Məhkəmə qərarları › İş №1(102)-966/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-966/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-966/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Alverdiyev Ramiz Xalıqverdi oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi ştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 14 yanvar 2022-ci il tarixli, 1(106)-70/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1981-ci ildə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2r.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs CM-in 125-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, ondan maddi və sair cəhətdən asılı olan arvadı Musayeva Gülər Elşən qızına qarşı Hacıqabul şəhəri, A.Abdullayev küçəsi 64 saylı ünvanda yerləşən birgə yaşadıqları evdə təqribən 2015-ci ildən başlayaraq xx.xx.2021-ci il tarixədək olan müddət ərzində, o cümlədən təqribən 02-xx.xx.2021-ci il tarixdə sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə, günorta saatlarında, yenə də zorakı hərəkətlər edərək döyüb ona sol said səthində oval formada 3x2,1 sm ölçüdə göyümtül rəngli, sol saidin arxa səthində oval formada 4x1,8 sm ölçüdə göyümtül rəngli, sağ bazunun iç səthinin aşağı 1/3 səthində bir-birindən bir qədər aralı olan 2x1 sm və 1,8x1 sm ölçülərdə göyümtül rəngli 2 ədəd sağ budun yan səthinin orda 1/3 hissində qeyri-düzgün formada 4x3 sm ölçüdə göyümtül rəngli, sol bazunun yan səthinin orta 1/3 hissəsinin sarımtıl rəngli qançırlar kimi xəsarətlər yetirib üzünə tüpürərək G ülər Musayeva ilə amansız rəftar edib, onun ləyaqətini mütəmadi olaraq alçaldaraq zərər çəkmiş şəxs Musayeva Gülər Elşən qızını özünü xx.xx.2021-ci il tarixdə saat təxminəm 03 radələrində valideynlərinin yaşadığı Hacıqabul rayonu, İ Udulu (Cəngən) kəndindəki evlərinin təqribən 1km-də yerləşən süni su hövzəsinə ataraq öldürmüşdür.

3. Hacıqabul Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 1(071)-119/2021 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

4. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavələr verilmişdir.

5. Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 1(106)-70/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətlinə edilmiş əlavələr təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 1(071)-119/2021 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar 7.Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətində Şir van Apellyasiya Məhkəməsinin 1(106)-70/2022 saylı cinayət işi üzrə 14 yanvar 2022-ci il tarixli qərarını ləğv edərək, məhkum barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişlər. 8.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 11.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 12.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya m əhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 13.Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığını qeyd edərək ona bəraət verilməsini xahiş edərək faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6 maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir..14.Odur ki, məhkəmə ko llegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 15.Məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. 16.Təqsirləndirilən şəxs qeyd olunan əməli t örətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri onun və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin iş üzrə toplanmış sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. 17.Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi dispozisiyasından və Cinayət Məcəlləsin in ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmalarını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. 18.Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəm ə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. 19.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşd ırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 20.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 1(106)-70/2022 nömrəl i qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 1(106)-70/2022 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar