Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-97/2019 13.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 97/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "13" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, X1 iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilmiş X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2018 -ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) xx xxxxx 1958-ci il tarixdə Gürcüstan Respublikası, Qardabani şəhərində anadan olmuş, ali təhsilli, “xxxx” Hüquq Firmasının təsisçisi, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1.500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. X3 əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə X5 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, "Facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində “X6 vicdanı və əxlaqı olmayan adamdır", "O tuladır", "Balıq", "canlı X6”, “Balığın balaları" və s. kimi ifadələr işlədərək xüsusi ittihamçı X6 internet informasiya ehtiyatında kütləvi nümayiş etdirməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Mursaqulov Vaqif Ənvər oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 21 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2018-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, bütün hadisələr X6 23.05.2017-ci il və 15.03.2017-ci il tarixdə "cnnbaku.az" informasiya agentliyinə verdiyi müsahibələrdən sonra cərəyan etməyə başlamış, X6 həmçinin verdiyi video və audio müsahibələrində də, etik normalardan kənara çıxıb, onu təhqir edərək, söyüş dolu ifadələr işlətmişdir. X6ın əməlində açıqaşkar təhqir və böhtan olduğu halda, məhkəmələr əsassız olaraq şikayətlərini icraata götürməkdən imtina etdilər. X6ın təhqir və böhtanlarına, nalayiq, qeyri-etik ifadələrinə cavab olaraq sosial şəbəkələr vasitəsi ilə onu "balıq hafiz", "canlı" adlandıraraq işlətdiyi ifadələrə görə öz münasibətini bildirmişdir. X6 cəmiyyət arasında “balıq X6” ləqəbi ilə tanınır. Belə ki, “Google” və digər internet axtarış resurslarında “Balıq” və ya “Balıq X6” yazdıqda həmin şəxs haqqında məlumatlar çıxır, bu isə bütün hamıya əvvəlcədən məlum oğlduğundan və hətta özünün müsahibələrində özü tərəfindən qəbul edildiyindən təhqir sayıla bilməz. Göründüyü kimi, işlətdiyi ifadələr tənqidi, X6ın işlətdiyi ifadələr isə bir başa təhqir və böhtandır. Şikayətdə həm də qeyd edilmişdir ki, X6 əvvəllər iki dəfə məhkum olunmuş və uzun müddət həbs həyatı yaşamışdır. Müdafiə tərəfi bunu və işin digər hallarını nəzərə alaraq apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum kassasiya şikayətinin təmin olunması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı isə dəyişdirilməd ən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiall arından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. X3 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr qeyd olunan məsələlər üzrə gəldikləri nəticəni iş materiallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarların ın izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslanmışlar. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir kassasiya şikayətinin dəlilləri də həmin nəticənin, ümumilikdə, məhkəmə qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və tədqiq olunmuş sübutları kassasiya şikayətinin dəlilləri baxımından bir daha ətraflı şəkildə təhlil edərək qeyd edir ki, sübutlarda olan məlumatlar ittihamın təsdiq olunması üçün kifayət edir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərini və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətində X6ın X1i təhqir etməsi və ona böhtan atması ilə əlaqədar məhkəmələrə təqdim etdiyi şikayətlər üzrə məhkəmələrin qanunsuz qərarlar qəbul edildiyi iddia edilir, X6ın əməllərində açıq-aşkar təhqir və böhtan olduğu halda, məhkəmələrin əsassız olaraq şikayətləri icraata qəbul etməkdən imtina etmələri, X6ın təhqir və böhtanlarına, nalayiq və qeyri etik ifadələrinə cavab olaraq, sosial şəbəkələr vasitəsi ilə işlətdiyi ifadələrə X1 münasibətini bildirməsi, sonuncu tərəfindən təhqir deyil, tənqidi ifadələrin işlədildiyi göstərilir. Kassasiya şikayətində göstərilən həmin fikirlərlə əlaqədar qeyd olunmalıdır ki, X1in X6ın ona böhtan atması və onu təhqir etməsi barədə şikayət lərinin məhkəmələr tərəfindən icraata qəbul olunmasından məhz əsassız olaraq imtina edilməsi barədə fikir söyləməyə əsas yoxdur. Həmin məhkəmələrin X1in şikayətləri ilə çıxardığı qərarlar hazırda da qüvvədədir, sonuncunun özü də məhkəmələrə (hazırkı işə baxan məhkəmələrdən söhbət gedir) həmin qərarların artıq qüvvədə olmadığı barədə hər hansı bir sənəd təqdim etməmişdir. Bu baxımdan hazırkı icraatda məhkəmə kollegiyası tərəfindən həmin qərarların qanuni olmadığı barədə fikir söylənilə bilməz. Kassasiya şikayətində göstərilən həmin fikirlərlə əlaqədar qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən X1in “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi X6 haqqında yazıların (həmin yazıları sosial şəbəkədə yerləşdirdiyini X1in özü də etiraf etmişdir) təhqir xarakterli olub-olmadığı yoxlanılmış, bunun m üəyyən olunması üçün müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. 10 aprel 2018-ci il tarixli, 6185 №-li məhkəmə linqvistik ekspertizasının rəyindən görünür ki, X1 tərəfindən “Facebook” sosial şəbəkəsindəki çıxışlarda işlədilmiş ifadələr sonuncu tərəfindən X6 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar kimi qiymətləndirməli, tədqiq edilən materiallarda əks olunmuş məlumatlar, bir qayda olaraq, təsdiq formasında işlədilmişdir. Göründüyü kimi, X1in X6 barəsində təhqir deyil, yalnız tənqidi ifadələr işlətməsi barədə kassasiya şikayətinin dəlilləri iş materiallarına uyğun olmamaqla əsassızdır. Kassasiya şikayətində X6in şəxsiyyətini mənfi xarakterizə edən fikirlər əks etdirilsə də, məhkəməyə həmin fikirləri təsdiq edən sübutlar təqdim olunmamışdır. X6in əvvəllər məhkum olunm ası isə (kassasiya şikayətində buna da istinad edilmişdir) sosial şəbəkədə onun şərəf və ləyaqətini alçaldan fikirlər söyləməyə əsas vermir, şikayətin X6in məhkumluğu barədə dəlili X1in əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmadığı barədə müdafiə tərəfinin mövqeyini heç cür əsaslandırmır, həmin məhkumluq X1in törətdiyi cinayətə görə məsuliyyətdən azad edilməsinə əsas verən amil kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində istinad olunan, X1in şəxsiyyətinə, əldə etdiyi nailiyyətlərə dair məlumatlar da onu cinayət məsuliyyətindən azad etmir. Kassasiya şikayətində aşağıda göstərilən fikir də irəli sürülmüşdür: “... Bu proses mənimlə heç bir əlaqəsi olmayan X6 arasında olan proses deyil. Bütün ölkə bilir ki, bu və bunu kimi haqqı mda qaldırılan digər iki cinayət işi də ancaq mənim ictimai fəaliyyətimlə bağlıdır və məni susdurmaq məqsədi daşıyır. Mənim isə Vətənimi məhv edib, dünyada istehza obyektinə çevirən oğru, rüşvətxor məmurların qarşısından çəkinmək fikrim yoxdur. Mənim davam şəxsi dava deyil və bunu hamı nəzərə almalıdır. Hamı bilməlidir ki, mənim ifşa etdiyim qanunsuzluqlar bir gün onların da qapısını döyəcək...”. X1in kassasiya şikayətində belə fikir irəli sürülsə də, məhkəmələrə bu fikirdə qeyd edilən məlumatların doğruluğunu, sonuncunun hər hansı bir məmurun təqibinə məruz qaldığını təsdiq edən və ya belə qənaətə gəlməyə, dolayı da olsun, əsas verən hər hansı bir sübut və ya dəlil təqdim edilməmiş, məhkəmədə çıxışlarda və müdafiə tərəfinin şikayətlərində də belə bir sübuta istinad edilməmişdir. X1 tərə findən “Facebook” sosial şəbəkəsində X6in şərəf və ləyaqətini alçaldan məlumatların yayılması məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunmuş sübutlarla təsdiq edilmiş və məhkəmələrin bunlara dair gəldiyi nəticələrin X1in hər hansı məmurla münasibətləri ilə əlaqələndirməyə, məmurların hərəkətləri barədə onun yaydığı fikirlərlə, ictimai fəaliyyəti ilə bağlı olması, onu susdurmaq məqsədini güdməsi qənaətinə gəlməyə əsas yoxdur. Məhkəmələr X6ə qarşı X1in özünün etdiyi hərəkətləri araşdırmış və həmin hərəkətlərdə müvafiq cinayətin (CM-nin 148-ci maddəsi) tərkibinin olduğu qənaətinə gəlmişlər. Bu nəticəni şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində cinayət və cinayət-prosessual normalarına istinad edilərək bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasın ın qənaətinə görə bu normaların tələbləri pozulmamış, apellyasiya şikayətində göstərilən dəlillər araşdırılmış, bu dəlillərin nə səbəbdən əsassız hesab edilməsi qərarda göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum X4 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə X1 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Mə hkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Səd rlik edən: Əli Seyfəliyev Hakimlər: Rahib Nəbizadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №1(102)-97/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-97/2019
13.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver