Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-961/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi İsayev Nəsimi Vələd oğlunun iştirakları ilə, Məhkum X13 Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.3.2-ci və 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X13 Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər X13 Məhkəmənin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edlməklə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 972 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, unvan 1 qeydiyyatda olmaqla həmin rayonun ünvan 2 yaşamış, CM-nin 206.3.2, 240.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay, CM-nin 240.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay, CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olan şəxslər və qeyriləri ilə cinayət əlaqəsinə girərək külli miqdarda güclü təsir edən dərman preparatlarının qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı razılıq əldə etmiş, əldə olunmuş razılığa əsasən xx xxxxxx 2017-ci il tarixdə, gecə saatlarında Azərbaycan Resp ublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun ərazisində yerləşən 15-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, orada cinayətkar qrupun üzvü, şəxsiyyəti məlum olmayan şəxsdən xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin siyahısı»na daxil olan ümumi təsir maddəsinin miqdarı 2000 qram təşkil edən külli miqdarda 10000 ədəd tabletdə tramadol dərman preparatlarını qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamış, təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəza rət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun ərazisində olan 15-ci sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməklə daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə gətirmiş və Azərbaycan Respublikası vətəndaşı X9 təhvil vermək məqsədi ilə yaşadığı Yardımlı rayonun Gilar kəndindəki evinin yaxınlığında N nömrəli hərbi hissənin Yardımlı rayonunun ərazisində yerləşən 15-ci sərhəd zastavasının arxa hüdudlarında olan təpədə gizlətmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında daxili işlər orqanları və dövlət sərhəd xidməti əməkdaşlarının birgə iştirakı i lə keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxxxx 2017-ci il tarixdə Məhkum saxlanılıb və onun iştirakı ilə gizlədilmiş yerdən qeyd olunan külli miqdarda güclü təsir edən tramadol dərman vasitələri aşkar olunub götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (altı) ilədək, CM-nin 66.3-cü maddəsinə əsəsən cinayətl ərin məcmucu üzrə təyin olunmuş cəzanın müddəti isə 8 (səkkiz) il 6 (altı) ayadək endirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini və onun barəsində azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 413-cü maddəsinə istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini ilə bağlı qanunun tələblərinə tam əməl edilməmiş, onun yaşayış yerindən müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşağın olması, “talit” xəstəliyindən əziyyət çəkməsi, ibtidai istintaq zamanı cinayətin açılmasına fəal köməklik etməsi və törətdiyi əməlllərdən səmimi peşman olmasını nəzərə alınmamış və ona həddindən artıq ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin müəllifi həmin şikayətin təmin olunmasını və ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfind ən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi yaxud da cinayət i şinin icraatına xitam verilməsi, habelə onların dəyişdirilməsi haqqında qərar qəbul edir. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum ona apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin edilərkən onun cəzasını yüngülləşdrən halların tam nəzərə alınmamasını iddia edərək öz tələbini məhkəmə qərarının dəyişdirilməsi və ya ləğv edilməsinin əsası kimi CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Ona görə məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini icraatına aid olan müraciət kimi görür və həmin şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum şəxsi etirafı ilə yanaşı, birinci instansiya məhkəməsində şahidlər X4, X11, X7 və digərlərinin ifadələrinə, Azərbaycan R espublikası DSX-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli hadisə yerinə baxış və götürmə aparılma haqqında protokollara, X1 Sisteminə baxış keçirilməsi haqqında protokola, məhkəmə ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə əsaslı nəticəyə gəlmiş və məhkumun əməllərini CM-nin 206.3.2, 240.3.2 və 318.1-ci maddələri ilə düzgün tövsif etmişlər. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac o lmamış və məhkəmə tərəfindən məhkumun təqsirliliyinə, onun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Kassasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər sonuncu tərəfindən mübahisələndirilməmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun təqsirli bilindiyi CM-nin 206.3.2-ci maddəsinin sa nksiyasında beş ildən səkkiz ilədək, CM-nin 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə, CM-nin 318.1-ci maddəsinin min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Eyni zamanda o, da qeyd edilməlidir ki, Məhkum əvvəllər də X13 Məhkəmənin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 206.3.2 (ağır cinayət) və 318.1-ci (böyük ictimai təhlükə törətməyən cinayət) maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edlməklə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 972 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilərək CM-nin 83.3.4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkumluğu ödənilməmiş şəxs hesab olunmuşdur. Bu hallara istinad edən apellyasiya instansiyası məhkəməsi Məhkum həm CM-nin 206.3.2-ci maddəsi ilə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları yüngülləşdirsə də, nəzərə almışdır ki, CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağ ırlığı və nəticələri nəzərə alınır, CM-nin 65.2-ci maddəsinin tələbinə görə isə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Digər tərəfdən məhkəmə Məhkum barəsində CM-nin 65.3-cü maddəsinin tətbiqi üçün də əsaslar tapmamışdır. CM-nin 65.3-cü maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Ümumilikdə isə cəza təyi ni bağlı məsələni müzakirə edən kassasiya kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətləryaradılmasındanvə ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirl i bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə g örə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı Məhkum kassasiya şikayətində həm göstərdiyi, həm də göstərmədiyi halları - törətdiyi əməlləri qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq ayrı-ayrı maddələrlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu cəza ilə razılaşmayaraq, humanizm prinsipinə əsaslanaraq, Məhkum əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşağının olması, xəstə anasının onun himayəsində olması, ailədə yeganə qazanc gətirən şəxs olması kimi halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib ona həm CM-nin 206.3.2-ci maddəsi ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi olması haqda qənaətə gəlib bu haqda özünün xx xxxxxx 2018-ci il tarixli qərarını qəbul etmişdir. Bu qərarla da razılaşmayan və kassasiya şikayətində ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması haqda qərarın qəbul edilməsini iddia edən Məhkum faktiki olaraq həmin şikayətində onun barəsində CM-nin 62-ci maddəsinin müddəalarının tətbiq edilməsini xahiş etsə də, kassasiya kollegiyası məhkumun irəli sürdüyü dəlilləri qəbul edilməz sayır və qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində təsbit edilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materialları ilə isə Məhkum cəzasını yüngülləşdirən halların müstəs na xarakter daşıması, buna görə də ona təqsirli bilindiyi maddələrin sanksiasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi, bununla barəsində CM-nin 65.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası Məhkum haqqında cəza tədbirinin seçilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və məhkumun kassasiya şikayətində irəli sürdüyü dəlilləri qəbuledilməz sayır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və məhkumun irəli sürdüyü dəlilləri təhlil edib qanunvericiliyin tələblərinə əsaslanaraq, məhkumun kassasiya şikaytənin təmin edilməsi barədə onun özünün və müdafiəçisi xxx və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısın ın çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 206.3.2, 240.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 240.3.2-ci və 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədə
Məhkəmə qərarları › İş №1(102)-961/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-961/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver