Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-969/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Seyidov İkram Mövlüd oğlunun iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ya şayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və məhkum tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), R.M.Abdulov və Q.X..Babayev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş və həmin hökmlə Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aya endirilmişdir. İşin halları: Məhkum ibtidai istint aq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən xalis çəkisi 3.982 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 sentyabr 2021-ci il tarixdə saat 16:05 radələrində ünvan 2 ünvanında yerləşən istirahət parkında piyada hərəkətdə olduğu zaman şübhəli şəxs qismində s axlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-in 23-cü PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi 1 ədəd bükümdə qəhvəyi rəngdə, spesifik iyə malik olan külli miqdarda təmiz çəkisi 3.982 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublik ası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan 3,982 qram çəkidə heroinin şəxsi istehlak miqdarından 26 dəfə, külli miqdarından isə 2 dəfə çox olması ona dəlalət edir ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olur. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi İ.Seyidovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellya siya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildi rməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmu ş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasını n qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davr anışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9- cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yu xarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildir ir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş i ttiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, peşəkar idmanla - klassik, yunan-roma güləşi ilə məşğul olmuşdur. Yunan-roma güləşi üzrə üç dəfə Azərbaycan, üç dəfə isə beynəlxalq turnirlərdə çempion olmuşdur. O, narkotik vasitə istifadə edənlərə və narkotikdən istifadə edən insanlara həmişə pis baxmış, peşəkar idmançı olduğundan narkotikə və nifrət etmiş, özü heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 18 sentyabr 2021-ci il tarixdə Keşlə qəsəbəsində yerləşən parkın içərisində yerləşən dönərxanaya getmiş, orada olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və Nizami RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisinin onunla işi olmasını və onu görmək istədiyini bildirərək onu Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmişlər. O, ona mür aciət edən polis əməkdaşlarına rəisin onunla nə işi ola biləcəyini soruşmuş, valideynlərinə məlumat vermək istədiyini bildirmişdir. Lakin polislər ona “səni necə aparırıqsa, eləcə də qaytarıb gətircəyik” cavabını vermişlər. Polis əməkdaşları ilə Nizami RPİ-nin 23-cü PB-nə getmiş, orada PB-nin rəisinin iş otağına aparılmışdır. PB-nin rəisi ondan nəyə görə narkotik vasitə satdırdığını soruşmuşdur. O, PB-nin rəisinə heç vaxt narkotik vasitə satmadığını və narkotik vasitənin nə olmasını bilmədiyini qeyd etmiş, professional idmanla məşğul olduğunu bildirmişdir. PB-nin rəisi ona otaqdan çıxarılması göstərişini vermiş və bundan sonra onu inzibati binanın İ mərtəbəsinə endirib onu otaqlardan birində saxlamışlar. Otaqda onun üst-başı təmiz yoxlanılmış, yoxlama zamanı üzərindən bir ədəd “Samsung” ma rkalı mobil telefon və 15 manat nəğd pul çıxmışdır. Polislər sonradan onun qardaşı şahid6 PB-nə çağırmış və ona məxsus həmin telefonu və 15 manat pulu sonuncuya vermişlər. Bundan təxminən yarım saat sonra onu təkrarən İİ mərtəbəyə rəisin xidməti otağına çıxartmışlar. Xidməti otaqda olan zaman PB-nin rəisi və RPİ-nin CAŞ-nin rəisi Şahid 5adlı şəxs və onun yanında Şahid 4adlı əməliyyatçı da olmuşdur. PB-nin rəisi xidməti otaqda təkrarən ona narkotik vasitə satmasını iddia etdikdə, o, da rəisə təkrarən narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra Şahid 5ona qarşı konkret olaraq «səni narkotik vasitə ilə bağlıyırıq» ifadəsini işlətmiş, yəni ona narkotik vasitə «yükləyəcəklərini» demək istəmişdir. O, Şahid 5müəllimə də narkotik vasitə istifadə etmədiyini və satışı ilə də məşğul olmadı ğını demişdir. Onun bu cavabından sonra Şahid 5müəllim ona “Məhkum, sən yaxşı oğlansan, lakin getməlisən” demişdir. O, Şahid 5bu müəllimin sözləri ilə razılaşmayıb ona “niyə məni bədbəxt edirsiz, göydən Allah baxır, bunu heç kim götürməz” demişdir. Şahid 5müəllim ona «sroka gedirsənsə, hörmətlə get» demiş, əks təqdirdə onun üçün pis olacağı ilə onu hədələmişdir. Bundan sonra o, həmin otaqdan çıxarılaraq xidməti otaqların birinə aparılmış, orada əvvəlcədən hazırlanmış sənədlərə imza etdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsinin davamında göstərmişdir ki, o, Nizami RPİnin 23-cü PB-də heç bir izahat verməmiş, imza etdiyi izahatda nə yazılmasından xəbəri olmamış, lakin ona təzyiq altında izahatlara imza etdirilmişdir. İzahatı imzalaması üçün ona əl-qol atılmış, atasının, qardaşının da PB-nə gətirilib narkotik vasitə yükləyəcəkləri ilə hədələnmiş, odur ki, çarəsiz qalıb razılaşmış və izahata imza etmişdir. Sonradan tanış olduqda izahatında guya onun narkotik vasitəni hansısa zibilliyin yanından tapdığını, özünün istifadə etmədiyini və narkotikə ehtiyacı olan tanımadığı şəxslərə verməsi üçün saxladığını bildirməsinin qeyd olunduğunu görmüşdür. Onun üzərində şəxsi axtarış rəsmləşdirilərkən onun yanında heç bir vəkil olmamış, narkotik vasitə ona məxsus olmadığından o, boynuna götürməmiş, videoçəkilişin alınmayacağını görüb iki nəfər hal şahidinin iştirakı ilə sənədləşmə aparılmışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən ona hər hansı təzyiq olunmasa da, onu dindirmə protokolu müstəntiq tərəfindən yazılıb hazırlanmış və o, təqsirləndirilən şəxsin dindirmə protokol unu oxumadan imzalamışdır. O, onun adına rəsmləşdirilən narkotik vasitəni o, görməmiş, bunu ona polislər özləri demişdir. Polis tərəfindən ona heç bir növdə narkotik vasitə verilməmiş, şəxsən o, özü polisə narkotik vasitə təqdim etməmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsinin davamında daha sonra göstərmişdir ki, şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak edib-etməməsinə o, şəxsən münasibət bildirməmiş, ondan ümumiyyətlə belə bir şey soruşulmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin onun boynuna qoyulduğunu hakimə də demiş, hətta hakim «bu adamda narkoman görünüşü yoxdur» deməklə münasibət də bildirmişdir. Lakin buna baxmayaraq, nədənsə onun həbsinə qarar vermişdir. İş materiallarında Məhkum narko tik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid Nizami RPİ-in 23cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində hazırda xəstə olduğunu və hadisədən uzun zaman keçdiyini, hadisəni detalları ilə tam xatırlamadığını, əvvəl vermiş olduğu ifadəni təsdiq etdiyini, Məhkum barədə əməliyyat məlumatının narkotik vasitənin dövriyyəsi ilə bağlı olduğunu, konkret olaraq nə olduğunu xatırlamdığını bildirmişdir. Verilən suallara cavab olaraq Məhkum qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Məhkum əvvəllər tanımadığını, Məhkum aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbəni, konkret olaraq kiməsə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olma dığını, Məhkum parkda saxladıqlarını, sənədləşmə mümkün olmadığından bölməyə apardıqlarını, orada üzərinə baxış keçirildiyini və üzərindən narkotik vasitə aşkar edildiyini, şəxsin üzərinə baxışın hal şahidi və ya videoçəkilşə keçirilməsini təhqiqatçının müəyyən etdiyini göstərmişdir. Şahid qismində dindirilmiş Nizami RPİ-in 23-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid4 ifadəsində narkotik vasitənin dövriyyəsi ilə bağlı məlumat daxil olduğunu, əməliyyat qrupu yaradıldığını, rəhbərin özü olduğunu, Məhkumı Keşlə qəsəbəsində saxladıqlarını, oradan bölməyə apardıqlarını, üzərinə baxış keçirdiklərini, narkotik vasitə aşkar edildiyini bildirmişdir. Verilən suallara cavab olaraq Məhkum qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Məhkum əvvəllər tanımadığını, əməliyyat məlumatını n Məhkum narkotik vasitədən istifadəsi ilə bağlı olduğunu, Məhkuma yaxınlaşdıqlarını, özlərini təqdim etdiyini, Məhkum etiraz etməyərək onlarla bölməyə gəldiyini, heç bir müqavimət göstərmədiyini, bölmədə Məhkumı təhqiqatçının otağına gətirdiklərini, baxışın hal şahidləri ilə keçirildiyini, üzərindən bir büküm narkotik vasitə aşkar edildiyini, üzərindən xeyli müddət keçdiyindən Məhkumın baxış zamanı nə dediyini xatırlamadığını, Məhkum aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbəni, konkret olaraq kiməsə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-in 23-cü PB-nin polis əməkdaşları Şahid6, Şahid5, Şahid7, X3 eyni məzmunlu ifadə verərək şahidlər Şahid4 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifad ələr verərək onların göstərdikləri halları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, fəhlə işləyir. 2021-ci ilin sentyabr ayının ortalarında, günortadan sonra saat təxminən 15-16 radələrində Nizami RPİ-nin 23-cü PB-nin yaxınlığından piyada keçərkən, mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, bir nəfər şəxsin şübhəli şəxs qismində saxlanılaraq 23-cü polis bölməsinə gətirildiyini bildirmiş və həmin şəxsin üzərinə baxış keçiriləcəyini bildirmiş və onu hal şahidi qismində iştirak etməsi üçün Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına dəvət etmişlər. 23-cü PB-nin inzibati binasında birinci mərtəbədə xidməti otaqlardan birində saxlanılan şəxs Məhkum olaraq onlara təqdim edilmişdir. O, Məhkum əvv əllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. Baxış keçirilməli olan Məhkum üzərində qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə, könüllü olaraq təqdim etməsi izah olunmuşdur. Həmin vaxt Məhkum əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, təxminən fındıq boyda olan maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Polislər bükülünü açıb baxmış və narkotik vasitəyə şübhəli maddə olduğunu bildirmişlər. Məhkum aşkar olunmuş maddə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürülmüş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Məhkum özü tərəfindən imzalanmışdır. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə və düzəlişlər olunmamış və onlar tərəfindən imzalanmışdır. Məhkum təqdim etdiyi maddə bükülüdən açılsa da, onun rəngi və ya qoxusu, aşkar edilmiş maddə ilə bağlı Məhkum hansı sözləri deməsi onun yadında qalmamışdır. Məhkum qarşı hər hansı fiziki və ya mənəvi təsir göstərilməsinin şahidi olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən – hal şahidi Şahid2 ifadəsində göstərmişdir ki, o, ev ustası kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 2021-ci ildə tarixi unutduğu günlərin birində axşamüstü işdən çıxıb evinə getmək üçün marşrut avtobusu gözləyərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb bir nəfəri saxladıqlarını, onun üstünə baxış keçirəcəklərini bildirmiş və onu hal şahidi kimi iştirak etməsi üçün Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə PB-nə getmiş və birinci mərtəbədə olan otaqlardan birində ona və əvvəllə r görmədiyi və tanımadığı başqa bir hal şahidinə hazırkı iş üzrə təqsirləndirilən şəxs Məhkum təqdim etmişlər. Bundan sonra Məhkum üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum cibindən şəffaf seloffanda bir ədəd yumru vəziyyətdə olmaqla təqribən şəhadət barmağın ucu böyüklükdə olan bükülünü çıxarıb stolun üstünə qoymuş, narkotik maddə olduğunu bildirmiş və həmin maddəni tapdığını, özünün istifadə edəni olduğunu demişdir. Lakin o, sellofan bükülünün içərisindəkinin nə olduğunu və hansı formada olduğunu görməmiş və bilməmişdir. 23-cü PB-də ilk dəfə gördüyü anadək Məhkum ümumiyyətlə görməmiş və ya onu tanımamışdır. Nizami RPİ-nin 23-cü PB-də təqsirləndirilən şəxs Məhkum ilk gördüyü vaxt sonuncunun əynində gö y rəngdə cins şalvar, “palasatı” poliver və qolu kəsik gödəkcə olmuş, hətta təqsirləndirilən şəxs polis əməkdaşları ilə söhbət etmiş, danışıb gülmüşdür. O, polis əməkdaşları tərəfindən Məhkum qarşı hər hansı formada təzyiq-təsir göstərməsinin şahidi olmamışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 18 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum ünvan 5 ünvanında yerləşən istirahət parkında saxlanılaraq 23-cü PB-nə gətirilmiş, hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və Məhkum təhqiqatçının təklifinə əsasən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngdə, spesifik iyə malik olan narkotik vasitəyə oxşar maddəni təqdim etmişdir. Təqdim olunan bir ədəd şəff af sellofan bükülüdə olan narkotik vasitəyə şübhəli maddə bir ədəd zərfə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş, protokol şəxsi axtarış aparılması və götürmə prosesində iştirak etmiş polis əməkdaşları, iki nəfər hal şahidi və şübhəli şəxs Məhkum özü tərəfindən imzalanmışdır. İş materiallarında olan «axtarış aparılmasına dair» 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum yaşadığı ünvan 6 ünvanında axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 4361 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Lakin hal-hazırda, yəni ekspertiza təd qiqatı prosesində Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən əldə olunan BKC/LGL-18481/21 nömrəli, xx.xx.2021-ci il tarixli müşayiət məktubundan görünür ki, təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş mobil telefona daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilərkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olan və iş üçün əhəmiyyət kəsb edə biləcək SMS yazışmaları və ya telefon danışıqları müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-də n əldə olunan AZF/LGL-20585/21 nömrəli xx.xx.2021-ci il tarixli müşayiət məktubundan görünür ki, təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş mobil telefona daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilərkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olan və iş üçün əhəmiyyət kəsb edə biləcək SMS yazışmaları və ya telefon danışıqları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum na rkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Məhkum üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumat əldə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutl arın həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-969/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-969/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver