Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-968/2023 14.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum müdafiəçisi - XXX15nun vəkili Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər N.A.Kərimov və L.S.Əsgərova-Məmmədovadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1993-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2022-ci il təvəllüdlü uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan1ndə qeydiyyatda olmaqla, faktiki ünvan3də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 9 aprel 2021-ci il tarixdən hesablanması, Mə hkum barəsində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.A.Şirinov, hakimlər H.H.Əhmədov və İ.A.İbrahimlidən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdar da narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan mənbədən 09 aprel 2022-ci il tarixdə ünvan5nun yaxınlığından 45 manat ödəməklə külli miqdarda 08 ədəd bükümdə ümumi təmiz çəkisi 12,971 qram qəhvəyi rəngli maddə narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,3 qram psixotrop maddə metamfetamini əldə edərək əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində, sol ayağındakı corabda, əyinindəki tünd göy rəngli cins şalvarın arxa kəmər hissəsində saxlamaqla daşımış, 09 aprel 2022-ci il tarixdə saat 13:00 radələrində ünvan6ın yaxınlığında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narko tik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən “Nokia” markalı mobil telefon, sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, sol ayağındakı qara rəngli corabın içərisindən 04 siqaretin gümüşü rəngli kağızına bükülmüş, bir ədəd göy rəngli şəffaf sellofana bükülmüş, 02 ədəd qırmızı rəngli şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 3,350 qram, 2,700 qram, 3,680 qram, 3,150 qram, 0,03 qram, 0,026 qram, 0,02 qram, 0,015 qram olmaqla ümumi təmiz çəkisi 12,971 qram olan və xarici görünüşü və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sol a rxa kürək nahiyyəsində isə 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,3 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum müstəsna olaraq özünün istehlakı üçün heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşıdığı, heç vaxt narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmadığı halda, onun əməli əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif olunmuşdur. Müdafiəçi1 (məhkəmə iclasında çıxışı nəzərə alınmaqla) kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilməklə Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı biri ni müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirmək kimi məqsədi olmadığına görə onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu iddia edərək, faktiki olaraq məhkumun əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qərarının) dəyişdirilməsinə dair kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni qanunsuz olaraq 12,971 qram heroin narkotik vasitəsini və 0,3 qram psixotrop maddə metamfet amini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə nəticəyə gəlmələrinə həlledici şəkildə həmin narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və onun 8 bükümə qablaşdırılması səbəb olmuşdur. Lakin, məhkəmələr Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin nark otik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və yaxud onun bir neçə bükümdə olması narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərind ən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 12,971 qram heroinin külli miqdar və 8 bükümdə olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə ki, hətta cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama görə Məhkum heroini əldə edərkən artıq həmin narkotik vasitə 8 bükümdə olmuş, metamfetamin isə ümumiyyətlə 1 bükümə qablaşdırılmışdır. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır. Belə ki, Məhkum istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokola əsasən Məhkum aşkar eilib-götürülmüş psixotrop maddə metamfetamin 1 bükümdə olmuş, narkotik vasitə (heroin) isə 8 bükümdə olsa da, Məhkum həmin vəziyyətdə (bükümlərə bölünmüş halda) narkotik vasitəni, eləcə də psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyi bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid1 Abidin oğlu, Şahid2) Məhkum narkotik vasitəni və psixotrop mad dəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərindən heroinin və metamfetaminin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Məhkumla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda və yuxarıda adları qeyd olunan polis əməkdaşlarının ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə də məşğul olması qeyd edilsə də, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş, lakin Suraxanı RPİnin 31-ci PB-nin rəisinin 07 may 2022-ci il tarixli 096-7864-1221 nömrəli məktubundan da göründüyü kimi Məhkum gerçəkdən də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək məlumatlar əldə edilməmişdir. Məhkum istifadəsindəki ***-***-**-** nömrəli mobil telefondakı məlumatların olduğu CD-yə baxış keçirilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokola əsasən həmin məlumatların arasında da narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqələndirilə biləcək heç bir məlumat müəyyən edilməmişdir. Həmçinin, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 iyun 2022-ci il tarixli 3248 nömrəli rəyinə görə Məhkum heroinin də daxil olduğu opioidlərin, habelə metamfetaminin də daxil olduğu psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yar anmış narkomaniya xəstəliyi aşkar edilmişdir. Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi və 8 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci mad dələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Odur ki, (Məhkum narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması, daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hal (təqsirkarın himayəsində azyaşlı uşağın olması) və cəzanı ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində - 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi və Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsinə dair müdafiəçinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 yanvar 2023-cü i l tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. 234.4.3-cü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-968/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-968/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver