Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-961/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən M.V.Məmmədov, hakimlər: C.C.Nəbiyev və M.Ə.Abdullayevdan ibarət tərkibdə) 03 fevral 2020-ci il tarixli hökmü ilə 22 dekabr 1976-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 18 iyun 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) Məhkum müdafiəçiləri Müdafiəçi və Ağakişi Nağıyev tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il, 6 (altı) ay azadlıq dan məhrumetmə cəzasının müddəti 10 (on) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən kustar üsulla hazırlanmış iki ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1650 qram və 1500 qram, ümumi təmiz çəkisi 3150 qram (3 kq 150 qr) çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib qanuni əsaslarla idarə etdiyi “VAZ 2106” markalı H 432 HY 59 Rusiya Federasiyasına məxsus qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlamış, 18 iyun 2019-cu il tarixdə saat 18 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Kürdlər kəndində keçirdikləri ə məliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitə olan heroin avtomobilin salonundan aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qərarından məhkum və müdafiəçisi ayrı-ayrılıqda kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tərəfindən işin halları düzgün araşdırlmamış, barəsində olan dəlillərə düzgün qiymət verilməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkum qeyd olunan qərarın ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Müd afiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmə iclasında Məhkum etirafedici izahat və ifadələrini təzyiq altında verdiyini göstərmişdir. Onun müdafiə hüquqlarının göstərilən qaydada pozulması onun ibtidai istintaq müddətində təzyiq altında etirafedici ifadələr verməsi barədə ifadəsinin həqiqiliyinə dəlalət edir. Lakin, məhkəmə onun ifadəsinin həqiqiliyini yoxlamamış, Məhkum faktiki olaraq qanuni əsaslar olmadan məcburi qaydada polis idarəsinə gətirilməsinə hüquqi qiymət verməmişlər. Bu barədə ancaq istintaq orqanında onun verdiyi ifadəyə istinad edilmişdir. İfadənin həqiqiliyinin yoxlanılması üçün verilmiş vəsatətlər rədd edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında Məhkum üzərində və avtomobilində narkotik vasitələrin qqanunsuz dövriyyəsi ilə mə.ğul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmasını təsdiq edənheç bir sübut mövcud deyil. Hazırki cinayət işi üzrə Məhkum polis şöbəsinə gətirilənədək və barəsində tutma barədə protokol tərtib edilənədək azadlıq hüququnun məhdudlaşdırılması üçün hər hansı qanuni əsasın olması müəyyən edilməmişdir. Müdafiəçi həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan 20 sentyabr 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur, yaşlı ata-anası və xəstə qardaşına köməklik edir, onların qulluğunda durur. Həmçinin əvvəllər məhkumluğu olmamışdır. Lakin, məhkəmələr cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara düzgün qiymət verməmiş, məhkumun barəsində işin faktiki hallarına və məhkumun şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kas sasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübu ta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumun təqsirsizli yi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, əməliyyat tədbirinin keçirilməsinə dair protokollar, ekspert rəyi və digər m ötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, məhkumun özünü təqsirsiz hesab etməsi, aşağı instansiya məhkəmələrində özünü təqsirli bilməməsinə dair verdiyi ifadələri, habelə, müdafiəçinin kassasiya şikayətində göstərdiyi məhkumun ibtidai istintaq zamanı etirafedici ifadələrin zorla, məcburiyyət qarşısında verməsinə dair dəlilləri nəzərdən keçirərək hesab edir ki, həmin dəlillər müdafiə xarakterlidir, məhkum ibtidai istintaq zamanı həmin ifadələri müdafiəçisinin iştirakı ilə vermiş və bu zaman hər hansı prosessual pozuntu aşkarlanmamışdır. İş materiallarından da görünür ki, Məhkum ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verd iyi ifadələrində ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin yanvar ayında Rusiyadan yaşadığı Cəlilabad rayonuna qayıtdıqdan sonra iş tapa bilmədiyi üçün maddi vəziyyəti pisləşmiş və müxtəlif adamlara pul borcu yaranmışdır. 17 iyun 2019-cu il tarixdə saat 15 radələrində Cəlilabad rayon mərkəzindən yaşadığı Kürdlər kəndinə tərəf gedərkən Dövlətəlibəyli kəndinin ərazisində sol tərəfdə dayanacağın yanına qoyulmuş bir ədəd sellofan torbanı görmüş və maşını dayanacağın yanında saxlayaraq həmin sellofan torbanı götürmüş, içərisinə baxdıqda sellofanın içərisində iki ədəd qara rəngli bağlama olduğunu görmüşdür. Bundan sonra həmin sellofan torbanı maşına qoymuş və yaşadığı Kürdlər kəndinə doğru hərəkət etməyə başlamışdır. Evdə iki ədəd qara rəngli bağlamaları açmış və hər iki bağlamanın içərisində heroin olduğunu görmüşdür. Bu barədə heç kimə məlumat verməmiş və torbanı maşının sol arxa oturacağının qarşısındakı ayaqaltına qoymuşdur. Həmin bükülüləri götürməkdə məqsədi 18 iyun 2019-cu il tarixdə rayon ərazisində maraqlanıb kiməsə satıb pul əldə etmək olmuşdur. Bu məqsədlə o, 18 iyun 2019-cu il tarixdə saat 18 radələrində VAZ 2106 markalı H 432 HY 59 Rusiya Federasiyasına məxsus qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Kürdlər kəndindən rayon ərazisinə gələn zaman həmin kənddə polis əməkdaşları tərəfindən maşın saxlanılmış və maşında narkotikin olmasından şübhələndikləri üçün rayon polis şöbəsinə gətirilmşdir. Üzərində axtarış aparılarkən heç bir qanunsuz daşıdığı əşya aşkar olunmamış, lakin maşına baxış keçirilən zaman sol arxa ot uracaqda ayaqaltına qoyduğu heroinlə dolu bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarından görünür ki, 18 iyun 2019-cu il tarixdə Cəlilabad RPŞ-nın rəisi polis polkovniki Mübariz Quliyev tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, bu barədə Cəlilabad Rayon Məhkəməsinə və Cəlilabad Rayon Prokurorluğuna rəsmi məlumatlar verilmişdir. İş materiallarında olan 18 iyun 2019-cu il tarixli «şəxsin üzərində şəxsi axtarış aparılması, avtomobilə baxış keçirilməsi və predmetlərin götürülməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum idarə etdiyi avtomobilə onun, müdafiəçisinin iştirakları ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı 3150 qram (3 kq 150 qr) olan maddələr kustar üsulla hazı rlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 16 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Məhkum narkotik vasitəni götürüb idarə etdiyi avtomobilə qoyduğu yeri göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olund uqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstər ilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Müdafiəçinin kassasiya şikayətində cəzanın ədalətsiz olması ilə bağlı mübahisələndirdiyi dəlillərlə bağlı isə məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məh kəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsa sən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törə dilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının t əyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutu lmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından da görünür ki, A pellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadığını vurğulayaraq, Məhkum yaşlı ata-anası və xəstə qardaşına köməklik etməsini, onların qulluğunda durmasını, məhkumluğunun olmamasını onun şəxsiyyətini müsbət xarakterizə edən, onun və törətdiyi cinayətin ictimai təhlükəliliyini azaldan amillər olmaqla cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək məhkumun barəsində ədalətli, onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun cəza təyin etmişdir Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-961/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-961/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver