Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-961/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmünə əsasən (hakim V.İ.Həsənov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 02 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəm əsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 16 fevral 2021-ci il tarixdə, saat 17:40 radələrində tanışı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksində yaşayış evinin blokunda sonuncunun sifət nahiyəsinə sillə ilə, sonra isə ictimai qaydalara və hamı tə rəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək ictimai yer olan AAAF-Park yaşayış kompleksində idman meydançasının yanında insanların gözü qarşısında sillə və yumruqla sifət nahiyəsinə qəsdən vuraraq burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi repozisiyaya ehtiyacı olan yerini dəyişmiş qapalı sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətləri yetirib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 02 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin olunmuş cəzanın daha yüngül cəza ilə əvəz olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, birinci instansiya məhkəməsi ona qarşı qərəzli və qanunsuz qərar qəbul etmiş, apellyasiya instansiya məhkəməsi isə işə formal yanaşaraq heç bir araşdırma aparmadan həmin hökmü qüvvədə saxlamışdır. Məhkum həmçinin hesab edir ki, məhkəmələr tərəfindən ona əsassız olaraq ağır cəza təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edi r ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilm əməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda, həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz olması, habelə təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll bəndinə əsasən məhkəmə icraatı hə qiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin lll bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 127-ci maddəsinə əsasən “qəsdən sağlamlığa az ağır zərər vurma 127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən s ağlamlığa az ağır zərər vurma— 127.2. Eyni əməllər: 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq ed ərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmçinin, həmin qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının dü zgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası, verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs az ağır zərər yetirməsi ilə əlaqədar sübutlar mübahisələndirilmədiyindən həmin sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Belə ki, işin hallarından göründüyü kimi, ibtidai araşdırma orqanının və aşağı instans iya məhkəmələrinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 16 fevral 2021-ci il tarixdə, saat 17:40 radələrində tanışı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Xırdalan şəhəri AAAF- Park yaşayış kompleksində yaşayış evinin blokunda sonuncunun sifət nahiyəsinə sillə ilə, sonra isə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək ictimai yer olan AAAF-Park yaşayış kompleksində idman meydançasının yanında insanların gözü qarşısında sillə və yumruqla sifət nahiyəsinə qəsdən vuraraq burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi repozisiyaya ehtiyacı olan yerini dəyişmiş qapalı sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olma yan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətləri yetirib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cinayət işinin materiallarından görünür ki, işin mübahisəsiz halı odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə uzun müddət ərzində qeyri-rəsmi ər-arvad kimi yaşamış və onların arasında qısqanclıq zəminində narazılıq yaranmış və qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət tör ədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin tə şəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Yuxarıda şərh olunanları hazırkı işin materialları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci ildə saat 17 radələrində Xırdalan şəhəri AAAF park yaşayış kompleksinin qarşısında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə bir həftə əvvəl aralarında küsülülük baş versə də, münasibətlərini yenidən davam etdirmək fikrində olduğunu bildirmiş, lakın zərərçəkmiş şəxsin onunla barışmaq fikrinin olmadığını söylədiyi üçün aralarında mübahisə yaranmışdır, daha sonra isə onların birlikdə AAAF Park yaşa yış kompleksinin idman meydançasına doğru getmiş, orada bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs ona oğlunu hazırlıq kursundan götürmək üçün getmək istədiyini bildirəndə o, da onunla birlikdə getmək istədiyini söyləmiş, lakin Zərərçəkmiş şəxs onunla birlikdə getməyinə etiraz etdiyi üçün onların arasında yenidən mübahisə yaranmış və Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə bir dəfə də sillə ilə vuraraq az ağır dərəcəli xəsarət yetirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs niyyəti ictimai qaydanı kobud surətdə pozmağa, ətrafdakılara qarşı açıq-aşkar hörmətsizliyə yönəlməmiş, baş vermiş hadisə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında qısqanclıq zəminində yaranan mübahisənin nəticəsi olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs vuraraq ona sağlaml ığın uzun müddət pozulmasına səbəb olan xəsarətləri yetirməsi, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifində səhvə yol verib Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması nəticəsinə gəlmiş və Təqsirləndirilən şəxs əməlini əsassız olaraq CM-in 127.2.3-cü maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlük əli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə ba rışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmaması barədə məhkəmə istintaqı zamanı ifadələr vermiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmaması və onunla barışması barədə ərizəsini əlavə etmişdir. Ona görə də Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Müdafiəçi2 və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn alili yinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq gös tərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, əd alətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 43.1.2 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirlənd irilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-961/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-961/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver