Məhkəmə qərarları › İş №1(102)-96/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-96/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-96/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 20 19-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.4,177.2.1, 32.4,177.2.3, 32.4,177.2.4 və 170.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), İ.Q.Abdullayev və M.Ə.Abdullayevdən ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1991-ci ildə Lənkəran rayonunun Biləsər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış Azərbaycan Respub likası CM-in 32.4,177.2.1, 32.4,177.2.3, 32.4,177.2.4 və 170.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 32.4, 177.2.1, 32.4, 177.2.3, 32.4, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 170.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 16 avqust 2018-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə X8, X6 və X9 təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X8 xx xxxx 2018-ci ildə, saat 15 radələrində işlədiyi Lənkəran rayonunun Hirkan qəsəbəsində yerləşən «Avrora» çayxanasında tanışı Məhkum ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama haqqında qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşəndən sonra, Məhkum ona X2 Lənkəran rayonunun Parakənd kəndində yerləşən evində xeyli miqdarda qızıl-ziynət əşyaları və pulun olduğunu bildirməsindən sonra həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə xx xxxx 2018-ci ildə, saat 18 radələrində Məhkumla çayxanada olarkən həmin vaxt yetkinlik yaşına çatmamış, xx xxxxxxxx 2000-ci il təvəllüdlü X12 və xx xxxxxx 2002-ci il təvəllüdlü X6 ilə görüşərək, onların yetkinlik yaşına çatmadıqlarını bilə-bilə onlara qızıl-zinət əşyaları və pul olan evdən oğurluqda iştirak etməyi t əklif etmiş, sonunculara cinayətdə iştiraklarına görə oğurlanacaq əmlakı aralarında bərabər böləcəklərini vəd edib razılıqlarını alaraq, yetkinlik yaşına çatmamış X9ni və X6i cinayətkar fəaliyyətə, cinayətkar qrupa cəlb etməklə, onlarla oğurluq barədə qabaqcadan əlbir olaraq, Məhkum onları xx xxxx 2018-ci ildə, gecə saat 03 radələrində X5 rayonunun Parakənd kəndində yerləşən evinin yanına gətirib özü oranı tərk etdikdən sonra sonuncu ilə eyni niyyətlə hərəkət edərək, evə qanunsuz daxil olmaq istəsələr də həmin günü əlverişli şərait olmadığından bu hərəkətlərindən imtina etmişlər. O, xx xxxx 2018-ci ildə, saat 18 radələrində Məhkum iştirakı olmadan işlədiyi çayxanada tanışları X6 və X9 ilə görüşərək cinayəti törətmək üçün münasib bildikləri gecə vaxtını gözləmiş, iyulun 15-dən 16-na geçən g ecə saat 03 radələrində X2nın yaşadığı evin yanına birlikdə gəlib hasardan keçməklə, əvvəlcədən razılaşdıqları kimi X9 evin birinci mərtəbəsində gözləyərək ola biləcək təhlükə barədə onlara məlumat verməli, o, isə X6lə həyətdən (hadisə yerindən) götürdükləri nərdivanla evin ikinci mərtəbəsinə qalxaraq pəncərədən qanunsuz olaraq içəri daxil olmuş, evə girdikdən sonra həmin mərtəbədəki otaqların birində güzgülü tumbanın siyirməsində saxlanılan, ümumi dəyəri 19868 manat olan qızıl zinət və sadə metaldan hazırlanmış bəzək əşyalarını oğurlamış, sonra digər otağa girərkən həmin otaqda yatmış vəziyyətdə olan ev sahibi X2nın yuxudan ayılaraq onları aşkar etdiyini və qışqıraraq kömək çağırdığını görüb götürdükləri əmlakı özlərində saxlayıb cinayəti törətdiyi şəxslərlə birlikdə qabaqcadan razılaşdır ılmış ümumi niyyətdən kənara çıxan hərəkətlərə yol verməklə hadisə yerindən qaçaraq X2nın əmlakını açıq talamaqla sonuncuya 19868 manat məbləğində xeyli miqdarda ziyan vurmuşlar. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Lən kəran Ağır Cinayətlər Məhkəməsinin haqqında çıxartdığı ittiham hökmündə CM-nin 170.3-cü maddəsi qanunsuz və əsassızdır. Belə ki, cinayət işində olan bəzi məqamlar istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı tam sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə adı hallanan azyaşlı X4 verdiyi izahat nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan cinayət işi üzrə CM-nin 170.3-cü maddəsinin ittihamdan xaric edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsin ə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə ba xmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, cinayət işində olan bəzi məqamlar istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı tam sübuta yetirilməmiş, məhkəmə istintaqı zamanı iş üzrə adı hallanan azyaşlı X4 verdiyi izahat nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan cinayət işi üzrə CM-nin 170.3-cü maddəsinin ittihamdan xaric edilməsini xahiş etmişdir. Cinayət işi üzrə məhkumun eyni məzmunlu apelyasiya şikayətinə baxılarkən kassasiya şikayətində göstərdiyi dəlillərin həqiqiliyi və əsaslılığı yoxlanılmı ş və bu dəlillər cinayət işinin materialları ilə təkzib edildiyindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə istinad edilən X4 ifadələri məhkəmə iclasında tədqiq edilmişdir. Təqsirləndirilən şəxs X8 məhkəməyədək icraatı zamanı verdiyi ifadələrini təsdiq etməklə ona Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.3, 180.2.5 və 170.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Məhkumla işlədiyi «Avrora» çay evindən tanış olmuş, aralarında səmimi münasibət yaranmışdır. 2018-ci ilin iyul ayının 09-da saat 14-15 radələrində Məhkum onun işlədiyi çayxanaya gələrək Lənkəran rayonu Parakənd kəndində yaşayan bir qadının yaxşı evinin, çoxlu pulu və qızıllarının olduğunu, ərinin Rusiya Federasiyasında yaşadığını, evində iki azyaşlı uş ağı ilə tək yaşadığını, evdə kamera və itin olmadığını, evə təzə köçdüyünü ona bildirmiş və tanıdığı adamlar varsa həmin evdən oğurluq etməsini demişdir. Məhkumın bu sözündən sonra onun yadına bir neçə dəfə oğurluq edərək tutulmuş, özündən iki-üç yaş balaca olan tanışı X6 düşmüşdür. Buna görə də Məhkuma belə bir adam tanıdığını demişdir. Məhkum ona həmin adamı da götürüb çayxanada görüşərək bu məsələni danışmasını demişdir. X6ın nömrəsini bilmədiyinə görə X6ın dostu X9yə zəng edərək X6la əlaqə saxlamaq istədiyini bildirmiş, bir neçə dəqiqə sonra X9 ona zəng etmiş və o, telefonda X9 və X6a Məhkumın ona etdiyi təklifi demiş və onlar onunla razılaşmışlar. xx xxxx 2018-ci ildə saat 18-19 radələrində X9 və X6 onun işlədiyi çayxanaya gəlmiş, o, X9 və X6ı Məhkumla tanış etmiş, sonra Məhkum X9 və X6a ona etdiyi təklifi etmiş, əvəzində oğurluqdan əldə edəcəkləri gəlirdən ona da pay verəcəklərini bildirmişdir. Məhkum söhbətini bitirdikdən sonra X9 masadan qalxaraq qorxduğunu, ona görə də oğurluğa getməyəcəyini demişdir. Məhkum onlara qorxmağa ehtiyac olmadığını, evdə kamera olmadığını demişdir. Həmin vaxt o da Məhkuma dəstək olaraq burada qorxulası heç nə olmadığını demişdir. Sonradan X9 və X6 onların dedikləri ilə razılaşmışlar. xx xxxx 2018-ci il tarixə keçən gecə 02-03 radələrində o çayxananı bağladıqdan sonra o, Məhkum, X9 və X6 Məhkumın müşayəti və bələdçiliyi ilə piyada Lənkəran rayonunun Parakənd kəndinə getmişlər. Məhkum onlara X2nın yaşadığı evi göstərmiş və özü oradan geriyə qayıtmışdır. Məhkum getdikdən sonra onlar bir qədər evin yaxınlığında gözləmiş, lakin qonşuluqda s əs-küy olduğuna görə onlar evə girməyə qorxaraq geriyə çayxanaya qayıtmış, səhərədək çayxanada qalıb sonra evlərinə getmişlər. O, həmin günü saat 10 radələrində Məhkumı çayxanada görüb ondan oğurluq etdiklərini soruşduqda o sonuncuya evə girə bilmədiklərini demişdir. xx xxxx 2018-ci ildə X6 onunla əlaqə saxlamış, ona maska, əlcək hazırladığını və həmin günü X9la çayxanaya gələcəklərini bildirmiş, saat 18 radələrində X9 və X6 çayxanaya gəlmiş, çayxanada qalaraq xx xxxx 2018-ci il tarixinə keçən gecə 02-03 radələrində onlar piyada Lənkəran rayonunun Parakənd kəndinə X2nın evinə getmiş, evin hasarının yanında X9ın idman çantasından hərə öz maska və əlcəklərini götürərək hasardan həyətə tullanmış, həyətdə onlardan başqa heç kəsin olmadığından əmin olduqdan sonra yavaşca evə yaxınlaşmış, evin b irinci mərtəbəsinin qapı və pəncərələrinin bağlı olduğu görüb o, və X6 evin həyət darvazasının solunda asılmış nərdivanı götürüb evin sol tərəfindəki pəncərənin aşağısına dayamış, qabaqda X6 sonra isə o, evin ikinci mərtəbəsinə birlikdə qalxmışlar. İkinci mərtəbəyə çıxdıqdan sonra onlar birlikdə X6la aşağı düşmüş, X6 evin həyətə açılan qapısını iç tərəfdən üzərində saxlanılmış açarla açdıqdan sonra X9 da, evin birinci mərtəbəsinə daxil olmuşdur. Bundan sonra o və X6 ikinci mərtəbəyə qalxmış, X9 isə yarıya qədər qalxsa da, ikinci mərtəbəyə çıxmağa qorxmuş və onları orada gözləmişdir. İkinci mərtəbədə X6 yataq otağı ilə paralel otaqdakı aynalı termonun siyirməsindən qızılları götürərək cibinə tökmüşdür. X6 qızılları götürdükdən sonra qadın və uşaqların yatdığı yataq otağına daxil olmuş, X6 o tağa girdiyi vaxt o, həmin otağın ağzında qalmış və içəridə olanları izləmiş, X6 qadının yatdığı çarpayının başlıq hissəsində qoyulmuş tumbanı açdığı vaxt qadın yuxudan oyanmış və ucadan qışqıraraq kömək çağırmışdır. Qadının bu səsindən onlar hamısı dərhal evi tərk edib qaçmağa başlamış və birinci mərtəbədəki çıxış qapısından evi tərk etdikdən sonra həyətə tullandıqları divardan yenidən küçəyə tullanaraq həyətdən çıxmışlar. Hasardan tullananda onun gələrkən cibində olan təsbehi və papağı orada düşmüş və o, onları götürməyə macal tapmadığına görə onları orada saxlayıb özü X9 və X6la birlikdə hadisə yerindən kənarlaşmışdır. Onlar hadisə yerindən Lənkəran rayonunun Bürcəli qəsəbəsinə babasıgilə getmişlər. Yolda olan zaman maska və əlcəklərini yolda böyürtkən kollarının arasına atmışdır. Dayıs ı X onları məhəllədə görmüş, ona XXnin zəng edərək onların Astara rayonu tərəfdə yerləşən kəndlərin birinə oğurluq etməyə getdiklərini bildirdiyini demiş, o, dayısına yalandan oğurluq etmədiklərini və Astaraya dostugilə getdiklərini bildirmişdir. Hadisədən sonra o və X9 tutduqları əməldən peşman olmuş və qərara gəlmişlər ki, oğurladıqları qızıl-zinət əşyalarını qadının yaşadığı evin həyətinə atmaqla ona qaytarsınlar. xx xxxx 2018-ci ildə saat 12-13 radələrində o, X9la Lənkəran şəhərində görüşüb X6gilə getmiş və X6a qızılları qaytaracaqlarını bildirərək ondan qızılları almışlar. Qızılları həmin gün axşam qadının həyətinə atmağı planlaşdırsalar da taksi sürücüsü Yaqub ona telefonda içkili olduğundan heç yerə maşın sürə bilməyəcəyini bildirmişdir. Bundan sonra onun pulu olmadığından başqa tak si sifariş verməmişdir. Səhəri o, hərbi çağırış xidmətinə getdiyindən qızılları X9la zəngləşib ona vermişdir. Hərbi çağırış xidmətindən çıxdıqdan sonra Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman X9ı da, polis əməkdaşları şöbəyə gətirmişlər. Polis şöbəsində şifahi sorğu-sual zamanı onlar etdikləri cinayət əməlini etiraf etmişlər. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 və X6 da məhkəməyədək icraatı zamanı verdiyi ifadələrini təsdiq etməklə təqsirləndirilən şəxs X4 məhkəmədəki ifadəsində göstərdikləri xüsusatlara uyğun ifadələr vermişlər. Cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum Azərbayca n Respublikası CM-nin 170.3-cü maddəsi ilə təqsirliliyinə dair yuxarıda göstərilən və cinayət işinin materiallarında olan bütün sübutların məcmusuna düzgün hüquqi qiymət vermişlər. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkun Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun ha llar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 32.4,177.2.1, 32.4,177.2.3, 32.4,177.2.4 və 170.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar