Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-961/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, barəsində olan cinayət işinin icraatına xitam verilmiş şəxs Məhkum və onun m üdafiəçisi X3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 19 may 2022-ci il tarixli, 1(063)33/2022 nömrəli hökmü ilə xx xxxxxx 1989-cu ildə Gürcüstan Respublikası Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gürcüstan Respublikası Dmanisi rayonu İrqançay kəndində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilin ib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 30 оktyаbr 2021-ci il tarixdə, saat 20:00 rаdələrində «Yоl hərəkəti hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnununun 35-1-ci mаddəsinin 2-ci hissəsinin tələblərinə riаyət etməyərək Gürcüstаn Respublikаsının vətəndаşı оlmаqlа xаrici dövlətin səlаhiyyətli оrqаnı tərəfindən verilmiş və etibаrlılıq müddəti qurtаrmаmış sürücülük vəsiqəsini Аzərbаycаn Respublikаsındа müvəqqəti yаşаmаq üçün icаzə аlаrаq həmin icаzəni аldığı 20 yanvar 2020-ci il tаrixdən bir аy müddətinə dəyişdirməli оlduğu hаldа dəyişdirməyib Аzərbаycаn Respublikаsının ərаzi sindəki yоllаrdа nəqliyyаt vаsitələrini idаrəetmə hüququnа mаlik sürücülük vəsiqəsi оlmаdаn idarə etdiyi texniki cəhətdən sаz vəziyyətdə оlаn özünə məxsus «Mercedes-Benz-C220» mаrkаlı, **-SS-*** dövlət qeydiyyаt nişаnlı minik аvtоmоbili ilə Bakı-Qazax-Gürcüstаn sərhəddi yolunun Ucаr rayonunun Qаrаbörk kəndi ərаzisindən keçən 241-ci kilоmetrliyində Qаzаx istiqаmətində 60 km/sааt sürətlə hərəkətdə оlаrkən həmin Qаnunun 50-ci mаddəsinin 1-ci hissəsinin tələblərini pоzаrаq sürücü kimi yоl hərəkətinin iştirаkçısı оlmаqlа hərəkət üçün təhlükə yаrаndığını gördükdə nəqliyyаt vаsitəsinin sürətini tаm dаyаnmа həddinə qədər аzаltmаq üçün mümkün оlаn tədbirləri görməli, qаrşıdа piyаdаnın оlmаsını nəzərə аlаrаq hərəkətin təhlükəsizliyini təmin edən lаzımi hərəkətlər etməli, lаzım gəldikdə isə vаxtındа tоrmоzlаmа əməliyyаtı аpаrmаqlа аvtоmоbili həmin piyаdаyа çаtmаdаn dаyаndırmаlı, bununlа dа hаdisənin qаrşısını аlmаğа texniki imkаnı оlduğu hаldа, bunu etməyib təhlükəsizlik tədbirlərini vаxtındа yerinə yetirməyərək sаğdаn sоlа dоğru keçən 1962-ci il təvəllüdlü piyаdа Аslаnоvа Mаhirə Əşrəf qızını аvtоmоbilin qаbаq sоl hissəsi ilə vurmuş, nəticədə оnun tərəfindən yоl-hərəkəti qаydаlаrının pоzulmаsı ehtiyаtsızlıqdаn Mаhirə Аslаnоvаnın bədəninin çоxsаylı əzilmələri, sаğ incik sümüyünün ikili yerini dəyişmiş sınığı xəsаrətləri аlmаqlа sаğlаmlığın uzun müddət pоzulmаsınа səbəb оlduğundаn zərər çəkmiş şəxsin sаğlаmlığınа аz аğır zərər vurulmаsınа səbəb оlmаqlа yоl nəqliyyаt hаdisəsi törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Gündüz Abbasov, hakimlər Akif Eyvazov və İmanverdi Şükürov) 28 oktyabr 2022-ci il tarixli, 1(107)-295/2022 nömrəli qərarı ilə Ucar Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsindən CM-in 263.1-ci maddəsinə tövsif olunmuş, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının lə ğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası qərarında göstərmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Miqrasiya Xidmətinin 12 oktyabr 2022-ci il tarixli, ******* nömrəli məktubundan aydın görünür ki, Gürcüstan vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü “Elsevar Akhmedov” (pasport15BB73131) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olan” statusunda olmuşdur. Belə olan halda, cinayət hadisəsi törədildiyi zaman təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nazirlər Kabinetinin tətbiq etdiyi xüsusi karantin rejimi ilə bağlı ölkəni tərk edə bilməyən və ya tərk etmək istəməyən əcnəbilərin müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar respublikada olma müddəti əvvəl 30-60 gün, xx.xx.2020-ci il tarixdən isə giriş-çıxışa məhdudiyyət aradan qaldırılanadək uzadılmış, qeyd olunanlara əsasən, təqsirləndirilən şəxs Məhkum təxminən 2 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasında olan şəxs statusunda ol muşdur. O, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almamış və ona görə də respublika ərazisində müvəqqəti yaşayan şəxs hesab edilməmişdir. Müdafiə tərəfi apellyasiya şikayətində və məhkəmə kollegiyası isə qəbul etdiyi qərarında ona əsaslanmışdır ki, “Yol hərəkəti haqqında” Qanunda respublika ərazisində müvəqqəti olan əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsi yoxdur. Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, hər hansı bir şəxs qanunla tənzimlənməyən, və ya qanunda olan boşluqdan, hər hansı fövqəladə hadisədən, forsmajor haldan və ya pandemiyadan istifadə etməklə, üzrlü səbəbdən də olsa, qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisini tərk edə bilməməsini bəhanə edib bundan istifadə edərək, vətəndaşı olmadığı ölkənin ərazisində sərbəst şəkildə avtomobil idarə edə və ya gəlir əldə etmək üçün nəqliyyat vasitəsindən istifadə edə bilər. Bundan başqa, məhkəmənin mövqeyi CM-in 8-ci maddəsində nəzərdə tutulmuş “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır” anlayışı ilə üst-üstə düşmür. Belə ki, məhkəmənin mövqeyini ilə razılaşsaq belə anlaşılır ki, qanunvericiliyin tələblərini nəzərə alaraq, qanunamüvafiq qaydada icazə alaraq ölkə ərazisinə daxil olmuş, müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər ölkə ərazisində hər hansı yolnəqliyyat hadisəsi törətdikləri təqdirdə qeyd olunan maddə ilə (263-1.1), ölkə ərazisini qanunla müəyyən edilmiş müddətdə tərk edə bilməyən və bundan istifadə edərək avtomobil idarə etməyə davam edən şəxs isə daha yüngül maddə ilə məsuliyyətə cəlb o lunmalı, və ya hazırki cinayət işi üzrə isə real cəzadan kənarda qalmalıdır. Azərbaycan Respublikası CPM-in 28,6-cı maddəsinə görə ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Ancaq yuxarıda qeyd olunan prinsiplərin əksinə məhkəmə kollegiyası qəbul etdiyi qərarla əməlin tövsifində səhv qənaətə gələrək, qanunu düzgün tətbiq etməmiş. Cinayət və Cinayət-Prosessual qanunvericiliyin yuxarıda qeyd olunan prinsiplərinin tələblərini pozaraq, faktiki olaraq düzgün məhkəmə təcrübəsinin formalaşdırılması, eyni qəbildən olan işlərin məhkəmə baxışı zamanı ədalətli qərarların qəbul edilməsi istiqamətində qanuni və ədalətli mövqe nümayiş etdirməmişdir və bu nun da nəticəsində cəzasızlıq mühitinin yaradılmasına şərait yaratmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesinin dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübu tlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 263.1-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Cinayət işi üzrə toplanmış sübutlarla Məhkum zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozması tam sübuta yetirilmişdir. Kassasiya protestində Məhkum nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs olmasına dair məhkəmənin gədiyi nəticə və bundan irəli gələn təqsirləndirilən şəxsin əməlinin tövsifi mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sah ədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı normalar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə təsbit edilmişdir. Həmin Məcəllənin 3.0.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan - Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdir. “Yol hərəkəti haqqında” Qanunun 35-1.2-ci maddəsinin mənasına görə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüqu qu yalnız Respublikaya qanuni əsaslarla gəlmiş, burada yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gələn şəxslərə məxsusdur. Həmin maddənin ikinci cümləsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Beləliklə, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmış, bununla da faktiki olaraq, belə vəsiqələrin Respublika ərazisində etibarlıq müddəti müəyyən edilmişdir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Miqrasiya Xidmətinin 12 oktyabr 2022-ci il tarixli, ******* nömrəli məktubundan isə aydın görünür ki, Gürcüstan vətəndaşı, xx xxxxxx 1989-cu il təvəllüdlü Məhkum (pasport № 15BB73131) 30 oktyabr 2021-ci il tarixdə (yəni hazırda baxılan cinayət işi üzrə cinayət hadisəsinin törədildiyi vaxt) Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olan” statusunda olmuşdur. Cinayət işinə əlavə edilmiş Məhkum Gürcüstan səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, həmin sənəd etibarlıdır. Beləliklə, cinayət işinin material ları ilə müəyyən edilmişdir ki, Gürcüstаn Respublikаsının vətəndaşı Məhkum Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almamış, Azərbaycan Respublikasının ərazisində “müvəqqəti olan” statusunda olmuş və Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi hesab etməklə onun əməlinin CM-in 263-1.1-ci maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirlənd irilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırmış və təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə tövsif edərək düzgün nəticəyə gəlmişdir. İnsan Hüquqları Üzrə Avro pa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 28 oktyabr 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci mad dəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-961/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-961/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver