu 4-5 aya R.Zeynalova qaytarmalı idi. Məhkumun fiklrincə, ona CM-nin 179.3.2-ci maddəsi ilə elan edilən ittiham da əsassız olmuşdur. Belə ki, ”xxxx” MMC-nin təsisçiləriylə onun arasında bağlanmış “Birgə fəaliyyət haqqında” 06.12.2012-ci il tarixli müqaviləyə əsasən o, 2018-ci ilin mart ayına qədər həmin obyektdə fəaliyyət göstərməli və müqavilə öhdəliklərini yerinə yetirməli idi. Lakin 2014-cü ilin fevral ayında R6 və icarəyə götürülmüş obyektin sahibi P6 tərəfindən “Birgə fəaliyyət haqq ında” 06.12.2012-ci il tarixli müqavilə qanunsuz olaraq birtərəfli qaydada ləğv edilmiş və onun ”xxxx” MMC-nin təsisçilərinin qarşısında götürdüyü borc öhdəliyinin təminatçısı olan “xxxx” klinikası qanunsuz olaraq bağlanmış, avadanlıqlar dağıdılmış, işçilər qovulmuşdur. Məhkum qeyd edir ki, həmin iş üzrə ”xxxx” MMC heç vaxt zərərçəkmiş kimi tanına bilməzdi, çünki onunla həmin cəmiyyət arasında heç bir müqavilə bağlanmamışdır. Müqavilə onunla cəmiyyətin təsisçiləri olan fiziki şəxslər - X21, X4, X16 və X24 arasında bağlanmışdır. Bütün bunlar istintaq materialları ilə də təsdiq olunmuşdur. Məhkum hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işini tam araşdırmadan, onun vəsatətlərini təmin etmədən ədalətsiz qərar qəbul etmişlər. Məhkum həmçinin qeyd edir ki, onun 61 yaşı var, himayəsində sağalmaz xəstəliyə düçar olmuş övladı var, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi İ.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı X5 CM-nin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə isə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş halla ra əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilm əməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Kassas iya şikayətinin, X5 CM-nin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəlilləri ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materallarından görünür ki, ”xxxx” MMC 2005-ci ildə hüquqi ünvanı Bakı şəhəri, ****************************** olmaqla X35 tərəfindən təsis edilmiş və 09 mart 2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. (cild 1.vərəqə 19-26) 2006-cı ildə təsisçilər sırasına X21, X4, X16, X23 və X14 da daxil olmuş, ümumi yığıncağın 29 mart 2006-cı il tarixli qərarı ilə X17 direktor təyin edilmişdir.(cild 1.vərəqə 27) “xxxx” MMC-nin təsisçilərinin 15 oktyabr 2012-ci il tarixli qərarı ilə MMC-nin sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədilə “xxxx” bankdan 700.000 (yeddi yüz min) AZN həcmində vəsaitin 60 ay müddətinə kredit götürülməsi qərara alınmışdır.(cild 1,vərəqə 48). xxxx (Azərbaycan) ASC ilə “xxxx” MMC arasında bağlanmış müqavilədən görünür ki, bank kreditdən istifadəyə görə illik 14,5 faiz ödəmə olmaqla “xxxx” MMC-yə 60 ay müddətinə 700.000 AZN məbləğində kredit vermişdir.(cild 1,vərəqə 49-52) ”xxxx” MMC-nin təsisçilərindən X21, X4, X16 və X35 ilə X13 arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş “Birgə fəaliyyət haqqında” 06.12.2012-ci il tarixli müqavilədən görünür ki, həmin şəxslər: “ünvan 5 ünvanında yerləşən 1255 kv.m-dən ibarət qeyri yaşayış sahəsində gələcəkdə tibbi klinika kimi fəaliyyət göstərmək üçün tibbi avadanlıqların alınmasına görə 700.000 manat pul məbləğini X7 verməyi öhdələrinə götürürlər. X13 isə öz növbəsində 07.01.2013-cü il tarixdən başlayaraq 06.01.2014-cü il tarixədək hər ay üçün Bank “xxxx” ASC-yə 8.740,28 manat faiz borcunu, 06.01.2014-cü il tarixdən 30.11.2017-ci il tarixədək hər ay üçün 19.402,87 manat aylıq ödəniş etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə yolu ilə həll ediləcək.”(cild 1,vərəqə 47) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi 1 dərəcəli X1 həmin cinayət işi üzrə qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2016-cı il tarixli qərarı ilə ”xxxx” MMC-nin təsisçiləri ilə Müğdət Həşimov arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilənin müddəti bitmədiyindən və mülki xarakterli olduğundan həmin xüsusatlar üzrə cinayət işi başlanması rədd edilmişdir.(qər arın 7-ci bəndi) (cild 6,vərəqə 11-40) İşin hallarının ibtidai araşdırma orqanının Müğdət Həşimova ittiham elan edilməsinə dair 18 mart 2016-cı il tarixli qərarında (cild 5,vərəqə 199-201), iş üzrə tərtib olunmuş və 31 mart 2016-cı il tarixdə təsdiq olunmuş ittiham aktında, birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən məzmunundan görünür ki, Müğdət Həşimova CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməyə görə elan edilmiş ittihamda cinayət kimi qiymətləndirilən hərəkətləri müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2016-cı il tarixli qərarı ilə mülki xarakterli hərəkətlər kimi qiymətləndirilərək cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinin tələbinə görə şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarının olması cinayət təqibini istisna edən hal hesab olunur və belə hallarda şəxsin barəsində cinayət işi başlana bilməz,başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarı X5 Azərbaycan Respublikası CM 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə və zərərçəkmiş şəxs və mülki iddiaçı ”xxxx” MMC-nin X7 qarşı mülki iddiasının təmin edilməsinə aid hissədə ləğv edilməli Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum X13 barəsində Az ərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməli, “xxxx” MMC-nin X7 qarşı mülki iddiası baxılmamış saxlanmalıdır. Kassasiya şikayətinin, X5 CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəlilləri ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin hissədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəb ərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfi ndən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs işin hallarında təsvir olunan dələduzluq cinayətini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan zərərçəkmiş şəxs və mülki iddiaçı X8, şahidlər X10, X11, X12 ifadələri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblər inə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiy yətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, d ələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya ə mlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunması ilə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliy ində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısın ı müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. İşin kassasiya instansiya məhkəməsində baxışı zamanı zərərçəkmiş şəxs X8 məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun Müğdət Həşimova qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasın ı mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzə rə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən şərti məhk um etmə zamanı əlavə cəzaların təyin edilməsinə yol verilir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 3 (üç) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat ver mədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. X13 barəsində Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarı X5 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə və mülki iddiaçı ”xxxx” MMC-nin X7 qarşı mülki iddiasının təmin edilməsinə aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum X13 barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin və həmin maddə ilə, habelə CM-nin 66.3cü maddəsi ilə cəzalandırılmasına dai r müddəalar qərardan xaric edilsin. “xxxx” MMC-nin X7 qarşı mülki iddiası baxılmamış saxlansın. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarı X5 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilsin. X13 barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ildən 6 (altı) ilə endirilsin.Həmin cəza Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. X13 dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun. X5 davranışı üzərində nəzarət Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X13 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar