Məhkəmə qərarları › İş №1(102)-964/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-964/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-964/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və məhkum Təqsirləndirilən şəxs1 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs3, müdafiəçisi Müdafiəçi10 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 30 mart 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Ucar rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2 013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının 03 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019- cu il tarixdə cəzasının müddətinin sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi 5 inzibati binada qeydiyyatda olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2020-ci il tarixdən hesablanması hökm edilmişdir. xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 ay 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini, Abşeron və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsi ni gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, cəzaçəkmə müddətinin başlanğıcının Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, narkomaniyadan məcburi müalicə təyin olunaraq Bakı şəhəri, Nəsimi rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Hökmlə digər şəxs Təqsirləndirilən şəxs2 da məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 27 dekabr 2021-ci il tarixli qərarı ilə döv lət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 dair hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Ağaəhməd oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 ay 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmış, Təqsirləndirilən şəxs3 barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü maddəsi tətbiq edilmiş və ona hazırki qərarla qəti olaraq təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azadılmaqla, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökm məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs2 ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən cinayət tə qibinə xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 yanvar 2020-ci il tarixdə, saat 22:30 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evin pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir parçası ilə sındırdıqdan sonra özündə olan vintaçanla pəncərəni sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin 2-ci mərtəbəsində yerləşən qonaq otağından 1000 manat dəyərində bir ədəd "Samsung” markalı plazma televizoru və 200 manat dəyərində bir ədəd "Bosch” markalı tozsoranı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanına qapının açıq olmasından istifadə edərək, qapıdan qanunsuz olaraq yaşayış yerinə daxil olub, evin qonaq otağında paltar dolabın içərisindən 200 manat pulu, divarda quraşdırılmış 500 manat dəyərində bir ədəd "Panasonic” markalı televizoru, evin mətbəxində quraşdırılmış 500 manat dəyərində su filterini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2020-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs6 Xırdalan şəhəri, M.Adıgözəlov küçəsində yerləşən 11B nömrəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir parçası ilə sındırdıqdan sonra vintaçanla pəncərəni sıxıb açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin birinci mərtəbəsində yerləşən qonaq otağından 1000 manat dəyərində bir ədəd "LG” markalı televizoru və evin ikinci mərtəbəsində yataq otağından 500 manat dəyərində bir ədəd "LG” markalı televizoru ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2020-ci il tarixdə, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanında yerləşən yeni inşa etdiyi evin plasmas pəncərəsini özündə olan vint açanla açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, daha sonra evin içərisindən giriş qapının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin birinci mərtəbəsində yerləşən mətbəxdə olan 900 manat dəyərində bir ədəd "Samsung” markalı, RT43K600WW/WT modelli ağ rəngli, təzə vəziyyətdə olan soyuducunu, 500 manat dəyərində bir ədəd "Samsung” markalı, WW60J3097LW modelli, 6 kiloqram tutumlu təzə vəziyyətdə olan paltaryuyanı, 100 manat dəyərində bir ədəd "Ezel” markalı, dörd gözlü təzə vəziyyətdə olan elektrikli-qaz sobasını, evin digər otağında olan 40 manat dəyərində bir ədəd "Bosch” markalı, "GBH 2-26DRE” modelli istifadə olunmuş prefratoru, 30 manat dəyərində bir ədəd "Bosch” markalı "GWS 10-125” modelli istifadə olunmuş laqonda nı, 35 manat dəyərində bir ədəd "Bosch” markalı istifadə olunmuş dreli və 50 manat dəyərində bir ədəd 3-5 litr su tutumlu istifadə olunmuş samovarı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1655 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və xalası oğlu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 Xırdalan şəhəri Ş.Qurbanov küçəsi 22, dalan 6-da yerləşən 6 nömrəli evin qarşısına gəlmişlər, əvvəlcədən aralarında olan razılaşmaya əsasən özü gələngedənlər barədə məlumat vermək üçün evin həyətin giriş qapısının qarşısında dayanmış, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 hasardan həyətə keçərək, evin plasmas pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə divardan çıxardıb, plasmas pəncərəsini vint açanla açmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin içərisindən giriş qapısının qıfılını dəmir parçası ilə sındırıb qapını açaraq, evin qonaq otağında divara quraşdırılmış 200 manat dəyərində bir ədəd "Supermax” markalı "LCS 4260 UPK” modelli, 42 düyümlü istifadə olunmuş televizoru, 500 manat dəyərində bir ədəd "LG Smart İnverter” markalı, "GR-B522GLHL” modelli boz rəngli istifadə olunmuş soyuducunu, mebel dolabın içərisində olan 100 manat dəyərində bir ədəd HP markalı kompyuterin manitorunu və mebel dolabın üstündə şəbəkəyə qoşulmuş 30 manat dəyərində bir ədəd TPlinq markalı int ernet qəbuledicisini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 aprel 2020-ci il tarixdə, saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, Xəqani küçəsində yerləşən 73 nömrəli yaşadığı evin plasmas pəncərəsi özündə olan vint açanla açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, evin ikinci mərtəbəsindən 300 manat dəyərində bir dəst kişi kostyumunu, 30 manat dəyərində bir ədəd uzun müddət istifadə olunmuş qadın uzun ölçülü şubanı, 10 manat dəyərində bir dəst "Enigma” markalı qırmı zı rəngli qadın gecə paltarını, 30 manat dəyərində bir ədəd "Tudors” markalı boz rəngli qısaqol təzə vəziyyətdə olan kişi köynəyini, bir ədədi 25 manat olan, cəmi 50 manat dəyərində iki ədəd "Avenza” markalı açıq mavi rəngli, uzunqol, təzə vəziyyətdə olan kişi köynəklərini, 50 manat dəyərində bir ədəd "Brioni” markalı tünd mavi rəngli, uzunqol təzə vəziyyətdə olan kişi köynəyini, 30 manat dəyərində bir ədəd kişi koftasını, bir cütü 1 manat olan, cəmi 2 manat dəyərində 2 cüt, qara rəngli, təzə vəziyyətdə olan "Ekba” markalı kişi corablarını, 25 manat dəyərində "Dolce Gabbanna” markalı mavi rəngli, 3 düyməli, təzə vəziyyətdə olan kişi köynəyini, bir ədədi 5 manat olan 20 manat dəyərində 4 dəst “Kolcu” markalı təzə vəziyyətdə olan kişi maykalarını, 600 manat dəyərində bir ədəd qadın paltosu nu, 50 manat dəyərində bir ədəd kişi cins şalvarını, bir ədədi 50 manat olan 150 manat dəyərində 3 cüt qadın qış ayaqqabılarını, iki ədədi 30 manat, bir ədədi isə 40 manat olan 100 manat dəyərində 03 ədəd qadın köynəklərini, manat dəyərində bir ədəd yaşıl rəngli əl-üz dəsmalını, 2 manat dəyərində bir ədəd çəhrayı rəngli əl-üz dəsmalını, 1 manat dəyərində bir ədəd ağ rəngli güllü çay dəsmalını, bir ədədi 50 qəpik olan 11 ədəd, cəmi 5 manat 50 qəpik dəyərində ağ rəngli kiçik ölçülü çay dəsmallarını (salfet), 5 manat dəyərində bir ədəd qab dəsmalını, bir ədədi 20 manat olan 60 manat dəyərində 03 dəst döşək üzlüyü, 30 manat dəyərində 1 ədəd yataq üzlüyü, bir ədədi 10 manat olan 20 manat dəyərində iki ədəd rəngli mələfələri, 30 manat dəyərində bir ədəd “Dormina” markalı ağ-qara rəngli təzə vəzi yyətdə olan adealı, 10 manat dəyərində bir ədəd sarı rəngli parlaq materiallı çarpayı örtüyünü, 30 manat dəyərində bir ədəd qırmızı rəngli təzə vəziyyətdə olan “Europlaid” markalı çarpayı örtüyü, bir ədədi 5 manat olan 20 manat dəyərində 2 dəst yorğan üzlüklərini, 30 manat dəyərində bir ədəd 4 təkərli istifadə olunmuş yük çantasını (çemodan), “üzərində “Passenger” yazıları olan, bir ədəd 15 manat dəyərində təkərli qara rəngli istifadə olunmuş yük çantasını (çemodan), “üzərində “Russia” yazıları olan, bir ədəd 15 manat dəyərində təkərli qırmızı rəngli istifadə olunmuş yük çantasını (çemodan), 20 manat dəyərində bir ədəd üzərində “Perfect” yazıları olan qara rəngli, süni dəri kəmərli istifadə olunmuş kişi qol saatını, 15 manat dəyərində bir ədəd üzərində “Gucci” yazıları olan olan, qara rəng li süni dəri kəmərli istifadə olmuş qol saatını, 10 manat dəyərində bir ədəd üzərində “Fenerbahçe” yazıları olan ağ rəngli süni dəri kəmərli istifadə olunmuş qol saatını, 5 manat dəyərində 1 kiloqram çəkidə toy qənd-nabatı (xonça), 20 manat dəyərində bir ədəd qara rəngli, klassik dizaynlı istifadə olunmuş “Samsung” markalı mobil telefonu, 15 manat dəyərində bir ədəd üzərində “L-Mobile” yazıları olan boz rəngli klassik dizaynlı istifadə olunmuş mobil telefonu, bir ədəd 20 manat dəyərində qara rəngli, üzərində müxtəlif rəngli muncuqlar olan istifadə olunmuş kiçik ölçülü qadın çantasını, bir ədədi 10 manat dəyərində müxtəlif rəngli kiçik ölçülü, 2 tutacaqlı qadın çantasını, 30 manat dəyərində bir ədəd qadın çantasını, 300 manat dəyərində bir ədəd “lG” markalı, “32LN541U” modelli, 32 düyümlü i stifadə olunmuş televizoru, 250 manat dəyərində bir ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “LE32D403E2W” modelli, 32 düyümlü istifadə olunmuş televizoru, 40 manat dəyərində 6 ədəd xrustal stəklanları, bir ədədi 50 manat olan 200 manat dəyərində 4 ədəd qadın ətirləri, 35 manat dəyərində bir ədəd “Malibu” markalı 0,7 litr tutumlu spirtli içkini, 28 manat dəyərində bir ədəd 1 litr tutumlu spirtli içkini, 45 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “1800 Silver” markalı spirtli içki tekilanı, 45 manat dəyərində bir ədəd 0,5 litr tutumlu “Kremlin” markalı arağı, bir ədədi 45 manat olan 135 manat dəyərində 3 ədəd 0,5 litr tutumlu “Grey Goose” markalı araqları, 35 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “Russkaya Eskadra” markalı arağı, 45 manat dəyərində bir ədəd 0,7 litr tutumlu “Gl enfiddich” markalı viskini, bir ədədi 35 manat olan 7 ədəd 245 manat dəyərində 1 litr tutumlu “Grants” markalı viskiləri, bir ədədi 24 manat olan 10 ədəd 240 manat dəyərində 0,5 litr tutumlu “Saperavı” çaxırları, bir ədədi 100 manat olan 600 manat dəyərində 6 ədəd 1 litr tutumlu “Beluqa” markalı araqları, 150 manat dəyərində bir ədəd 5 litr tutumlu “Smirnov” arağı, bir ədədi 150 manat olan ədəd cəmi 450 manat dəyərində 1 litirlik “Almaz” araqlarını, bir ədədi 80 manat olan 4 ədəd 320 manat dəyərində 1 litr tutumlu “Grey” araqlarını, bir ədədi 40 manat olan 3 ədəd cəmi 120 manat dəyərində 0.75 litr tutumlu “Qradis” markalı viskiləri, bir ədədi 45 manat olan 5 ədəd cəmi 225 manat dəyərində 0.75 litr tutumlu “Red Label” markalı viskiləri, 250 manat dəyərində 01 ədəd 1 litr tutumlu Azərbaycan konyakı, evin 3-cü mərtəbəsində mansardan bir ədədi 55 manat olan 8 ədəd 440 manat dəyərində 0.75 litr tutumlu “Kremlin” markalı araqları ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6065,50 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 03 iyun 2020-ci il tarixdə, saat 18 radələrində Xırdalan şəhərində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,223 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini qanunsuz olaraq 10 manata əldə edib üstündə saxlayaraq üzərində daşımış, 04 iyun 2020-ci il tarixdə saat 02:45 radələrində Xırdalan şəhərində "Kristal Abşeron-1” yaşayış kompleksində Abşeron rayon Pİnin və X13 Alayının əməkd aşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib, Polis İdarəsinin inzibati binasında xidməti otaqda üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan 0,223 qram heroin əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2021-ci il tarixli qərarının cəza təyini ilə bağlı hissəsinin qanunsuz və əsassız olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Cinayət qanunveriliyinin normasının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Pl enumunun qərarlarında nəzərdə tutulmuş tövsiyyələrə əməl etməmiş, nəticədə Təqsirləndirilən şəxs3 ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmişdir. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilərək, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətində ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə əsassız olaraq dəyişdirildiyini qeyd etmişdir. Xəstə anasının və azyaşlı uşağının onun himayəsində olmasını qeyd edərək, Apellyasiya Məhkəməsinin qərarı nın dəyişdirilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 da kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olmasını qeyd edərək, ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddə sinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılm ası, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddələrin sanksiyası çərçivəsində apellyasiya insta nsiya məhkəməsi tərəfindən təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəzalara dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəza larının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsu l, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 200 3-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza tə yin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasını təyin edərkən t örədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onların şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin obyekti mülkiyyət əleyhinə olan ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, təqsirləndirilən şəxslər qrup şəklində birləşərək müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərin yaşayış yerinə gizli yolla daxil olaraq özgənin əmlakını talamaqla oğurluq cinayəti törətmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlara cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəli lik dərəcəsini, yüngülləşdirən halları və ağırlaşdıran halları nəzərə almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının aşağı həddində təyin edilmiş cəza islah təsiri baxımından yetərli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri, o cümlədən şəxsin əvvəllər məhkum olunması kifayət qədər nəzərə alınmamış və işin digər halları Təqsirləndirilən şəxs1 məhz daha ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, aşağı həddə cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhə l qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Apellyasiya Məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyasında aşağı həddə cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və haqlı olaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını sanksiya həddində artırmışdır. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər də eyni kateqoriyalı cinayət əməlinə görə məsuliyyətə cəlb edimiş və bu hal onun cinayətə meyilli şəxs olduğunu əks etdirir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 10 iyun 2020-ci il tarixli, 1546 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalic əyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Qeyd olunan halı da məhkumun şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirilməklə cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkuma həmin cəzanın təyin edilməsinə əsas verən hallar, yəni məhkumun cəmiyyətdən tam təcrid olunmadan islah olunması mümkünlüyü, məhz həmin cəzanın təyin edilməsinin məhkumun islah olunması məqsədlərinə cavab verməsinin məqsədəuyğun olması kimi hallar hazırki cinayət işi üzrə müəyyən edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin göstərilən məhkuma azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qənaəti qanunvericiliyin cəza təyininə dair müəyyən etdiyi tələblərə cavab verir və məhkuma azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsas lar mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumlara təyin edilmiş cəzanın ağır olması barədə dəlillərini əsassız hesab edir və təyin edilən cəzaların yüngülləşdirilməsinə əsas olan halların mövcud olmadığını qeyd edir. Yuxarıda şərh olunanlara əsasən isə məhkumlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşıs ını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarların şəxsiyyətinə uyğun olmaqla, ailələrinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onların islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaların yüngülləşdirilməsinin məqsədəmü vafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs3, müdafiəçisi Müdafiəçi10 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar