Məhkəmə qərarları › İş №1(102)-962/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-962/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-962/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti ü zrə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkum1 xx xxxxxx 1994-cü ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 1, mənzil 22-də qeydiyyatda olmaqla yaşamışdır.

2. Məhkum2 xx xxxxx 1972-ci ildə İsmayıllı rayonunun Müdürsə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 1, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

3. Birinci instansiya məhkəməsi tərəfi ndən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1, Məhkum2 və Məhkum3 məhkum edilmişlər ona görə ki, Məhkum1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən gələcəkdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə toxumlarını toplayaraq özündə saxlamış, bu məqsədlə 2020-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə atası Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 10 metr enində 15 metr uzunluğunda olan 150 kvadrat m etr torpaq sahəsini kol-kosdan təmizləyərək torpaq üzərində boş sahə yaradıb həmin yerə çətənə bitkilərinin əkilib becərilməsi üçün 784 ədəd plasmas dibçəkləri yerləşdirmiş, dibçəklərdə hər birinə 1, 2 və ya 3 ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Məhkum2 çətənə bitkilərinə qulluq göstərmələri üçün su nasosu və elektrik kabeli alıb gətirərək quraşdırmış, əkdikləri çətənə bitkisinin toxumlarına gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq külli miqdar təşkil edən ümumilikdə 784 (yeddi yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 100 santimetrdən 130 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, həmi n çətənə bitkilərinin hissələrindən budaq, saplaq və yarpaq şəklində olan yararsız hesab etdikləri 820 ədəd hissələrini toplayaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi 12 kiloqram 635 qram çətənə bitkilərinin hissələrini torpağın üzərinə yığıb saxlamış, 31 may 2020-ci il tarixdə, saat 8 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, o, çətənə bitkilərini əkib-becərdiyi yerdə saxlanılaraq həmin yerə baxış keçirilən zaman onun Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 100 santimetrdən 130 santimetrədək uzunluqda təmiz çəkisi 245 kiloqram 950 qram təşkil edən, külli miqdarda, yəni 784 (yeddi yüz səksən dörd) ədəd çətənə bitkiləri və həmin çətənə bitkisinin ü zərindən yığılmış ümumi təmiz çəkisi 12 kiloqram 635 qram təşkil edən əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan 820 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən gələcəkdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə toxumlarını toplayaraq özündə saxlamış, 2020-ci ilin may ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə atası Məhkum2 və qonşusu Məhkum3 ilə çətənə bitkisinin toxumlarını gizli yer taparaq həmin yerdə əkib-becərmək barədə razılığa gələrək qabaqcadan əlb ir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Məhkum3 çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq ona və Məhkum2 həmin yeri göstərmiş, bu məqsədlə İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kolkosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirmiş, bundan təxminən 2-3 gün sonra o, qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə ağ rəngli dibçəklərdə əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, Məhkum3 və Məhkum2 çət ənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə yetişmiş 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini təkrarən kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum3 çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Məhkum3la və Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanun suz olaraq təkrarən əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək uzunluqda təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdiyi 3 santimetrdən 5 santimetrədək uzunluqda ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkum2 Məhkum1 2018-ci ilin oktyabr ayındadəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin to xumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə Məhkum1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 10 metr enində 15 metr uzunluğunda olan 150 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək torpaq üzərində boş sahə yaradıb həmin yerə çətənə bitkilərinin əkilib becərilməsi üçün 784 ədəd plasmas dibçəkləri yerləşdirmiş, dibçəklərdə hər birinə 1, 2 və ya 3 ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, çətənə bitkilərinə qulluq göstərmələri üçün su nasosu və elektrik kabeli alı b gətirmiş, əkdikləri çətənə bitkisinin toxumlarına gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq külli miqdar təşkil edən ümumilikdə 784 (yeddi yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 100 santimetrdən 130 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, həmin çətənə bitkilərinin hissələrindən budaq, saplaq və yarpaq şəklində olan yararsız hesab etdikləri 820 ədəd hissələrini toplayaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi 12 kiloqram 635 qram çətənə bitkilərinin hissələrini torpağın üzərinə yığıb saxlamış, 31 may 2020-ci il tarixdə, saat 8 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Məhkum1 çətənə bitkilərini əkib-becərdiyi yerdə sa xlanılaraq həmin yerə baxış keçirilən zaman onun Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 100 santimetrdən 130 santimetrədək uzunluqda təmiz çəkisi 245 kiloqram 950 qram təşkil edən, külli miqdarda, yəni 784 (yeddi yüz səksən dörd) ədəd çətənə bitkiləri və həmin çətənə bitkisinin üzərindən yığılmış ümumi təmiz çəkisi 12 kiloqram 635 qram təşkil edən əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan ümumilikdə 820 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Məhkum1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərində n topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə oğlu Məhkum1 və qonşusu Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Məhkum3 çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq ona və Məhkum1 həmin yeri göstərmiş, bu məqsədlə İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirməklə təkrarən özbaşına tutmuş, bundan təxminən 2-3 gün so nra Məhkum1 əvvəlcədən aralarında olan razılığa əsasən, qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə həmin yerə gətirdiyi ağ rəngli dibçəklərdə əkmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, Məhkum1 və Məhkum3 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə çıxmış 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini təkrarən kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum3 çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Məhkum1lə və Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdiyi 3 santimetrdən 5 santimetrədək ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilə ri aşkar edilərək götürülmüşdür. Məhkum3 qonşusu Məhkum1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qonşusu Məhkum1 və sonuncunun atası Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, çətənə bitkilərinin əkilib-becərilməsi üçün yer taparaq Məhkum1 və Məhkum2 məlumat verib həmin yeri göstərmiş, bundan sonra o, Məhkum1 və Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halın da İsmayıllı rayonu Diyallı bələdiyyəsinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirmiş, həmin vaxtdan təxminən 2-3 gün sonra Məhkum1 əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə həmin yerə gətirdiyi ağ rəngli dibçəklərdə əkmiş, o, Məhkum1 və Məhkum2 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə bitkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə yetişmiş 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimertdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Məhkum1lə və Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) ədəd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdikləri 3 santimetrdən 5 santimetrədək ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür.

4. Hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir.

5. Həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 31 may 2020ci il tarixdən 01 iyun 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu cəza ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq qəti olaraq 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4, o cümlədən, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

7. Şəki Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər E.Ş.Hüseynov və G.Q.Abbasovdan ibarət tərkibdə) 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 saylı qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4, o cümlədən, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri

9. Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şik ayətlərində aşağı instansiyası məhkəmələri tərəfindən barələrində ədalətsiz qərarlar qəbul edildiyi qeyd edilmişdir. Bunlara əsasən, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.. Hüquqi məsələlər

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hü quqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində barələrində daha yüngül cəza təyin edilməsi xahiş olunur. Məhkumlar barələrində yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndi rmilər.

15. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şə xsiyyətinə uyğun olmalıdır.

17. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

18. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olun an cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması ü zrə rolunu təmin edə bilsin.

20. Məhkəmə kоllеgiyаsı apellyasiya və birinci instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun olmuşdur. Məhkəmə məhkum edilmiş şəxslərə cəza təyin edərkən Məhkum1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hal kimi, onun cəzasını ağırlaşdıran hal cinayətin residivinin olmasını, Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almış, Azərbaycan Respublikası CMnin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

21. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-ci maddələrinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

22. Məhkumlara təyin edilən cəza sanksiya çərçivəsində olmuş və cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

23. Kassasiya məhkəməsi qeyd edir ki, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumların şəxsiyyətləri və işin halları nəzərə alınaraq, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsinə əsaslar müəyyən edilmir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb ma ddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekab r 2021-ci il tarixli, 1(107)-439/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 saylı qərarı Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar