Məhkəmə qərarları › İş №1(102)-964/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-964/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-964/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi Bakı şəhəri “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 1(103)-2167/2022 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xəzər rayonu, 149 nömrəli orta məktəbin 10-cu sinif şagirdi, məhkum olunmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 saylı yataqxanada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə bağlı qərəzli hərəkətlərlə silah qismində istifadə olunan əşyadan istifadə etməklə təkrarən xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

3. Belə ki, yetkinlik yaşına çatmayan, xx.xx.2006-cı il təvəllüdlü Məhkum xx.xx.2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun evinə gəlmiş qonağın ünvanına nalayiq sözlər işlədib təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmı ş mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 nömrəli yataqxananın yaxınlığında olan “narlıq” adlanan əraziyə söhbət etməyə çağırmış, həmin gün, təxminən saat 15 radələrində qeyd olanan əraziyə gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, daha sonra onun üzərində zor tətbiq etməklə istintaqa məlum olmayan mənbədən əldə edib üstündə gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək sonuncunu qəsdən bir dəfə vuraraq ona sağ budun qırmızı rəngli çapıq toxuması yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə silah qismində bıçaq istifadə etməklə qərəzli xuliqanlıq etmişdir.

4. Təkrarən, o, tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında söyüşlə olan zarafatın ciddi məcraya keçməsi və bunun nəticəsində şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisəni davam etdirib sona çatdırmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 nömrəli yataqxananın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, daha sonra onun üzərində zor tətbiq etməklə üstündə gəzdirdiyi, istintaqa məlum olmayan mənbədən əldə etdiyi bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə qəsdən bir dəfə vuraraq ona yetirildiyi anda həyat üçün təhlükəli olan ağır hemorragik şok, sağ bazu kələfinin və bazu arteriyasının kəsilməsi ilə nəticələnmiş sağ bazunun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X3 və X4 ibarət məhkəmə tərkibində) 04 oktyabr 2022-ci il tarixli, 1(101)-1465/2022 nömrəli hökmü ilə Məhkum CM-in 221.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə, CMin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq zamanı Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 günün CM-in 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 04 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “valideyin nəzarət altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(101)-1465/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət məhkəmə tərkibində) 21 dekabr 2022-ci il tarixli, 1(103)2167/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(101)-1465/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 1(103)-2167/2022 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Kassasiya şikayətinin dəlilləri qismində müdafiəçi cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində CM-in 221.3-cü maddəsinin ümumiyyətlə tərkibi yoxdur. Belə ki, hadisə narlıq adlanan yerdə baş vermiş, həmin yerdə yaşayış evləri yoxdur, qeyd edilən sahə ictimai yer hesab edilə bilməz, hadisə yerində və hadisə baş verən zaman təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdən başqa kənar şəxslər olmamışdır. İctimai qaydanın kobud surətdə pozulmasına yol verilməmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından və işin hallarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında qərəzli münasibətlər olmuş, zərərçəkmiş şəxs onun ana və bacısının ünvanına nəlayiq söyüşlər söymüş, onları təhqir etmişdir. Belə olduğu halda, Məhkum əməlində CM-in 221.3-cü maddəsinin tərkibi yaranmır.

10. Bundan əlavə müdafiəçi qeyd edir ki, Məhkum əməli CM-in 126.2.4-cü maddəsi ilə də düzgün tövsif edilməmişdir. Belə ki, həmin maddənin tərkibi o zaman yaranır ki, hadisə zamanı təqsirləndirilən əsaslı səbəblər olmadan cinayət əməlini törədir, yəni təqsirləndirilən şəxs əsaslı sə bəb olmadan zərərçəkənə xuliqanlıq niyyəti ilə bədən xəsarəti yetirmiş olur. Lakin cinayət işinin materiallarından və işin hallarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında qərəzli münasibətlər olmuşdur. Belə olduğu halda, Məhkum əməli CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir.

11. Eyni zamanda hesab edir ki, həmin maddə ilə cəza təyin edilərkən onun cinayət törədən anda 15 yaşının olması, əvvəllər məhkum olunmaması, zərərçəkənin təqsirinin dərəcəsinin nəzərə alınması, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, barışmaq üçün cəhd etmələrini nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədə müvafiqdir.

12. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cina yətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 1(103)-2167/2022 nömrəli qərarının dəyişdirilməsini, Məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə hissəvi bəraət hökmünün çıxarılmasını, onun əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinə və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

14. Qərardan kassasiya verilməmişdir. protesti və zərərçəkən tərəfindən kassasiya şikayəti İİİ. Pro ses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını A zərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve ribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respu blikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə hissəvi bəraət hökmünün çıxarılması, onun əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

23. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səla hiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 1(103)-2167/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edirəə.

24. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

27. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

28. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunm uş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

29. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

30. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

31. Müdafiəçi tərəfindən verilmiş kass asiya şikayətindən görünür ki, cinayət işi materiallarında hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə hissəvi bəraət hökmünün çıxarılması, onun əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

32. Bu isə onu göstərir ki, mü dafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

33. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

34. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların mü əyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

35. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə kassasiya tələbinin (o cümlədən, 221.3-cü maddəsi ilə məhkum barəsində hissəvi bəraət verilməsi, CM-in 126.2.4-cü maddəsi ilə əməlinin CM-in 126.1ci maddəsi ilə tövsif edilərək, ona azadlıqdan məhrum etmə ilə əlaqə dar olmayan cəza məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

36. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar qismən məhkəmə istintaqı keçirməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

37. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müva fiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

38. Adı çəkilən və digər sübutlar birinci instansiya və apellyasiya məhkəməsinin yekun hökmündə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafi q olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, birinci instansiya və apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür.

39. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsini n yekun qərarının məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə hissəvi bəraət hökmünün çıxarılması, onun əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə dəyişdirilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 1(103)-2167/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 1(103)-2167/2022 nömrəli hökmü Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar