Məhkəmə qərarları › İş №1(102)-960/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-960/2025

25.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-960/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə X5 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147 və 148ci maddələri ilə onların əməllərində həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayətə əsasən toplanmış materiallar üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən həmin materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hünmətov Zaur Adil oğlu) X5, 15 sentyabr 1984-cü il tarixdə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Tovuz rayonu Vəkil Bürosunun müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, və X2, 30 iyul 1984-cü il tarixdə Tovuz rayonunun Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Tovuz rayonu Vəkil Bür osunun vəkili vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Alakol kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hər birisinə əməllərində CM-in 147 və 148-ci maddələri ilə onların əməllərində həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından bəraət verilmişdir. İşin halları: Xususi ittiham qaydasında şikayət əsasında toplanmış materiallara əsasən, 22 aprel 2024-cü il tarixdə X9 Tovuz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək X5in və X2in CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə və sonuncuların barəsində ittiham hökmü çıxarılmaqla onlara həmin maddələrlə ağır cəzaların təyin edilməsini xahiş etmişdir. X9 öz şikayətini belə əsaslandırmışdır ki, X5 və X2 Azərbaycan Respublikası Baş Prokuro rluğuna ərizə ilə müraciət edərək, onun rayon ərazisində qanunsuz nümayəndəlik fəaliyyəti ilə məşğul olduğunu, rayon ərazisində vəkillər barəsində vətəndaşlar adından Vəkillər Kollegiyasına ərizələr yazdığını bildirmiş, X2 həmçinin yazmış olduğu kassasiya şikayətinə onun barəsində təhqiramiz ifadələr əlavə edib Gəncə Apellyasiya Məhkəməsinə göndərmiş, X5 də onun haqqında əsassız şikayətlərlə Vəkillər Kollegiyasına müraciət edərək onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş şikayət Azərbaycan Respublikası Baş Prokurorluğundan Tovuz Rayon Prokurorluğuna, oradan da Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir. Araşdırılma zamanı izahatı alınmış X5 göstərmişdir ki, guya o, yəni X9 qanunsuz nümayəndəlik fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin aprel ayında o,Tovuz Rayon Vəkil Bürosunun vəkili X2ə müraciət edərək, kassasiya şikayəti vermək üçün ona order verməsini xahiş etmiş, X2 də onun xahişini yerinə yetirərək qanuna müvafiq qaydada ona order vermiş, X5 isə şəxsən kassasiya şikayəti ilə tanış olduqdan sonra (onun vəkili X2 olduğu halda başqa vəkilin, hətta Büro müdirinin də onun kassasiya şikayəti ilə tanış olmuş, lakin bununla qanunvericiliyin tələblərini pozaraq onun şəxsi həyatına müdaxilə etmiş, X2 isə kassasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi ona vermişdir. X5 və X2 isə ona böhtan ataraq onun barəsində yazdıqları şikayətlərində bildirmişlər ki, guya o, verilmiş orderi X2in əvəzinə imzalamış, kassasiya şikayətinə isə təhqiramiz ifadələr əlavə etmişdir. Polis şöbəsində izahat verərkən o, sübut etmişdir ki, X5in və X2in onun barəsində et dikləri şikayətlə əksini tapmış məlumatlar böhtan xarakteri daşıyır və bu məlumatları yaymaqla sonuncular onun şərəf və ya ləyaqətini alçaltmaqla onun işguzar nüfuzuna xələl gətirmişlər. Bu səbəbdən də 6 aprel 2023-cü il tarixdə Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində qeydiyyat nömrəsi 99 olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Qərarın əsası olaraq isə qed edilmişdir ki, həmin kassasiya şikayəti X2in özü tərəfindən tərtib edilərək şəxsən onun özü tərəfindən imzalanmışdır. Bunun sübutu olaraq da Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X12 6 aprel 2023-cü il tarixli qeydiyyat nömrəsi 99 olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda qeyd edilmişdir ki, X2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ver diyi izahatında qeyd etmişdir ki, onun adına tərtib edilmiş kassasiya şikayətini özü tərtib etməklə imzalamışdır. Sonradan X5 6 aprel 2023-cü il tarixli qərardan Tovuz Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini, materialların təkrar təhqiqat orqanına qaytarılmasını, kassasiya şikayəti üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsini, onun, yəni X9un barəsində tədbir görülməsini və həmçinin təhqiqatçı barəsində xüsusi qərar qəbul edilməsini xahiş etsə də, Tovuz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarı ilə X5in şikayəti təmin edilməmiş, 6 aprel 2023-cü il tarixli qərar isə qanuni hesab edilmişdir. Nəzərə almaq lazımdır ki, onun şikayətinə baxılması üzrə məhkəmə iclasında X5 özü də iştirak etmiş, lakin həmin şikayətini təsdiq edən hər hansı sübutu məhkə məyə təqdim edə bilməmişdir. Bundan sonra X5 Tovuz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməklə materialların təhqiqat orqanına qaytarılmasını və həmçinin təhqiqatçının barəsində xüsusi qərarın qəbul edilməsini xahiş etmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 7 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 30 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, müəyyən edilmişdir ki, X5 və X2 onun barəsində əsassız şikayətlər etməklə ona böhtan atmış və onun şərəf və ləyaəqətini alçaldan məlumatları yayaraq CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. X9un xüsusi ittiham qayda sında verdiyi şikayətə baxan Tovuz Rayon Məhkəməsi həmin şikayət əsasında toplanmış materiallar üzrə yuxarıda göstərilən bəraət hökmünü çıxarmışdır. Tovuz Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmündən xüsusi ittihamçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə həmin şikayət üzrə toplanmış materiallar ilkin baxış iclasında baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) 28 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, birinci instansiya məhkəməsinin hazırlıq iclasının 24 aprel 2024-cü tarixli qərarı və 30 aprel 2024cü il tarixli hökmü ləğv edilərək xüsusi ittiham qaydas ında şikayət üzrə materiallar həmin məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X9 kassasiya şikayəti verərək həmin qərarının ləğv edilərək materialların yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə istinad edən xüsusi ittihamçı X9 həmin müraciətini xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununa (yuxarıda təsvir edilən) uyğun məzmunda əsaslandırmış və eyni zamanda qeyd etm işdir ki, Tovuz Rayon Məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılarkən və iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən ciddi və kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, 2022-ci ildən bəri Tovuz Rayon Məhkəməsində Elektron Məhkəmə sistemi mövcud olduğu halda onun xüsusi ittiham qaydasında şikayəti məhkəməyə daxil olduqdan dərhal sonra onun vəsatətləri və bir sıra sübutları həmin sistemə daxil edilməmiş, 28 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin elektron ünvanına bununla bağlı rəsmi ərizə göndərsə də o, məhkəmə buna əhəmiyyət verməmişdir. Daha sonra barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər X5 və X2 barəsində Tovuz Rayon Məhkəməsində bəraət hökmü çıxarıldıqdan sonra həmin hökmdən narazı qalaraq qanunla müəyyən edilmiş m üddətdə verdiyi apellyasiya şikayəti 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilməli olduğu halda onun çoxsaylı yazılı və şifahi tələblərindən sonra 181 gün müddət keçdikdən sonra həmin şikayət Gəncə Apellyasiya Məhkəməsində göndərilmişdir. Daha sonra apellyasiya şikayətinə məhkəmə baxışı zamanı səhhətində olan problemlərlə bağlı iştirak edə bilməyəcəyi və bunun üçün də məhkəmə prosesinin təxirə salınmasına dair e-mail vasitəsi ilə məhkəməyə ərizə ünvanlasa da, işə baxan Gəncə Apellyasiya Məhkəməsi onun bu rəsmi ərizəsinə məhəl qoymadan qanunla qorunan müdafiə hüquqlarını məhdudlaşdırmaqla mübahisələndirildiyi qərarda qeyd etmişdir ki, “ilkin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi itihamçı məhkəmə iclasında iştirak e tməmiş, məhkəmə kollegiyası da işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir”. Lakin, onun hansı səbəbdən, yəni keçirdiyi cərrahi əməliyyat səbəbindən məhkəmə iclasında iştirak edə bilməməyi və məhkəmə iclasının 4 həftə müddətinə təxirə salınmasına dair ərizəsi məhkəmə iclas katibi tərəfindən məruzə edilsə də məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxıb qanunsuz və əsassız qərar qəbul etmiş, bununla da həm milli qanunvericiliyin, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələblərini pozmuşdur. Göstərilənlərə əsaslanaraq xüsusi ittihamçı X9 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin xüsusi ittihamçı X9 və barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X2 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə xüsusi ittihamçı X9un və barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5in və X2in iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olm aması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək xüsusi ittihamçı X9 Ali Məhkəmənin “Elektron Məhkəmə” sisteminə ərizə yerləşdirərək həmin ərizəsində xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyini və kassasiya şikayətinə baxılmadan onun geri qaytarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X9un ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xüsusi ittihamçı X9un ərizəsini nəzərdən keçirib, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, göstərilən ərizə təm in edilməklə Tovuz Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə X5 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147 və 148-ci maddələri ilə onların əməllərində həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayətə əsasən toplanmış materiallar üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X9un ərizəsi tə min edilsin. Tovuz Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə X5 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147 və 148ci maddələri ilə onların əməllərində həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayətə əsasən toplanmış materiallar üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayət üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar