Məhkəmə qərarları › İş №1(102)-96/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-96/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-96/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Fəttahov İbrahim Bağır oğlu) Məhkum, xx xxx 1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-da müvəqqəti qeydiyyatda olan, Göyçay şəhəri, Z.Bünyadov küçəsində yaşayan, CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməl ini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesabı ilə hesablanaraq həmin cəzadan çıxılmaqla məhkumun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin d əyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay şəhəri Z.Bunyadov küçəsində yaşadığı evin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib 07 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən hündürlükləri 85 sm-dən 300 sm-d ək, ümumi təmiz çəkiləri - 4 kiloqram 320,00 qram olan həmin 06 ədəd əkilib becərilməsi qadağan olunmuş qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkiləri və hündürlüyü 45 sm olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Qasımov Rauf Adil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 09 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmdən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 0 9 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cəza təyin etmənin prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin müvafiq maddələrinə, Azəbaycan Respublikası Ali Məhkəməsi Polunumunun bəzi qərarlarına istinad edən dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protestini onunla əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə Məhkum törətdiyi cinayət əməlinə görə onun barəsində cəza tədbirinin seçilməsi zamanı məhkəmələr tərəfindən sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş və nəticədə cinayət qanunvericiliyin in normalarına uyğun cəza təyin olunmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarında Məhkum yaşadığı ərazi üzrə verilmiş xasiyyətnamə ilə müsbət səciyyələndirildiyi və barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmadığı qeyd edilməklə, həmin hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Ancaq məhkəmə Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəlmiş cinayət əməli törətmiş olmasına baxmayaraq, cəmiyyətdə hansı səbəbdən müsbət xarakterizə olunması və bununla bağlı yaşadığı ərazi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnaməyə istinad edərkən qeyd olunan halın işin faktiki hallarına açıq-aşkar uyğun gəlməməsini kifayət qədər obyektiv qiymətləndirməməklə, həmin formal xarakter daşıyan sənə din hansı səbəbdən və hansı əsaslara görə cəza təyini zamanı qəbul edilməsini qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə qərarında Məhkum törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən yalnız şəxsi mülahizələrlə əsaslandırmağa çalışmışdır ki, "təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır.” Həmçinin məhkəmə qeyd etmişdir ki, “təqsirləndirilən şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsə gətirdiyi məhrumiyyətlər sosial ədalətin bərp asına, həm Məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir”. Başqa sözlə məhkəmə, "səmimi peşmançılıq" anlayışına hüquqi müstəvidən deyil, daha çox məişət üslubunda ifadə olunan məna baxımından yanaşmışdır ki, bu da CM-nin 59.2, habelə CPM-nin 139.0.5-ci maddələrinin tələbləri baxımından da əsassızdır. Məhkəmə iş üzrə toplanılmış sübutlara formal yanaşaraq, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai-təhlükəliliyinə əhəmiyyət verməyərək, məhkəmə və istintaq təcrübəsində qeyd olunan qəbildən cinayət əməllərini törətmiş şəxslərin yenidən həmin cinayəti törətməyə meylli olmalarına və cəmiyyətdə qeyd olunan bu növ cinayətlərin artım statistikasına laqeyd yanaşaraq, heç bir ciddi əsas olmadan Məhkum barəsində a zadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq etmişdir. İş materiallarından görünür ki, Məhkum dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa olunmuşdur. Ona görə də məhkəmənin cəza təyini zamanı iş üzrə toplanmış sübutlarla təsdiqini tapmayan, onlara açıq-aşkar uyğun olmayan, "təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını" yüngülləşdirici hal kimi nəzərə alması məhkəmə qərarının yalnız formal və subyektiv mülahizələr əsasında qəbul edildiyinin təzahürüdür. Məhkəmə kollegiyası qəbul etdiyi qərarında tez-tez "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haq qında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarına istinad etmiş, həmin qərarda qeyd olunan ədalətli və humanist yanaşmaları qəbul etdiyi qərara ’’uyğunlaşdırmağa'’ çalışmışdır. Ancaq məhkəmə nəzərə almamışdır ki, Ali Məhkəmənin Plenumu məhz həmin qərarında məhkəmələrin diqqətini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilməsini zəruri hesab etmişdir. Dövlət ittihamçısı daha sonra qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununun İ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), kiilli miqdarının aşağı həddi isə 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi. Məhkum həyətində qanunsuz olaraq əkib becərdiyi 06 (altı) ədəd ümumi xalis çəkisi 4 kiloqram 320 qram narkotik təbiətli çətənə kollarının sayı şəxsi istehlak miqdarından dəfələrlə çoxdur. Kassasiya protestində həmçinin vurğulanır ki, şəxsə CM-nin 237.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Məhkəmə bunu da nəzərə almadan Məhkum törədilmiş cinayətin xarakterinə, ictimai təhliikəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı ka ssasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan m addədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 237.1-cimaddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmunundan göründüyü kimi, iş üzrə sübutların tam və hərtə rəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cə zalarındırılmasına səbəbə olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur: 1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə; 2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə; 3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və y a toplanması kimi verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi sahəsində, habelə cinayət qanunvericiliyi sahəsində müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək Konstitusiya ilə nəzərdə tutulan hədlərdə cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır. İctimai təhlükəli əməlin müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə hüquqi tənzimləmə hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsipləri əsasında həyata keçirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə əsaslanır və bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılm ası və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərə görə məsuliyyət müəyyən edən normalar cinayətl ərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Göründüyü kimi, CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibi ndə narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakt er və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələri ndə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndiri lən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyas ı isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən haqlı olaraq həm qanunverciliyin yuxarıda göstərilən tələblərindən, həm də CMnin 58.1-ci maddəsinə verilmiş təfsirdən çıxış edərək sonuncuya onun təqsirli bilindiyi CMnin 237.1-ci maddəsinin sanksiyasında alternativ cəzaların müəyyən edilməsini nəzərə alıb ona həmin cəzalardan ən yüngülü növündə - cərimə cəzasını deyil, məhz aza dlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafq hesab etmişlər ki, məhkəmə kollegiyası da həmin cəzanı ədalətli və qanuni hesab edərək onun açıq-aşkar yüngül cəza olması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM -nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibi nin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bənd inin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “ Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmələr düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məhkumun törətdiyi c inayəti etiraf etməklə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyələndirilməsini, ilk dəfə az ağır cinayət törətdiyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişlər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən k eçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Həmçinin məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi, onun cinayət törətməyə meyilli şəxs olması iş materialları ilə müəyyən edilmir. Əksinə, Məhkum fərdi əməklə məşğul olur və onun cəmiyyətdə hər hansı mənfi davranışı ilə bağlı məlumat cinayət işinin materialların da yoxdur, onun yaşadığı yer üzrə müsbət cəhətdən xasiyyətləndirilməsi isə hələ məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmiş və bu hal ittiham aktında da əksini tapmışdır. Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulayır ki, Məhkum törətdiyi cinayət (CM-nin 237.1-ci maddəsində müəyyən edilmiş) CM-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” adlandırılan CM-nin 26-cı fəslində nəzərdə tutulmuşdur və həmin cinayətin obyekti narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və insanların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai münasibətlərdir. Narkotik vasitlələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin əlavə obyekti kimi ictimai təhlükəsizlik, döv lət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması o halda nəzərdən keçirilə bilər ki, həmin cinayətlər həmçinin bu obyektlərə qəsd edilməsi ilə törədilmiş olsun, yaxud da belə cinayətlərin törədilməsi nəticəsində ictimai təhlükəsizliyə zərər yetirilsin, ya da dövlət idarə və müəssisələrin normal fəaliyyəti pozulmuş olsun. Məhkum barəsindəki cinayət işindən, o cümlədən ona elan olunmuş ittihamdan məhkumun ictimai təhlükəsizlik qaydalarını pozması, bu qaydalara qəsd etməsi, yaxud da onun törətdiyi əməl nəticəsində dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması görünmür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması mümkün deyil ona görə ki, bel ə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində də heç bir qanun pozuntusu görmür, çünki belə hallarn cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün CM-nin 59.2-ci maddəsinin tələbləri imkan verir və bu hallar qanunun tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmşdir. Məhkəmə kollegiyasının fikrincə, qanunun bu norması məhkəmələrə onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqsirkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyəlndirən, onun ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegyiası həmçinin vurğulayır ki, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-nin 72.1-ci maddəsinə əsasən isə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin madd ədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: -şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; -həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; -belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulm uşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlük törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən başqa hallar müəyyən edildikdə belə onun CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrıayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və buna görə məhkəmələr qə bul etdikləri yekun məhkəmə aktlarında onun CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, ibtidai araşdırma zamanı davranışı və verdiyi ifadələr məhkum olunmuş şəxsin təqsirini boynuna almasına, cinayət təqibinin bütün mərhələlərində eyni cür ifadələr verməsi onun ittham olunduğu cinayəti törətməsini etiraf etməsinə dəlalət edir və səmimi peşmanlıqla bağlı bu hallar araşdırılmış sübutlarla təsdiq olunur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapır və məhkəmələr də bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-nin 72.1-ci maddəsinin təlblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilə və bu hal da təqsirkarın şəxsiyyətini səciyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də d gjər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kolegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. İş üzrə araşdırılmış sübutların, Məhkum verdiyi ifadələrin təhlili göstərir ki, o, bütün ifadələrində törətdiyi əmələ görə pemançılıq çəkməsini bildirmiş, onun bu hissi keçirməsi ibtidai araşdırmanan ilkin mərhələsindən başlayaraq verdiyi ifadələrin biri-biri ilə üst-üstə düşən məzmunu ilə də təsdiq olunur ki, bu hallar da məhkumun yuxarıda göstərilənlərlə yanaşı həm də fəlsəfi nöqteyi nəzərdə səmimi peşmanlığından xəbər verir. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, dövlət ittihamçısının kassasiya protestinndə ist inad etdiyi sənədərə, o cümlədən beynəlxalq müqavilələrə nəzər yetirildikdə, görünür ki, bu sənədlər əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı görülən və görülməli olan tədbirlərə, belə əməllərə qarşı həyata keçirilən mübarizəyə həsr olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, belə mübarizə o halda müsbət nəticələrini verə bilər ki, digər tədbirlərin görülməsi ilə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə məşğul olan şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilsin və törətdikləri əməllərə müvafiq olaraq cəzalandırılsınlar, digər tərəfdən isə narkomaniya xəstəliyinə duçar olmuş şəxslər vaxtında müalicə olunaraq cəmiy yətə qovuşa bilsinlər və onların bundan sonra göstərilən vasitə və maddələri qanunsuz olaraq əldə edə bilmələri və onlardan istifadə etmək imkanları aradan qaldırılsın. Son dövrdə qanunvericilik sahəsində həyata keçirilən islahatlar da məhz bu məqsədlərə nail olunmasına yönəlmiş və cinayət qanununda edilmiş bir sıra dəyişikliklər narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmələri nəticəsində narkomaniya xəstələyindən əzab çəkən, buna görə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalırının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi tələb edir. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki onlar el ə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də, qanunun tələb etdiyi qaydada müəyyən edilmşdir (CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi sənədərə, o cümlədən beynəlxalq müqavilələrə nəzər yetirildikdə, görünür ki, bu sənədlər əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı görülən və görülməli olan tədbirlərə, belə əməllərə qarşı həyata keçirilən mübarizəyə həsr olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, belə mübarizə o halda müsbət nəticələrini verə bilər ki, digər tədbirlərin görülməsi ilə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə məşğul olan şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilsin və törətdikləri əməllərə müvafiq olaraq cəzalandırılsınlar, digər tərəfdən isə narkomaniya xəstəliyinə duçar olmuş şəxslər (Məhkum kimi) vaxtında müalicə olunaraq cəmiyyətə qovuşa bilsinlər və onların bundan sonra göstərilən vasitə və maddələri qanunsuz olaraq əldə edə bilmələri və onlardan istifadə etmək imkanları aradan qaldırılsın. Son dövrdə qanunvericilik sahəsində həyata keçirilən islahatlar da məhz bu məqsədlərə nail olunmasına yönəlmiş və cinayət qanununda edilmiş bir sıra dəyişikliklər narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmələ ri nəticəsində narkomaniya xəstələyindən əzab çəkən, buna görə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalırının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi tələb edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni c inayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1.cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2.cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ c əzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3.törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4.azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5.həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Həmin tövsiyə və tapşırığa uğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsinə və tətbiqinə dair normalar nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində bir çox dəyişikliklər edimiş, o cümlədən CM-nin 237.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığ ın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum cəza təyini ilə bağlı məsələni həll edən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında məhkəmələrə edilmiş tövsiyələrdən, CM-nin 58-ci maddəsinin və CM-də 20 oktyabr 2017-ci il tarixli Qanunla edilmiş dəyişikliklərin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış etməklə əsaslı olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəza növünün təyin edilməsinə üstünlük vermiş və bu nəticə həm işin hallarına, törədilmiş cinay ətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həm də Məhkum şəxsiyyətini səciyələndirən hallara uyğun olmuşdur. Belə olan halda da məhkəmə kollegiyası Məhkum onun təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi üçün əsaslar görmür. Məhkum xeyli miqdarda əkib-yetişdirdiyi tərkibində narotik maddə olan çətənə bitkisi kollarının şəxsi istehlak miqdarından dəfələrlə çox olmasının məhkəmələr tərəfindən nəzərə alınmaması barədə kassasiya protestinin dəlilinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onla rın külli miqdarına görə siyahılarla yanaşı həmçinin qanunsuz kultivasiya edilən, tərkibində narkotik vasitələr olan bitkilərin Siyahısı da (kassasiya protestində göstərildiyi kimi, İ, deyil, İİİ Siyahı) təsdiq edilərək həmin Siyahıda çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissə) CM-nin 237.1-ci maddəsinin tərkibini yaradan xeyli miqdar, CM-nin 237.2-ci maddəsinin tərkbini yaradan külli miqdarının aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Göründüyü kimi, istər göstərilən qanunda və CM-nin 237-ci maddəsində, istərsə də İİİ Siyahıda çətənə növlü bitkilərinin şəxsi istehlak miqdarı müəyən edilməmişdir və müəyyən edilə bilməzdi, çünki narkotik vasitələrin aludəçisi həmin bitkilərin özlərini yox, belə bitkilərin yarpaqlarından və ya digər hissələrindən istehsal edilmiş narkotik v asitəni istehlak edir, yaxud da istehsal etdiyi narkotik vasitəni satmaq məqsədi daşıyır. Məhkum yaşadığı evin həyətində aşkar edlmiş çətənə növlü bitkilərin müvafiq hissələrindən hansı miqdarda narkotik vasitə istehsal edəcəyi, onun həmin narkotik vastəni satmaq niyyətində olması toplanmış sübutlarla müəyyən edilmədiyindən belə əməllərin törədilməsinə görə ona qarşı ittiham irəli sürülməmiş və sonuncunun kultivasiya etdiyi kolların sayı 7 ədəd, yəni xeyli miqdarda olduğundan o, bu əməlinə müvafiq olaraq CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan isə Göyçay Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmışdır. Bu zaman məhkəmə yuxarıda şərh olunanlarla yanaşı onun törətdiyi cinayətin xarakterini və icti mai təhlükəlilik dərəcəsini də kifayət qədər nəzərə almış, apellyasiya instansiyası məhkəməsi də tamamilə haqlı olaraq birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmışdır. Dövlət ittihamçısı isə bunun əksinə olan nəticəni, yəni Məhkum mütləq qaydada azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Buna görə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının q anuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi barədə isə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhb ər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-cimaddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar