Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-96/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-694/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hüse ynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx xxxx-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, x vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında faktiki yaşamışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-100/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri X3, Quliyev Elnur Ağalar oğlu və Hüseynov Əli Meybulla oğlu tərəfindən birgə apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1219/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-100/2023 nömrəli, 20 aprel 20 23-cü il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)132/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1219/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-694/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarı ilə məhkumun müdafiəçiləri X3, Quliyev Elnur Ağalar oğlu və Hüseynov Əli Meybulla oğlu tərəfindən b irgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-100/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-694/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən kassasiya şikayəti, Məhkum tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.
9. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, kassasiya şikayətini və ona əlavəni geri götürdüyünü bildirmişdir.
10. Eləcə də, Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. II. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
12. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı tərəflərin çıxışlarında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-694/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-694/2024 nömrəli, 19 iyul 2024- cü il tarixli qərarından məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə baxılmasına xitam verilsin.