Məhkəmə qərarları › İş №1(102)-964/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-964/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-964/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlunda ibarət tərkibdə) Məhkum, xx xxxx il tarixdə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, subay, əvvəllər Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2011-ci tarixli hökmü il ə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə həmin cəzası şərti olaraq tətbiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə CMnin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 66.4 və 67-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2014-cü il tarixli qərarı ilə Bərdə Rayo n Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmünün təsviri əsaslandırıcı və nəticə hissələrindən ona qəti cəzanın CM-nin 67-ci maddəsinə təyin edilməsinə dair müddəalar xaric edilərək üzərində həmin hökmlə CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq ciayətlərin məcmusu üzrə təyin olunmuş 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, əsas cəzasını çəkməsi nəzərə alınaraq məhkəmə iclas zalında həmin cəzadan azad olunmuş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2014-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2014-cü il tarixli qərarı ləğv edilərək iş yeni ape llyasiya baxışına təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin baxılışına göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökm dəyişdirilərək CM-nin 66.2 və 67-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 11 fevral 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 0 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum 2019-cu il noyabr ayının 22-də saat 21 radələrində «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan faktiki istifadəsində olan X markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Tərtər-Hindarx avtomobil yolunun 9-cu km-də, Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Ağdam rayonu istiqamətində hərəkət etdirərəkən «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələbələrinə əsasən avtomobilin daim dəyişən yol şəraitinə uyğun və dayanıqlı hərəkətini təmin etməklə, təhl ükəsiz idarə etməli olduğu halda həmin maddənin tələblərini pozaraq avtomobilin dayanıqlı idarə olunmasını təmin etməyərək idarəetməni itirməklə idarə etdiyi avtomobili hərəkəti istiqamətində yolun sağında olan beton maneəyə vurmuş, nəticədə avtomobildə olan sərnişinlər X14avtotravma, travmatik şok, bud və baldır sümüklərinin və yuxarı ərtraf sümüklərinin çoxsaylı qəlpəli-qapalı sınıqları, bədəndə çoxsaylı sıyrıqlarla müşaiyət edilən həyat üçün təhlkükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri, X3 isə - avtotravma, travmatik şok,bud və baldır sümüklərinin və yuxarı ərtraf sümüklərinin çoxsaylı qəlpəliqapalı sınıqları, bədəndə çoxsaylı sıyrıqlarla müşaiyət edilən həyat üçün təhlkükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölmələri ilə nətic ələnən, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 11 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 263-1.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 9 (doqquz) ilədək artırılmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizv anov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra maddələrinə istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamdan onun yol-nəqliyyat hadisəsini sərxoş halda törətməsinə dair hissəni əsassız olaraq xaric etmiş, Məhkum cinayət əməlini törədərkən sərxoş vəziyyətdə olmaması ilə bağlı nəticəyə gəlmək üçün yalnız sərxoşluğun müayinə aktına istinad etmiş, işdə mövcud olan digər sübutların məhkəmələr tərəfindən rədd edilməsinin motivlərini əsaslandırmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş və bununla da, iş üzrə yanlış nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq, qərarda onun möhkəmləndirilməsinə uyğun əsaslandırma aparmışdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı isə təqsiləndirilən şəxs qismində dindirilmiş Məhkum göstərmişdir ki, 22 noyabr 2019-cu il tarixdə axşamçağı Tərtər rayonunun Qaynaq kəndində X1 fərdi yaşayış evində X1un qızı X2 ad gününü qeyd etmişlər. Həmin vaxt ad günündə onunla yanaşı X1, qızı X2, X1un bacısı X3, X4, X5, X6, X7 adlı şəxslər, sintezator ifaçısı X8 da iştirak etmişlər. Orada olanların hamısı, o cümlədən özü də alkoqollu içki olan araq içmişlər. O, alkoqollu içki qəbul edib sərxoş halda avtomaşını idarə etməkdə özü nü təqsirli bilmiş, cinayət hadisəsinin onun tərəfindən törədilmədiyini bildirməklə özünü müdafiə xarakterli dəlillər irəli sürmüşdür. İbtidai araşdırma və məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X15, X8, X25, X21 verdikləri ifadələrində 22 noyabr 2019-cu il tarixdə Günelin ad günündə Məhkum, 21un və X1In, özlərinin və həmin məclisdə itirak edən digərlərinin alkoqollu içki qəbul etmələrini göstərmişlər. Yuxarıda qeyd olunan sübutların mövculuğunda məhkəmə tərəfindən yalnız 23 noyabr 2019-cu il tarixli 627 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu"na istinad edilməklə müayinə zamanı Məhkum alkoqol sərxoşluğunun aşkar edilməməsi əsas götürülmüş, həmin xüsusatla bağlı digər sübutlar qiymətləndirilməmişdir. Halbuki, A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ”Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması CPM-nin 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna b ilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Həmçinin iş materiallarından görünür ki, 22 noyabr 2019-cu il tarixdə baş vermiş məlum hadisədən sonra Məhkum ilk gündən avtomaşının 21 tərəfindən idarə edilməsini bildirmiş, sərxoşluğun müəyyən edilməsi üçün vaxtında müayinədən keçməkdən yayınmış, cinayət məsuliyyətinə cəlb edilməməsi üçün özünü müdafiə xarakterli dəlillər irəli sürmüşdür. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını, cinayət işinin isə yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tari xli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X22 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərər şəxslərin hüquqi varisləri X66nin və X67nın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Q.A.Rizvanov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində apellyasiya in stansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutların düzgün tədqiq edilməməsini Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə dair tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasi ya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübut ların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya inst ansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq nor malarının, yəni cinayət qanununun və CPMnin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olu nması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə baş qa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayə t tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 263-1.1-ci maddəsinin dispozisiyasına görə, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda həmin şəxsin bu maddə ilə, eyni əməllərin törədilməsi iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə - CM-nin 263-1.4-cü maddə ilə cinayət məsuli yyətinə cəlb edilməsinə və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalarla (beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə) cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin CM-nin 263-1.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: 1) həmin şəxsin avtomobili, tramvayı və ya digər mexaniki nəqliyyat vasitəsini idarə etməsi və bu vaxt onun alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olması və ya nəqliyyat vasitələrini idarə etmək hüququnun olmama sı; 2) belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması; 3) onun göstərilən əməli törətməsinin iki və ya daha çox şəxsin ölümünə səbəb olması. İş materiallarından göründüyü kimi, 22 noyabr 2019-cu il tarixdə saat 21 radələrində Tərtər-Hindarx avtomobil yolunun 9-cu km-də, Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı başlanmış cinayət işinin ibtidai araşdırması zamanı göstərilən üç halın təsdiq edilib-edilməməsi istiqamətində müvafiq istintaq hərəkətləri aparılmış və həmin araşdırma zamanı toplanmış sübutlar əsasında ibtidai araşdırma orqanı belə nəticəyə gəlmişdir ki, alkoqollu içkilər qəbul etməsi nəticəsində alkokqol sərxoşluğu vəziyyətində olan Məhkum 2019-cu il noyabr ayının 22-də saa t 21 radələrində «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan faktiki istifadəsində olan X markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili TərtərHindarx avtomobil yolunun 9-cu km-də, Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Ağdam rayonu istiqamətində hərəkət etdirərəkən «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələbələrinə əsasən avtomobilin daim dəyişən yol şəraitinə uyğun və dayanıqlı hərəkətini təmin etməklə, təhlükəsiz idarə etməli olduğu halda həmin maddənin tələblərini pozaraq avtomobilin dayanıqlı idarə olunmasını təmin etməyərək idarəetməni itirməklə idarə etdiyi avtomobili hərəkəti i stiqamətində yolun sağında olan beton maneəyə vurmuş, nəticədə avtomobildə olan sərnişinlər X14-avtotravma, travmatik şok, bud və baldır sümüklərinin və yuxarı ərtraf sümüklərinin çoxsaylı qəlpəli-qapalı sınıqları, bədəndə çoxsaylı sıyrıqlarla müşaiyət edilən həyat üçün təhlkükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri, X3 isə - avtotravma, travmatik şok,bud və baldır sümüklərinin və yuxarı ərtraf sümüklərinin çoxsaylı qəlpəli-qapalı sınıqları, bədəndə çoxsaylı sıyrıqlarla müşaiyət edilən həyat üçün təhlkükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölmələri ilə nəticələnən, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhz bu əməlləri törətdiyinə görə Məhkum CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilə n şəxs qiəsmində cəlb edilmiş və göründüyü kimi, yuxarıda göstərilən üç dispozitiv əlamətin hamısı ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmışdır. İbtidai araşdırma orqanının qənaətinə, görə bu əlamətlərin hamısı toplanmış sübutlarla təsdiq edilmişdir. Lakin, birinci instansiyası məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişlər ki, məhkumun hadisənin törədilməsi zamanı alkoqollu içkilərin qəbulu nəticəsində alkoqol sərxoşluğu vəziyyətində olması sübuta yetirilməmiş və buna görə də, bu halın ona elan olunmuş ittihamdan xaric edilməsini mümkün bilərək bununla əlaqədar iş materiallarında olan yeganə sənədə - 23 noyabr 2019-cu il tarixli 627 nömrəli “Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsaslanmışlar. Həmin protokola əsasən, Məhkum avtonəqliyyat hadisəsi törədərkən (22 noyabr 2019-cu il tarixdə saat 21 radələrində) sərxoş olub-olmamasının yoxlanılması məqsədilə o, 23 noyabr 2019-cu il tarixdə saat 14.55-də, yəni hadisədən təxminən on səkkiz saat sonra alkotester vasitəsilə müayinədən keçirilmiş və onun məhz həmin vaxt, yəni ona ittiham olunmuş cinayətin törədilməsi vaxt yox, bundan on səkkiz saat keçdikdən sonra sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. Belə ziddiyyətli hal müəyyən edildiyinə görə, ibtidai araşdırma zamanı Məhkum müayinəsi aparan və protokolu tərtib edən həkim-narkoloq X30 ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş və o, ifadələrində göstərmişdir ki, Məhkum feldşer və onun tərəfindən 23 noyabr 2019-cu il tarixdə saat 14:55-də alkotestr vasitəsi ilə sərxo şluq müayinəsindən keçirilmiş və həmin vaxt onun alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilməmişdir. Lakin, şahid qeyd etmişdir ki, Məhkum hadisəni törətdiyi 22 noyabr 2019-cu il tarix saat 21 radələrindən onun sərxoşluq vəziyyətində olub-olmamasının yoxlanılmasınadək keçən 17 saata qədər müddət ərzində həmin şəxsin yatıb-oyanması, su və qida qəbul etməsi, eləcə də tənəffüs yolu, tər və ifarazatla alkoqolun bədəndən xaric edilməsi onun ayılmasına gətirib çıxara bilərdi. Həm də bu müddət ərzində müayinə edilən şəxs sərxoşluqdan ayılmaq üçün müxtəlif dərman vasitələrindən və üsullardan istifadə edə bilərdi ki, bu da, onun sərxoşluq vəziyyətinin yoxlanılmasınadək ayılmasına dəlalət edir. Qeyd olunmaladır ki, Məhkum vaxtında narkoloqun müayinəsinə təqdim olunmamasına görə birinci inst ansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tərtər rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi polis kapitanı X16 barəsində xüsusi qərar qəbul edilmişdir. Həmin qərardan və işin digər materiallarından görünür ki, Tərtər Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinin məsul növbətçisi polis mayoru x88 22 noyabr 2019-cu il tarixli raportları ilə və digər sənədlərlə müəyyən edilmişdir ki, baş vermiş sözü gedən yolnəqliyyat hadisəsi 22 noyabr 2019-cu il tarixdə baş vermiş və bununla bağlı hüquqmühafizə orqanlarına elə həmin tarixdə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar Tərtər rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi polis kapitanıX89 22 noyabr 2019-cu il tarixdə iş üzrə bir neçə istintaq hərəkəti aparsa da hazırki iş üzrə ən vacib p rosessual hərəkətlərdən hesab edilən sürücünün sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı onun tibbi müayinəsinin aparılması üçün müvafiq tədbirləri vaxtında görməmiş və yalnız hadisədən bir gün sonra təqsirləndirilən şəxsi həkim-narkoloqun müayinəsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müstəntiq X89 barəsində xüsusi qərar çıxarmaqla özü də görmüşdür ki, Məhkum sərxoşluq vəziyyətinin yoxlanılması haqqında 23 noyabr 2019-cu il tarixli 627 saylı protokolda onun sərxoş vəziyyətdə olmaması barədə göstərilənlər həqiqəti əks etdirmir, bu hallar araşdırılmış digər sübutlara ziddir və onların müəyyən edilməsi yalnız müstəntiq tərəfindən təqsirləndirilən şəxsin tibbi müayinəyə gec göndərilməsi ilə əlaqədar olmuşdur. Bununla belə, məhkəmə yenə də göstəri lən protokolu çıxardığı hökmün əsasına qoymuş, lakin həmin sənədi özünün araşdırdığı digər sübutlarla birgə müqayisə edib qiymətləndirməkdən imtina etmiş, apellyasiya instansiya məhkəməsi də bu pozuntunu təkrarlamışdır. Halbuki, birinci instansiya məhkəməsində araşdırılmış digər sübutlarla Məhkum 22 noyabr 2019-cu il tarixdə alkoqollu içkilər qəbul etməsi, yol-nəqliyyat hadisəsi baş verərkən onun sərxoş vəziyyətdə olması təsdiq edilir və bununla əlaqədar 23 noyabr 2019-cu il tarixli protokolda və onun əsasında çıxarılmış hökmdə və apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarında göstərilənlərdən fərqli nəticəyə gəlmək üçün əsas yaradır. Belə ki, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində di ndirilmiş Məhkum özünü ona CM-nin 263-1.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 22 noyabr 2019-cu il tarixdə onun qeyri rəsmi ər-arvad kimi yaşadığı X2 ad günü olduğu üçün axşam çağı Tərtər rayonunun Qaynaq kəndində X1un fərdi yaşayış evində X2 ad gününü qeyd etmişlər. Həmin vaxt ad günündə X1, qızı X2, X1un bacısı X3, 21, X4, X5 adlı şəxslər, sintezator ifaçısı X6 və o, iştirak etmişlər. Orada olanların hamısı, o cümlədən də o, alkoqollu içki olan araq içmişlər, sonra qonaqların bir qismi getmiş, sonda X69, X79, X2 və X59 X55 XXXXXX markalı avtomobili ilə, o, isə özünə məxsus olan XXXXX markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həyətdən çıxmışlar. Avtomobilini o, özü idarə etmiş, X1 qabaq oturacaqda, X4 isə arxa oturacaqda əyləşm işlər. Bərdə rayonunun Qaynaq kəndindən kənd yolundan asfalta çıxaraq o, avtomobilini saxlamış və X4 birlikdə maşından düşüb siqaret çəkmişdir. Bundan sonra avtomaşını X4 idarə etmiş və hərəkət zamanı saat təxminən saat 21 radələrində məlum yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkum 22 noyabr 2019-cu il tarixdə saat 21 radələrində baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl, X2nin ad günü qeyd edilərkən alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olmasını həmçinin zərər çəkmiş şəxsin hüququi varisi X15, şahidlər X8, X25, X4, X66 oğlu, X17, X12 və X9 da ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrində təsdiq etmişlər. Hökmdə adları qeyd olunan şəxslərin ifadələri ətraflı təsvir edilsə də, birinci instansiya məhkəməsi məlum olmayan səbəblərdən təhlil edilə n fakt barədə onların göstərdiklərini öz hökmünə daxil etməmiş, bununla bağlı heç bir qiymətləndirmə aparmamış və iş üzrə Məhkum nəqliyyat vasitəsini idarə edərkən onun sərxoş vəziyyətdə olmaması barədə nəticəyə gələrkən yalnız sərxoşluq vəziyyətinin yoxlanılması haqqında 23 noyabr 2019-cu il tarixli 627 saylı protokola üstünlük vermiş, bunun əsasını isə hər hansı şəkildə açıqlamamışdır. Apellyasiya instansiyası məhkəməsi də yuxarıda adları göstərilən şəxslərin ifadələrini təkzib etmədən, bu ifadələrlə razılaşmasını öz qərarında qeyd edərək heç bir əsas olmadan ona istinad etmişdir ki, istər həmin ifadələrlə, istərsə də digər sübutlarla Məhkum qəbul etdiyi alkoqollu içkilərin konsentrasiyasının neçə promilli olması, onun sərxoşluğunun avtomobili idarə etməsinə mane olması müəyyən edilmir v ə buna görə də 23 noyabr 2019-cu il tarixli protokolda göstərilənlər iş materiallarına daha uyğundur. Əvvəla həmin protokolda göstərilənlərin hansı iş materiallarına uyğun olmasını apellyasiya instansiyaya məhkəməsi açıqlamamış və eyni zamanda nəzərindən qaçırmışdır ki, CM-nin 263-1.1-cü maddəsinin dispozisiyasında şəxsin alkoqollu içkiləri hansı miqdarda qəbul etməsi nəticəsində sərxoş vəziyyətdə olmasına dair heç bir qeydşərt nəzərdə tutulmamışdır. Bu baxımdan da törədilmiş cinayət əməlinin göstərilən əlamətlə həmin maddə ilə tövsif edilməsi üçün alkoqolun konsentrasiyasının neçə promilli olması, sürücünün alkoqollu içkilər qəbul etdikdən sonra onun nəqliyyat vasitəsini idarə etmək iqtidarında olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Göründüyü kimi, sübutetməyə dair qanunvericiliyin t ələblərinin birinci instansiya məhkəməsi tərəfindən pozulmasını həm də apellyasiya instansiyası məhkəməsi də təkrarlamış və üstəlik də maddi hüquq normasına qanunvericilikdə nəzərdə tutulmuş tələblərdən çıxış etməklə deyil, öz mülahizəsinə əsasən səhv təfsir vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin ifadə etdiyi bu mövqe ilə qəti razılaşmır və yuxarıda şərh olunanlarla yanaşı qeyd etməyi zəruri bilir ki, CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinin müddəalarında nəzərdə tutulmuşdu r ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdarılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2 013-cü il tarixdə qəbul edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarın 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsində nəzərdə tu tulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. CPM-nin 124-cü maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul edilir. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmələr Məhkum cinayət hadisəsini törədərkən sərxoş halda olmaması ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə təhlillər aparmamış, ittihamın əsaslandırılması üçün toplanmış sübutların rədd edilməsinin motivlərini göstərməmiş, bununla da əsassız olaraq Məhkum qarşı irəli sürülmüş ittihamdan onun nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə dair CM-nin 263-1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əsas əlamətlərdən birini xaric etmişlər. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəd də öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün t övsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həm qanunvericiliyin tələblərindən, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış ed ən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq onları qəbul edilən hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edərək qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair prosessual qanunvericilinin təlbələrinə əməl olunmamış, yəni həmin məhkəmə 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol vermişdir ki, bu pozuntu da məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi çıxış edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkum CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhku m edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar