Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-968/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R I Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3 11.1 və 178.2.3cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, X7 və X4 ibarət tərkibdə) 23 avqust 2021-ci il tarixli hökmü ilə xx xxx 1986-cı il tarixdə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasını n Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 02 fevral 2021-ci ildən 04 fevral 2021-ci ilədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 11 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişd ir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: X6 (sədrlik edən), X12 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(099)-430/2021 saylı hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.1 və 178.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-in 311.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 178.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci ildən 04 fevral 2021-ci ilədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və o nun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(099)-430/2021 saylı il tarixli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin 01 iyun 2018-ci il tarixli şt-35 nömrəli əmri ilə Naziriliyin tabeliyində olan “X15” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə təyin edilib 17 oktyabr 2019-cu il tarixəd ək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2016-cı il tarixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydalarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “X15” sosial xidmət müəssisəsinin nizamnaməsinə əsasən, Gənclər evinin işini təşkil etmək və ona rəhbərlik etmək, həmin müəssisənin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, müəyyən edilmiş qaydada Gənclər evinin aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək, həmçinin onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görmək, əmr və sərəncamlar formasında qeyrinormativ hüquqi aktlar qəbul etmək və onların icra sını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək, həmin müəssisənin adından etibarnaməsiz fəaliyyət göstərmək, oranı təmsil etmək və müvafiq sənədlər imzalamaq, iş planlarının tərtib olunmasını təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni 1983-cü il təvəllüdlü Saatlı şəhər sakini Şahid1 sonuncunu “X15” sosial xidmət müəssisəsində 1 (bir) ştat vahidi ilə xadimə vəzifəsinə işə qəbul etmək müqabilində 2018-ci ilin avqust ayında Saatlı şəhəri, X17 küçəsi 71A ünvanında yerləşən həmin müəssisənin inzibati binasındakı xidməti otağında 1000 manat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəmiş, c inayət əməlinin davamı olaraq razılaşmalarına əsasən Şahid1 ilə 2018-ci ilin sentyabr ayının əvvəlində Saatlı şəhəri, H.Əliyev prospekti 92 ünvanında yerləşən Saatlı rayon prokurorluğunun inzibati binasının yaxınlığında görüşməyi qərarlaşdıraraq qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olan bibisi oğlu Şahid3 Məmmədəli oğlu ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-21074” minik markalı avtomaşınla həmin yerə gələrək, Şahid1 800 manat məbləğində pulu vasitəçi qismində istifadə etdiyi Şahid3 verməsini söylədikdən sonra sonuncu tərəfindən cinayət barəsində əvvəlcədən məlumatı olmayan Şahid3 təqdim edilən həmin məbləğdə maddi nemət olan pulu özü üçün dolayı yolla rüşvət qismində almış, habelə razılaşmalarına əsasən Şahid1 ona rüşvət qismində verməli olduğu 200 manat məbləğində maddi nemət olan pulu 2018-ci ilin dekabr ayında “X15” sosial xidmət müəssisəsində yerləşən xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alaraq onun direktoru olduğu həmin müəssisədə xadimə vəzifəsinə təyin edilməsi barədə 10 sentyabr 2018-ci il tarixli, 19 saylı əmr vermişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi özü üçün xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni 1998-ci il təvəllüdlü Saatlı şəhər sakini Şahid2 “X15” sosial xidmət müəssisəsinin ştat cədvəlində kompyuter mütəxəssisi vəzifəsi nəzərdə tutulmadığı halda həmin vəzifəyə işə qəbul etmək müqabilində sonuncunun anası Şahid1 2018-ci ilin dekabr ay ında Saatlı şəhəri, X17 küçəsi 71A ünvanında yerləşən “X15” sosial xidmət müəssisəsinin inzibati binasındakı xidməti otağında şəxsən 2000 manat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla rüşvət qismində istəmiş və cinayət əməlinin davamı olaraq razılaşmalarına əsasən Şahid1 2018-ci ilin dekabr ayı ərzində xidməti otağında istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı tarixlərdə rüşvət qismində verdiyi 500, 1000 və 500 manat, cəmi 2000 manat məbləğində maddi nemət olan pulu təkrarən özü üçün şəxsən rüşvət qismində almış, lakin Şahid2 işə qəbul etməyərək əmək müqaviləsi (kontraktı) olmadan həmin müəssisədə müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmi ş kassasiya protestində qeyd edilir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Təqsirləndirilən şəxsun əməlinin Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.1 və 178.2.3-cü maddəsinə tövsif edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı əsassızdır. Təqsirləndirilən şəxs xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə özü üçün birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alması barədə cinayət faktı ilə bağlı özünü müdafiə yönümlü ifadələri, yəni qanunsuz olaraq heç kəsdən rüşvət qismində pul almaması ilə bağlı qeyd etdikləri istintaq sənədləri ilə təkzib olunmaqla, onun təqsirliliyi iş üzrə toplanmış Şahid1, Şahid2, Şahid3, Şahid5 şahid qismində verdikləri ifadələri (məhkəmə iclası protokolları), telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi haqqında” 21 aprel 2021-ci il tarixli protokol və cinayət işinin materiallarında olan başqa sənədlərlə də tam sübuta yetirilmişdir. Şirvan Apellyasiya Məhkəməsi də öz növbəsində hesab etmişdir ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “X15” sosial xidmət müəssisəsində Şahid1 xadiməçi qismində işə qəbul etməsi ilə bağlı sonuncudan ümumilikdə 1000 manat, onun qızı Jalə Həvaskarini isə həmin müəssisədə kompyuter mütəxəssisi vəzifəsində işə qəbul edəcəyi müqabilində 2000 manat istəməsi və alması ilə bağlı hər iki cinayət faktı üzrə qeyd olunan əməl tam sübut olunur və bu hissədə ittiham tərəfinin mövqey i ilə razılaşması məhkəmənin yekun qərarından da aydın şəkildə görünür. Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı hər iki epizod üzrə o vəzifəli şəxs statusunda olmaqla hər iki epizod üzrə rüşvət alma cinayəti törətmişdir ki, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi əsaslı olaraq onun CM-in 311.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası qərarın nəticə hissəsində şəxsin təqsirli bilindiyi maddələri göstərsə də, təsviri əsaslandırıcı hissədə nəticə hissəsində qeyd olunan maddələrə uyğun ittihamın mahiyyətini düzgün təsvir etməmiş, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin müəyyən etdiyi ittiham üzrə fabulanı olduğu kimi qərarına köçürməklə qanunun tələbini pozmuşdur. Sadalananlara əsasən məhkəmə kolegiyası Təqsirləndirilən şəxs cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə verilmiş ittihamın tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamışdır. Kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş şikayətində göstərilir ki, cinayət işinin materiallarından və məhkəmənin qərarından göründüyü kimi, nə ibtidai araşdırma orqanı ittihamı irəli sürərkən, nə də məhkəmə qərarı çıxarark ən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş CM-in 311.1 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən hər hansı mötəbər sübuta deyil, yalnız iş üzrə dindirilmiş şikayətçi Şahid1 ziddiyyətli və iş üzrə müəyyən olunmuş digər sübutlarla təkzib olunan ifadəsinə istinad etmişdir. Məhkəmələr öz qərarlarında Şahid3 ifadəsini olduğu kimi deyil, səhv qeyd etmişdir. Belə ki, məhkəmə hökmdə Şahid3 ifadəsində onun 2018-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək onu Saatlı şəhər icra nümayəndəlinin yanma aparmağını xahiş etməsini qeyd etmişdir. Lakin, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı Şahid3 verdiyi ifadəsində 2018-ci ilin sentyabr ayında deyil, noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərə k onu Saatlı şəhər icra nümayəndəlinin yanına aparmağını xahiş etməsini qeyd etmişdir. İbtidai araşdırma zamanı xx.xx.2021-ci il tarixdə Şahid3 Saatlı rayon Prokurorluğunda dindirilərkən qanunsuz təsirlərə məruz qaldığından bu barədə teleqrama və şikayət ərizələri ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər dövlət orqanlarına müraciətlər etmişdir. Bu barədə sənədlər məhkəməyə təqdim olunmuşdur. Ona olan qanunsuz təsir ondan ibarət olmuşdur ki, guya o ifadəsində 2018-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək onu Saatlı şəhər icra nümayəndəlinin yanına aparmağını xahiş etməsini qeyd etmişdir. Sonradan o, təkrarən Saatlı rayon Prokurorluğuna dəvət olunaraq ondantəkrar ifadə alınmışdır. Şahid3 təkrar ifadəsində isə 2018-ci ilin noyabr ayının sonları nda Təqsirləndirilən şəxs ona zəng edərək onu Saatlı şəhər icra nümayəndəlinin yanına aparmağını xahiş etməsini qeyd etmişdir. Bu hal apellyasiya şikayətində qeyd olunsa da apellyasiya instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. İstintaq orqanının hadisənin guya 2018-ci ilin sentyabr ayında baş verməsini müəyyən etməsində məqsədi ondan ibarət olmuşdur ki, guya Təqsirləndirilən şəxs Şahid1 pulu onu işə düzəltməmişdən əvvəl almasını sübut etsin. Bundan başqa, digər şahid X3 da Saatlı rayon Prokurorluğunda ifadə verərkən qanunsuz təsirlər olmuş və o da Prokurorluğun binasından çıxdıqdan sonra dərhal bu barədə Azərbaycan Respublikası Baş Prokurorlubğuna teleqramına ilə şikayətlər vermişdir. Bu barədə sənədlər də məhkəməyə təqdim olunmuşdur. Bu hal da apellyasiya şikayətində qeyd olunsa da apellyasiya instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli Qərarını ləğv edilərək, Azərbaycan Respublikası CM-in 311.1 və 178.2.3-cü maddələri ilə məhkum olunan şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması və kassasiya protestinin təmin olunmaması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllə nin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən c inayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Təqsirləndirilən şəxs əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.1 və 178.2.3-cü maddələrinə tövsif edilməsi barədə Apellyasiya Məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs əsassız olaraq məhkum edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin töv sifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nət icə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu i stisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 311.1 və 178.2.3-cü maddələrinə tövsif edilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamla bağlı cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üzrə 01 iyun 2018-ci il tarixli şt-35 nömrəli əmrlə Naziriliyin tabeliyində olan “X15” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə təyin edilmiş və 17 oktyabr 2019-cu ildə işdən azad olunmuşdur. Şahid1 xadimə işinə qəbul olunmaq üçün 2018- ci ilin sentyabr ayının əvvəllərində “X15” sosial xidmət müəssisəsinə müraciət etmişdir. Şahid1 qəbul edib ona işə qəbul qaydaları və lazımi sənədlər barədə məlumat vermiş, sonuncu sənədləri toplayıb təqdim etdikdən sonra onun 10 sentyabr 2018-ci il tarixdə xadimə işinə götürülməsi barədə əmr vermişdir. Bunun müqabilində nə Şahid1, nə də ki, qeyrisindən pul və ya sair maddi nemət almamışdır. Şahid1 əksər vaxtı işə qızı Şahid2 ilə gəlmişdir. Matan bir neçə dəfə Jaləni işə götürməyi xahiş etsə də, sonuncunun təhsili buna imkan verməmiş, həmçinin o, yazıb-oxumağı belə bacarmamışdır. Belə olan halda Matana qızı Jaləni müəssisəsdə fəaliyyət göstərən könüllülər qrupunda iştirak etməyi təklif etmiş və Jalə də öz növbəsində bir neçə tədbirdə könüllü iştirak etmişdir. Matanın qızı Jaləni işə götü rməsi üçün ona 2000 manat pul verməsi ilə bağlı bildirdikləri də, tamamilə yalan və iftiradır. Belə ki, 2018-ci ilin noyabr ayının ortalarında Balakən rayonunda keçiriləcək “Fındıq festivalı”nda iştirak etmək üçün ona pul lazım olmuşdur. Həmin ərəfədə maddi imkanı olmadığı üçün Şahid1 ona tanışından faizlə pul götürüb verə biləcəyini təklif etmişdir. Matanın təklifini qəbul etmiş və sonuncunun vasitəsilə 800 manat sələmə pul götürmüşdür. Sonradan hər dəfə pul lazım olduğu vaxt Matan vasitəsilə müxtəlif məbləğlərdə faizə pul əldə etmişdir. Ümumilikdə 2018-ci ilin dekabr ayının sonlarınadək Matan ona 3000 manat pul vermişdir. Hər ay pulun faizlərini Matana ödəmişdir. Sonradan maddi imkanı olmadığı üçün pulu qaytara bilməmiş və Matanla arasında narazılıq yaranmışdır. Matan barəsində polisə mü raciət edikdən sonra sonuncuya olan borcunu ödəmişdir. Qeyd olunan 3000 manat pulu Şahid1 nə onu, nə də ki, onun qızını işə götürmək adı ilə almamışdır. Həmin pulu Şahid1 borc aldığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayının əvvəllərində xadimə işləmək üçün həmin vaxt olan “X15” sosial xidmət müəssisəsinin direktoru Təqsirləndirilən şəxs qəbulunda olmuş və sonuncu bunun müqabilində ondan 1000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs işə girdikdən sonra həmin pulu hər ay maaşından hissə-hissə verməyi təklif etsə də, sonuncu onunla razılaşmamışdır. İkinci dəfə Əzizağanın qəbulunda olan zaman ona 800 manat pul tapa bildiyini dedikdə, sonuncu həmin məbləği kən arda ona verməyi və qalan 200 manatı isə sonra ödəməyi nəzərinə çatdırmışdır. Əzizağa ilə razılaşdıqdan sonra onun xidməti otağını tərk etmişdir. Bundan iki gün sonra, təxminən 2018-ci ilin sentyabr ayının əvvəllərində Əzizağa mobil telefon nömrəsinə zəng edərək Saatlı rayon prokurorluğunun yanındakı küçədə görüşməyi təklif etmişdir. Həmin yerə gədən zaman Əzizağanın qohumu Şahid3 məxsus “VAZ-2106” markalı avtomobillə ora gəlməsini görmüşdür. Əzizağa maşından düşməmiş və pulu avtomobilin sürücüsü Vidadiyə verməyi demişdir. Əzizağanın tapşırığı əsasında 800 manat pulu Vidadiyə vermişdir. Bundan bir müddət sonra “X15” sosial xidmət müəssisəsinə xadimə işinə əmri verilmiş və işə başlamışdır. Xadimə işlədiyi müddətdə Əzizağaya qızı Jalə Həvaskarini işə götürməyi təklif etmiş, həmçinin ona Jalə nin yalnız ibtidai təhsili olduğunu bildirmişdir. Buna baxmayaraq Əzizağa komputer bilikləri olmasa da, Jaləni müəssisəyə komputer-mütəxəssis işinə götürəcəyini demiş və həmin vəzifənin əmək haqqı çox olduğu üçün bunun qarşılığında ondan 2000 pul istəmişdir. Jalənin işsiz qalmaması üçün Əzizağanın təklifini qəbul etmiş və 2018-ci ilin dekabr ayı ərzində öz işinə görə qalan 200 manatla birlikdə üç dəfəyə sonuncuya ümumilikdə 2200 manat pul vermişdir. Bundan sonra Jalə altı ay ərzində hər gün “X15” sosial xidmət müəssisəsinə işə gedib-gəlsə də, Təqsirləndirilən şəxs onun işə götürülməsi barədə əmr verməmiş və hər dəfə bir bəhanə ilə onu yola vermişdir. Buna görə Əzizağa ilə arasında mübahisə yaranmış və özü də, işdən çıxmışdır. Əzizağadan dəfələrlə işə girmək üçün verdiyi 3000 manat pulu təl əb etsə də, sonuncu qaytarmamışdır. Nəticədə onun barəsində polisə şikayət etmişdir. Yalnız Təqsirləndirilən şəxs həbs olunduqdan sonra ailə üzvləri onun pulunu tam olaraq qaytarmışlar. Onun sələmə kimdənsə pul götürüb Təqsirləndirilən şəxs verməsi ilə bağlı sonuncunun bildirdikləri tamamilə yalan və iftiradır. Əzizağaya 3000 manat pulu yalnız özü və qızı Jalənin işə götürməsinə görə bankdan götürdüyü kreditlər hesabına vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci lin sentyabr ayında anası Şahid1 “X15” sosial xidmət müəssisəsində xadimə işinə düzəlmək üçün həmin müəssisənin direktoru Təqsirləndirilən şəxs əvvəlcə 800 manat, daha sonra isə 200 manat pul vermişdir. Anası işə başladıqdan sonra Təqsirləndirilən şəx s onu da, işə götürməyi xahiş etmiş, sonuncu onu komputer-mütəxəssisi işinə götürmək üçün anasından 2000 manat pul istəmişdir. Anası 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs üç dəfəyə, ümumilikdə 2000 manat pul verdikdən sonra həmin müəssisədə işə çıxmışdır. Lakin hər gün “X15” sosial xidmət müəssisəsinə işə gedib-gəlsə də, Təqsirləndirilən şəxs onun işə qəbulu ilə bağlı əmr verməmiş və həmin müddət ərzində əmək haqqı almamışdır. Belə olan halda anası ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış və anası sonuncuya verdiyi pulu tələb etməyə başlamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istifadəsində olan “VAZ-2107” markalı 30BE499 qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2018-ci ili n sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək onun Saatlı şəhər icra nümayəndəlinin yanına aparmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs avtomobilinə əyləşdikdən sonra həmin istiqamətdə hərəkət etməyə başlamışlar. Saatlı rayon prokurorluğunun yanındakı küçədə Təqsirləndirilən şəxs kiminləsə telefonla danışmış və sonra yolun kənarında dayanan qadını – Şahid1 ona göstərərək düşüb onun verəcəyi pulu götürməyi tapşırmışdır. Belə olan halda avtomobildən yerə düşərək Şahid1 verdiyi pulu alıb, saymadan Əzizağaya təqdim etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üzrə xx.xx.2018-ci il tarixli şt-35 nömrəli və xx.xx.2019-cu il tarixli şt-83 nömrəli əmrlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tari xli şt-35 nömrəli əmrlə “X15” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə təyin edilmiş və xx.xx.2019-cu il tarixli şt-35 nömrəli əmrlə isə tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinin materiallarında olan “X15” sosial xidmət müəssisəsinin direktoru Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 19 nömrəli və xx.xx.2018-ci il tarixli 56 nömrəli əmrlərin surətindən görünür ki, Şahid1 xx.xx.20218-ci il tarixli 19 nömrəli əmrlə sınaq müddəti ilə, xx.xx.2018-ci il tarixli 56 nömrəli əmrlə isə daimi olaraq həmin müəssisədə xadimə işinə götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 07 may 2021-ci il tarixli 386/12-17 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2016-cı i l tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən «Gənclər evi»nə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gənclər və idman naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, vəzifələri «Gənclər evi»nin nizamnaməsində nəzərdə tutulan və onların yerinə yetirilməsi üçün şəxsən cavabdehlik daşıyan direktor rəhbərlik edir. Eyni zamanda “X15” sosial xidmət müəssisəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış nizamnaməsinin 5.3-cü maddəsində həmin qurumun direktorunun səlahiyyətləri öz əksini tapmış, o cümlədən 5.3.4.-cü yarımbənddə direktor müəyyən edilmiş qaydada Gənclər evinin aparatının işçilərini (ştat cədvəli üzrə və ştatdankə nar) vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olması göstərilmişdir. Bundan başqa, yuxarıda adı şəkilən qərara uyğun olaraq, müəssisənin idarəetmə strukturu, ştat cədvəli, işçilərinin say həddi və xərclər smetası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış və hal hazıra kimi qüvvədə olan ştat cədvəli 10 ştat vahidi, ştatdankənar isə 6 ştat vahidi, o cümlədən 1 xadimə ştat vahidi, olmaqla müəyyənləşdirilmişdir. Kompyuter mütəxəssisi ştat vahidi həmin ştat cədvəlində nəzərdə tutulmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 07 may 2021-ci il tarixli 386/12-17 saylı məktubuna əlavə edilmiş və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış və hal hazıra k imi qüvvədə olan ştat cədvəlindən görünür ki, “X15” social xidmət müəssisəsində 1 (bir) ştat vahidi direktor, 1 (bir) ştat vahidi psixoloq, 4 (dörd) ştat vahidi dərnək rəhbəri, 2 (iki) ştat vahidi metodist, 1 (bir) ştat vahidi mühasib, 1 (bir) ştat vahidi təsərrüfat müdiri, 1 (bir) ştat vahidi xadimə, 2 (iki) ştat vahidi gözətçi, 3 (üç) ştat vahidi qazanxana maşinisti vəzifələri nəzərdə tutulmuşdur. CPM-in 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayə t qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM- nin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub- olmamasının da sübutlar əsasında müəyyən edilməsi tə ləb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1 –ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müq ayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digəri nə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs “X15” sosial xidmət müəssisəsinin direktoru kimi, Şahid1 xadimə qismində işə götürmək səlahiyyətlərinə malik olmuş və həmin səlahiyyətlərindən süi istifadə edərək yekun olaraq bu məqsədlə aldığı 1000 manat rüşvət müqabilində onu xadimə ştatı üzrə işə təyin etmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın ikinici epizodu üzrə, yəni onun həmin vəzifədə işləyərkən vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid2 “X15” sosial xidmət müəssisəsinin ştat cədvəlində kompyuter mütəxəssisi vəzifəsi nəzərdə tutulmadığı halda onu həmin vəzifəyə işə qəbul etmək müqabilində sonuncunun anası Şahid1 2018-ci ilin dekabr ayında xidməti otağında 2000 manat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəməsi, Şahid1 razılıq verdikdən sonra cinayətkar niyyətini davam etdirərək 2018-ci ilin dekabr ayı ərzində xidməti otağında məlum olmayan ayrı-ayrı tarixlərdə sonuncudan üç dəfəyə – 500 manat, 1000 manat və 500 manat olmaqla cəmi 2000 manat pulu şəxsən rüşvət qismində alması ilə bağlı əməlini isə göstərilən məhkəmə təkrarən rüşvət alma kimi deyil, dələduzluq əməli kimi qiymətləndirmişdir. Lakin, məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlinin bu cür tövsifi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əl amətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Cinayət Məcəlləsinin 311.1-ci m addəsi rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə, həmin Məcəllənin 311.2-ci maddəsi isə vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət almaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Qanununun mənasına görə rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi üçüncü şəxsin xeyrinə göstərdiyi “xidmət müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və y a əmlak mənfəətini istəməsi, alması və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi başa düşülür. Rüşvət vəzifəli şəxsin səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə ümumi himayədarlıq və laqeydliyə görə verilir. Vəzifəli şəxsin səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkəti (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilmiş hərəkət və ya hərəkətsizlik başa düşülür. Beləliklə, rüşvət almaya CM-in 311-ci maddəsində verilən anlayışdan görünür ki, o, aşağıdakı əlamətlərlə xarakterizə olunur: -xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid hesab edilən hərəkətlərin (hərəkətsizliyin) yerinə yetirilməsinə görə rüşvət alma; -xidməti vəzifələrini n icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydliyə görə rüşvət alma; Ümumiyyətlə vəzifəli şəxsin rüşvət verənin mənafeyi üçün hərəkət etdiyi hərəkət (hərəkətsizlik) həm qanuni, həm də qanunsuz ola bilər. Qanunsuz hərəkət dedikdə, vəzifəli şəxsin öz qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən, yaxud qanunvericiliyə zidd olan fəaliyyəti nəzərdə tutulur.(CM-in 311.2-ci mad.). Cinayət işi üzrə müəyyən edilən hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın ikinici epizodu üzrə, yəni onun vəzifəli şəxs olaraq vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid2 “X15” sosial xidmət müəssisəsinin ştat cədvəlində kompyuter mütəxəssisi vəzifəsi nəzərdə tutulmadığı halda onu həmin vəzifəyə işə qəbul etmək mü qabilində sonuncunun anası Şahid1 2018-ci ilin dekabr ayında xidməti otağında 2000 manat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəməsi, Şahid1 razılıq verdikdən sonra cinayətkar niyyətini davam etdirərək 2018-ci ilin dekabr ayı ərzində xidməti otağında məlum olmayan ayrı-ayrı tarixlərdə sonuncudan üç dəfəyə – 500 manat, 1000 manat və 500 manat olmaqla cəmi 2000 manat pulu şəxsən rüşvət qismində alması qanunsuz hərəkətlərə görə olmuşdur. Yəni Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən qanunsuz bir hərəkət üçün rüşvət istəmiş və almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülən ittihamın ikinci epizodu üzrə öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq əməlinin törətməsi barədə gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid2 “X15” sosial xidmət müəssisəsinin ştat cədvəlində kompyuter mütəxəssisi vəzifəsi nəzərdə tutulmadığı halda onu həmin vəzifəyə işə qəbul etmək müqabilində sonuncunun anası Şahid1 öz qulluq səlahiyyətlərinə aid olmayan və xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən qanunsuz hərəkətə görə rüşvət istəmiş və almışdır. Göstərilən hallara Apellyasiya Məhkəməsi tərəfindən düzgün qiymət verilməmiş və nəticədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifində səhvə yol veril mişdir. Belə ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, təqsirkarın tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək özgənin əmlakını və ya əmlaka olan hüquqlarını aldatma və ya etibardan sui istifadə etməklə yolu ilə ələ keçirməsi başa düşülməlidir. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət alma cinayətinin törədilməsi zamanı isə şəxs tərəfindən vəzifəli şə xsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipl əri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Be lə ki, apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Təqsirləndirilən şəxs əsassız məhkum edilməsi barədə dəlillərini əsassız sayır və hesab edir ki, məhkuma bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təq sirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edi lmiş apellyasiya instansiyası məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isa təmin edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.1 və 178.2.3-cü ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qər arı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-968/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-968/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver