Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-968/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi4 və zərərçəkmiş hüquqi şəxs- Biləsuvar İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli 1(099)-19/2022 nömrəli (hakimlər Müşfiq Məmmədov (sədrlik edən), Cəlil Nəbiyev və Cavid Səfərlidən ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1958-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 10 saylı evdə qeydiyyatda olan və Biləsuvar şəhəri, Sahil küçəsində yerləşən xidməti yaşayış sahəsində yaşamış, hazırda azadlı dan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməkl ə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıq dan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2020-ci il tarixdən hesablanması, iş üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin verdiyi 3.206.475 (üç milyon iki yüz altı min dörd yüz yetmiş beş ) manat 72 (yetmiş iki) qəpik məbləğində olan mülki iddianın təmin edilməsi, həmin məbləğdə pulun ondan alınıb Biləsuvar Rayon İcra Hakimiyyətinin hesabına keçirilməsi, iş üzrə “X11” MMC-in 125.161 manat (yüz iyirmi beş min yüz altmış bir) manat 40 (qırx) qəpik məbləğində olan mülki iddianın təmin edilməsi, həmin məbləğdə pulun ondan alınıb “X11” MMC-nin hesabına keçirilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş: X2 adına rəsmiləşdirilmiş 454.000 manat d əyərində Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 saylı evin, 30 və 31 saylı birləşmiş yaşayış mənzilləri (reyestr nömrəsi **********30-05301-093009; **********30-05301-093008, qeydiyyat nömrəsi **********; **********; qeydiyyat tarixi xx.xx.2015-ci il), 62.000 manat dəyərində “Audi A8” markalı **-MM-*** qeydiyyat nişanlı avtomobil (buraxılış ili-2015) və 574.000 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı evin, 141 saylı mənzili (reyestr nömrəsi **********93-05301-093096, qeydiyyat tarixi xx.xx.2012-ci il), həmçinin iş üzrə maddi sübut olan və hazırda DTX-nin Maliyyə idarəsində saxlanılan 29 aprel 2020-ci il tarixdə Məhkum üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş - ümumilikdə 2600 (iki min altı yüz) manat və 100 ( yüz) ABŞ dollarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1, 99-2 və 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmiş, o cümlədən maddi sübutlar və iş üzrə məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi vəkil Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə digər Müdafiəçi4 tərəfindən verilmiş əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rafiq Cəfərov (sədrlik edən), Elşad Əliyev və Məh əmməd Bağırovdan ibarət məhkəmə tərkibində) 19 dekabr 2022-cü il tarixli 1(106)-510/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, ona təyin olunmuş əsas və əlavə cəzalar, yəni Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308. 2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1, 99-2 və 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması müəyyən edilmiş və hökmdə sahibinin adı səhvən “X7” kimi göstərilmiş “Audi A8” markalı **-MM-*** qeydiyyat nişanlı avtomobilin sahibinin soyadı, adı və atasının adı “X3” kimi qəbul edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-cü il tarixli 1(106)-510/2022 nömrəli qərarından müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3 tərəfindən kassa siya şikayəti verilmiş və Maraqlı şəxs birgə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 141 saylı mənzilin xüsusi müsadirə edilən əmlakların siyahısından çıxarılması və həmin mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ələsgər Novruzov, Şahin Yusifov və Rəşad Abdulov) 17 oktyabr 2023-cü il tarixli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3 tərəfindən kassasiya şikayəti təmin edilməmiş, qərar həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 26 aprel 2011-ci il tarixdən 29 aprel 2020-ci il tarixədək Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuzluqlara yol vermiş, CM-in 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş i ttihamın hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Müdafiəçi bildirmişdir ki, Məhkum ona CM-in 179.4, 311.3.2 v 311.3.3-cü maddəsi ilə müəyyən edilən ittihamlarda özünü təqsirli bilməyərək dövlət əmlakını talamadığını və rüşvət almadığını bildirərək, mənimsədiyi və rüşvət aldığı bildirilən ittihamlar üzrə pul vasaitlərini qulluq mövqeyindən sui-istifadə etməklə və vəzifə saxtakarlığı törədərək Biləsuvar şəhərində inşa edilən ictimai binaların - Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon şöbəsinin Binasının, X5, 3 saylı uşaq Bağçasının, X6 Muzeyinin tikintisinə və rayon əhəmiyyətli tədbirlərə sərf edildiyini göstərmişdir. İbtidai istintaq və məhkəmə tərəfindən təqsirləndirilən şəxsin "İnsan haqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin d) yarımbəndinin, CPM-in 32.2.4, 32.2.6 və 32.2.7-ci maddələrinin, 121.2-ci maddəsinin tələbləri pozulmuşdur. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində müdafiəçini ibtidai istintaqa vəsatətlə təqdim etdiyi Biləsuvar Yeni Azərbaycan Partiyasının Binasının, X5, 6 saylı Uşaq Bağçası və Bayraq Meydanı və Bayraq Muzeyinin qiymətləndirilməsi barədə Qiymətləndirici şirkətin rəyi (c.27.i.v.201-295) istintaq orqanı tərəfindən əsaslandırılmadan rədd edilmişdir Müdafiəçi 1-ci instansiya məhkəməsində təqsirləndirilən şəxsin rüşvət alması, dövlət əmlakını mənimsəməsi iddia edilən əməllərin nəticəsi olaraq vəsaitlərin mənimsənilmədiyi və rüşvət hesab edilən vəsaitlərin şəxsi istifadəyə yönəlmədiyini təsdiq e dən dəlilləri araşdırmaqdan əsassız olaraq imtina etmişdir. Biləsuvar rayon icra hakimiyyətinin mülki iddia ərizəsində Məhkum 3.143.087,1 manat tələb edilmişdir. Müdafiəçi mülki iddiaya etiraz edərək, Biləsuvar rayon Yeni Azərbaycan Partiyası, X5, 6 saylı uşaq bağçasının Bayraq meydanı və Bayraq muzeyinin inzibati binalarinı, ümumilikdə 3.802.598 manat dəyərində əmlakı mülki iddianın əvəzinə verilməsi barədə xahiş etmişdir. Cinayət işinin istintaq materiallarından görünür ki, şahidlər Məhkum adindan tədbirlər keçirilməsi adı ilə rüşvət alındığını bildirmişlər. Müdafiə tərəfi bu xüsusatın, yəni büdcədən maliyyələşdirilməyən və rayon icra hakimiyyəti tərəfindən təşkil edilən tədbirlərin hansı vəsait hesabına keçirilməsi ilə bağlı şahidlərin ifadələrində göstərdiyi halları birinci instansiya məhkəməsində araşdırılmadığını apellyasiya şikayətində bildirmiş və bu faktı təsdiq edən dəlilləri, yəni dövlət büdcəsindən maliyyələşdirilməyən, lakin rayon icra hakimiyyəti tərəfindən keçirilən tədbirlər barədə məlumatları Biləsuvar rayon icra hakimiyyətinin internet səhifəsindən götürərək məhkəməyə təqdim etmiş və Məhkum ifadəsində göstərdiyi yerli vəzifəli şəxslərin və sahibkarların hesabına tədbirləri keçirdiyini əsaslandırmışdır Məhkəmə həmin sübutları araşdırmaqdan imtina etmişdir. Məhkəmələr Məhkum ailəsinin mülkiyyətində olan və üzərinə həbs qoyulan əmlakın cinayət yolu ilə əldə edilməsininin araşdırılıb-araşdırılmamasını yoxlamaqdan imtina etmişdir. Müdafiə tərəfi Məhkum ailəsinin mülkiyyətində olan və üzərinə həbs qoyulan əmlakın cinayət hadisələri törədilən vaxta qədər alındiğı nı təsdiq edən dəlilləri birinci instansiya məhkəməsində şifahi olaraq səsləndirmiş, ikinci instansiya məhkəməsinə isə müdafiə tərəfinin dəlilləri sübutlar olaraq təqdim edilmişdir. Baxmayaraq ki, həmin əmlakın cinayət yolu ilə əldə edildiyini təsdiq edən sübutları ibtidai araşdırma orqanı toplamamışdır. Məhkəmə iclasında məhkumun müdafiəçisi Müdafiəçi4 iştirak edərək cinayət işində prosessual pozuntulara yol verildiyini bildimiş, buna görə də məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək yekun qərar ı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şi kayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının, eləcə də şikayətin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olma yaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi məhkuma bəraət verilməli olmasını iddia edərək və məhkum barəsində olan məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 200 9-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki f orma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüquq unun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya müraciətləri ilə müraciət etmiş tərəflərə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların düzgün araşdırılmadığını, hərtərli, tam və obyektiv araşdırma aparılmadığını əsas gətirərək məhkəmə qərarının ləğv edilərək yenidən araşdırılması üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onlara məcmu halda hüquqi qiymət ve rərək müəyyən etmişlər ki, Məhkum 26 aprel 2011-c ildən 29 aprel 2020-ci il tarixədək olan müddət ərzində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində birbaşa özü üçün şəxsən və vasitəçidən istifadə edib, pul vəsaitləri qismində maddi nemətləri istəyərək qəbul etməklə, təkrar külli miqdarda rüşvət almış, tamah niyyəti ilə təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin h üquqlarına və qanuni mənafelərinə, eləcə də cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, habelə vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və informasiya resurslarına təkrar bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törədərək, ona etibar edilmiş xeyli, külli və xüsusilə külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkum məhkəmə istintaqında mənimsəmə və israfetmə yolu ilə ona etibar olunmuş külli miqdarda taladığı pul vəsaitlərini, habelə müxtəlif vəzifəli şəxslərdən külli miqdarda aldığı pulları rüşvət kimi deyil, həmin vəsaitləri Biləsuvar rayonunda aparılan təmir tikinti və abadlıq işlərinə xərcləməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri iş materiallarına uyğun olmayan, özünü müdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirmiş və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etməmişdir. Belə ki, Məhkum 26 aprel 2011-ci ildən 29 aprel 2020-ci il tarixədək Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə təkrarən (23 epizod üzrə) ümumilikdə 3.331.637 manat 12 qəpik məbləğində dövlət əmlakını mənimsəmə və israf etmə yolu ilə talaması, habelə çoxsaylı vəzifəli şəxslərdən 13-ü külli miqdar olmaqla (32 epizod üzrə,) birbaşa özü üçün, şəxsən və vasitəçilərdən istifadə edib, ümumilikdə 831.000 manat məbləğində pul vəsaitini təkrar rüşvət qismində istəyərək alması- Maliyyə Nazirliyinin Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş aktlarla, ekspertiza rəyləri, habelə iş üzrə şahid qismində dindirilmiş çoxsaylı vəzifəli şəxslərin ifadələri, üzləşdirmə protokolları və digər sənədlərlə tam təsdiq olunmuş, Məhkum mənimsəmə və ya israfetmə yolu ilə taladığı, habelə rüşvət kimi aldığı yuxarıda qeyd olunan külli miqdarda pul vəsaitlərini sonradan haraya və ya hansı sahəyə sərf etməsi iş üçün heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə Məhkum törətdiyi cinayətlərin xarakterini və yüksək ictimai təhlükəliliyini müzakirə edərək qeyd edir ki, korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu neqativ təzahür cəmiyyətin mütərəqqi inkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi üçün ciddi problem hesab e dilir. Rüşvət alma cinayətin təhlükəliliyi ondan ibarətdir ki, o, hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıldır, dövlət orqanlarını əhali qarşısında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Məhkum qulluq mövqeyindən istifadə edərək dövlət tərəfindən ona inanılıb tapşırılmış külli miqdarda pul vəsaitini təyinatına uyğun olmayan qaydada istifadə etməsi, dövlətin külli miqdarda pul vəsaitini mənimsəyib israf etməklə öz şəxsi məqsədləri üçün xərcləməsi nəticəsində ölkəmizin iqtisadi maraqlarına mühüm zərər vurmuşdur. Uzun müddət rəhbər vəzifələrdə işləmiş Məhkum törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəliliyini qabaqcadan görmüş və bunları şüurlu surətdə arzu et mişdir. Məhkəmə kollegiyası birinci və instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlara məcmu halında hüquqi qiymət verilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında belə nəticəyə gəlir ki, Məhkum qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməllər Məhkum tərəfindən törədilmiş və onun cinayət əməlləri qanunvericiliklə müəyyən edilmiş qaydada tam sübuta yetirilmişdir. Cinayət işi üzrə sübutların yenidən araşdırılmasına və qiymətləndirilməsinə hər hansı bir zərurət iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin bir dəlili də müsadirə olunmuş əmlaklarla bağlıdır. Cinayə t işinin materiallarından görünür ki, Məhkum qarşı irəli sürülmüş mülki iddialar təmin edilmiş və ondan Biləsuvar rayon İcra Hakimiyyətinin xeyrinə 3 206 475 manta pulun, “X11” MMC-in xeyrinə isə 125 161 manat pulu tutularaq ödənilməsi qərara alınmışdır. CM-in “Əmlakın dəyərinə görə xüsusi müsadirə” adlanan 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə müsadirə edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 76-cı bəndində göstərilmişdir ki, nəzərə alma q lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidirsə, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Qərarın 77-ci bəndinə əsasən CM-in 99-2-ci maddəsində təsbit edilmiş əmlakın dəyərinə görə xüsusi müsadirəyə dair müddəaya da CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair s əbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus başqa, yəni baxılan cinayətlə əlaqəsi olmayan əmlakın alınmasını tələb edən norma kimi baxılmalıdır. Dövlət nəfinə alına bilinməyən əmlakın əvəzinə təqsirləndirilən şəxsə məxsus digər əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi vəzifəsi BMT-nin 2004-cü il 27 fevral tarixli “Korrupsiya əleyhinə” Konvensiyasının, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə dair” Avropa Şurasının 1990-cı il 8 noyabr tarixli Konvensiyasının, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının 2005-ci il 16 may ta rixli Konvensiyasının (bundan sonra – 2005-ci il Varşava Konvensiyası) müddəalından da irəli gəlir. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 248.2 və 248.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə (onun nədən ibarət və kimdə olmasından asılı olmayaraq) həbs qoyulur. CPM-in 289.8.3 və 289.8.4-cü maddələrinə əsasən ittiham aktına müstəntiqin xüsusi müsadirə olunması təklif edilən əmlak ba rədə, habelə mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə arayışları əlavə edilir. Odur ki, CM-in 99-1.1-ci maddəsində göstərilən yalnız cinayət prosesində müəyyən olunmuş (məsələn, maddi sübut kimi tanınmış) əmlakın deyil, həmin əmlakı (məsələn, oğurlanmış əmlakı) onun istifadə edilməsi, özgəninkiləşdirilməsi və s. səbəblərdən aşkar etmək mümkün olmadıqda ona bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus digər əmlakın (bu əmlakın nədən ibarət olmasından və kimdə olmasından asılı olmayaraq) müsadirə edilməsini təmin etmək üçün cinayət-prosessual qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə və bunun nəticəsi kimi şəxsin cinayət yolu ilə əldə etdiyi gəlirlərdən məhrum edilməməsinə cinayət mühakimə icraatının məqsədləri ilə bir araya sı ğmayan hal kimi baxılmalı, cinayət təqibi orqanının təqsirləndirilən şəxsə məxsus digər əmlakın müəyyən edilməsi və üzərinə həbs qoyulması üçün kifayət qədər səy göstərməməsi onun bu məsələdə fəaliyyətsizliyi kimi qiymətləndiriməli və məhkəmə tərəfindən belə hallara xüsusi qərar çıxarılmaqla münasibət bildirilməlidir. Həmçinin, belə hallarda məhkəmə əmlakın xüsusi müsadirəsini təmin etmək üçün müvafiq tədbirlər görməli, o cümlədən təqsirləndirilən şəxsə məxsus müsadirə edilməsi nəzərdə tutulmuş başqa əmlakın üzərinə həbs qoymalı, həmin əmlakın dəyəri ilə istifadə edilmiş, özgəninkiləşdirilmiş və ya sair səbəbdən dövlət nəfinə alına bilinməyən əmlakın dəyəri arasında bərabərliyi gözləmək üçün zəruri olduğu hallarda müsadirə olunmalı əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə eks pertizası təyin etməlidir. Qeyd edilənlərdən də göründüyü kimi əmlakların müsadirəsi tam qanuni əsaslarla həyata keçirilmiş və kassasiya şikayətinin həmin dəlili də əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaların hədləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qərarlarından görünür ki, məhkum M.X9 Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 46.2ci maddəsi tətbiq edilməklə, CM-in 179.4-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, ona təyin olunmuş əsas və əlavə cəzalar, yəni CM-in 179.4cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanları nda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2018-ci il tarixli, 756 №-li sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və 27 may 2019-cu il tarixli, 1205 №-li sərəncamı ilə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilməsini, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkərək PX-in Müalicə Müəssisasində mülaicə edilıməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstəri lməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci madd əsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhl ükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şərainə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri yekunlaşdıraraq belə nəticəyə gəlir ki, Məhkum cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qəbul edilməli, onun təqsirli bilinərək məhkum edildiyi CM-in 179.4-cü maddəsinə CM-in 62-ci maddəsi tətbiq edilməli və Məhkum təqsirli bilindiyi həmin maddənin sanksiyasının aşağı həddindən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, onun təqsirli bilindiyi CM-in 311.3.2 və 311.3.3-cü maddəsi təyin edilmiş cəza yüngülləşdirilməli, ona cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 il 2 aya endirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 8 ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsəsən Məhkum Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-968/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-968/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver