Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-964/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası C M-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Fərhad oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarından Məhkum Fərhad oğlunun müdafiəçisi Məhərrəmov Əbdül Azər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Abdullayev Mehdixan Ədil oğlu və Hacıyev Asim Ağamirzə oğlundan ibarət tərkibdə) xx xxxxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Fərhad oğlu Azərbaycan Respublikas ı CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Fərhad oğlu təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 14 aprel 2018-ci il tarixdə saat 17 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən “Bəhmənli” şadlıq evinin yan tərəfində X5 işlətdiyi pivəxanada həmkəndliləri Zərərçəkmiş şəxs, X8 və X7 ilə birlikdə pivə içib X7 idarə etdiyi “VAZ-21074”markalı **-OU-*** dövlət nömrə-nişanlı avtomobilə minib kəndarası yolla evlərinə doğru gedərkən maşında ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxsla əl-qol hərəkətləri ilə zarafat etmiş, Kamil Məmmədov un yaşadığı evin qarşısında hamısı avtomobildən yerə düşərkən yenidən Zərərçəkmiş şəxsla əl-qol hərəkətləri ilə zarafatını davam etdirmiş və həmin zarafat söz mübahisəsinə çevrilmiş, Zərərçəkmiş şəxs onun bu hərəkətlərindən əsəbiləşərək onunla zarafat etməsinə iradını bildirmiş, orada olan X7 və X8 onların mübahisə etdiyini görüb onları sakitləşdirmiş, X8 onu, X7 isə Zərərçəkmiş şəxs öz evlərinə aparmışdır. Bundan təxminən 5 dəqiqə sonra o, Zərərçəkmiş şəxs zəng edərək onu Füzuli rayonu, Böyük Bəhmənli kəndinin kənarında yerləşən “Panel” adlanan əraziyə çağırmış, Zərərçəkmiş şəxs onun yanına gəldikdən sonra heç bir söz demədən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla qəsdən bir zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs özünü itirərək yerə yıxılmış, bundan so nra yumruqla və istintaqa məlum olmayan bərk küt əşya tətbiq etməklə onun baş və sifət nahiyələrinə çoxsaylı zərbələr vuraraq qəsdən açıq kəllə-beyin əzilməsi və sıxılması, sol alın nahiyəsinin kəskin epidural hematoması, alın sümüyünün soldan, sol orbitanın damı və yan divarının basılmış qəlpəli sınıqları, sol almacıq sümüyünün yerini dəyişmiş qapalı sınığı, sol periorbital nahiyədə yumuşaq toxumaların əzilməsi xarakterli həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Hökmdən Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Novruzov Ələsgər Əli İsgəndər oğlu v ə Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 27 dekabr 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarından Məhkum Fərhad oğlunun müdafiəçisi Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayəti verərək, Məhkum əməlinin CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif olunmasını, CM-nin 62-ci maddəsi tətbiq edilməklə maddənin sanksiyasının aşağı həddindən də az və yaxud sanksiyada göstəriləndən daha yüngül cəzanın təyin olunması və ya CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasını xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarından görünür ki, Məhkum və Zərərçəkmiş şəxs həmkəndlidirlər, cavandırlar, bir-birləri ilə daimi qarşılıqlı kobud və şit zarafat etməyə meylidirlər. Hər ikisi bu halı təsdiq etmişlər. Məhkum daha çox spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs söyüşünü real təhqir kimi qəbul etmiş və bunun qisasını almaq üçün sonuncunu döymək niyyətinə düşmüşdür. Bir sözlə, kənd şəraitində yaşayan və ailəlikcə bir-biri ilə yaxın olan cavanlar arasında sözlə çəkişmə nəticəsində dalaşma hadisəsi baş vermişdir. Məhkum kəmağıllı hesab olunmur və səbəbsiz Zərərçəkmiş şəxs danışığa çağırmamışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərir ki, Məhku m ona qarşı etdiyi şit zarafatlarından əsəbiləşərək onunla zarafat etməsinə iradını bildirmişdir. Təbii ki, daimi bir birləri ilə şit zarafat etmə münasibətdə olan şəxsin çəkinmədən əsəbli halda kobud zarafat edən şəxsə qarşı kobud təhqiramiz sözlərlə cavab vermək ehtimalı daha inandırıcıdır. Bu ümumilikdə qəbul olunmuş qarşılıqlı kobud zarafatlaşmaya meyl göstərən şəxslərin təbiyətinə məxsus davranış formasıdır. Bunun əksi olaraq kobud davranışa qarşı mədəni formada irad bildirildikdə artıq səbəbsiz xuliqanlıq niyyəti ilə təhlükəli davranan (Apellyasiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin Plenum Qərarında məhz bu cür davranışdan bəhs olunur) insana qarşı yüksək mədəniyyətə malik, ondan tam fərqli olan insanın davranışından söhbət gedə bilər. Konkret cinayət işində belə hallar mövcu d deyil, hər ikisi eyni səviyyədə tərbiyə almış və eyni hərəkətləri etməyə malik insanlar olmuşlar. Üstəlik hər ikisi, yənitəqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir- birlərinə qarşı dedikləri sözləri konkret ünvanlandırmışlar, bu sözlərin başqalarına heç bir aidiyyəti olmamışdır. İstintaq orqanı onların digər şəxslərin yanında söz savaşına hüquqi qiymət verməmişdir. Lakin təklikdə görüş zamanı heç bir söz demədən Məhkum Zərərçəkmiş şəxs dərhal vurub xəsarət yetirməsini əsassız olaraq xuliqanlıq kimi qiymətləndirilmişdir. Beləliklə, faktiki vəziyyətdən görünür ki, həmin vaxtı Zərərçəkmiş şəxs sonda avtomaşına mindikdə Məhkum özünə və ya valideyninə qarşı təhqiramiz söz deyib ayrılması səbəbindən sonuncu dərhal ona zəng edib qol gücünə məsələnin həlli üçün onu kəndin kənarına heç kimin o lmadığı yerə təklikdə danışığa çağırmışdır. Zərərçəkmiş şəxs çağırışın mahiyyətini dərk etmiş və dalaşmağa çağırıldığını bildiyi halda qorxmadan çağırışı qəbul etmiş və həmin yerə tək getmişdir. Zərərçəkmiş şəxs ərizəsində etiraf etmişdir ki, özünün kobud davranışı Məhkum sonrakıhərəkətlərinə səbəb olmuşdur. Apellyasiya məhkəməsi əgər iki epizodu bir-birindən tam ayırıb hər birinə ayrılıqda hüquqi qiymət vermək istəyirdisə, onda avtomaşında və avtomaşının yanında kənar şəxslərin olduğu vaxtı hər iki gənc tərəfindən edilən kobud davranışa da hüquqi qiymət verməli idi. Bunu nə istintaq orqanı, nə birinci instansiya məhkəməsi və nə də ki, apellyasiya məhkəməsi etməmişdir. İstintaq orqanı Məhkum və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin şit zarafat nəticəsində əmələ gəlməsini ittiham da da qeyd etmişdir. Lakin Zərərçəkmiş şəxs avtomaşına minib gedərkən Məhkumun valideynlərinin və ya onun özünə qarşı təhqiramiz söyüşün söyüb-söyməməsini tam aydınlaşdırmamışdır. Yalnız bundan asılı olaraq əmələ düzgün hüquqi qiymət vermək mümkündür. Bununla yanaşı hadisə faktı özü-özlüyündə təhrif edilmişdir. Təqsirkar öz təşəbbüsü ilə zərərçəkmiş şəxsi münaqişəyə çəkib təklikdə söhbət etməyə çağırmaqda cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərmək niyyətində olmamışdır, əksinə cəmiyyətdən kənarda təklikdə mübahisəni həll etmək niyyətində olmuş və həm təqsirkar və həm də zərərçəkmiş şəxs bunu məhz bu cür dərk etmişlər. Məhkum Zərərçəkmiş şəxs yaxınlaşarkən qəfildən onu vurması sonuncunun müqavimətini sındırmış və onun artıq qarşılıqlı dalaşma hərəkətlərinin edilməsinə fiziki imkanı o lmamışdır. Çox güman ki, Zərərçəkmiş şəxs yönələn zərbə güclü olmasaydı sonuncu da öz növbəsində cavab olaraq qarşı tərəfi döyəcəkdi. Çünki hər ikisi məhz bu məqsədlə gecə vaxtı görüşə çıxmışlar. Əfsuslar olsun ki, apellyasiya məhkəməsi müdafiə tərəfin dəlillərini təhlil etmədən “formal xarakterli olduğunu” qeyd etməklə konkret işin mahiyyətinə varmadan əsassız hökmü qüvvədə saxlamışdır. Müdafiə tərəfi hesab edir ki, zarafatlaşma nəticəsində yaranmış mübahisə və qarşılıqlı təhqiramiz sözlərə görə Zərərçəkmiş şəxs ağır zərər yetirmə faktı cinayətin xuliqanlıq niyyəti ilə yox, şəxsi münasibətlər zəminində baş verməsinə dəlalət etməklə həm təqsirləndirilən şəxsin və həm də zərərçəkmiş şəxsin etirafları ilə tam təsvir olunduğundan ittihamdan xuliqanlıq tövsifedici əlamət xaric edilməlidir. Bur ada xilqanlıq niyyəti ilə qəsdən bədənə ağır zədə yetirilməsinə dair istintaq orqanının və məhkəmənin gəldiyi hüquqi nəticə tam yanlışdır. Bir nəfərə bir cinayətə görə irəli sürülmüş ittihamın məzmununda biri digərinə zidd, biri digərini təkzib edən hallar mövcuddur. Bunlar ittihamın mötəbərliliyini şübhə altına salır. Bu səbəbdən Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməlidir. Cəza ilə bağlı müdafiə tərəfi hesab edir ki, Məhkuma sərt cəza təyin olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya məhkəməsinə müraciət etdiyi ərizəsində Məhkum tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini bildirərək Məhkum bağışladığını, ondan şikayətçi olmadığını və ona qarşı tətbiq olunan azadlıqdan məhrum etmə cəzasının yüngül cəza ilə əvəz olunmasını xahiş edir. Həmçinin zərərçəkmiş bildirmişdir ki, Məhkumlə bir yerdə böyümüş, qaçqınlıq həyatını bir yerdə keçirmiş, hal-hazırda onunla barışmış, ailələri arasında narahatçılıq həll olunmuşdur. Məhkum uzun müddətli azadlıqdan məhrum etmə cəzası təyin olunduqda ailələr arasında ədavətin artmasına, münasibətlərin daha da korlanmasına səbəb ola biləcəyini bildirmişdir. Məhkum üçün ən ağır cəza qanunsuz hərəkətləri nəticəsində ailəsinin çətin vəziyyətə salmasıdır. Azadlıqdan məhrum olmayan cəza ilə cəzalanarsa, Məhkum faydalı əməyi ilə ailəsini bu çətin vəziyyətdən çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərar ının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiy a şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublika sı CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum əməlinin düzgün tövsif olunmaması, onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməli olduğu və məhkuma daha yüngül cəza təyin olunması iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əs aslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti və əlavədə məhkum olunmuş şəxsin əməlinin CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunmasının əsaslılığının mübahisələndirilməsini nəzərə alıb, ilk növbədə məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti və əlavənin dəlillərini araşdırıb, dövlət ittihamçısının, zərərçəkmiş ş əxsin, məhkum edilmiş şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti və ona əlavəsi təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü apelyasiya şikayəti və əlavəyə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə-kriminalistik və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Məhkumun CM-nin 126.2.4cü maddəsi ilə müəyyən edilmiş cina yət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəmə baxışında birinci instansiya məhkəmə baxışında tədqiq olunmuş sübutlara və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi aşağıda qeyd olunan sübutlara tam təsdiq olunmuşdur... Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçisinin apellyasiya şikayəti və ona əlavəsinin məhkum olunmuş şəxsin əməlinin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə müəyyən olunmuş aşağıda qeyd olunan faktiki hallarla təkzib olunan dəlillər olmaqla birinci instansiya məhkəməsinin hökmünün ləğv və yaxud dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, hadisə baş verən gün Məhkum Zərərçəkmiş şəxsla aralarında olan zarafatla əlaqədər baş vermiş mübahisədən sonra orada olan X7 və X8 onların mübahisə etdiyini görüb onları sakitləşdirmiş, X8 onu, X7 isə Zərərçəkmiş şəxs öz evlərinə aparmışdır. Bundan təxminən 5 dəqiqə sonra Məhkum Zərərçəkmiş şəxs zəng edərək onu Füzuli rayonu, Böyük Bəhmənli kəndinin kənarında yerləşən “Panel” adlanan əraziyə çağırmış, Zərərçəkmiş şəxs onun yanına gəldikdən sonra heç bir söz demədən Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla qəsdən bir zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs özünü itirərək yerə yıxılmış, bundan sonra yumruqla və istintaqa məlum olmayan bərk küt əşya tətbiq etməklə onun baş və sifət nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Göründüyü kimi Məhkum aralarında olan mübahisənin gedişində deyil, artıq mübahisə başa çatdıqdan və hər biri öz evlərinə getdikdən sonra zərərçəkmişə zəng edərək onu hadisə yerinə çağırmış və orada ona həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir ki, bu halda belə qənaətə gəlməyə əsas verir ki, məhkum olunmuş şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuluqanlıq niyyəti ilə qəsdən ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum CM-nin 126.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olmasına dair qənaəti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.04.2004-cü il tarixli, 1 №-li və «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3№-li Qərarlarının izah və tövsiyələri baxımından da qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.04.2004-cü il tarixli, 1 №-li Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır”. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndinin 1-ci hisəsində göstərilir ki, “qəsdən adam öldürmə cinayəti o vaxt CM-nin 120.2.2- ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək”). Həmin bəndin 3-cü hissəsində qeyd olunur ki, “xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratma masını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz”. Cinayət hüquq nəzəriyyəsinə görə dalaşma və ya münaqişə zəminində qəsdən sağlamlığa ağır zərər vurmanın xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir: əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsin sağlamlığına ağır zərər vurması CM-nin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik göstərməsi ilə müşayət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlanılmışdırsa təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş faktiki hallara cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri baxımından qiymət verərək hesab edir ki, ittiham tərəfindən təqdim olunmuş sübutlarla Məhkum qəsdinin məhz Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaya yönəlməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası yuxarıda qey d olunanlara əsasən hesab edir ki, məhkum olunuş şəxsin müdafiəçisinin apelyasiya şikayəti və əlavəsinin hadisənin zərərçəkmiş şxəsin təşəbbüsü ilə başlanması barədə dəlilləri konkret hüquqi əsası olmayan formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, məhkum olunmuş şəxsin əməlinin CM-nin 126.1 ci maddəsinə tövsif edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli CM-nin 126.2.4cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan q aldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi, habelə sonuncunun əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya instansiya məhkəməsinin məhkum olunmuş şəxsə təyin etdiyi cəzanı qanuni və əsaslı hesab edir. Belə ki, məhkum olunmuş şəxs Məhkum təqsirli bilindiyi CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaya görə altı ildən on bir il müddətək azadlqdan məhrum e tmə cəzası müəyyən olunmuşdur. CM-nin 15-ci maddəsinə əsasən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 126.2.4cü maddəsi ilə müəyyən olunmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs 11 iyun 2018-ci il tarixdə Füzuli rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Məhkum tərəfindən döyülərək bədən xəsarəti almasına baxmayaraq sonuncu ilə barışdığını və ona dəymiş maddi ziyanın qismən ödənilməsini bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya kollegiyasının məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı təqdim etdiyi ərizəsində 14 aprel 2018-ci il tarixdə həmkəndlisi Məhkum Fərhad oğlu tərəfindən döyülərək, ağır bədən xəsarətləri alaraq Bakı şəhər Neyrocərrahi Xəstəxanasına düşdüyünü, orada başından əməliyyat o lunduğunu, lakin buna baxmayaraq 11 iyun 2018-ci il tarixdı verdiyi ərizəsinin üstündə duraraq onunla barışdığını, ona dəymiş maddi ziyanın qismən ödənildiyini və bundan sonra da ona dəymiş ziyanın ödənilməsinə söz verildiyini bildirərək ərizəsini nəzərə alaraq məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, bundan sonra da onun Məhkum qarşı şikayət və tələbi olmayacaqdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Məhkum törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların müəyy ən edilməməsini, Məhkum törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına nail olunması baxımından məqsədəuyğun hesab etmişdir. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin m üddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikasının CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqı nda” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi CM-nin 126.2.4-cü cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə, yəni 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan qanuni və ədalətli nəticəyə gəlmişdir və məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılması, barəsində CM-nin 62 və yaxud 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar mövcud deyil. Məhkə mə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti və əlavənin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək məhkum edilmiş şəxsin əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi, habelə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılması, barəsində CM-nin 62-ci və yaxud 70-ci maddəsinin tətbiq olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apelyasiya şikayəti və ona əlavə təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini, əməlinin düzgün tövsif olunmadığını, CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olundu ğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzər ə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı iddia olunsa da, müdafiə tərəfinin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələb lərinə uyğun cəza təyin edilmişdir. Şikayətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə də istinad edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmələr tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla Məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Kassasiya şikayətində Məhkum Fərhad oğluna Azərbaycan Respublikası CM-nin 70ci maddə si ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakte rini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsin in Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Fərhad oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-964/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-964/2019
11.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver