Məhkəmə qərarları › İş №1(102)-965/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-965/2025

30.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-965/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), ), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Bəraət almış şəxs X1, S.N.Süleymanzadənin müdafiəçisi Müdafiəçi, xüsusi ittihamçı X5 və xüsusi ittihamçının nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 1(103)-2228/2024 nömrəli qərarından xüsusi ittihamçı X7 və xüsusi ittihamçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən birgə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Hafiz Kamranov) 27 avqust 2024-cü il tarixli 1(005)-146/2024 nömrəli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin (bundan sonra CPM-in) 42.1.2-ci maddəsinə əsasən bəraət verilmişdir. İşin halları: X8 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Youtube” platformasında ‘‘Milli TV” kanallarında yayımlanan videoçarxda X3 xx.xx.2023-ci il tarixdə kütləvi informasiya vasitələrinin nümayəndəsinin iştirakı ilə videoçarxda çıxış edərək onun barəsində yalan və böh tan xarakterli fikirlər söyləmiş, ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atmış, şəxsi və işgüzar nüfuzumu ləkələmişdir. “Youtube” platformasında “Milli TV” internet televiziya kanalında yayımlanan videoçarxda Süleyman Süleymanzadə xx.xx.2023-cü il tarixdə “Milli TV"-nin aparıcısının iştirakı ilə verdiyi müsahibədə çıxış edərək onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, həmin videoçarxın 00:23-cü dəqiqəsində ona böhtan ataraq yalan məlumatlar işlətmişdir: “Bir vətəndaşın evini digər bir vətəndaş sökərək yerində belə bir imarət inşa etmişdir deyilir” və onun evi göstərilir. Süleyman Süleymanzadəyə məxsus bağ evi qonşusu İlqar Məmmədov ev sahibindən xəbərsiz evi sökərək yerində villa-iqamətgah tikmişdir. Eyni zamanda Süleyman Süleymanzadə həmin videoça rxın 00:47-ci dəqiqəsində yenidən ona böhtan ataraq onun şərəf və ləyaqətini alçaldaraq bildirir ki, “Bizim görünən yerdə bizim iki mərtəbəli evimiz vardı və qonşu İlqar Məmmədov tərəfindən bizim evimiz tam sökülüb, daşı-daş üstə qalmayıb. Amma özünə bağ tikib”. Davamı olaraq bildirir ki, bizim həyətdə şambo tikib, indi düzdü yoxdu şambo, burda artıq besetkanı başlayıb tikməyə. Burda həm zəbt də var, həm özbaşınalıq da var, plus oğurluq da var.” Bunu deməklə Süleyman Süleymanzadə onu cinayətkar hesab edir. Onu cinayətdə ittiham edir. Ona böhtan atır. Daha sonra həmin videoçarxın 1:32 dəqiqəsində yenidən əsassız olaraq ona böhtan atılır: Süleyman Süleymanzadəyə məxsus ev xəbərsiz ətərsiz İlqar Məmmədov tərəfindən söküldükdən sonra evə məxsus tikinti avadanlıqları da İlqar Məmmədov öz şəxs i malı kimi mənimsəmişdir. Daha doğrusunu desək oğurlamışdır. Eyni zamanda Süleyman Süleymanzadə həmin videoçarxın 1:46 dəqiqəsində qeyd edir ki, guya söküldüyü deyilən evə görə yalan sənəd göstərərək, evin çıxarışını olduğunu göstərir. Ancaq elə bir çıxarış mövcud deyildir. Olmayan evə görə çıxarışın alınması mümkünsüzdür. Onun əlində olan sənədin heç bir hüquqi əsası yoxdur. Həmin sənəd evə dair çıxarış deyildir. Həmin sənədi göstərməklə guya mənim mülkiyyətdə olduğum evə sökməyimi bildirməklə mənim haqqımda mənfi imic yaradır. Onu daha da ağır cinayətdə ittiham edir. Süleyman Süleymanzadə həqiqətə uyğun olmayan məlumatlar təqdim edərək onun barəsində mənfi rəy yaradaraq, ona böhtan atmışdır. Onun dediklərinin heç bir əsası yoxdur. Hesab edir ki, Süleyman Süleymanzadənin yuxarıda göstəri lən ifadələri ilə onun şərəf və ləyaqətini ləkələmiş və onu nüfuzdan salmışdır. Digər böhtan məlumatlar həmin videoçarxda onun fotoşəkilini göstərərək 2:20 dəqiqəsində qeydə alınmışdır: X9 kimlərə güvənir, belə özbaşınalıq edir, qanunsuz əməlləri edir. Onun bu əməli güclünün-gücsüzə zor tətbiq etməsi deməkdir. Yenidən onu cinayətdə ittiham edirlər. Ona böhtan atılır. Daha sonra həmin videoçarxın 3:28 dəqiqəsində əvvəl balkonu söküb, sonra hamamı söküb, sonra evi söküb. Süleyman Süleymanzadə barəsində “oğurluq edib, qanunsuzluq edib, özbaşanalıq edir” kimi ifadələrini işlətməklə, onun əsassız olaraq cəmiyyətdə yanlış fikirlərin yarandığı başa düşülür. Bu da onun işgüzar nüfuzuna xələl gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Zaur Hüseynov) 14 oktyabr 2024-cü il tarixli 1(103)-2228/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(005)-146/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçı İ.R.Məmmədov və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 1(103)-2228/2024 nömrəli qərarından xüsusi ittihamçı İ.R.Məmmədov və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxılması 30 aprel 2025-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən xüsusi ittihamçı İ.R.Məmmədov şifahi vəsatət verərək kas sasiya şikayətindən imtina etdiyini və şikayətinin məhkəmə baxışından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən yuxarıda göstərilən normaya uyğun imtina edildiyini nəzərə alaraq hesab edir ki, xüsusi ittihamçı İ.R.Məmmədov və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı və kassasiya şikayətinin baxılmasına xitam verilməlidir. Yuxarıda gös tərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Xüsusi ittihamçı X4 şifahi ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 1(103)-2228/2024 nömrəli qərarından xüsusi ittihamçı X8 və xüsusi ittihamçının nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və kassasiya şikayətinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar