Məhkəmə qərarları › İş №1(102)-963/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-963/2019

09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-963/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimovdan və Gülzar Lətif qızı Rzayevadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rauf Əhmədov) 02 avqust 2017-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1974-cü il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonu, Sadaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikasının, Marneuli rayonu, Xuldərə kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 23 noyabr 2016-cı il tar ixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi və tamah niyyəti ilə axınlı, lazer və iynəli printerdən istifadə etməklə kombinə edilmiş üsullarla çap edilərək hazırlanmış dövriyyədə olan eyni nominallı həqiqi 500 avro pul əskinaslarına uyğun olmayan saxta 19 ədəd X**********4, X**********3, X**********6 X**********7, X**********9, X**********4, X**********5, X**********2, X**********3, X**********8, X**********2, X**********3, X**********2, X**********3, X**********2, X**********4, X**********7, X**********8 və X**********6 seriya və nömrəli 500-lük, cəmi 9.500 avro pul əskinaslarını əldə edib sonradan satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razı laşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə görə əldə etdikləri saxta 500-lük avro pul əskinaslarını Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müxtəlif valyutadəyişmə məntəqələrinə satmaqla həmin saxta pulun müqabilində veriləcək həqiqi pul əskinazlarını ələ keçirmək barədə razılığa gəldikdən sonra Məhkum 21 noyabr 2016-cı il saat 13 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən valyutadəyişmə məntəqəsinə gələrək həmin məntəqəni işlədən X9 özündə olan 3 ədəd X**********4, X**********3 və X**********6 seriya və nömrəli saxta 500-lük, cəmi 1.500 avro pul əskinaslarını həmin günün məzənnəsi ilə 2.775 manata satmış, nəticədə zərərçəkmiş şəxs X6nın ümumilikdə 2.775 manat pulunu ələ keçirmişd ir. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi və tamah niyyəti ilə axınlı, lazer və iynəli printerdən istifadə etməklə kombinə edilmiş üsullarla çap edilərək hazırlanmış dövriyyədə olan eyni nominallı həqiqi 500 avro pul əskinaslarına uyğun olmayan saxta 500-lük avro pul əskinaslarını əldə edib sonradan satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə görə əldə etdikləri saxta 500-lük avro pul əskinaslarını Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müxtəlif valyutadəyişmə məntəqələrinə satmaqla həmin saxta pulun müqabilində veriləcək həqiqi pul əskinazlarını ələ keçirmək barədə razılığa gəldikdən sonra Məhkum 22 noyabr 2016-cı il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda yerləşən valyutadəyişmə məntəqəsinə gələrək, həmin məntəqəni işlədən X5 özündə olan 4 ədəd X**********2, X**********3, X**********8 və X**********2 seriya və nömrəli saxta 500-lük, cəmi 2.000 avro pul əskinaslarını həmin günün məzənnəsi ilə 3.760 manata satmış, nəticədə zərərçəkmiş şəxs X5in ümumilikdə 3.760 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi və tamah niyyəti ilə axınlı, lazer və iynəli printerdən istifadə etməklə kombinə edilmiş üsullarla çap edilərək hazırlanmış dövriyyədə olan eyni nominallı həqiqi 500 avro pul əskinaslarına uyğun olmayan saxta 500-lük avro pul əskinaslarını əldə edib sonradan satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə görə əldə etdikləri saxta 500-lük avro pul əskinaslarını Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müxtəlif valyutadəyişmə məntəqələrinə satmaqla həmin saxta pulun müqabilində veriləcək həqiqi pul əskinazlarını ələ keçirmək barədə razılığa gəldikdən sonra Məhkum 22 noyabr 2016-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən valyutadəyişmə məntəqəsinə gələrək, həmin məntəqəni işlədən X10 özündə olan 4 ədəd X**********4, X**********7, X**********8 və X**********6 seriya və nömrəli saxta 500-lük, cəmi 2.000 avro pul əskinaslarını həmin günün məzənnəsi ilə 3.760 manata satmış, nəticədə zərərçəkmiş şəxs X1 0un ümumilikdə 3.760 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi və tamah niyyəti ilə axınlı, lazer və iynəli printerdən istifadə etməklə kombinə edilmiş üsullarla çap edilərək hazırlanmış dövriyyədə olan eyni nominallı həqiqi 500 avro pul əskinaslarına uyğun olmayan saxta 500-lük avro pul əskinaslarını əldə edib sonradan satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə görə əldə etdikləri saxta 500-lük avro pul əskinaslarını Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müxtəlif valyutadəyişmə məntəqələrinə təqdim edib bu yolla vətəndaşları aldadaraq həmin saxta pulun müq abilində veriləcək həqiqi pul əskinazlarını ələ keçirmək barədə razılığa gəldikdən sonra Məhkum 23 noyabr 2016-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvaninda yerləşən valyutadəyişmə məntəqəsinə gələrək, həmin məntəqədə işləyən X7 özündə olan 4 ədəd X**********3, X**********2, X**********3 və X**********2 seriya və nömrəli saxta 500-lük, cəmi 2.000 avro pul əskinaslarını həmin günün məzənnəsi ilə 3.760 manata satmış, nəticədə zərərçəkmiş şəxs X9un ümumilikdə 3.760 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi və tamah niyyəti ilə axınlı, lazer və iynəli printerdən istifadə etməklə kombinə edilmiş üsullarla çap edilərək hazırlanmış dövriyyədə olan eyni nominallı həqiqi 500 avro pul əskinaslarına uyğun olmayan saxta 500- lük avro pul əskinaslarını əldə edib sonradan satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə görə əldə etdikləri saxta 500-lük avro pul əskinaslarını Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müxtəlif valyutadəyişmə məntəqələrinə satmaqla həmin saxta pulun müqabilində veriləcək həqiqi pul əskinazlarını ələ keçirmək barədə razılığa gəldikdən sonra Məhkum 23 noyabr 2016-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən valyutadəyişmə məntəqəsinin yaxınlığına gələrək tanışı Ukrayna Respublikasının vətəndaşı X4 vasitəsi ilə həmin məntəqəni işlədən X1 3 ədəd X**********7, X**********9, və X**********4 seriya və nömrəli 500-lük, c əmi 1500 avro pul əskinaslarını satmaq istəyərkən X7nin vermiş olduğu məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Məhkum valyutadəyişmə məntəqəsində saxlanılmış, polis idarəsinə dəvət olunmuş X11 tanışı Məhkum tərəfindən ona verilmiş 4 ədəd saxta X**********7, X**********9, X**********4 və X**********5 seriya və nömrəli 500-lük avro pul əskinaslarını könüllü olaraq təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Mirzəli Abbasovdan ibarət tərkibdə) 05 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəç isi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilsin və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza müddəti şərti hesab edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, məhkəmə Məhkum cəza təyin edərkən, onun əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini, istintaqda və məhkəmədə etirafedici, səmimi ifadələr verməsini, zərərçəkmişlərə dəymiş ziyanı tam ödədiyini, z ərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, əməli və davranışı ilə artıq islah olunmasını nəzərə almamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş cəza onun törətdiyi əmələ və şəxsiyyətinə uyğun olmamaqla sərtliyinə görə açıq-aydın ədalətsiz olmuşdur və onun Azərbaycan Respublikası Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozmuşdur. Bundan başqa onu da qeyd etmək lazımdır ki, Məhkum anası X14 Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası CM-nin 52. 2. və 52.2.4-cü maddələrinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Bu səbəbdən də Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəza kimi təyin oluna bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmadan saxlanılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum birinci instansiyası məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda tam təqsirli bilmişdir. Həmçinin onun həmin cinayət əməli ni törətməsi məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız i mtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum barəsində Azərbaycan Respublikası CMin 70-ci maddəsinin tətbiq olunmamasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırs a, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökm və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah ol unmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində Məhkum cəza çəkmədən islah olunmasını şərtləndirən heç bir əsaslı dəlil göstərilməmiş və işin materialları ilə də belə halların olması müəyyən edilmir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunma sı sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, məhkum Pərviz Hacıyevin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəzanın şər ti hesab edilməsi, yaxud cəzanın yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin Məhkum əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əlavə cəza növünün tətbiq edilməsini qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəlləni n 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.4-cü maddəsinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Kassasiya şikayətində Məhkum anasının Azərbaycan Respublikasının vətəndaşı olduğu qeyd olunsa da, nə işin materiallarına, nə kassasiya şikayətinə bu halı təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəm ə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2017-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 okt yabr 2017-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar