Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-966/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, bəraət almış şəxs x1nun və onun müdafiəçisi X10 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1639/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmay ıl oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs x1 09 fevral 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 30 may 2022-ci il tarixli ittiham aktı ilə x1na qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN ilə qeydiyyata alınmı ş, Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli e-2-2(113)-1575/2020 nömrəli qətnaməsi ilə müflis elan edilmiş, ASC "xxxx" Sığorta şirkətində 27 noyabr 2017ci il tarixli, 10 nömrəli qərarla idarə heyətinin sədri vəzifəsinə təyin edilməklə 30 yanvar 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən ASC "xxxx" Sığorta şirkətinin “İdarə heyəti sədrinin vəzifə təlimatları”na, "xxxx" QSC üzrə 15 iyul 2008-ci il tarixdə təsdiq edilmiş həmin sığorta şirkətinin İdarə heyətinin əsasnaməsinə əsasən, müəssisənin fəaliyyətinə rəhbərlik etmək, öz səlahiyyətləri daxilində sərəncam və əmrlər vermək, müəssisəyə rəhbərlik metodlarını, siyasətini və planını müəyyənləşdirmək və formalaşdırmaq, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və koordinatlaşdırmaq, müəssisənin ixtisaslı kadrlarla təm in edilməsini, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsini, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını, ətraf mühitin qorunması üzrə qanunvericiliyin tələblərinə riayət olunmasına şərait yaradılması, tədricən şirkətin genişlənməsi, inkişafı, iş və məhsulların, satışın keyfiyyətlərini artırmaq məqsədi ilə departament direktorlarından analitik və statistik hesabatların hazırlanmasının tələb edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən və şirkətin Direktorlar Şurası və X2 tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinə məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özünü nüfuzlu rəhbər və etibarlı şəxs kimi göstərmək, habelə şirkətin bəzi işçilərinin əlavə qazanc əldə etməsinə, vəzifəli şəxs kimi özündən razı salmağa nail olmaqla nüfuzunu və sığorta şirkətinin rentabelliyinin artması görüntüsünü yaratmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, yəni “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən, sığortaçının daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilməsinin müəyyən edilməsinə və həmin faiz məbləğinin artımının şirkətin maliyyə təminatının ziyanına olmasına baxmayaraq, 2020-ci ilin oktyabr ayında ünvan 2 ünvanında yerləşən ASC "xxxx" Sığorta şirkətinin inzibati binasında təşkil etdiyi ümumi yığıncaqda şirkət tərəfindən satışı həyata keçirilən Daşınmaz Əmlakın İcbari sığortası növü üzrə sığorta satışlarının həyata keçirilməsindən ötrü komissiya mükafatının əldə edilən vəsaitin 48 faizi həcmində verilməsinə dair qeyd olunan Qanununun müddəalarına zidd göstəriş verməsi ilə əlaqədar həmin şirkətin ayrı-ayrı departament və şöbələri tərəfindən qeyd edilən sığorta növünün satışı ilə əlaqədar sığorta şəhadətnamələri üzrə müxtəlif məbləğdə, o cümlədən, şirkətin Biznesin İnkişafı Departamentinin Sumqayıt nümayəndəliyinin direktoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətna mələrlə əlaqədar əldə edilmiş ümumilikdə 93787,78 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 30949,96 manat məbləğində, həmçinin eyni niyyətlə “Tenderlə iş şöbəsi”nin müdiri vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid14 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 5940 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komi ssiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 1960,20 manat məbləğində, həmçinin eyni niyyətlə şirkətin Biznesin İnkişafı Departamentinin Gəncə nümayəndəliyinin direktoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid8 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 11470,74 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 3785,34 m anat məbləğində, həmçinin eyni niyyətlə Biznesin İnkişafı Departamentinin Cəlilabad nümayəndəliyinin direktoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid16 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 4770 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 1574,10 manat məbləğində, həmçinin eyni niyyətlə Biznesin İnkişafı Departamentinin Əhmədli nümayəndəliyinin direktoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid11 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 30971,48 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 10220,58 manat məbləğində, həmçinin eyni niyyətlə şirkətin sığorta agenti kimi işləmiş cinayətdən xəbərsiz Şahid26 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli v ə nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 33916,27 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 11192,36 manat məbləğində, həmçinin eyni niyyətlə şirkətin Müştəyi dəstəyi şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmiş cinayətdən xəbərsiz Şahid9 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 34632,88 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 11428,85 manat məbləğində, həmçinin eyni niyyətlə şirkətin Biznesin İnkişafl Departamentinin rəhbəri vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid17 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 6764,16 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 2232,17 manat məbləğində, həmçinin eyni niyyətlə şirkətin Fərdi Satış Departamentinin müdiri vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid10 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 33392,39 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 11019,48 manat məbləğində, həmçinin eyni niyyətlə şirkətin Biznes İnkişafı Departamentinin Yevlax nümayəndəliyinin direktoru vəzifəsində işləyən cinayət dən xəbərsiz Şahid7 Cəfər oğlu tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 570 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 188,10 manat məbləğində, həmçinin eyni niyyətlə şirkətdə satış mütəxəssisi vəzifəsində işləyən X1 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində təhvil alınmaqla satılmış Daşınmaz Əmlakın İcbari Sığortası növü üzrə müxtəlif tarixli və nömrəli şəhadətnamələrlə əlaqədar əldə edilmiş ümumilikdə 470 manat məbləğində əldə edilmiş pul vəsaitinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 15 faizinin komissiya mükafatı qismində verilməsinin müəyyən edilməsi nəzərə alınmaqla, qanunsuz əsaslarla, məbləğin 33 faizini təşkil edən 155,10 manat məbləğində, ümumilikdə satışı həyata keçirilmiş sığorta şəhadətnamələri üzrə əldə edilmiş 256.685,7 manat (iki yüz əlli altı min altı yüz səksən beş manat yetmiş qəpik) məbləğində pul vəsaitinin 33 faizini təşkil edən 84.706,28 manat (səksən dörd min yeddi yüz altı manat iyirmi səkkiz qəpik) məbləğində olan hissəsinin yuxarıda adları qeyd olunan şəxslər və ASC "xxxx" Sığorta Şirkəti ilə fərdi qaydada sığorta fəaliyyəti ilə məşğul olan ayrı-ayrı sığorta agentləri tərəfində n qazanc qismində əldə edilib sonuncuların şəxsi ehtiyaclarına sərf edilməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin əmlakının qorunub-saxlanılması və fəaliyyət məqsədlərinə uyğun sərf edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-8/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından x1na Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə bəraət verilməsi hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi, x1nun Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib, ona cəzanı n həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəza təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Apellyasiya protestində qeyd edilmişdir ki, məhkəmə hökmdə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin dispozitiv əlamətlərindən çıxış edərək, həmin maddə üzrə təqsirli şəxsin “özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi daşımalıdır” şərti ilə bağlı x1un xərclərin artırılması barədə qərar qəbul etmədiyini, həmin vaxt formal olaraq idarə heyətinin sədri vəzifəsində olduğu, üzərində nəzarət edən şəxs olduğunu, faktiki olaraq müstəqil qərar qəbul etmək səlahiyyəti olmadığını, sonuncunun yalnız müzakirələrdə iştirak etməkdə məqsədinin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək deyil, sığorta bazarında yeni aktual olan daşınmaz əmlakın icbari sığortası üzrə daha çox sığorta şəhadətnaməsi satmaqla şirkətin gəlirlərinin artırılması olduğunu qeyd etmişdir. Məhkəmə Anar Sadıxovun üzərində nəzarət edən şəxsin olduğunu əsas gətirərək sonuncunun rəhbərliyinin formal olduğu qənaətinə gəlmiş, halbuki qeyd olunan nəzarət mülki qanunvericiliyin tələbindən irəli gəlir. Məhkəmə əsassız olaraq cinayət qanunvericiliyinin tələbini deyil, mülki qanunvericiliyin “Müşahidə şurasının ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirməsi” ilə bağlı səlahiyyətinin olmasını əsas götürərərək, X8 Heyətinin sədri olaraq vəzifəsinin icrası ilə əlaqədar törətdiyi ictimai təhlükəli əməli görməzdən gəlmiş, baş vermiş əmələ düzgün hüquqi qiymət verməmişdir. Bununla belə, iş üzrə adı keçən 11 şəxs istər məhkəmə i stintaqı, istər ibtidai istintaq zamanı Anar Sadıxovun formal rəhbərliyi, sonuncunu şirkətdə səlahiyyətsiz biri olaraq tanımaları ilə bağlı hər hansı fikir söyləməmişlər, yəni rəhbərlik olaraq tək Səhmdarların ümumi yığıncağını, Müşahidə Şurasını deyil İdarə heyətini, sədr olaraq Anar Sadıxovu tanımaqla, verilmiş əmr, göstərişləri icra etmişlər. Məhkəmə hökmdə Anar Sadıxovun Azərbaycan Respublikası CM-nin hər hansı qərar qəbul etmək, göstəriş vermək səlahiyyətinin olmadığı, formal rəhbərlik etdiyini qeyd etməklə yanaşı, Anar Sadıxovun özlərinin xərc olaraq adlandırdıqları və buna dair hər hansı xərc sənədi təqdim edə bilmədikləri komissiya məbləğininin artırılmasının biznes mühiti ilə bağlı olduğunu, biznes mühitində risklərin mövcud olduğunu, məlum qərar qəbul edilərkən və göstəriş verilə rkən orada iştirak etmiş şəxslərin hər birinin məqsədinin sığorta bazarında yeni aktual olan daşınmaz əmlakın icbari sığortası üzrə daha çox müştəri bazası əldə etmək və şirkətin gəlirlərinin artırılmasının olduğunu qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1639/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-8/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestinin dəlilləri ilə apell yasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən istintaq orqanının cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq topladığı sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 103)-1639/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
9. Bəraət almış şəxs x1 kassasiya protestinə qarşı etiraz verərək, kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuzluğu, əsassızlığı və ədalətsizliyini sübut edən hər hansı dəlil göstərilmədiyindən, onun təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1639/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə x1na əsassız bəraət verildiyini i ddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcə llə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayə tə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
19. C inayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
20. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə ic raatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
21. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
22. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-c ü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
23. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsa ssız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
24. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Re spublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
25. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) ş ikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
26. Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırılma verilmişdir.
27. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir.
28. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaə tini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
29. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1639/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. x1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1639/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.