Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-963/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 1(105)-656/2021 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instan siyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamışdır. 2. 29 dekabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttihama görə, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,740 q ram ümumi təmiz çəkidə narkoitk vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Dədə Qorqud» şadlıq sarayının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə, saat 13:45-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Dədə Qorqud» şadlıq sarayının qarşısında saxlanılıb qeyd Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd bükümdə 1,875 qram və 1,865 qram olmaqla cəmi küllü miqdarda - 3,740 qram təmiz çəkidə narkot ik vasitə heroin aşkar edilərək götürülmüşdür. 3. 22 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 3,740 qram ümumi təmiz çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamış, 03 sentyabr 2020-ci il tarixdə saat 13:45-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Dədə Qorqud» şadlıq sarayının qarşısında saxlanılıb qeyd Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istifadəsi üçün əldə etdiyi iki ədəd bükümdə 1,875 qram və 1,865 qram olmaqla cəmi küllü miqdarda - 3,740 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-610/2021 saylı, 25 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 03 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.
6. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protestində qeyd edilmişdir ki, hökm üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin qanunsuz əldə edilərək daşınması ilə təqsirli bilinməsinin özü sonuncunun guya narkotik vasitə aludəçisi olmaması və üzərində narkotik vasitə heroinin olmaması barədə verdiyi ifadəsinə məhkəmə tərəfindən tənqidi yanaşılmasını və həmin ifadənin özünümüdafiə xarakteri daşımasını bir daha sübut edir. Bundan başqa, həm ibtidai istintaq dövründə, həm də məhkəmə baxışı zamanı ifadə vermiş şahidlər – polis əməkdaşları Şahid1 və Şahid2 bildirmişlər ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan fakt həmçinin cinayət işinin materiallarında olan “Əməliyyat tədbirinin keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarda öz əksini tapmış və iş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının rəyi ilə də sübuta yetirilir. Məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verilmişdir.
7. Hə min hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkumun müdafiəçisi hökmün ləğv edilməklə, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci tarixli, 1(105)-656/2021 nömrəli qərarı ilə apellyasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 610/2021 saylı, 25 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü maddəsi tətbiq edilmiş və hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Re spublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azadılmaqla, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökm qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 1(105)-656/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, kassasiya müraciətinin müəllifi onları təkrarlamaqla qeyd etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericili yin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 1(105)656/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
11. Ka ssasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
1. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
2. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının t ələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
3. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məh kəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikas ı CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 1(105)-656/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qa nunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiym ətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habe lə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Balakən Rayon Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadı, 23 iyul 2021-ci il).
19. Məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
20. Belə ki, Təqsirləndirilən şəxs əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirlərin keçirildiyi zaman aparılmış video çəkilişin əks olunduğu video görüntülərlə və işin digər materialları ilə tam sübuta yetirilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərdən heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu bildirməmişlər. Həmçinin, cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmiş və sübuta yetirilməmişdir. 23.Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə, narkotik vasitə heroinin külli miqdarda (3,740 qram) və iki bükümdə olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli m iqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamaqda təqsirli bilinməsinə əsas verə bilməz.
24. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini haqlı olaraq Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir.
25. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək hər hansı bir o byektiv dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
26. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
27. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tap mışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
28. Kassasiya protestinin cinayət işinin mahiyyəti ilə bağlı dəlilərinə gəldikdə, məhkəmə kollegiyası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən narko tik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
29. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna gör ə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020-ci il). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021-ci il).
30. Aparılmış istintaq nəticəsində narkotik vasitənin satışı ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız üzərindən aşkar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.
31. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 1(105)-656/2021 nömrəli qərarı dəyişdirilmə dən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 1(105)-656/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.