Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-965/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçi – Yevlax rayon Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(091)-8/2022 nömrəli (sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu) hökmü ilə xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, xxx-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 150.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29,150.3.3cü maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 21 aprel 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən Məhkum və onun müda fiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən iş baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli, 1(107)-187/2022 nömrəli (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək ona görə məhkum olunmuşdur ki, o, 2016-cı ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında X3 məxsus Yevlax şəhəri Ş.Qurbanov küçəsi 83 saylı evin həyətində usta işləyərkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü olmaqla həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin birinci mərtəbəsindəki otaqda sonuncunun əynində olmuş paltarları aşağı çəkərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə öz cinsiyyət orqanını şalvardan çıxarıb Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə sürtərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə daxil edərək onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Məhkum təkrarən 2016-cı ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında X3 məxsus Yevlax şəhəri Ş.Qurbanov küçəsi 83 saylı evin həyətində usta işləyərkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü olmaqla həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin birinci mərtəbəsindəki otaqda sonuncunun əynində olmuş paltarları aşağı çəkərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə öz cinsiyyət orqanını şalvardan çıxarıb Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə sürtərək ona qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə daxil edərək onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Məhkum təkrarən 2016-cı ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında X3 məxsus Yevlax şəhəri Ş.Qurbanov küçəsi 83 saylı evin həyətində usta işləyib qurtardıqdan sonra orada qalmış işlətdiyi alətləri aparmağa gələrkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü olmaqla həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin birinci mərtəbəsindəki otaqda sonuncunun əynində olmuş paltarları aşağı çəkərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə öz cinsiyyət orqanını şalvardan çıxarıb Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə sürtərək ona qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə daxil edərək onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Məhkum təkrarən 2016-cı ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Rəman Paşayevə məxsus olan Yevlax şəhəri F.Əmirov küçəsi 53 s aylı evdə qonaq olarkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs2 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin həyətindəki ayaqyolunun qarşısında gərilmiş halda olan öz cinsiyyət orqanını çıxarıb cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə Rəhman Paşazadənin paltarlı vəziyyətdə arxa keçəcək dəliyinə sürtərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə Rəhman Paşazadə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə onun üzünü ayaqyolunun divarına tərəf çevirib arxasını özünə tərəf tutaraq gərilmiş cinsi orqanını Rəhman Paşazadənin arxa keçəcək dəliyinə daxil etmək istəyən zaman Rəhman Paşazadənin bibisi Qanuni nümayəndə1 Rəhman Paşazadəni çağırdığına görə b ilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib zərərçəkmiş şəxs Rəhman Paşazadənin köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq etməyə cəhd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də qeyd olunan hallarla razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə Məhkum verilmiş ittiham hər iki zərərçəkmiş şəxsə münasibətdə əsassızdır. Belə ki, birinci zərərçəkənlə ikinci zərərçəkmiş arasında fərq ondan ibarətdir ki, Zərərçəkmiş şəxs2 qeyd olunana hadisənin ona münasibətdə olmadığını bildirmişdir. Ancaq hadisənin Məhkum yönəldilməsi və bu fikirləri ona qarşı istiqamətləndirmək, heç bir sübut olmadığı halda hazırki ittihamı ona yönəltmək AR CPM-nın təməl prinsiplərinin pozulmasıdır. İşdə Şəki Ağır Cinayətlər Məhkəməsinin video görüntülü diski var. Hər iki zərərçəkənlərin ifadəsi var. Hazırki ittihamla bağlı Zərərçəkmiş şəxs2 bütün hadisənin olmasını inkar edir. Məhkum olunmuş Məhkum iki azyaşlı uşağı vardır və ailəlidir. 10 vaşlı uşaqlarla qeyri-təbii yolla cinsi əlaqədə olma və ya ona cəhd etmə bir ailəli şəxsə yapışan hal deyildir. İşdə xx.xx.2021-ci il tarixli psixo-nevroloji kabinetin 1392 saylı arayışında onun psixo-nevroloji qeydiyyatda dayanmadığı bildirilir. Onun nə psixoloji pozuntusu, nə də azyaşlı uşaqlara hazırki cinayəti etmə ehtimalını belə ortaya qoyacaq heç bir sübut, dəlil mövcud deyildir. Məhkum təqsirsizdir. Ehtimal v ə fərziyyə əsasında ittihamı irəli sürmək və şəxsə 12 il cəza vermək əsaslı ola bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarın ləğv edilməsi və Məhkum Cinayət Məcəlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında kassasiya şikayətinin dəlillərinə uyğyn çıxış edən müdafiəçi Məmmədov Fərhad Möhübbət oğlu Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsini və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində d övlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum Cinayət Məcəlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyası nın apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edil diyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələ bləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əl amətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndiril ən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə fak tının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılma sı üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışla rını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum özü üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində, onun köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmə və özü üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində, onun köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə cəhd ilə bağlı verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş məhkum və şahidlərin ifa dələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığı, bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 20 22-ci il tarixli qərarının ləğv edilərək, Məhkum verilmiş ittiham üzrə bəraət verilməsi barədə qərar qəbul edilməli olduğu iddia edilsə də, iş materiallarına əsasən məhkəmələrin gəldiyi nəticəyə görə, Məhkum törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gənclər İnkişaf və Karyera mərkəzinin Yevlax nümayəndəliyində mütəxəssis vəzifəsində işləyən Şahid ifadəsində göstərmişdir ki, 20 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 nümayəndəlikdə psixoloji testən keçirilərkən onda intihara meyillik olduğunu və bunun səbəbin soruşarkən 2016-cı ildə 10 yaşı olan zaman anasının qohumu tərəfindən təcavüzə məruz qaldığını bild irmişdir. Ona görə bu barədə Yevlax rayon prokurorluğuna məlumat verilmiş, sonradan Nuranəyə təcavüz edən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edildiyini eşitmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmətibb ekspertizanın 22 aprel 2021-ci il tarixli 194 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Öz deməsinə görə təxminən beş il əvvəl onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmuşdur. Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Qeyritəbii yolla cinsi əlaqədən uzun müddət keçdiyindən düz bağırsağın selikli qişasında, ambulyar hissədə hər hansı səti xəs arət olsaydı belə bu müddət ərzində heç bir iz buraxmadan keçib gedə bilərdi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 22 aprel 2021-ci il tarixli 195 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixatirik-pisixoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 286\88 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalaranın dediklərinə xüsusi qiymət vermə, subyektivi zim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə asan daxil olma. Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla 2016-cı ilin yay aylarından edilən hərəkətlərin xarakter və mənası anlaya bilməmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs1 özünü psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosianal halından asılı olaraq 2016-cı ilin yay aylarında ona qarşı qanunazidd əməllər törədilərkən müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs1 psixi inkişafını nəzərə alaraq, o, 2016-cı ilin yay aylarında yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini tam görə bilmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixatirik-pisixoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 87 rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Rəhman oğlu praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə asan daxil olma. Zərərçəkmiş şəxs2 yaş xüsusiy yətləri və intelektual inkişafı nəzərə alınmaqla özünə qarşı edilən hərəkətlərin xarakter və mənasını anlaya bilməzdi. Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə bilmədiyindən ona qarşı törədilmiş qanunazidd əməlin mümkün nəticələrini görə bilmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Məhkəmə Məhkum günahsız olması, ona verilmiş ittihamın uydurma olması, zərərçəkmiş şəxsin anasından borcunu istədiyinə görə onun barəsində şikayət etməsi barədə ifadələrini tədqiq edərkən, bunların Məhkum ifadəsinin iş üzrə toplanmış sübutların mə cmusu ilə tamamilə təkzib olunduğu müəyyən edilir. Məhkəmələrin gəldiyi bu nəticə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin Məhkum özünün şübhəli və təqsirləndirilən şəxs qismində video çəkilişlə verdiyi etiraf ifadələri, həmçinin zərərçəkmiş şəxslərin veridyi ifadələr, həmin şəxslərlə üzləşmə protokolları, iş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam təsdiq olunduğu qənaətinə gəlinir. Göründüyü kimi, müdafiə tərəfinin məhkəmə baxışları zamanı qeyd olunduğu kimi cinayət əməlini qurma olması və onun üzərinə yıxılmaq istənilməsi barədə ifadələr verməklə özünü məhkəmə istintaqında həmin cinayət əməlini törətməməsi ilə əlaqədar özünümüdafiə xarakterli ifadələr versə də məhkəmə baxışı zamanı h əmin ifadələr iş üzrə araşdırılan mötəbər sübutlarla nəinki öz təsdiqini tapmamış, hətta təkzib olunmuşdur. Şəxsin təqsirsizliyinə dair müdafiə tərəfinin dəlillərin araşdırarkən apellyasiya məhkəmə iclasında da tədqiq edilmiş sübutlarla Məhkum 2016-cı ilin iyun-iyul aylarında özü üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində onların köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi və buna cəhd etməsi tam təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qərarın işin halları hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məs uliyyətinə cəlb edilən şəxsin təqsirliliyi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Beləliklə, müdafiə tərəfinin kassasiya şikayətində qeyd etdiyi Məhkum cinayət əməli törətməməsi və ona irəli sürülmüş ittihamın cəfəngiyyatdan ibarət olması ilə bağlı iddialar tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərindəki dəlillərinə qiymət verərək qeyd edir ki, CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsas ən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin əməlin sübuta yetirilməsinə dair yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı tətqiq edilərək, əsaslandırılmışdır. Eyni zamanda, kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası m üdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükə lilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması (yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması) və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsi ndə nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-965/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-965/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver