Məhkəmə qərarları › İş №1(102)-96/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-96/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-96/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X1, Məhkum, Müdafiəçi Bakı şəhəri “Mütəllimov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: CM) 124.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli yekun qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və həmin qərardan, həmçinin eyni tarixli Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X1 apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərardan Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. İstintaq orqanı tərəfindən Məhkum CM-in 126.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

2. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum 2022-ci il iyulun 06-da saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 37-ci dalanda yerləşən nömrəsiz fərdi evdə onunla birlikdə usta işləyən tanışı Zərərçəkmiş şəxs ilə həmin yerdən çıxıb göstərilən yaşayış massivindən keçən SumqayıtNardaran yolunun kənarında dayanarkən gördükləri işə görə aralarında əmək haqqının bölüşdürülməsi ilə bağlı yaranmış mübahisə zəminində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Nardaran yolu, 37-ci dalanın yaxınlığında adı çəkilən şəxsi qəsdən itələyərək yerə yıxmaqla sonuncunun başının yerdə olan daş bordürə dəyməsi ilə baş beyin maddəsinin əzilməsi, baş beynin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, hər iki alın payı üzərində lövhəvari kəskin subdural hematoma (baş beynin hər iki alın payı üzərində sərt qişası altına sərbəst qanın yığılması), baş beynin sol alın payında kəskin beyindaxili hematoma, baş beyinin hər iki alın payında hemorragik kontuziya, alın sümüyünün sağdan kəllə əsasına keçən qapalı, xətti sınığı, sağ təpə-gicgah və alın nahiyələrinin dərialtı hematomaları, sağ gözyuvası ətrafı-almacıq nahiyəsinin qançırı, sağ çənə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, 2022-ci il iyulun 07- də Zərərçəkmiş şəxs təcili tibbi yardım briqadası ilə Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb orada stasionar müalicə olunsa da, aldığı xəsarətlər nəticəsində yaranmış baş-beyin maddəsinin əzilməsi səbəbindən 2022-ci il iyulun 10-da saat 20:40-da qeyd olunan tibb müəssisəsində ölmüş, bununla da Məhkum ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X10 (sədrlik edən hakim), X7 və X8 ibarət tərkibdə) 24 fevral 2023-cü il tarixli, 1(101)-435/2023 nömrəli hökmü ilə Məhkum CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2022-ci il iyulun 10-dan hesablanması, Zərərçəkmiş şəxs hüquqi varisi X2 mülki iddiasının baxılmamış saxlanılması, ona mülki iddianı mülki mühaki mə icraatı qaydasında vermək hüququnun izah edilməsi, Məhkum haqqında seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

4. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)987/2023 nömrəli qərar ilə (hakimlər: X13 (sədrlik edən, məruzəçi hakim), X11 və X5 ibarət məhkəmə tərkibində), Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X1 şikayətdən imtina ərizəsi əsasında şikayətinə baxılmasına xitam verilmişdir.

6. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli qərarı ilə (hakimlər X13 (sədrlik edən, məruzəçi hakim), X11 və X5 ibarət məhkəmə tərkibində) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum CMin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(101)-435/2023 nömrəli hökmünün dəyişdirilməsi, həmin hökm üzrə Məhkum CM-in 126.3-cü maddəsi ilə olan əməlinin həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-in 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, cəzasını mətəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müd afiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli yekun qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti, həmçinin hər iki qərardan Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestində cinayət işi materiallarında olan işin faktiki hallarına və bir sıra qanunvericilik aktlarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, qiymətləndirməmiş, törədilmiş əməlin tövsifində səhvə və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermişdir.

9. Dövlət ittihamçısı eyni zamanda, kassasiya protestinin dəlilləri qismində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, Şahid2 ifadələrinə, həmçinin iş üzrə ekpsertiza rəyinə istinad edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş istər təqsirləndirən Məhkum, istərsə də Şahid2 ifadələri ilə müəyyən edilir ki, Vasiflə Əlvan arasında mübahisə baş vermiş, Əlvan onu itələmiş, Məhkum da bu zaman onun qolundan tutaraq zərbə ilə onu kən ara itələyib yerə yıxaraq məhkəmə-tibb ekspertizasının rəyində göstərilən qəsdən sağlamlığla ağır zərər vurması tam olaraq öz əksini tapmışdır.

10. Həmçinin protestin dəlilləri qismində qeyd edilmişdir ki, hazırki işin faktiki hallarından da müəyyən olunur ki, X12 Hüseynovun arasında əmək haqqının bölünməsi üstündə mübahisə baş vermiş, Əlvan Vasifi təhqir edərək itələmiş, Məhkum da bu zaman onun qolundan tutaraq zərbə ilə onu kənara itələyib öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu edərək yerə yıxıb, baş beyin maddəsinin əzilməsi, baş beynin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, hər iki alın payı üzərində lövhəvari kəskin subdural hematoma (baş beynin hər iki alın payı üzərində sərt qişası alt ına sərbəst qanama yığılması), baş beynin sol alın payında kəskin beyindaxili hematoma, baş beyinin hər iki alın payında hemorragik kontuziya, alın sümüyünün sağdan kəllə əsasına keçən qapalı, xətti sınığı, sağ təpə-gicgah və alın nahiyələrinin dərialtı hematomaları, sağ gözyuvası ətrafı almacıq nahiyəsinin qançırı, sağ çənə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi xəsarətlər yetirmiş, Məhkum əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur.

11. Eyni zamanda kassastor qeyd edir ki, məhkəmə hadisələrin yaranma səbəbini və bunun davamı kimi baş verən nəticənin səbəbli əlaqəsinə hüquqi qiymət verməyərək Məhkum özünümüd afiə xarakterli ifadəsinə əsaslanmaqla ittihamın iş üzrə bütün sübutların məcmusu halında gəldiyi nəticələri öz qısa fikirləri ilə şərh etməyə çalışaraq işin halları ilə uyğun gəlmədiyi halda qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıq zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını, ehtiyatsızlıqdan adam öldürmə əməlinə tövsif etmişdir.

12. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdi r. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

13. Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli yekun qərarından kassasiya şikayəti verilərək, şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına və cinayət işi materiallarında öz əksini tapan işin faktiki hallarına istinadlar edilərək göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən törədilmiş əmələ qiymət verilərkən qəsdin yalnız birbaşa qəsd formasında olduğu halına diqqət yetirilmiş, ümumiyyətlə dolayı qəsd halına nəzər salınmamış və qiymət verilməmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz halıdır ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında pul üstündə mübahisə yaranmış və yaranmış olan konflikt nəticəsində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vuraraq yerə yıxmış və daha sonra zərərçəkmiş təqsirləndirilən şəxsin qeyd edilən əməlinin (yerə çırpması) səbəb olduğu ölüm hadisəsi baş vermişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə müəyyən yardım etməsi, onu ayağa qaldırması və s. halına istinad edərər təqsirləndir ilən şəxsin niyyətinin zərərçəkmiş şəxsə zərər vurma olmaması nəticəsinə gəlinmişdir. Halbuki, təqsirləndirilən şəxsin əməli ilə zərəçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmuş lakin məhkəmə tərəfindən işin bu halı nəzərə alınmamışdır. Belə ki, təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə qarşı törədiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhülkəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermiş və ümumilikdə zərərçəkmiş şəxsə qarşı dolayı qəsdlə ifadə olan cinayət əməlini törətmişdir. Qeyd edilən bu halları isə şahid ifadələri və təqsirləndirilən şəxsin özü tərəfindən verilmiş olan ifadələr təsdiq edir.

14. Kassasiya şikayətinin müəllifi eyni zamanda təqsirləndirilən şəxsin məhkəməyədək istintaq z amanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə istinadlar edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ilkin ifadəsində onun təqsirli əməlləri nəticəsində zərəçəkmiş şəxsin yıxılmasını bildirsə də, daha sonrakı ifadəsində zərəçəkmiş şəxsin müvazinətini itirərək yıxıldığını bildirmişdir. Bu səbəbdən də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünü müdafiəxarakterli ifadələr kimi qiymətləndirilməlidir.

15. Həmçinin kassator cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyinə istinad edərək qeyd etmişdir ki, ağlabatan hal deyildir ki, şəxsin yalnızca itələnməsi nəticəsində sonuncu öz boyu hündürlüyündən yerə yıxılsın və ölümlə nəticələnən zədə alsın. Bu hal bir daha təqsirləndirilən şəxsin birbaşa olaraq zərəçəkmiş şəxsə zərər vurması və bunun nəticəsində zərərçəkmiş şəxsin yıxılaraq xəsarət alması faktını təsdiq edir.

16. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

17. Qeyd edilənlərdən əlavə, Zərərç əkmiş şəxs hüquqi varisi olan atası X4 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)987/2023 nömrəli zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərarından kassasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə kollegiyasına təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizənin məzmunu belə olmuşdur ki, “məhkəmənin nəzərinə çatdırır ki, təqsirləndirilən şəxs Məhkum atası Bayramov Qurbanəli tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur”. Göründüyü kimi ərizədə təqsirləndirilən şəxslə barışmağı və apellyasiya şikayətindən imtina etməyi barədə heç bir müddəa yoxdur. Buna baxmayaraq məhkəmə kollegiyası əriz ənin məzmununu bilərəkdən təhrif etmiş və qanunsuz olaraq apellyasiya şikayətinin baxılmasına xitam vermişdir.

18. Qeyd etdiklərinə əsasən məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir.

19. Kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

20. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

21. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4, tərəfindən verilmiş hər iki kass asiya şikayətini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi, eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etirazının olmadığını bildirdi.

22. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı, verilmiş kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi, eyni zamanda Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə etirazının olmadığını bildirdi.

23. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinin və dövlət ittihamçısı tərəfində n verilmiş kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. IV.Hüquqi məsələlər

24. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

25. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Pr osessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

26. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

27. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

28. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisi isə kassasiya şikayətlərində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsindən 124.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Res publikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

30. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsi zliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

31. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

32. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin, dövlət ittihamçısının kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması, məhkumun və onun müdafiəçisinin isə apell yasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

35. Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən verilmiş, birinci instansiya məhkəməsi tərəfindən də müvafiq məhkəmə istintaqı aparılaraq təsdiq edilmiş qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq və birinci instan siya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələri, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təkzib edilərək, öz təsdiqini tapmamışdır. Bununla da, məhkumun əməlinin düzgün tövsif edilməsi məqsədi ilə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmayaraq, Məhkum əməlini CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif etmişdir.

36. Məhkum əməlinə hüquqi qiym ət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən həmin maddə ilə tövsif edilmişdir.

37. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CMin 126.3-cü maddəsi ilə tövsif edilməli olduğu iddia edilir.

38. Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə yəni, sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı nəticə yə gəlmək üçün apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı hər hansı bir sübut aşkar edilməmişdir. Cinayət işi materiallarında olan mövcud sübutlar isə qeyd edilən iddianı təkzib etməklə, məhkumun əməlində CM-in 124.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu təqsdiq etmişdir.

39. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktı ilə, həmçinin birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına əsasən, Vasif X9 Hüseynov ilə işdən çıxıb göstərilən yaşayış massivindən keçən Sumqayıt-Nardaran yolunun kənarında dayanarkən gördükləri işə görə aralarında əmək haqqının bölüşdürülməsi ilə bağlı yaranmış mübahisə zəminində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Nardaran yolu, 37-ci dalanın yaxınlığında adı çəkilən şə xsi qəsdən itələyərək yerə yıxmaqla sonuncunun başının yerdə olan daş bordürə dəyməsi ilə ağır xəsarət yetirmişdir.

40. Protestdə qeyd olunur ki, Vasiflə Əlvan arasında mübahisə baş vermiş, Əlvan onu itələmiş, Məhkum da bu zaman onun qolundan tutaraq zərbə ilə onu kənara itələyib yerə yıxmışdır. Belə ki, protestin məzmununa görə Məhkum niyyəti Əlvanı yıxmağa yönəlmişdir.

41. Kassasiya məhkəməsi qeyd edir ki, Məhkum qəsdən qolundan tutaraq zərbə ilə Əlvanı kənara itələyib yıxması faktı cinayət işinin materialları ilə təsdiq olunmur.

42. Kollegiya qeyd edir ki, işin bu faktiki halını, hadisənin baş vermə mexanizmini təkzib edən heç bir sübut cinayət işinin materiallarında aşkar olunmur.

43. Vasiflə Əlvan arasında əmək haqqı bölünməsi üstündə mübahisə baş vermiş, Əlvan Vasifi təhqir edərək it ələmiş, Məhkum da onun qolundan tutaraq zərbə ilə onu kənara itələmiş, yerə yıxmışdır.

44. Məhkəmə kollegiya protestə münasibətdə qeyd edir ki, ciniyət işi üzrə tədqiq edilən sübutlarda Vasifin Əlvanın qolundan tutaraq bilərəkdən bilavasitə yerə yıxması barədə heç bir sübut yoxdur. Yəni Vasifin hər hansı fənd işlətməsi, məhz zərərçəkmişi yerə yıxması istiqamətində hər hansı digər hərəkətlər etməsi faktı əksini tapmır.

45. Qeyd edilənlərdən əlavə, həm kassasiya protestinin, həm də kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsinin məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticəni təkzib edəcək hər hansı bir fakta istinad edilməməklə yanaşı, yalnız cinayət işi materiallarında mövcud olan təqsirləndirilən şəxsin ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisi nin, şahidlərin ifadələrinə, iş üzrə ekspertiza rəyinə və digər sübutlara istinadlar edilərək, məhkəmənin gəldiyi nəticə mübahisələndirilmişdir.

46. Bu səbəbdən də, kassasiya məhkəməsi ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə qeyd olunan işin faktiki halı üzrə Vasifin əməlinin hüquqi qiyməti üzrə fikrini bildirməyi vacib sayır.

47. AR CM-in 126.3-cü maddəsinin tərkibinin yaranması üçün qəsdən sağlamlığa ağır zərər vurulmalı və nəticədə ehtiyatsızlıqla şəxs ölməlidir. AR CM-in 124-cü maddəsinin tərkibinin yaranması üçün qəsdin bütün formaları istisna edilir. Ümumiyyətlə, ağır xəsarət yetirməklə zərərçəkmişin ehtiyatsızlıqla ölməsi ilə ehtiyyatsızlıqla adam öldürmənin bir sıra hüquqi baxımdan fərqləndirən cəhətləri mövcuddur.

48. Obyektiv cəhətdən AR CM-in 126.3-cü maddəsi nin tərkibinin yaranması üçün edilən hərəkət zamanı seçilən üsul və vasitə xarakterinə görə şəxlərə real xəsarət yetirmək xassəsinə malik olmalıdır. Şəxs dərk etməlidir ki, seçdiyi üsul və vasitə digər şəxslərə ağır xəsarət yetirə bilər. Ehtiyyatsızlıqla törədilən cinayətlərdə əməl xarakterinə görə aydın şəkildə xəsarət yetirmək xarakterinə malik olmur. Hərəkət nəticəsində xəsarətin alınması real olmur, açıq-aydın görünmür, təsadüf faktorlarının mövcudluğu olur.

49. Ağır xəsarət yetirməklə zərərçəkmişin ehtiyatsızlıqla ölməsi ilə nəticələnən əməllərdə qəsd məhz ağır xəsarət yetirməyə yönəlir (birbaşa qəsddə), yaxud birbaşa yönəlməsə belə, əməl nəticəsində ağır xəsarətin alınması kifayət qədər real olur (dolayı qəsddə). Ehtiyyatsızlıqla törədilən cinayətlərdə isə ağır xəsarət müəyyən ümum i qəbul edilmiş qaydaların pozulması nəticəsində baş verir, qəsd bilavasitə xəsarət yetirməyə yönəlmir, nəticənin baş vermə riski yüksək olmur.

50. Subyektiv cəhətdən AR CM-in 126.3-cü maddəsinin tərkibinin yaranması üçün şəxs öz hərəkətlərinin nəticəsində ağır xəsarətlərin alınması ehtimalının yüksək olmasını dərk etməli, nəticəsini kifayət qədər aydın görməli, bunu arzulamalı, yaxud şüurlu surətdə nəticənin baş verməsinə yol verməlidir. Başqa sözlə, nəticənin baş vermə riski yüksək olmalı, şəxs bunu dərk etməli və qəbul etməlidir. Ehtiyyatsızlıqla törədilən cinayətlərdə şəxs hərəkətlərin nəticəsini aydın görmür, nəticənin baş verməsi real olmur, abstrakt xarakter daşıyır və nəticəni arzu etmir. Nəticənin baş verməsinə neqativ yanaşır.

51. İşin faktiki hallarından görünür ki, Məhkum Zərər çəkmiş şəxs mübahisə zamanı itələyərkən onun yıxılması, başının yerə dəyməsi və ağır xəsarət alması kifayət qədər aydın görünən nəticə hesab edilə bilməz. Onun Əlvanı itələməsi sonuncuya xarakter baxımından ağır xəsarət yetirən üsul hesab edilə bilməz. Cinayət işinin materiallarından da görünür ki, Vasif Əlvanı qolundan tutub itələyərkən niyyəti ona xəsarət yetirmək olmamışdır. Bu hərəkət zərərçəkmişə ağır xəsarət yetirmək üçün edilən şüurlu surətdə hərəkət kimi qiymətləndirilə bilməz.

52. Yekun olaraq kollegiya qeyd edir ki, tərəflər arasında baş vermiş mübahisə şəxsi münasibətlər zəminində, aralarında əmək haqqının bölüşdürülməsi ilə bağlı yaranmış mübahisə fonunda baş vermiş, onların arasında hadisə baş verməmişdən öncə hər hansı düşmənçilik və ya ədavət yaradacaq hadisə baş verməmiş, t əqsirli hesab edilən şəxsdə zərərçəkmiş şəxsin sağlamlığına qəsd edəcək hər hansı niyyət formalaşmamış, hadisə baş verəndən sonra zərərçəkimiş şəxs Məhkumlə bacanağıgilə getmiş, çay içmiş və bir müddət sonra vəfat etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərçəkmiş şəxsin üzərində iş materiallarında olan ekspertiza rəyinə əsasən də müqavimət izləri aşkar edilməmişdir ki, bu da təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında olan əlbəyaxa versiyasını və bundan doğan qəsd niyyətini istisna etmişdir.

53. Bununla da, məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayət ində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

54. Kassasiya kollegiyası, eyni zamanda, Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilm iş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərarından verdiyi kassasiya şikayətində göstərilən “...ərizədə təqsirləndirilən şəxslə barışmağı və apellyasiya şikayətindən imtina etməyi barədə heç bir müddəa yoxdur. Buna baxmayaraq məhkəmə kollegiyası ərizənin məzmununu bilərəkdən təhrif etmiş və qanunsuz olaraq apellyasiya şikayətinin baxılmasına xitam vermişdir...” dəlillərini təkzib edərək qeyd edir ki, cinayət işi materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən (İİİ cild, 36-cı səhifə) görünür ki, Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 bildirmişdir ki, Məhkum atası Qurbanəli Bayramov tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur.

55. Bundan əlavə, cinayət işi materiallarında olan 16.5.2023-c ü il tarixli protokoldan və cinayət işi materiallarına əlavə edilmiş ərizədən (İİİ cild, 25-ci səhifə) müəyyən edilir ki, Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 qeyd edilən tarixli məhkəmə iclasında iştirak edərək məhkum ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, bu səbəbdən də apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Həmin fakt qeyd edilən tarix üzrə keçirilmiş məhkəmə iclasının Elektron Məhkəmə İnformasiya Sistemində aparılmış video-çəkilişi ilə də öz təsdiqini tapmışdır.

56. Göründüyü kimi Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)987/2023 nömrəli zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam ver ilməsi barədə qərarından verdiyi kassasiya şikayəti formal xarakterli olmaqla, cinayət işi materiallarındakı sübutlarla təkzib edilmişdir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

59. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisinin, dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)987/2023 nömrəli hər iki qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-987/2023 nömrəli yekun qərarı Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və həmin qərardan, həmçinin eyni tarixli Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X1 apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri və kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar