Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-966/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkumlar Məhkum1 və Məhkum2, Zərərçəkmiş şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lerik Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 1(048)-24/2018 saylı hökmü ilə (hakim: Kiçibəyov Atabəy Qələbəy oğlu) xx.xx.1959-cu il tarixdə Lerik rayonu, Blaband kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Lənkəran Regional Mədəniyyət idarəsində məsləhətçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib ay lıq qazancından 15(on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını əsas iş yeri üzrə çəkməklə cəzaçəkmənin başlanğıcı onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablanmışdır. xx.xx.1964-cü il tarixdə Lerik rayonu, Blaband kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lerik rayonu Blaband kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını əsas iş yeri üzrə çəkməklə cəzaçəkmənin başlanğ ıcı onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablanmışdır. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən və məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad ibiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 27 fevral 2019-cu il tarixli qərarı ilə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir, məhkumlar tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilmələri barədə Lerik Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 1(048)-24/2018 saylı hökmü məhkum edilmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1000 ( min) manat miqdarda cərimə cəzası təyin edilmiş, hökmün icrası məhkumun yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə tapşırılmış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1000 (min) manat miqdarda cərimə cəzası təyin edilmiş və hökmün icrası məhkumun yaşayış yeri üzrə Lerik rayon icra və Probasiya Şöbəsinə tapşırılmışdır. Hökm qalan hissədə dəyişdirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 barəsində CM-nin 128-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdirlər. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum1 15 iyul 2018-ci il tarixdə saat 15 radələrində qardaşı Məhkum2 ilə birlikdə Lerik şəhər sakini X4 idarə etdiyi VAZ-2103 markalı, **-BB*** qeydiyyat nişanlı avtomobillə rayonun Blaband kəndindən Lerik şəhərinə gedərkən Blaband kənd yolunun 1-ci km-də həmkəndliləri Zərərçəkmiş şəxs və X2 rayonun Şingədulan kənd sakini kombaynçı X7 və Nüvədi kənd sakini X6 ilə dalaşdıqlarını görüb avtomobili dayandıraraq onların yanına getmiş, həmkəndliləri X5 və X8Kərimovlara iradını bildirərkən aralarında mübahisə yaranmış və dalaşmışlar. Dalaşma zamanı Məhkum1 yumruqla qəsdə n Zərərçəkmiş şəxs sağ qulaq seyvanına, sağ gicgah və alt dodaq nahiyələrinə bir neçə zərbə vuraraq ona həmin nahiyələrdə yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkum2 15 iyul 2018-ci il tarixdə, saat 15 radələrində qardaşı Məhkum1 ilə birlikdə Lerik şəhər sakini X4 idarə etdiyi VAZ-2103 markalı, **-BB*** qeydiyyat nişanlı avtomobillə yaşadığı Blaband kəndindən Lerik şəhərinə gedərkən Blaband kənd yolunun 1-ci km-də həmkəndliləri Zərərçəkmiş şəxs və X2 rayonun Şingədulan kənd sakini, kombayınçı X7 və Nüvədi kənd sakini X6 ilə dalaşdıqlarını görüb avtomobili dayandıraraq onların yanına getmiş, həmkəndiləri X5 və X8 iradını bildirərkən aralarında mübahisə yaranmış və dalaşmışlar. Dalaşma zaman ı Məhkum2 yumruqla qəsdən Zərərçəkmiş şəxs sağ almacıq nahiyəsinə zərbə vuraraq ona həmin nahiyədə yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi əsassız olaraq məhkumların cəzasını yüngülləşdirərək CM-nin 128-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş ən yüngül cəzanı təyin etmişdir, bununla da zərərçəkmiş şəxsin mövqeyi nəzərə alınmamışdır. Ona görədə qərar dəyişdirilməli, məhkumun barəsində CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və məhkumların çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri Məhkum1 və Məhkum2na təy in edilmiş cəzanın yüngüllüyü, məhkəmənin müəyyən etdiyi və cəza təyini zamanı nəzərə aldığı cəzanı yüngülləşdirən halların əsassızlığı barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın məhkumların islah olunmasına təsirini, Məhkum1 və Məhkum2 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmələrini, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzlərinə, davranışlarına təsirini nəzərə alaraq təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində cərimə cəzası növündə cəzanın təyin edilməsini qanuna müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın yüngüllüyü barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-966/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-966/2019
02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver