Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-967/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Mürsəlova Aygün Mayıl qızı) Məhkum, xx xxxxxx 1981-ci il tarixdə Ağdaş rayonunun Orta Ləki kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti məşğul olan, əvvəllər Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2004-cü il tarixli hökmü ilə CM-in 29,318.2ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Saly an Rayon Məhkəməsinin 7 iyun 2005-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qusar Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli hökmü ilə CM-in 185.2.2 və 179.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 1 (bir) gün müddətə hissəsində n şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, Ağdaş rayonunun Orta Ləki kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, sərxoş vəziyyətdə 21 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən, ictimai yer hesab edilən “Mikro market”in qarşısında olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, sonuncuya “sən məni tanıyırsan, mən kiməm?” deyə söyləyib nalayiq ifadələr işlədərək onun sifət nahiyəsindən yumruqla, baş nahiyəsindən təpiklə bir neçə dəfə, daha sonra mağazanın qarşısından götürərək silah qismində istifadə etdiyi taxta parçası ilə kürək və baş nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sol g özaltı nahiyənin qançırı, üzün sol çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), üst dodağın sol nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsayev Elman Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 24 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı işin faktiki halları hərtərəfli araşdırılmamış, məhkəmə-tibbi ekspertizanın rəyi saxtalaşdırılmış, hadisə yerində olan kamera görüntüləri ilə müəyyən edilmiş hallar nəzərə alınmamışdır. Belə ki, o, 21 noyabr 2023-cü il tarixdə yaşadığı kənddə spirtli içkinin təsirindən sərxoş hal da ictimai qaydanı pozduğu üçün Ağdaş Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərarı ilə 8 gün müddətə inzibati qaydada həbs olunmuş, həbs müddəti bitdiyi gün isə barəsində CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Eyni əmələ görə bir şəxsin iki dəfə cəza alması qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasıdır. Apellyasiya instansiyası məhkəməsi də qeyd olunan halları nəzərə almadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Odur ki, göstərilən dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblər dən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə prosesində iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 4 aprel 2025-ci il tarixli 3-16-17/35/2-514/2025 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştira kçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, göstərilən ərizə təmin edilməklə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilə nlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayət üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-967/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-967/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver