Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-969/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərər çəkmiş şəxslərin hüquqi varisi X14 nümayəndəsi X7, Məhkum1 və onun müdafiəçisi Zeynalov Zakir Nuru o ğlunun iştirakları ilə, Masallı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 314.3-cü maddələri təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Zeynalov Zakir Nuru oğlu və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Masallı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Bəhmənov Habil Xanoğlan oğlu) Məhkum2, xx xxxxxxx 1959-cu il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran X32 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində işləmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, və Məhkum1, xx xxxxxxxx 1966-cı il tarixdə Masallı rayonuun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qaz istismarı idarəsinin Masallı Xidmət Sahəsinin TəmirBərpa Xidmətində nəzarətçi-çilingər vəzifəsində işləyən, ünvan 1-də qeydiyyatda olan və yaşamış, hər birisi CM-nin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Məhkum2 CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə sində çəkməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum1 isə CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən X13 X32 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində işləyərkən Masallı rayonu Sığıncaq kənd sakini X19 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yer inə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən xx xxxxxx 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X11, X1 və X23 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz”X6 X32 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində işləyərək yerinə yetirdiyi inzibati-təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla, Lənkəran X32 İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli “Lənkəran X32 İdarəsinin Təmir-Bərpa Xidmətinin mühəndisi vəzifə Təlimatı”nın 1.1ci bəndinə uyğun olaraq istismar, istehsalatın və əməyin təşkili, cari təmir, texniki nəzarət, elmi-texniki fəaliyyət işlərini yerinə yetirməli, işlərin yerinə yeti rilməsi, avadanlıq və cihazların sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi texniki tədbirlərin görülməsinə nəzarət etməli, həmin “Təlimatın 1.7-ci maddəsinə əsasən ARDNŞ-nin, Birliyin və İdarənin əmr, qərar, sərəncam və göstərişlərini, həmçinin fəaliyyət sahəsi üzrə tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirməli olduğu, qüvvədə olan “Qaz təsərrüfatına təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinə əsasən qurğuların hər hansında qazın olması aşkar edildikdə bu barədə QDX-ni xəbərdar etməli və eyni zamanda qurğuların və zirzəmilərin havasını dəyişmək üçün tədbirlər görməli, bu halda əlavə olaraq, qaz kəmərindən 50 metr radiusda yerləşən binaların zirzəmiləri və başqa yeraltı qurğuları yoxlamalı, binaların, zirzəmilərində qaz aşkar edildikdə, binadakı adamlara açıq oddan istifadə etm əmək barədə xəbər verməli, lazım olduqda adamları binadan çıxarmalı, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11-ci bəndinə əsasən qaz kəməri xəttində, havada qazlılıq və ya qaz sızma əlaməti tapıldıqda yoxlamanı aparan işçi bu barədə qəzadispeçer xidmətinə xəbər verməli və briqadanın gəlməsinə qədər qaz buraxması haqqında evdə yaşayanları və ya yoldan ötənləri xəbərdar etməli, açıq alovdan və elektrik cihazlarından istifadə edilməməsi barədə, eləcə də binaların havasının dəyişdirilməsi üçün tədbirlər görməli, əlavə olaraq qaz kəmərinin hər iki tərəfindən 50 metr məsafədə olan zirzəmilərin, birmərtəbəli binaların, yeraltı qurğuların (kolmmunikasiyaların), kəmər və quyuların havasını dəyişdirməli və cihazla havada qazlığının yoxlanılmasını təşkil etməli olduğu halda bun lara əməl etməyərək Masallı rayon Sığıncaq kənd sakini X14 yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı yeraltı qaz xəttində qaz sızmasının olması barədə xx xxxxxx 2018-ci il tarixdə Təmir-Bərpa xidmətinin rəisi vəzifəsini icra edən X8 ona verdiyi məlumatı xidmət müqaviləsi üzrə təmir-bərpa xidmətində nəzarətçi-çilingər işləyən Məhkum1 Muxtar oğluna verərək sonuncuya həmin ünvandakı qaz sızmasını aradan qaldırmasını tapşırmış, Məhkum1 əvvəlki gün qeyd edilən ünvanda olduğu və qaz sızmasının aradan qaldırılması üçün texnika və əlavə işçi qüvvəsi lazım olması, bu səbəbdən tək həmin ünvana getməyəcəyini deməsinə əhəmiyyət verməmiş və qaz sızması barədə daxil olmuş məlumatın icrasız qalmasını bilmiş, lakin yeraltı qaz xəttindəki qaz sızmasını aradan qaldırmayaraq və baş verə biləcək qəzanın qa rşısının alınması üçün heç bir tədbir görməyərək “Lənkəran X32 İdarəsinin Təmir-Bərpa Xidmətinin mühəndisi vəzifə Təlimatı”nın 1.1 və 1,7-ci bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinin və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11-ci bəndlərinin tələblərini pozmuş, göstərilən hərəkələ'" ~ həmin ünvanda yaşayan şəxslərin ölümünə və ya digər ağır nəticələrə səbəb olacağı ehtimalını görməli olduğu halda, səhlənkarıq edərək üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək onları görməmiş, bu səbəbdən X22ya məxsus fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz xəttindən sızan qazın sonuncunun evinin zal otağının içərisinə yığılması, partlayış konsentrasiyalı qaz-hava qatışığının yaranması və həmin qarışığın xx xxxxx x 2018-ci il tarixdə saat 19:30 radələrində elektrik qığılcımının təsirindən alışması səbəbindən baş vermiş güclü partlayış nəticəsində ehtiyatsızlıqdan həmin vaxt evdə olan 3 nəfər şəxsin, yəni xx.xx.2005-ci il təvəllüdlü X11 ümumi bədən səthinin 98-100 %-ni əhatə edən sifətin başın tüklü hissəsinin, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki sağrı nahiyəsinin, aralığın, tənəffüs yollarının, İİİAİİİB-İV dərəcəli termiki yanığı kimi sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına və bunun nəticəsində əmələ gəlmiş ağır dərəcəli yanıq şokundan xx.xx.2018-ci il tarixdə 07:20-də, xx.xx.2011-ci təvəllüdlü X1 ümumi bədən səthinin 75-80 %-ni əhatə edən ll-lll dərəcəli termiki yanıq kimi sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsar ətləri almasına və bunun nəticəsində əmələ gəlmiş yanıq toksemiyasından (yanıq yaraları fonunda gedən maddələr mübadiləsi zamanı yaranan zəhərli maddələrin qana keçərək orqanizmi zəhərləməsi) xx xxxxxx 2018-ci il tarixdə saat 16:25-də, xx.xx.2006-cı il təvəllüdlü X23 isə ümumi bədən səthinin 60-65%-ni əhatə edən başın, sifətin, boynun, hər iki yuxarı və aşağı ətrafların, kürək nahiyəsinin İİİ A-İİİB termiki yanığı kimi ağır dərəcəli bədən xəsarəti almasına və bunun nəticəsində əmələ gəlmiş toksemiyasından xx xxxxxx 2018-ci il tarixdə saat 07:18-də Bakı şəhərində yerləşən Ə.Əliyev adına plastik və rekonsturuktiv cərrahiyə klinikasında ölmələrinə və X22nın mülkiyyətində olan evə 7646 manat məbləğində mühüm ziyan vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Həmin hökmə görə, X10 X32 İdarəsin in Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən, Masallı rayonu Sığıncaq kənd sakini X19 məxsus olan fərdi yaşayış evinin həyat qapısının qarşısından keçən yeraltı qaz kəmərində təhlükəli qaz sızma olmasını şəxsən görüb müəyyən etdiyi halda, nəzarətçi çilingər kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmanın qarşısının alınması üçün heç bir tədbir görməmiş, bu səbəbdən xx xxxxxx 2018-ci il tarixdə həmin evdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfər şəxsin, yəni X11, X1 və X23 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, xx xxxxxx 2016-cı il tarixli, 752 nömrəli xidmət müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X6 X32 İdarə sinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində nəzarətçi-çilingər vəzifəsində işləyərkən “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinə əsasən qurğuların hər hansında qazın olması aşkar edildikdə bu barədə QDX-ni xəbərdar etməli və eyni zamanda qurğuların və zirzəmilərin havasını dəyişmək üçün tədbirlər görməli, bu halda əlavə olaraq, qaz kəmərindən 50 metr radiusda yerləşən binaların zirzəmiləri və başqa yeraltı qurğuları yoxlamalı, binaların, zirzəmilərində qaz aşkar edildikdə, binadakı adamlara açıq oddan istifadə etməmək barədə xəbər verməli, lazım olduqda adamları binadan çıxarmalı, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11-ci bəndinə əsasən qaz kəməri xəttində, havada qazlılıq və ya qaz sızma əlaməti tapıldıqda yoxlamanı aparan işçi bu b arədə qəza-dispeçer xidmətinə xəbər verməli və briqadanın gəlməsinə qədər qaz buraxması haqqında evdə yaşayanları, və ya yoldan ötənləri xəbərdar etməli, açıq alovdan və elektrik cihazlarından istifadə edilməməsi barədə, eləcə də binaların havasının dəyişdirilməsi üçün tədbirlər görməli, əlavə olaraq qaz kəmərinin hər iki tərəfindən 50 metr məsafədə olan zirzəmilərin, birmərtəbəli binaların, yeraltı qurğuların (kolmmunikasiyaların), kəmər və quyuların havasını dəyişdirməli və cihazla havada qazlığının yoxlanılmasını təşkil etməli, xx xxxxxx 2016-cı il tarixli, 752 nömrəli xidmət müqaviləsinin 3.2.3-cü bəndinə əsasən xidməti ərazidə qaz avadanlıqlarında yaranmış nasazlıqları aradan qaldırmaq məqsədi ilə yerində həll oluna biləcək xırda təmir işlərini həyata keçirməli, xidməti ərazidə olan q az sızmalarının, istismarda olan daxili qaz kəmərlərinin və cihazlarının kipliyə yoxlanılmasını həyata keçirməli, aşkar olunmuş çatışmazlıqlar barədə sifarişçinin səlahiyyətli nümayəndəsinə məlumat verməli, müqavilə üzrə xidmət vəzifələrinin yüksək peşəkarlıqla, keyfiyyətlə və vicdanla icra olunmasını təmin etməli olduğu halda, bunlara əməl etməyərək xx.xx.2018-ci il tarixdə Masallı rayon Sığıncaq kənd sakini X14 yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı D-57 mm yeraltı qaz xəttində qaz sızmasının olması barədə X3 Əli Əbülfəz oğlunun Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin 104 zəng mərkəzinə verdiyi məlumat üzrə xidmətin dispeçeri X25 tərəfindən ona verilən məlumat əsasında X22nın yaşadığı ünvana gedərək həyət qapısının qarşısında keçən yeraltı qaz kəmərində təhlükəli həddə qaz sızma olmasını müəyyən etmiş, lakin həmin vaxt Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini faktiki olaraq icra edən X12 mobil telefonla zəng edib mövcud vəziyyət, yəni yeraltı qaz borusunda təhlükəli həddə qaz sızma olması, həmin qaz sızmanın aradan qaldırması üçün təkbaşına heç bir iş görə bilməyəcəyi barədə məlumat verməklə kifayətlənərək, X22nı və ailə üzvlərini qaz sızma nəticəsində baş verə biləcək hadisə və hadisənin qarşısının alınması üçün təlimatlandırmadan oradan uzaqlaşmış, növbəti gün, yəni xx.xx.2018-ci il tarixdə X22nın yaşadığı evinin yaxınlığındakı yeraltı qaz xəttində qaz sızma olması barədə Təmir-Bərpa Xidmətində yazılmış qeydin xidmətin mühəndisi Məhkum2 ona verməsinə baxmayaraq, bir gün əvvəl həmin ünvanda olması səbəbindən yenidən həmin ünvana getm əmiş, beləliklə Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin nəzarətçi-çilingəri kimi X22nın yaşadığı evin həyət qapısının qarşısından keçən yeraltı qaz Xəttindəki qaz sızmasını təhlükəli həddə olmasını bilə-bilə bunu aradan qaldırmayaraq və baş verə biləcək qəzanın qarşısının alınması üçün heç bir tədbir görməyərək “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” 9.31-ci bəndinin, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11-ci bəndinin, və “Azəriqaz”İB-nin Lənkəran X32 İdarəsi ilə bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 752 nömrəli xidmət müqaviləsinin 3.2.3-cü bəndinin tələblərini pozmuş, göstərilən hərəkətlərinin həmin ünvanda yaşayan şəxslərin ölümünə və ya digər ağır nəticələrə səbəb olacağı ehtimalını görməli olduğu halda, üzərinə düşən xidməti vəzifələrini yerinə y etirməyərək onları görməmiş, nəticədə X22ya məxsus fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz xəttindən sızan qazın sonuncunun evinin zal otağının içərisinə yığılması, partlayış konsentrasiyalı qaz-hava qatışığının yaranması və həmin qarışığın xx xxxxxx 2018-ci il tarixdə saat 19:30 radələrində elektrik qığılcımının təsirindən alışması səbəbindən baş vermiş güclü partlayış nəticəsində ehtiyatsızlıqdan həmin vaxt evdə olan 3 nəfər şəxsin, yəni xx.xx.2005-ci il təvəllüdlü X11 ümumi bədən səthinin 98-100 %-ni əhatə edən sifətin başın tüklü hissəsinin, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki sağrı nahiyəsinin, aralığın, tənəffüs yollarının, İİİAİİİB-İV dərəcəli termiki yanığı kimi sağlamlığa ağır zərər vurmaya aid edilən bədən x əsarətləri almasına və bunun nəticəsində əmələ gəlmiş ağır dərəcəli yanıq şokundan xx.xx.2018-ci il tarixdə 07:20-də, xx.xx.2011-ci təvəllüdlü X1 ümumi bədən səthinin 75-80 %-ni əhatə edən ll-lll dərəcəli termiki yanıq kimi sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına və bunun nəticəsində əmələ gəlmiş yanıq toksemiyasından (yanıq yaraları fonunda gedən maddələr mübadiləsi zamanı yaranan zəhərli maddələrin qana keçərək orqanizmi zəhərləməsi) xx xxxxxx 2018-ci il tarixdə saat 16:25-də, xx.xx.2006-cı il təvəllüdlü X23 isə ümumi bədən səthinin 60-65%-ni əhatə edən başın, sifətin, boynun, hər iki yuxarı və aşağı ətrafların, kürək nahiyəsinin İİİ A-İİİB termiki yanığı kimi ağır dərəcəli bədən xəsarəti almasına və bunun nəticəsində əmələ gəlmiş toksemiyasından xx xxxxxx 2 018-ci il tarixdə saat 07:18-də Bakı şəhərində yerləşən Ə.Əliyev adına plastik və rekonsturuktiv cərrahiyə klinikasında ölmələrinə və X22nın mülkiyyətində olan evə 7646 manat məbləğində mühüm ziyan vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Hökmdən Məhkum2 müdafiəçisi Hüseynov Əliheydər Sərdar oğlu və Məhkum1 müdafiəçisi Zeynalov Zakir Nuru oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X14 nümayəndəsi X20 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Z.N.Zeynalov, hər birisi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkumlar barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 12, 27, 28, 127-ci maddələrinə, “İnsan Hüquqlarının və X17 haqqında” Avropa Konvensiyasıın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CMnin bir sıra normalarına, habelə özünün, Məhkum1 və Lənkəran X32 İdarəsinin Masallı Xidmət Sahəsinin təmir-bərpa xidmətinin rəisi vəzi fəsində işləmiş X23nin xidməti vəzifələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin dekabr ayından Lənkəran Regional Qİİ-nin Masallı xidmət sahəsinin təmir-bərpa xidmətinin mühəndisi vəzifəsində işləmiş, təlimata əsasən vəzifəsi qaz təsərrüfatı obyektlərində əsaslı tikinti işlərini aparmaq, tikili obyektlərində yenidən qurma, əsaslı və cari təmir işlərini yerinə yetirmək, qaz sayağacları quraşdırmaq, iş yerlərinin texniki vəziyyətinə nəzarət yetirmək, texniki-təşkilatı tədbirilər planında nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirmək, qaz sızmaları barədə daxil olmuş məlumat əsasında dərhal tədbir görmək yə baş verə biləçək qəzaların aradan qaldırılmaq, habelə vəzifə təlimatına uyğun o laraq başqa işləri görmək olmuşdur. Məhkəmə istintaqında araşdırma aparılan zaman o, xidmət rəis X16 evinə gedən qaz kəmərində qaz sızmasını aradan qaldırılması ilə bağlı ona heç bir tapşırıq vermədiyini, xx xxxxxx 2018-ci ildə Məhkum1 sızma barədə heç bir söz demədiyini, həmçinin X27 qaz sızması üçün tədbir görməsi barədə ona heç bir tapşırıq verməməsini bildirmiş, bu səbəbdən mühəndis kimi onun qaz sızması barədə məlumatı olmamışdır. Bu haqda o, yalnız X44 evində partlayış baş verəndən sonra bilmişdr. Məhkum2 qeyd etmişdr ki, qaz sızmasının qarşısının alınması barədə X23 Məhkum1 tapşırıq vermiş, o, isə texniki imkanlar olmadığından bu tapşırığı icra edə bilməmişdir. Məhkum2 kassasiya şikayətində göstərdiyi digər dəlillər isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi onun barəsində cəza tədbiri seçərkən, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə də hökmü qüvvədə saxlayarkən onun şəxsiyyətini səciyyələndrən halları, qanunvericiliyin tələblərini nəzərə almamış və ona həddindən artıq ağır cəza təyin etmişdir. Özünü hər hansı bir cinayətin törədilməsində təqsirli bilməyən Məhkum2 qanunsuz məhkum olunmasını iddia edərək kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci i tarixli qərarının ona aid hissədə ləğv edilməsini və onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslalra xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkumun Məhkum1 müdafiəçisi Z.N.Zeynalov kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət qanu nu normalarını düzgün tətbiq etməmiş, vəzifəli şəxs olmayan və buna görə də vəzifə cinayətinin subyekti hesab edilməyən Məhkum1 tamamilə əsassız olaraq CM-nin 314.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşaraq birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş nöqsanları aradan qaldırmamışdır. İşin faktiki hallarını mübahisələndirən müdafiəçi qeyd etmişdir ki, Məhkum1 X44nın evinə gedən qaz kəmərində qaz sızması barədə məlumatı olsa da, bu qaz sızmasının aradan qaldırılması onun imkanları xaricində olmuş, sızmanın qarşısının vaxtında alınmamasına görə məsuliyyəti həmin vaxt Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini faktiki olaraq icra edən, yəni vəzifəli şəxs olan X21 daşımış, partlayış da Məhkum1 deyil, məhz X23nin öz vəzi fələrinin yerinə yetirilməsinə səhlənkar yanaşması nəticəsində baş vermişdir. Digər tərəfdən X44nın yaşadığı Sığıncaq kəndi üzrə nəzarətçiçilingər vəzifələrini başqa şəxs icra etmiş və qaz sızmasının qarşısının alınmamasına görə məsuliyyəti həm də o, və mühəndis Məhkum2 da daşımışlar. Bu hallar “X2 Qaydaları” ilə, habelə Məhkum1lə bağlanmış əmək müqaviləsinin şərtləri ilə təsdiq olunmasına baxmayaraq, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr bu sənədlərə əhəmiyyət verməmiş və nəticədə Məhkum1 tamamilə qanunsuz olaraq ona ittiham olunmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Müdafiəçi həmçinin Məhkum1 təyin olunmuş cəzanı da həddindən artıq ağır hesab edərək hökmün cəza təyini hissəsində qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21 -ci maddəsinin tələblərinin pozulmasını qeyd etmiş, yekunda isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci i tarixli qərarının hüquqarını müdafiə etdiyi şəxsə aid hissədə ləğv edilməsini və onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslalra xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının xx xxxxxxxx 2020-ci il tarixli iclasında zərər çəkmiş şəxslərin hüquqi varisi X44nın nümayəndəsiX45 iştirak etsə də, xx xxxxxxx 2020-ci il tarixdə keçirilən iclasda o, naməlum səbəblərdən iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Həmçinin zərər çəkmiş şəxslərin hüquqi varisi X44 da kassasiya şikayətlərinə məhkəmə baxışı iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı proses iştirakçılırının rəylərini dinləyib CPM-nin 519.4-cü maddəsinin tələblərini rəhbər tutaraq kassasiya şikayətlərinə zərər çəkmiş şəxslərin hüquqi varisi X44nın və onun nümayəndəsiX45in iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum2 və Məhkum1 müdafiəçisi Z.N.Zeynalovun kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkumların onlara ittiham olunmuş cinayət əməllərini törətmələri sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkum edilmiş şəxslərin əməllərində cinayət tərkibinin olmadığı halda onlar əsassız və qanunsuz olaraq CM-nin 314.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş, habelə məhkəmələr tərəfindən onlara həddindən artıq ağır cəza təyin olun muşdur. Bununla da, həm Məhkum2, həm də müdafiəçi Z.N.Zeynalov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunmalı və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum2 və müdafiəçi Z.N.Zeynalovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum2 və Məhkum1 məhkum olunmalarına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərar ının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsini n qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndiril məsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquql arının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfda r çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisinin kassasiya şikayətlərində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və işin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına əsasən məhkəmələrin müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, X13 X32 İdarəsinin Masallı Xidmət Sahəsinin Tə mir-Bərpa Xidmətində mühəndis vəzifəsində işləyərkən Masallı rayonu Sığıncaq kənd sakini X19 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almamış, bununla da xx xxxxxx 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X11, X1 və X23 ölümünə səbəb olan, səhlənkarlıq etmişdir. Həmçinin, məhkəmələrin müəyyən etdiklərinə görə, X10 X32 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən, Masallı rayonu Sığıncaq kənd sakini X19 məxsus olan fərdi yaşayış evinin həyat qapısının qa rşısından keçən yeraltı qaz kəmərində təhlükəli qaz sızma olmasını şəxsən görüb müəyyən etdiyi halda, nəzarətçi-çilingər kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmanın qarşısının alınması üçün heç bir tədbir görməmiş, bununla da xx xxxxxx 2018-ci il tarixdə həmin evdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfər şəxsin, yəni X11, X1 və X23 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum2 və Məhkum1 özlərini onlara elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsələr də, onların həmin əməlləri törətmələri zərərçəkmiş şəxslərin hüquqi varisi X44nın, çox saylı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm istintaq orqanı, həm də məhkəmələr tərəfindən, Məhkum2 və Məhkum1 müdafiəçisi Z.E.Hüseynovun kassasiya şikayətlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin hüquqi varisinin və şahidlərin ifadələri qanuna müvafiq qaydada tərtib edilmiş müvafiq protokollarda öz əksini tapmış, işə əla və olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum2 və Məhkum1 təqsirli olmaları hissəsində yekun məhkəmə aktlarnın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçi rilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X17 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda Məhkum2 və Məhkum1 müdafiəçisi Z.E.Hüseynovun kassasiya şikayətlərində irəli sürülmüş dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, iş materiallarında olan hadisə yerin ə baxış protokolu ilə müəyyən edilmişdir ki, hadisə yeri Masallı rayonunun Sığıncaq kənd sakini X19 məxsus olan fərdi yaşayış evidir. Baxış zamanı Lənkəran RQİİ-nin əməkdaşlarının, “xxxx” xidmətinin əməkdaşlarının və ekspertin iştirakı ilə xüsusi cihazlar vasitəsiylə təbii qazın sızdığı yer müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, təbii qazın sızıntısı X22nın yaşadığı evin həyət qapısının çöl tərəfində, yerin 90 sm altı ilə keçən kəndin ana qaz xəttində baş vermişdir. Həmin hissədə texnika vasitəsi ilə qazıntı işləri aparılmış, qaz xəttində 1,5 sm x 0,8 sm ölçüdə deşik olduğu müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli ekspertin iştirakı ilə hadisə yerinə baxış protokolundan görünür ki, Lənkəran RQİİ-nin, “xxxx” MMC-nin əməkdaşlarının iştrakı ilə hadisənin baş verdiyi, X22ya məxsus o lan fərdi yaşayış evinə baxışda iştirak etmiş, baş vermiş partlayışın səbəbinin müyyənləşdirilməsi üçün X22ya məxsus evin həyət qapısından çöldə, avtomobilin yolunun kənarından keçən yer üstü ilə diametri 57 mm olan ana qaz xəttinə, oradan evə gələn qaz xəttinə, evdəki qaz avadanlıqlarına diqqətlə nəzər yetirilmiş, baxış zamanı dağılmalar müşahidə edilmiş, partlayışın baş verdiyi zal otağının qarşısındakı talvarın altında olan həyətin torpaq hissəsində “xxxx” QSC-nin əməkdaşları tərəfindən uzun dəmir lingləri yerə vuraraq şurflar açılmış və həmin şurfların “SENSİT”, PMD tipli zavod nömrəsi 1366 olan qaz ölçü (Metan) cihazla ölçmələr aparılmışır. Baxmayaraq ki, qaz sızıntısının olduğu yerdə qaz borusu bir gün əvvəl kəsilərək götürülmüşdür və qazın sızdığı hissəyə yeni qaz borusu çalanmışdır, ölçmələr aparılarkən giriş qapısının qarşısında 66 % PPM qədər təbii qazın sızdığı məlum olmuşdur. Evin birinci mərtəbəsindəki zal otağında “xxxx” QSC-nin əməkdaşları tərəfindən perfarator adlanan deşici elektrik alətlə otağın yaxın sol və sağ künclərində eləcə də, təxminən orta hissəsindəşurflar açıldıqdan sonra “SENSİT”, PMD tipli qaz ölçü cihazla ölçmələr aparılarkən otağın yaxın sağ küncündə 14 % LEL, sol küçcündə isə 32,5 % V/V və orta hissəsində 10 % LEL-ə qədər yerdən qazın sızması aşkar edilmiş, hadisə yerinə baxış zamanı qaz sızmasının baş verdiyi yerdən partlayışın baş verdiyi otağa qədər olan hissədəşurflar açılaraq həmin yerlərdə “SENSİT”, PMD tipli qaz ölçü cihazla ölçmələr aparılmış və məlum olmuşdur ki, qaz sızmasının baş verdiyi hissədən partlayışın baş verdiyi yerə qədər yerin altında qaz sızması və qaz yığılması mövcud olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, ibtidai istinaq zamanı Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsinin təmir bərpa xidmətinin 104 məlumat mərkəzində zənglərin qeydə alındığı kitablara baxış keçirilmiş, hazırda istifadə olmayan kitablar protokolla götürülmüş, həmin sənədlərdən məlum olmuşdur ki, X11 xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə yaşadıqları evin həyət qapısının qarşısında yeraltı qaz xəttində qaz sızmasının olması barədə məlumat verdiyi müəyyən edilmişdir. Bu fakt telefon danışıqlarının aparılması barədə məlumatlarla da təsdiq edilir. Həmin məlumatlara əsasən, X22nın istifadəsində olan ***-***-**-** nömrədən xx xxxxxx 2018-ci il tarixdə saat 17:51-də qaz sızmasının olması barədə Masallı Xidmət sahəsinin təmir bərpa xidmətinin 104 məlumat mərkəzinə zəng edilərək 235 saniya danışıq aparılmışdır. Məhkəmə-təhlükəsizlik-texnikası ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 33879 saylı rəyində göstərilmişdir ki, partlayışın baş verməsinə səbəb, yaşayış evinin birinci mərtəbəsində yerləşən zal otağının içərisində (partlayış mənbəyində), küçə ilə yerüstü, diametri 57 mm olan polad borularla çəkilmiş ana qaz xəttinin (kəmərinin) yaşayış evinin həyətinin qapısının (darvazanın) qarşısında yeraltıçəkilmiş qaz xəttinin borusunda olan dəlikdən (deşikdən) sızan təbii qazın yığılması, partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və həmin qarışığın elektrik qığılcımının (hadisə zamanı Əli otağın işıqlarını yandırmaq istəmişdir) təsirindən törənmişdir. Partlayış yanğınla müşayət olunmuşdur. Masallı rayonunun Sığıncaq kəndində yeni çəkilmiş orta təzyiqli qaz kəmərinin həmin kənd sakini X22nın yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında yerin altı ilə çəkilmiş boru hissəsində qaz sızmasının olması barədə məlumatın daxil olmasına baxayaraq həmin sızmanın aradan qaldırılması üçün heç bir tədbir görülmədiyinə, eləcə də həmin qaz kəmərinin istismara qəbul edildikdən sonra vaxtaşırı olaraq texniki baxış keçirilməsi təşkil edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.29, 9,30, 9,31 bəndlərinin, “Qaz təsərüfatında texnki təhlükəsizlik qaydalarının” 3.3.5, 3.3.6, 3.3.7, 3.38, 3.3.11 bəndlərinin, “Azəriqaz” İB Lənkəran Qİİ-nin X37 idarəsinin (rayonlar üzrə) Təmir Bərpa xidmətinin əsasnaməsinin” 1.7-ci bəndin in tələbləri pozulmuşdur. Əgər istintaq tərəfindən müəyyən edilsə ki, həqiqətən Masallı Xidmət sahəsinin Təmir-bərpa xidmətinə faktiki olaraq rəhbərlik Lənkəran Regional Qİİ-nin təmir tikinti şöbəsinin mühəndisi X21 tərəfindən edilibsə, bu halda onun tərəfindən yuxarıda qeyd olunmuş tələblərinin polzulması müəyyən edilir. Bununla yanaşı, Masallı rayonu Sığıncaq kənd sakini X22nın yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında orta təzyiqli qaz kəmərinin yeraltı çəkilmiş boru hissəsində qaz sızmasının olmasını aşkar edildiyi halda, həmin evin sakinlərini təhlükə barədə təlimatlandıraraq evin otaqlarda havanın dəyişilməsi, eləcə də adamların evdən çıxarılması üçün hər hansı bir tədbir görülmədiyinə görə, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinin, “Qaz təsərüfatında təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinin, “Qaz təsərüfatında texniki təhlükəszilik qaydaları”nın 3.3.11-ci bəndinin və xx xxxxxx 2016-cı il tarixli 752 nömrəli “Xidmət müqaviləsi”nin 3.2.3-cü bəndinin tələbləri Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsində xidmət müqaviləsinə əsasən nəzarətçi-çilingər işləyən, fiziki şəxs Məhkum1 tərəfindən pozulmuşdur. Əgər istintaq tərəfindən müəyyən edilsə ki, Masallı xidmət sahəsinin təmir-bərpa xidmətinin mühəndisi Məhkum2 hadisədən əvvəl Masallı rayonu Sığıncaq kənd sakini X22nın yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında orta təzyiqli qaz kəmərinin yerin altı ilə çəkilmiş boru hissəsində qaz sızmasının olması barədə məlumatı olmuş və onun tərəfindən həmin sızmanın aradan qaldırıması üçün müvafiq (evin sakinləri təhlükə barədə təlimatlandırması, evin otaqlarında havanın dəyişilməsi, adamların evdən çıxarılması, sızma olan yerə qazın verilməsinin dayandırılması və.s) tədbirlərin görülməsi həyata keçirilmiş, belə olan halda Məhkum2 tərəfindən “Qaz təsərüfatında texniki təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinin, “Qaz təsərüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11-ci bəndinin və “Lənkəran Qİİ-nin X37 idarəsinin (rayonlar üzrə) Təmir Bərpa xidmətinin mühəndisinin vəzifə təlimatı”nın 1.1-ci və 1.7-ci bəndlərinin tələbləri yerinə yetirilməmişdir. Komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 21819 saylı rəyində qeyd olunmuşdur ki, əlavə komisyon ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində göstərilmiş yeni halların, yəni məhkəmə tərəfindən Lənkə ran RQİİ Masallı xidmət sahəsinin çilingər-nəzarətçisi Məhkum1 xx xxxxxx 2018-ci il tarixdə Masallı rayonu Sığıncaq kənd sakini X39un yaşadığı evdə qaz sızması ilə bağlı daxil olmuş məlumatı yoxlayarkən, həmin evin həyət qapısının qarşısında yeraltı qaz xəttindən təhlükəli vəziyyətdə qaz sızması müəyyən edildikdə, bu barədə evin sakini X22nın (evin otaqlarının havasını dəyişmək lazım olduğu, od yandırmaq, siqaret çəkmək, elektrik işığını yandırmaq və söndürmək qadağan olduğu və s. barədə) təlimatlandırıldığının müəyyən edildiyi halda, çilingər Məhkum1 tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması müəyyən edilmir. Əks halda onun tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.31 bəndinin, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11 bə ndinin və xx xxxxxx 2016-cı il tarixli, 752 nömrəli “Xidməti müqaviləsi”nin 3.2.3 bəndinin tələbləri pozulmuşdur. “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında təlimat”ı yaşayış evlərinin və ictimai binalarının daxili qaz avadanlıqlarına aid olduğundan və hadisənin, yəni qaz sızmasının küçə ilə aparılmış paylayıcı qaz kəmərinin yeraltı çəkilmiş hissəsində baş veridiyini nəzərə aldıqda, həmin təlimatın tələbləri baş vermiş hadisəyə şamil edilə bilməz. Masallı xidmət sahəsinin təmir bərpa xidmətinin mühəndisi Məhkum2 hadisədən əvvəl Masallı rayonu Sığıncaq kənd sakini X22nın yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında orta təzyiqli qaz kəmərinin yeraltı çəkilmiş boru hissəsində qaz sızmasın ın olması barədə məlumatın olduğu halda, həmin sızmanın aradan qaldırılması üşün müvafiq (evin sakinlərini təhlükə barədə təlimatlandırılması, evin otaqlarında havanın dəyişdirilməsi, lazım gəlsə adamların evdən çıxarılması, sızma olan yerdə qazın verilməsinin dayandırılması və s.) tədbirlərin görülməsi həyata keçirilmədiyinə görə, onun tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.31 bəndinin, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11 bəndinin və “X35 İstismar İdarəsinin (rayonlar üzrə) Təmir-bərpa xidmətinin mühəndisinin vəzifə təlimatı”nın 1.1 və 1.7. bənlərinin tələbləri yerinə yetirilməmişdir. Göründüyü kimi, Məhkum2 və Məhkum1 üç şəxsin ölümünə səbəb olmuş səhlənkarlıq etmələri, yəni X44nın yaşadığı evin yaxınlığından keçən qaz kəmərində qaz sızmas ının olması barədə bildikləri halda bu nasazlığın aradan qaldırılması üçün səlahiyyətləri çərçivəsində heç bir tədbir görəməmklə öz vəzifələrinin icrasına səhlənkar yanaşmaları və bunun da evdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olması həm yuxarıda şərh edilmiş, həm də iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam və obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası həmçinin Məhkum1 vəzifəli şəxs olmadığına görə CM-nin 314.3-cü maddəsinin subyekti olmaması barədə müdafiəçi Z.N.Zeynalovun dəlilinə cavab olaraq aşağıdakıları qeyd edir. Əvvəla, müdafiəçinin bu dəlilinin təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, müdafiəçi faktiki olaraq Məhkum1 səhlənkarlıq etməsini etiraf edir, lakin onun və zifəli şəxs olmadığına görə səhlənkarlıq cinayətinin subyekti olmaması və buna görə də CM-nin 314.3-cü maddəsi ilə qanunsuz təqsirlibilinməsi barədə idddia irəli sürür. Cinayət məsuliyyətinin əsasları təsbit edilmiş CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Vəzifəli şəxsin anlayışı verilmiş CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsinə görə, “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: 1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanları nı təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; 2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; 5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında göstəçrilmişdir ki: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs he sab olunurlar. Lənkəran X32 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingər vəzifəsində işləmiş Məhkum1lə bağlanmış əmək müqaviləsindən, habelə nəzarətçi-çilingərin vəzifə təlimatından müəyyən olunur ki, Məhkum1 dövlət təşkilatında nəzarətçi-çilingər vəzifəsində işləyən şəxs kimi öz səlahiyyətlərinə görə digər şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna və hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmək səlahiyyətinə malik olmuşdur. Qanunvericiliyin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenmunun hüquqi mövqeyi baxımından məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 vəzifəli şəxs olması barəd ə ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticə əsaslı və qanunidir və buna görə də o, vəzifə cinayətinin, o cümlədən CM-nin 314-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyekti sayılmalıdır. Belə olan halda, məhkəmə kollegyiası bu nəticəyə gəlir ki, həm Məhkum2, həm də Məhkum1 onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətmələri sübuta yetirildiyindən və onların hər birisinin bu əməlləri CM-nin 314.3-cü maddəsi ilə düzgün tövsif edildiyindən, məhkumların barəsindəki apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin icraatına hər hansı bəraətverici əsasla xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətlərində bu haqda irəli sürülmüş dəlillər qəbuledilməz sayılmalıdır. Məhkum2 və Məh kum1 müdafiəçisinin kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən onların əməllərində yüngülləşdirici halların olmasına baxmayaraq həddindən ağır cəza təyin edən rayon məhkəməsinin hökmünün düzgün olmayaraq qüvvədə saxlanılması haqqında dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesa b edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi t əcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş verm iş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hazırki iş üzrə Masallı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 haqqında cəza tədbiri seçərkən onların törətdikləri cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri ilə yanaşı, cəzanı yüngülləşdirən hallar kimi onların yaşayış yerindən müsbət cəhətdən xasiyyətləndirilmələrini, ilk dəfə olaraq hadisələrin təsadüfi axırı zəminində az ağır cinayət törətmələrini, habelə iş üzrə onların cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və onlara bu hallar uyğun olaraq təqsirli bilindikləri CM-nin 314.3-cü maddələrinin sanksiyaları hüdudlarında azadlıqdan mə hrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə cəza təyini hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Məhkəmələrin bu məsələnin həlli zamanı hər hansı halı nəzərə almamaları, kassasiya şikayətinə məhkəmə baxışı zamanı cəzanın növünə və həddinə təsir göstərəcək biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq hesab edir ki, Məhkum2 və Məhkum1, hər birisinə təyin edilmiş cəzalar qanuni və ədalətlidir və həmin cəzaların hər hansı qaydada yüngülləşdirilməsi və bu hissədə də kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədq iq edib kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum1 və onun müdafiəçisi Z.N.Zeynalovun, həmin şikayətlərin təmin olunmaması haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum2 və Məhkum1, hər birisinin CM-nin 314.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinib məhkum o lunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-969/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-969/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver