Məhkəmə qərarları › İş №1(102)-967/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-967/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-967/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs2, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Şahməddin oğlunun iştirakları ilə xx xxx 1977-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvv əllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Öncə qala Ə/D, Hüseynhacılı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2, 325 və 326.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 1(103)-1828/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 1(101)-313/2023 nömrəli hökmünə əsasən (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), T.Q.Hüseynov və S.A.Məmmədova) Məhkum - Azərbaycan Respublikası CM-in 177.3.2, 325 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 325-ci maddəsi ilə 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 326.2-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Məhkum təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş aza dlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 ay 15 gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən, hazırki iş üzrə cinayətlərin məcmusu qaydasında qismən toplanmaqla təyin edilmiş 8 (səkkiz) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəlinin 3 iyun 2022-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 1(103)-1828/2023 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik e dən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 1(101)-313/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmiş, həmçinin dövlət təltiflərini qanunsuz yolla əldə etmiş, digər mühüm şəxsi sənədləri talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 may 2021-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 2 mənzilin pəncərəsinin ətrafına bərkidilmiş dəmir b armaqlığının asma qıfılını üzərində olan vintaçan alətlə sındırıb mənzilin plastik materialdan ibarət pəncərəsini həmin vintaçanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs4 məxsus əmlakı - 440 manatı, Rusiya istehsalı olan 583 əyarlı, 30 qram çəkidə 5.000 manat qiymətində ağ rəngli 1 cüt sırğa, 1 ədəd üzük, 1 (bir) ədəd qolbaq və 1 ədəd boyunbağıdan ibarət qızıl dəsti, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı, 6 qram çəkidə 700 manat qiymətində ağ rəngli qızıl qadın üzüyünü, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı, 5 qram çəkidə 300 manat qiymətində üzərində çəhrayı rəngli qaş olan qızıl qadın üzüyünü, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı, 4 qram çəkidə 800 manat qiymətində üzərində brilliant qaşlı kulon olan ağ rəngli qızıl boyunbağını, 1 ədəd Rusiya istehs alı olan 583 əyarlı, 2 qram çəkidə 200 manat qiymətində 1 ədəd qızıl boyunbağını, 1 ədəd Rusiya istehsalı 583 əyarlı, 2 qram çəkidə 130 manat qiymətində üzərində halqa şəkilli ağ və qara qaşlardan ibarət kulon olan qızıl boyunbağını, 1 ədəd 700 manat qiymətində üzərində kulon olan “Pandora” markalı qızıl qolbağı, 1 ədəd 300 manat qiymətində “Swarovski” qaşlardan ibarət gümüş qolbağı, 1 ədəd 200 manat qiymətində gümüş qolbağı, 2 ədəd Rusiya istehsalı olan 583 əyarlı, 2 qram çəkidə 160 manat qiymətində qızıl sancağı, 1 ədəd 170 manat qiymətində üzərində «dovşan» şəkili olan qızıl suyuna salınmış qaşığı, 1 ədəd 3.500 manat qiymətində üzərində “ot kollektiva zavoda Niyazov Erkinu” sözləri yazılmış “Polyot” markalı kişi qol saatını, 1 ədəd 1.200 manat qiymətində “İmvekta” markalı kişi qol saatı nı, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı, 8 qram çəkidə 1.600 manat qiymətində üzərində qırmızı rəngli yaqut qaş olan qızıl qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 xeyli miqdarda, ümumilikdə 15.400 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 sentyabr 2021-ci il tarixdə, saat 23:00-da Zərərçəkmiş şəxs3 yaşadığı ünvan3 saylı mənzilin plastik materialdan ibarət pəncərəsini özündə olan vintaçanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs3 məxsus əmlakı - 400 manatı, 1 ədəd İtaliya istehsalı olan, 5,61 qram çəkidə 750 əyarlı 1.120 manat qiymətində üzərində 5 ədəd ağ şəffaf brilliant qaşları olan qızıl qadın nişan üzüyünü, 1 ədəd İtaliya istehsalı olan, təxminən 4 qram çəkidə 750 əyarlı 900 manat qiymətində qızıl kişi nişan üzüyünü, 1 cüt İtaliya istehsalı olan, 12,55 qram çəkidə 750 əyarlı 1.255 manat qiymətində bir-birinə keçirilmiş qızıl sırğaları, 1 cüt İtaliya istehsalı olan, 7 qram çəkidə 583 əyarlı 700 manat qiymətində üzərində qaşları olan «Buta» formalı qızıl sırğanı, 1 cüt Rusiya istehsalı olan, 5 qram çəkidə 583 əyarlı 400 manat qiymətində brilliant qaşlı qızıl uşaq sırğasını, 1 cüt Rusiya istehsalı olan, təxminən 2,5 qram çəkidə 583 əyarlı 300 manat qiymətində qızıl qadın sırğasını, 1 ədəd Rusiya istehsalı olan, təxminən 6 qram çəkidə 583 əyarlı 500 manat qiymətində qabarıq və halqa şəkilli qızıl qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 xeyli miqdarda, ümumilikdə 5.575 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, öz gənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 mart 2022-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 qıza məxsus ünvan 4 mərtəbəsində yerləşən 39 saylı mənzilin pəncərəsinin ətrafına bərkidilmiş dəmir barmaqlığının asma qıfılını üzərində olan vintaçan alətlə sındırıb mənzilin plastik materialdan ibarət pəncərəsini həmin vintaçanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub mənzidən özgənin Zərərçəkmiş şəxs1 1 ədəd 7 qram çəkidə 2.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, brilliant qaşlı qızıl kişi nişan üzüyünü, 1 ədəd 3,97 qram çəkidə 514 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, brilliant qaşlı qızıl qadın nişan üzüyünü, 2 ədəd hər biri 7 qram çəkidə, hər biri 500 manat, ümumilikdə 1.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, sadə formal ı qızıl kişi üzüklərini, 1 ədəd 3,5 qram çəkidə 500 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı nazik formalı qızıl qadın boyunbağını, 1 ədəd 9,5 qram çəkidə 2.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, «paxlava» formalı qızıl qadın qolbağını, 1 ədəd 21 qram çəkidə 2.700 manat dəyərində Rusiyanın "Nairi" firmasının istehsalı olan, 583 əyarlı, qızıl qadın saatını, 1 ədəd 19 qram çəkidə 2.500 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, halqa formalı qızıl qadın qolbağını, 1 ədəd 5 qram çəkidə 1.500 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, kəmərləri dəridən qızıl qadın saatını, 30 qram çəkidə 5.000 manat dəyərində İtaliya istehsalı olan, 750 əyarlı 1 ədəd boyunbağını, 1 ədəd kulonla qolbağı, 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl dəstini, 12 qram çəkidə 2.400 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl qadın dəstini, 1 cüt 7 qram çəkidə 1.000 manat dəyərində İtaliya istehsalı olan, 750 əyarlı «ürək» formalı qızıl qadın sırğalarını, 1 ədəd 18 qram çəkidə 2.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı qızıl qadın boyunbağını, 6,5 qram çəkidə 1.100 manat dəyərində 750 əyarlı, İtaliyanın "Pandora" firmasının istehsalı olan 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl qadın dəstini, 1 ədəd 17 qram çəkidə 2.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı zəncirvari formalı qızıl qadın boyunbağını, 14 qram çəkidə 4.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, xırda brilliant qaşlı, yumru sallaq formada 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl qadın dəstini, 1 ədəd 8,6 qram çəkidə 1.200 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı qızıl 10-luq sikkəni, 1 cut 3,8 qram çəkidə 400 manat dəyrəində Rusiya istehsalı olan, 583 əyarlı, brilliant qaşlı qızıl uşaq sırğasını, 1 ədəd 5 qram çəkidə 1.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, yarpaq formalı kulonu olan qızıl qadın boyunbağını, 1 cüt 1,5 qram çəkidə 400 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, arxası mismar formalı qızıl qadın sırğasını, 1 ədəd 19,05 qram çəkidə 5.191 manat dəyərində İtaliya istehsalı olan, 750 əyarlı, ağ şəffaf brilliant qaşlı 1 ədəd kolye və 1 ədəd boyunbağıdan ibarət qızıl dəsti, 1 ədəd 28 qram çəkidə 6.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, brilliant qaşlı, qızıl qadın qolbağını, 1 ədəd 6 qram çəkidə 800 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, «gül» formalı qızıl qadın üzüyünü, 1 ədəd 11 qram çəkidə 2.100 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, brilliant qaşlı, «fantaziya» qızıl qadın üzüyünü, 2 ədəd hər biri 7 qram çəkidə, hər biri 500 manat, ümumilikdə 1.000 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, halqa formalı qızıl qadın üzüklərini, 2 ədəd 14.6 qram çəkidə ümumilikdə 2.800 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarlı, sadə formalı qızıl qadın boyunbağılarını, 1 ədəd 21 qram çəkidə 2.600 manat dəyərində rusiyanın "Nairi" firmasının istehsalı olan, 583 əyarlı, dördkünc formalı kəməri tünd qəhvəyi rəngli dəridən olan qızıl kişi qol saatını, 1 ədəd 11,9 qram çəkidə 2.800 manat dəyərində "Luch" firmasına məxsus, Rusiya istehsalı olan, 583 əyarlı, dairəvi formalı, kəməri qara rəngli timsah dərisindən olan qızıl kişi qol saatını, 1 ədəd 4,3 qram çəkidə 1.100 manat dəyərində Rusiyanın "Ceneve" firmasının istehsalı olan, 583 əyarlı, dairəvi formalı, kəməri qara rəngli dəridən olan qızıl kişi qol saatını, 1 ədəd 8,3 qram çəkidə 2.200 manat dəyərində İtaliyanın "Ceneve" firmasının istehsalı olan, 750 əyarlı, dairəvi formalı, kəməri qara rəngli dəridən olan qızıl kişi qol saatını, 6 ədəd hər biri 75 qram olmaqla, qızıl suyuna çəkilmiş 350 manat dəyərində, üzərində birkası olan çay qaşığını, 1 ədəd 50 manat dəyərində təbii mirvaridən ibarət olan qadın boyunbağını, 1 ədəd 2.500 manat dəyərində kapuşonlu qısa biçimli, su samuru xəzindən hazırlanmış qadın paltosunu, 5 ədəd 25 manat dəyərində ehtiyat açarlarını və 1 ədəd 7 manat dəyərində idman çantasını gizli olaraq talayıb Zərərçəkm iş şəxs1 külli miqdarda, ümumilikdə 62.737 manat ziyan vurmaqla oğurluq etmiş və həmin evdən mərhum əri X10un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən «Qüsursuz xidmətə» görə, zərərçəkmiş şəxsə 2019-cu il tarixdə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 100 illiyə görə, 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin 100 illiyinə görə və 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Dövlət qulluğunda fərqlənməyə görə» verilmiş orden və medalları qanunsuz əldə etməklə, həmin medallara aid Zərərçəkmiş şəxs1 və X10un adına verilmiş mühüm şəxsi sənədləri talamışdır. Bundan başqa, o, təkrarən, özgə əmlakını talama məqsədilə 01 may 2022-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 5 saylı mənzilin pəncərəsinin ətrafına bərkidilmiş dəmir barm aqlığının asma qıfılını üzərində olan vintaçan alətlə sındırıb mənzilin plastik materialdan ibarət pəncərəsini həmin vintaçanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs2 əmlakını - 25.700 manat pulunu, həmin dövrün məzənnəsi ilə Azərbaycan manatı ilə 1.705 manat 10 qəpik təşkil edən 1003 ABŞ dollarını, 1 ədəd İtaliya istehsalı olan, 750 əyarlı, 41,88 qram çəkidə 4.188 manat dəyərində 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət qızıl dəsti, 5 ədəd hər biri 100 manat olmaqla, cəmi 500 manat dəyərində nazik qızıl boyunbağıları, 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, təxminən 5 qram çəkidə 800 manat dəyərində qızıl qadın üzüyü, 03 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, hər biri 150 manat olmaqla, cəmi 450 manat dəyərində qızıl qadın üzüklərini, 3 cüt Rusiya is tehsalı olan, 583 əyarlı, hər biri 6 qram, hər birinin dəyəri 500 manat olmaqla, cəmi 1.500 manat dəyərində qızıl sırğaları, Rusiya istehsalı olan, 583 əyarlı, 9,94 qram çəkidə 795 manat dəyərində üzərində ağ şəffaf qaşları olan «paxlava» formalı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət qızıl dəsti, İtaliya istehsalı olan, 750 əyarlı, 15,19 qram çəkidə 1.703 manat dəyərində ağ şəffaf qaşları olan gül formalı 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət qızıl dəsti, 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, 150 manat dəyərində üzərində «Ayəti kürsü» yazısı olan qızıl kulonu və 1 ədəd 925 əyarlı, 4,39 qram çəkidə gümüşü metaldan 22 manat dəyərində üzərində “X11” yazılı kulonu olan boyunbağını, 1 ədəd nazik gümüş boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 37.515 manat 1 0 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 1(103)-1828/2023 nömrəli qərarının dəyişdirilməsi və törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 evindən etdiyi oğurluq epizodu üzrə oğurlanmış əmlakların dəyəri əsassız olaraq artırılmış və onun əməli CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəl i şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçi İ.Şahməmmədovun və Zərərçəkmiş şəxs2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 177.3-cü maddəsində görə “Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 325-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma— min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 326.1-ci maddəsində “Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə ta lama, məhv etmə, zədələmə və ya gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsinə əsasən “Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şə xsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıst ana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçiril diyini göstərən yeganə vasitədir. Məhkum tərəfindən verilmiş şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhk əmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini o nların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-nin 177.3.2, 325 və 326.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət ə məllərinin törədilməsində özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, şahidlər Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələr, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokollar və həmin protokollara əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli izahat, xx.xx.2022-ci il tarixli mənzildə axtarış keçirilməsi barədə qərar, xx.xx.2022-ci il tarixli axtarış və götürmə aparılması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli dindirmə haqqında protokol, xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3945 nömrəli ekspertiz a rəyi, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlər, xx.xx.2022-ci il tarixli ərizə, xx.xx.2022-ci il tarixli izahat, xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillər, xx.xx.2022-ci il tarixli pulun və qızıl-zinət əşyalarının saxlanca verilməsi barədə qərar, xx.xx.2022-ci il tarixli akt, xx.xx.2023-cü il tarixli Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin cavab məktubu, habelə toplanmış digər sübutlarla məhkumların təqsirləri tam sübuta yetirilmişdir. Həmçinin, məhkum kassasiya şikayətində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yaşadığı mənzillərə qanunsuz olaraq daxil olmaqla, həmin mənzillərdən oğurluq etməsini, habelə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadığı mə nzillərdən taladığı əşyaların və pul vəsaitinin miqdarını dəqiq göstərməklə göstərilən şəxslərə vurduğu ziyanla razılaşmış, lakin Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən oğurluq etdiyini etiraf etsə də, bu mənzildən taladığı əşyaların dəyərinin 29.000-30.000 manat olduğunu, eləcə də dövlət təltiflərini qanunsuz yolla əldə etmədiyini və digər mühüm şəxsi sənədləri oğurlamadığını mübahisələndirmişdir. İş materiallarından görünür ki, məhkəmə istintaqında Məhkum Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Cinayət Məcəlləsinin 325 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini bildirsə də, məhkəmədə ifadə verərkən Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən sarı rəngli ulduz formalı predmeti oğurladığını, həmin predmeti oğurlayarkən qızıldan ibarət olduğunu düşündüyü, lakin sonrad an həmin predmetin qızıldan olmadığını bildiyindən həmin predmeti zibil torbasına atdığını bildirmişdir. Məhkum bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə 4 (dörd) ədəd deyil, cəmi 2 (iki) ədəd döş nişanı oğurlamışdır. Bundan başqa, Məhkum şikayətdə digər Zərərçəkmiş şəxs4 yaşadığı mənzilə daxil olmadığını, həmin mənzildən oğurluq etmədiyini, başqa sözlə, qeyd edilən mənzildə baş vermiş oğurluq cinayət hadisəsinə aidiyyətinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı ifadənin yerində yoxlanılması ilə əlaqədar keçirilmiş prosessual hərəkətdə iştirak edərək Zərərçəkmiş şəxs4 yaşadığı mənzilə nə zaman, haradan, hansı üsulla daxil olduğunu, habelə hansı predmetləri taladığını və mənzili hansı üsulla tərk etdiyini ətrafl ı şəkildə göstərmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyləri ilə razılaşaraq belə nəticəyə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs4 də yaşadığı mənzilə qanunsuz olaraq daxil olmaqla, orada oğurluq cinayətini törətmiş və nəticədə Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni ümumilikdə 15.400 manat ziyan vurmuşdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin ( hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməllərində CM-in 177.3.2, 325 və 326.2ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngü lləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qə dər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 1(103)-1828/2023 nömrəli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 1(103)-1828/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar