Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-963/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 05 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), İlkin Abdullayev və Mehdixan Abdullayevdən ibarət tərkibdə) 1(099)-317/2019 nömrəli 08 avqust 2019-cu il tarixli hökmü ilə xx xxxxx 1988-ci ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir az yaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla orada yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, mart ayının 03-də saat 21 radələrində birgə spirtli içkilər qəbul etdiyi tanışı X1 yaşadığı ünvan 1 ünvanda yerləşən tikiliyə (evə) gəlib orada sonuncu ilə birlikdə spirtli içki qəbul edərkən X5un onun və ailəsinin ünvanına nalayiq sözlər deməsindən və onun da qarşılıqlı olaraq X5un ünvanına nalayiq sözlər işlətməsindən sonra sonuncunun oturduğu çarpayıdan qalxıb onun sifətinə əl ataraq alın nahiyəsinin sıyrıqları, sağ almacıq sümüyü üzərinin sıyrığı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsindən hiddətlənərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində artıq aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində X5dan qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək niyyəti ilə qəflətən orada olan çuqun materialdan hazırlanmış çaydanı götürərək həmin çaydanla X5un həyat üçün mühüm olan baş nahiyəsinə zərbələr vuraraq, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol təpə sümüyünün beyinə nüfuz edən basılmış çox qəlpəli yerdəyişmiş sınıqları, sağ tərəfli hemoparez kimi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi xəsarətlər yetirdikdən sonra sonuncunun ölməsini zənn edib onu hadisə yerində tək qoyaraq oradan uzaqlaşmış, lakin kənar şəxslər tərəfindən çağırılmış təcili-t ibbi yardım avtomobili ilə X5 şəhər mərkəzi xəstəxanasına çatdırılmaqla sonuncuya ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək X5u qəsdən öldürməyə, yəni qəsdən onu həyatdan məhrum etməyə cəhd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)538/2019 nömrəli 05 dekabr 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-317/2019 nömrəli 08 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş və CM-in 126.1-ci maddəsi ilə ona 6 (a ltı) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin və ona təqsirli bilindiyi maddə ilə daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ona qarşı irəli sürülən ittihamı ibtidai istintaq və məhkəmə istintaqı zamanı sübuta yetirilsə də, müəyyən yüngülləşdirici hallar nəzərə alınmamışdı r. Belə ki, törədilmiş hadisə təsadüfən yaranmış mübahisə zəminində cinayət tərkibi yaratmış və zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək niyyətində olmamışdır. Kassator kassasiya şikayətinə əlavədə əməlindən səmimi peşmançılıq hissi keçirməsi, təqsirini könüllü olaraq etiraf etməsi, zərərçəkmiş şəxsə bilavasitə tibbi yardım göstərməsi, zərərçəkmiş şəxslə barışıq əldə olunması, ona dəymiş ziyanın ödənilməsi, həmçinin himayəsində bir azyaşlı övladının olması, ailəyə yeganə qazanc gətirən şəxs olması və yaşayış yerindən müsbət xarakterizə olunması hallarının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti tə min olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxı larkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Mə hkum kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin başlıca dəlili ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş cəzanın ağır olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum apellyasiya instansiya məhkəməsi tərəfindən əməli düzgün olaraq tövsif edilmiş və ona cəza təyin edilərkən cinayət qanunun normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhk əməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə maddi və mənəvi köməklik göstərməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törə tdiyi cinayəti qismən etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ilk məhkumluğunu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə aldığını qeyd etsə də,həmin halları kifayət qədər nəzərə almayaraq Məhkum ittiham olunduğu CM-nin 126.1-ci maddəsinin sanksiyasının yuxarı həddinə yaxın olan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və Məhkum şəxsiyyətinə uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin edilmiş cəzaya aid hissədə gəldiyi nəticəni əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş cəzanı yüngüllə şdirən hallar nəzərə alınaraq Məhkum təyin edilmiş cəzanın müddəti təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyası daxilində azaldılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti və ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.2 1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 4 (dörd) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-963/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-963/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver