Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-960/2019 14.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 960/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "14" avqust 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakimlər R.Hüseynov, hakimlər C.Ramazanov və X.Səmədovdan ibarət tərkibdə) xx xxxxx 1980-cı ildə Balakən rayonunun Xalatala kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonunun Xalatala kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLAR İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2015-cı ilin avqust ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndliləri X5 və Zərərçəkmiş şəxs2 guya özünün Bakı şəhərində hüquq mühafizə orqanlarında yaxın tanışlarının olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onların 2015- ci ilin iyun ayında Bakı şəhərində həbs olunmuş övladları X1 və X2u həbsdən azad etdirəcəyini vəd edib, vahid niyyətlə, qəsdlə aldadıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 2015-ci ilin oktyabr ayının 26-da Azərpoçt MMC-nin Balakən rayon filialı vasitəsi ilə iki min manat, 2015-ci ilin dekabr ayının sonlarında özünün Xalatala kəndində yerləşən yaşayış evində beş min manat, 2016-cı ilin yanvar ayının əvvəllərində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs1 məxsus avtomobilin içərisində beş min manat götürüb ələ keçirərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə vahid qəsdlə külli miqdar hesab edilən on iki min manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim R.Əliyev, hakimlər M.Hüseynov və İ.Şükürovdan ibarət tərkibdə) 08 yanvar 20118-ci il tarixli qərarı ilə 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən CM-in 177-ci maddəsinin “qeyd” hissəsinin 2-ci bəndində beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğin xeyli miqdar hesab edilməsi ilə əlaqədar olaraq Məhkum əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və o, CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 04 ay 02 gün həmin cəzaya hesablanmaqla çıxılmış və üzərində qəti olaraq 03 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2018-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarından Məh kum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsindəki məhkəmə prosesləri zamanı sübut olundu ki, onu bu işə qoşmaq təşəbbüsü Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 özlərindən çıxmış, həm də onlar 2-3 dəfə evinə gəlib-gedəndən və dəfələrlə xahiş və təkid etmələrindən sonra o, onların qohum, həmkəndli və çarəsiz (köməksiz) insanlar olduqlarını nəzərə alıb bu işə qoşulmağa razılıq vermiş və aralarında konkret pul məbləği barədə razılaşma olmamışdır. Bu fakt təsdiq edir ki, onlara qarşı dələduzluq etmək, yəni aldatmaqla pullarını ələ keçirmək kimi bir qəsdi və niyyəti olmamış, belə niyyəti olsaydı onların evinə ilk gəlişlərindən buna razılaşar, onlarla konkret pul məbləğini razılaşar və ya özü onları axtarıb tapıb hansısa vasitə ilə inandırardı ki, pul versələr övladlarına köməklik edər. yaxud pulu onlardan hissə-hissə deyil, bir dəfəyə alıb ələ keçirərdi, dəfələrlə Bakıya gəlibgetməzdi. Həmçinin şikayətdə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xahişlərinin mahiyyəti üzrə köməklik edəcəyinə söz verdikdən sonra onlardan heç bir pul almadan öz şəxsi vəsaiti ilə Bakı şəhərinə gəlib Binəqədi rayon polis idarəsinə getmiş, onların övladlarının barəsində cinayət işinin istintaqının orada aparıldığını öyrənmiş, çox çətinliklə müstəntiqlə görüşə bilmiş və öyrənmişdir ki, onların oğulları Bakı şəhərində bir nəfərin yolunu kəsib döyərək soyğunçuluq etməklə həmin şəxsin cibindən telefonunu və pulunu götürmüşlər, odur ki, onlar həbs edilmişlər və onların əməllərində hələlik hər hansı yüngülləşdirici hallar yoxdur ki, məhkəməyədək zaminlikdə saxlanılsınlar, lakin zərərçəkmişə vurulmuş maddi ziyan ödənilərsə təqsirləndirilən şəxslər barəsində müsbət xasiyyətnamələr, ailə vəziyyətləri barədə arayışlar təqdim edilərsə yalnız gələcəkdə məhkəmədə onlara nisbətən yüngül cəza verilməklə köməklik edilə bilər, həmçinin onlar üçün vəkil (müdafiəçi) tutulmalıdır. Odur ki, qayıdıb Balakənə gedərək öyrəndiyi bu halları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 danışmış, eyni zamanda demişdir ki, ata və anası ağır xəstəolduqları üçü n onları qoyub gedə bilmir, bu 3-4 günlük əziyyətini də halal edir, pul da lazım deyil. Lakin onlar yenə də təkid etmiş, hətta yalvarmaq həddində xahiş etmişlər ki, bu işdən kənara çəkilməsin, onlar özləri heç bir iş görə bilməyəçəklər. Hətta atasından xahiş etmişlər ki, onların işinə kömək etməsi üçün razı salsın. Yalnız bundan sonra onların işinə köməkliyini davam etdirəcəyimə razı olmuş, bu hallar da hər iki məhkəmə instansiyasında öz təsdiqini tapmışdır. Bundan başqa, şikayətdə göstərilmişdir ki, birinci dəfə Bakıya gəlib qayıdandan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara köməkliyini davam etdirmək üçün 2.500 manat pul vermişlər. Bu pulla dəfələrlə Bakı şəhərinə gəlib-getmiş, 520 manat verərək onların oğulları üçün vəkil tutmuş, zərərçəkmiş X7 axtarıb çətinliklə də olsa tap mış, həmçinin pulun bir qismini də özünün yeməkiçmək, günlük kirayə evlərdə qalmaq və taksi xərcləri kimi sərf etmiş, Bakı şəhərində olanda bu pul artıq qurtarmaq üzrə olarkən Zərərçəkmiş şəxs1 ona daha 2.000 manat göndərmiş, daha 5.500 manat isə növbəti dəfə Balakənə qayıtdıqda vermişlər. Bu 7.500 manatı onlar həm Bakıya gedib gəlmək xərclərim, həm də zərərçəkmiş X7un ona vurulmuş maddi ziyanın (cibindən götürülmüş pulunun, telefonunun əvəzinin, işə gedib-gələ bilmədiyi üçün itirdiyi qazancının və s. əvəzi kimi) əvəzi olaraq şikayətçi olmaması üçün tələb etdiyi 3.000 manatı ödəmək üçün vermişlər. Beləliklə də onların verdikləri pulun cəmi məbləği 10.000 manat olmuş, heç bir əlavə pul verilməmiş, bunun da 2.000 manatını onların özlərinə qaytarmış, 3.000 manat zərərçəkmiş X7a, 520 manat o nların oğulları üçün tutduğu vəkilə vermiş, 3.080 manatını onların oğullarının işi üçün Bakıya gedib gəlməyə, orada nəqliyyat, ev - Məhkumxana kirayəsi və gündəlik tələbatına xərcləmiş bu xərcləri barədə onlara inandırıcı - ağlabatan hesabat da təqdim etmiş, beləliklə də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cəmi 1.400 manat borcu qalmışdır ki, bunu da həmin vaxtlarda bir problemi ortaya çıxdığı üçün xərcləmiş, lakin bir necə günə həmin 1.400 manatı da qaytaracağını söz vermişdir. Lakin apellyasiya məhkəməsi heç bir mötəbər sübuta əsaslanmadan ona verilmiş pulun məbləğini qanunsuz olaraq 12.000 manat kimi qəbul etmiş, xərcləri heç bir əsas olmadan nəzərə almamış, hətta apellyasiya məhkəməsi verilmiş və xərclənmiş pulun məbləğini dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la aralarında təkrar üzləşdirmə keçirilməsini də təmin etməmişdir. Nəticədə tam və hərtərəfli məhkəmə araşdırması yenə də təmin edilməmiş qalmışdır ki, bu da ciddi prosessual qanun pozuntusudur, Azərbaycan Respublikası CPM-nın 143, 144 və 145-ci maddələrinin tələblərinin pozulmasıdır. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıd akıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar göstərilmişdir: “... Təqsirləndirilən şəxs və onun müdafiəçisi Məhkum həmin c inayət əməlini törətməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs X4nin CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Məhkum əməli həmin zaman qüvvədə olan CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Onun cin ayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxs Məhkum, həmçinin zərərçəkmiş şəxslər Şamil Maşanov, Zərərçəkmiş şəxs2, şahidlər Cənnət Maçanova, Zümrüd Dibirova və X7 birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəyinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Qeyd olunanlarla yanaşı, təqsirləndirilən şəxsin müdafiəçilərinin təqsirləndirilən şəxsə bəraət verilməsi barədə apelyasiya şikayətinin Məhkum zərərçəkmiş şəxslərdən heç birini aldatmaq niyyətində olmaması, zərərçəkmiş kimi tanınmış şəxslər arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olması, məhkəmənin nöqsanlara yol verməsi, əsassız olaraq Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib azadlıqdan məhrum etməsi barədə dəlillərinə tənqidi qiymət verən məhkəmə kollegiyası, bu dəlillərin əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, doğruluğu məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 güya özünün Bakı şəhərində hüquq mühafizə orqanlarında yaxın tanışlarının olduğunu yalandan bi ldirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onların 2015-ci ilin iyun ayında Bakı şəhərində həbs olunmuş övladları X1 və X2u həbsdən azad etdirəcəyini vəd edib, vahid niyyətlə, qəsdlə aldadıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 2015-ci ilin oktyabr ayının 26-da Azərpoçt MMC-nin Balakən rayon filialı vasitəsi ilə 2 min manat, 2015-ci ilin dekabr ayının sonlarında özünün Xalatala kəndində yerləşən yaşayış evində 5 min manat, 2016-cı ilin yanvar ayının əvvəllərində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs1 məxsus avtomobilin içərisində 5 min manat götürüb ələ keçirərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə həmin zaman külli miqdar hesab edilən 12 min manat maddi məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri bunu bir daha təsdiq edir. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 bildirmişdir ki,.. oğlu X1 Bakıda həbs olunduğu zaman həmkəndlisi olan Məhkum onu yolda görərək X1a köməklik göstərə biləcəyini demişdir. Məhkum Bakı şəhərində münasibəti olduğu vəzifəli şəxslərin olmasını və onların vasitəsi ilə onun oğlunu həmin işdən çıxaracağını bildirmişdir. O da çarəsiz olduğundan həmin işlərdən anlayışı olmadığından Məhkuma inanmış və Məhkumla razılaşmışdır...Məhkuma yol pulu olaraq 60 manat vermişdir...Həmişə Məhkumla görüşdüyündə X2in atası Zərərçəkmiş şəxs2də onunla olmuş və bütün söhbətləri onlar birlikdə etmişlər. 2015-ci ilin oktyabr ayının sonlarında Məhkum Bakı şəhərindən zəng edərək iş üçün 2 min manat lazım olduğunu bildirmişdir. Onlar Məhkuma inanaraq poçt vasitəsi ilə Məhkumın adına 2 min manat gönd ərmişlər. Məhkum Bakıdan gəldikdən sonra onlara qalan işlərdə uşaqlarına məhkəmə vasitəsi ilə köməklik göstərəcəyini, iş məhkəməyə getdikdən sonra işi həll etmək üçün yenə pul lazım olacağını demişdir...Məhkum onlara işi həll etmək üçün 10000 manat lazım olduğunu bildirmişdir. Onlar çarəsiz qalaraq uşaqlarının xətirinə Məhkumla razılaşmışlar. Eyni zamanda Məhkum 5000 manat pulun təcili verməli olduqlarını, qalan 5000 manatı isə bir həftə sonra verməli olduqlarını demişdir. O 2000 manat, Zərərçəkmiş şəxs2 isə 3000 manat toplamış, 5000 manatı Məhkumın yaşadığı evdə Zərərçəkmiş şəxs2lə birlikdə Məhkumın özünə vermişlər. 2016-cı ilin yanvar ayının avvəllərində isə o, 3000 manat, Zərərçəkmiş şəxs2 isə 2000 manat toplamış və 5000 manatı ona məxsus avtomobilin içərisində Zərərçəkmiş şəxs2lə birl ikdə Məhkumgilin yaşadığı evin qarşısında Məhkumın vermişlər. Məhkum yenədə işdə heç bir problem olmayacağını, işi danışdığını və işin yaxşı olacağını bildirmişdir. 2016-cı ilin yanvar ayında X1gilin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağir Cinayətlər məhkəməsinə göndərilmişdir. 2016-cı ilin fevral ayında Məhkum ondan işi danışmaq üçün gedib gəldiyini bildirib iki ay müddətinə etibarnamə götürmüşdür...Onlar artıq Məhkumın onları aldatdığını başa düşərək razılaşmamış və pullarını tələb etməyə başlamışlar. 2016-cı ilin noyabr ayında Məhkum onların hərəsinə 1000 manat olmaqla, cəmi 2000 manat qaytarmış, qalan pulu isə bu günə qədər qaytarmamışdır. Dəfələrlə Məhkuma pulu qaytarması barədə müracət etmiş, lakin Məhkum hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirsə də, qaytarmamışdır. Məhkumın onların hərəsindən 6000, cəmi 12.000 manatı övladlarını həbsdən azad elətdirəcəyinə söz verərək aldığını, lakin sözünə əməl etmədiyini bildirmişdir. Məhkum hər dəfə Bakı şəhərinə gedib gəlməsi, orada xərcləməsi üçün ayrıca pul verilmişdir. Həmin pulların 12.000 manata heç bir aidiyyəti yoxdur. Digər Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1la oxşar ifadə verərək, Məhkum onu aldadıb etibarından sui-istifadə edərək 6 min manat pulunu aldığını bildirmişdir. X7 isə ifadəsində..Məhkum onun yanına gələrək ona qarşı quldurluq edən şəxslərdən şikayətinin olmamasını iştədiyini, Məhkuma heç bir cavab vermədiyini, bu zaman ona dəymiş 250 manat maddi zərəri özünü təqsirləndirilən şəxsin qohumu kimi təqdim edən şəxsin ona verdiyini, sonra Məhkumı iki dəfə gördüyünü, həmin v axt da Məhkumın məhkəmədə zərərçəkmiş kimi verdiyi ifadəni dəyişməyi xahiş etdiyini və bunun müqabilində Məhkumın ona pul verəcəyini dediyini, Məhkumla razılaşmadığını, heç bir məbləğdə pul istəmədiyini, təxminən 2016cı ilin aprel ayının əvvəllərində Məhkumın ona zəng edərək əvvəl 1000, sonra isə 2000 min manat verəcəyini, X1la X2in valideyinlərinin ondan şikayət etdiklərini, ona şikayətçi olmamaq üçün 3000 manat alması barədə yazılı izahat verməyi xahiş etdiyini, lakin Məhkumın bu təklifi ilə razılaşmadığını bildirmişdir. Bundan başqa, Məhkum ifadəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cəmi 10.000 manat aldığını və həmin pulun bir hissəsinin Bakı şəhərinə gedib gələn zaman xərclədiyini, 520 manatını vəkillərə verdiyini, 3000 manatını isə şikayətçi olmaması üçün zərərçəkmiş şəxsə ver diyini, 2000 manatını isə qaytardığını və cəmi 1400 manat qaldığını, onu da qaytara biləcəyini və hətta həmin işlərin görülməsi üçün ona etibarnamə də verildiyini bildirsə də, işə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli hökmündən, eləcə də Bakı Apelyasiya Məkəməsinin 22 aprel 2016-cı il tarixli qərarından görünür ki, həmin iş üzrə zərərçəkmiş şəxs X7a 3000 manat verilməsi barədə heç bir məlumat yoxdur. Bundan əlavə, iş materiallarında olan etibarnəmədən görünür ki, pullar verildikdən sonra 22 dekabr 2015-ci ildə (iki ay müddətə, yəni 22 fevral 2016-cı il tarixə kimi qüvvədə olan) etibarnəmə alınmış, qəbzdən isə görünür ki, 3000 manat verilməsinə dair qəbz 01 may 2017- ci ildə, işə məhkəmələrdə baxılmasından bir il sonra, hətta etibarnamənin müddəti bitd ikdən sonra alınmışdır. İşin bu halı onu göstərir ki, Məhkum məsuliyyətdən yayınmaq üçün bu əməllərə əl atmışdır və bunu heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən, zərərçəkmiş şəxslərin də ifadələrindən görünür ki, Məhkum hər dəfə ayrılıqda yol xərci verilmiş, həmin pulun ona verilmiş 12000 manata aidiyyəti olmamışdır. 3000 manatın isə zərərçəkmiş şəxs X7a ifadəsini dəyişməsi üçün verilməsi barədə Məhkum tapşırıq verməmiş və həmin pulun ona verilməsinə razılıqları olmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum “əlaqəli şəxs” görüntüsü yaradaraq, zərərçəkmiş şəxslərin etibarını qazanmış, lakin sonra bu etibardan sui-istifadə edərək heç bir əsası olmadığı halda, zərərçəkmiş şəxslərdən 12000 manat əldə edib qaytarmamışdır. Təqsirləndirilən şəxsin düzlük və dürüstlüyün tələb etdiyi tərzdə davranmaması, onun belə bir keyfiyyət göstəricisinə malik olması, əksinə məhkumluğu ödənilsə də, 2007-ci ilin fevral ayında da CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunması onu göstərir ki, təqsirləndirilən şəxsin bu işlərdə niyyəti heç də kiməsə köməklik göstərmək yox, CM-in 178.1-ci maddəsində nəzərdə tutulan kimi, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə etmək məqsədi daşımışdır. Başqa sözlə, təqsirləndirilən şəxsin özgə əmlakının talanmasına yönəlmiş niyyəti həmin əmlakı əldə edənədək artıq onda yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədi lmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti o lan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunl arı qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (Həmin qərarın 2-3-cü bəndləri). Beləliklə, təqsirləndirilən şəxs Məhkum israr edilən cinayət əməlini törətməməsi barədə həm özünün, həm də müdafiəçisinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan digər sübutlar bir-birini tamamlayır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamışdır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, onun əməlində həmin zaman qüvvədə olmuş CM-in 178.3.2-ci maddəinin tərkibi vardır, apelyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1- ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanm ış, birinci nistansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona görə də Məhkum olunduğu CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, bunlara, Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna dair gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum zərərçəkmiş şəxslərə vəd vermədiyi, onları aldatmadığı, əmlaklarının qanunsuz ələ keçirmədiyi barədə ifadələri və şikayətin dəlilləri sonuncuların ifadələri və bu ifadələrlə uyğu nluq təşkil edən işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edil mişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM- nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Mehparə Əhmədova İlqar Xələfov
Məhkəmə qərarları › İş №1(102)-960/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-960/2019
14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver