Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-965/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-551/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 24 avqust 1991-ci il tarixdə Tərtər rayonu, Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-232/2015 nömrəli, 19 avqust 2015-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 12.1,218.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 12.3,214-3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Az ərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 23 fevral 2015-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. X1 və X6 da təqsirli bilinərək məhkum edilmişlər.
4. Birinci instansiyası məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən 03 iyul 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət 17 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-232/2015 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.
6. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-551/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-232/2015 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasına səbəb kimi onun İŞİD terror təşkilatında iştirak etdiyini, daha sonra isə həmin təşkilat tərəfindən barəsində ölüm hökmünün çıxarıldığını, edam edilməsindən ehtiyat etdiyinə görə dövlət tərəfindən xüsusi qorunan həbsxanada qalmasını daha təhlükəsiz hesab etdiyini, hazırda İŞİD sıradan çıxarıldığından qeyd etdiyi təhlükənin aradan qalxdığını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-551/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-232/2015 nömrəli, 19 avqust 2015-ci il tarixli hökmündən apell yasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.
12. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (i yirmi) gün müddətində verilir.
13. Hazırki halda cinayət işinin materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-232/2015 nömrəli, 19 avqust 2015-ci il tarixli hökmü Məhkum iştirakı ilə elan edilmiş, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən hökmün surəti 21 avqust 2015-ci il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş və həmin tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
14. Bununla belə, Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini və bunun üçün qanunvericiliklə müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini 03 iyul 2023-cü il t arixdə vermiş və qeyd edilən sənədlər Gəncə Ağır Cinayətlər Məhkəməsinə 17 iyul 2023-cü il tarixdə daxil olmuşdur.
15. Nəticədə məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən xeyli çox vaxt, 8 ilə yaxın müddət keçmişdir.
16. Həmçinin, məhkum tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, onun özü bilərəkdən keçən müddət ərzində hökmdən apellyasiya şikayəti verməmiş, hər hansı əsaslı səbəb olmadan müddətin ötürülməsinə şüurlu surətdə yol vermişdir. Hazırki kassasiya şikayətində tərəfindən irəli sürülmüş dəlil isə apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas hesab edilə bilməz.
17. Yuxarıda təsvir olunanlardan görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni, birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 16 avqust 2023-cü il və 03 noyabr 2023-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-232/2015 nömrəli, 19 avqust 2015-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.
18. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad edilməsini də zəruri hesab edir.
19. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyy əti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş e dir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanu nun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
20. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.
21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-551/2023 nömrəli, 03 noya br 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-551/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.