Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-964/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşa yan, hal hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.31-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(107)-411/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(075)-71/2022 nömrəli hökmü ilə (hakim: P.V.Hacıyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza sını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin maddi sübut, məhkəmə xərcləri və mülki iddia məsələləri də həll edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), R.R.Rəfiyev və İ.H.Şükürov ) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən İbtida i istintaq orqanın mövqeyinə görə təqsirləndirilən şəxs Məhkum qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 01 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyət qapısının üzərindən keçməklə evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin evin giriş qapısını itələməklə üzərindəki qıfılı yerindən çıxarıb evə qanunsuz daxil olaraq yataq otağından həmin evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində bir ədəd Sony DSC-W800 markalı fotoaparatı, üzərində 25 manat dəyərində kaburası olan bir ədəd 470 manat dəyərində olan qara rəngli, operativ yaddaşı 4GB, daxili yaddaşı 64 GB olan Lenovo Tab M10 markalı planşeti, bir ədəd 100 manat dəyərində qara rəngli, Samsung Galaxy S4 markalı mobil t elefonu, bir ədəd 5 manat dəyərində qara rəngli, naqilli qulaqcığı, içərisində 60 manat nağd pul, hər biri 15 manat dəyərində cəmi üç ədəd olmaqla biri Azərbaycan Beynəlxalq Bankı ASC-nin plastik təqaüd kartı, ikisi isə Unibank ASC-nin plastik maaş və debet kartları olan bir ədəd üzərində "Pizhenbao Leather” yazıları olan, süni dəridən hazırlanmış 10 manat dəyərində pul kisəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 965 (doqquz yüz altmış beş) manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni gizli olaraq talama cinayət əməlini törətmişdir. Bundan başqa, Məhkum təkrarən, qəsdən, tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəx s kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 01 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində gizli yolla taladığı pul kisəsinin içərisindən aşkar etdiyi "xxxx" ASC tərəfindən verilmiş sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən **********048484 nömrəli plastik əmək haqqı kartının hesabında olan pulu vahid niyyətlə talamaq məqsədi ilə həmin gün, saat 21:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən gündəlik təlabat mallarının satışı ilə məşğul olan "Bazarstore" mağazasından aldığı 4,99 (dörd manat doxsan doqquz qəpik) manat dəyərində dezodorantın pulunu və 49,40 (qırx doqquz manat qırx qəpik) manat dəyərində gündəlik tələbat mallarının pulunu həmin kartın hesabından təmassız ödəmə vasitəsilə köçürmə yolu ilə ödəməklə, bundan sonra həmi n gün, saat 21:58 radələrində Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən gündəlik tələbat mallarının satışı ilə məşğul olan "Oba market" mağazasına gedərək aldığı 60 (altmış manat) manat dəyərində gündəlik tələbat mallarının pulunu 50 (əlli) manat və 10 (on) manat olmaqla 2 dəfəyə həmin kartın hesabından təmassız ödəmə vasitəsilə köçürmə yolu ilə ödəyərək vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs məxsus maaş kartından 114,39 (bir yüz on dörd manat otuz doqquz qəpik) manat pulu xərcləyib elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə həmin məbləğdə pulu kartın hesabından talamaqla Zərərçəkmiş şəxs 114,39 (bir yüz on dörd manat otuz doqquz qəpik) manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiy alarından istifadə etməklə oğurluq, yəni gizli olaraq talama cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışması, ailəli olması, himayəsində bir azyaşlı uşağının, ailədə yeganə qazanc gətirən şəxs olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi halların cəza təyini zamanı nəzərə alınmamış nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, ona daha yüngül növdə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri nin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha ədalətli və yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qəra rının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olun masına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin resdivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi lə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzan ın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhru m etmə cəzasının təyin edilməsinə dair Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum törətdiyi əməli əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışması, dəymiş zərəri tamamilə ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəzanın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aza dlıqdan məhrum etmə cəzasının son həddinin – beş ilin üçdə ikisindən az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin təhlükəli residivinin olması, cəzanın Məhkum ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdi rilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində istinad olunan, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən halların Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verməməsi barədə nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(10 7)-411/2022 nömrəli qərarı tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(107)-411/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-964/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-964/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver