Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-97/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkumun müdafiəçisi, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 149.2.1 və 150.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: M.M.Ağalarov (sədrlik edən), Ə.M.Abasov və E.Ə.Mikayılov) Məhkum CM-in 29, 149.2.1 və 150.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 29, 149.2.1-ci maddələri ilə 06 il müddətə, CM-nin 150.2.1-ci maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 06 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə dəyişdirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 ay 4 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssi səsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X10 CM-nin 29, 149.2.1 və 150.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və N.E.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 29, 149.2.1 və 150.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək m əhkum edilmişdir ona görə ki, o xx xxx 2018-ci il tarixdə qohumu X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 12 saylı evin, 3 nömrəli mənzilində sonuncunun tanışı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olub ona qarşı seksual xarakterli hərəkətlər etmək barədə qabaqcadan razılığa gələrək Zərərçəkmiş şəxs həmin mənzilə yeyib-içməyə dəvət etməsindən sonra həmin gün saat 19 radələrində X sonuncunu metronun Q.Qarayev stansiyasının qarşısında qarşılayıb evə gətirmiş, Xla aralarında olan razılığa əsasən əvvəlcə onun, daha sonra isə özünün Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə ola bilməsi üçün mənzilin qonaq otağında içki məclisi təşkil edərək Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içkilər qəbul edib sonuncunu sərxoş olmaqla köm əksiz vəziyyətə gətirdikdən sonra həmin gün saat 20 radələrində o, digər otaqda oturmaqla Xa cinsi ehtirasını təmin etməsi üçün şərait yaratmış sonuncu isə Zərərçəkmiş şəxs yataq otağında iradəsi əleyhinə çarpayıya yıxaraq əynindəki paltarlarını soyundurmuş, Zərərçəkmiş şəxs Xla cinsi əlaqədə olmağa qəti etiraz edərək fəal şəkildə müqavimət göstərdiyindən sonuncu onun müqavimətini qırmaq üçün fiziki zor tətbiq etməklə əllərini tutmuş və ona sağ və sol bazu nahiyələrinin, sol əl nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ və sol diz nahiyələrinin və sol baldır nahiyələrinin çoxsaylı qançılarından ibarət olan, ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirib cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına daxil etməyə çalışaraq qı zlıq pərdəsi nahiyəsinə qansızmalardan ibarət xəsarətlər yetirməklə iradəsinə zidd olaraq cinsi əlaqədə olub zorlamağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərməsi nəticəsində onu zorlamağa yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədiyindən, Zərərçəkmiş şəxs zor tətbiq etməkdə davam edib köməksiz vəziyyətindən istifadə etməklə cinsi orqanını arxa keçəcəyinə yeridərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri ilə ehtirasını təmin etdikdən sonra çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə ola bilməsi üçün mənzilin digər otağında gözləyən onu yataq otağına çağıraraq məqsədlərinə nail olmaq üçün ona şərait yaradıb mənzilin hamam otağına keçdikdən sonra, o da zor tətbiq etməklə ilkin olaraq Zərərçə kmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmağa çalışsa da, sonuncunun fəal müqavimət göstərməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə onu zorlamağa yönəldilmiş hərəkətlərini başa çatdıra bilməyib, zorakılıq hərəkətlərini davam edərək cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə yeridərək ehtirasını təmin etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib fiziki zor tətbiq etməklə onu zorlamağa cəhd etmiş və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində olan cinayət işinin düzgün baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə qaytarılması, müdafiəçisi, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə isə Məhkum bəraət verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, nə məhkəməyə qədər aparılmış ibtidai istintaqla, nə də ki aşağı instansiya məhkəmələri tərəfindən Məhkum qeyd olunan cinayət əməlini törətməsi hər hansı mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, həm ibtidai istintaq tərəfindən, həm də birinci instansiya məhkəməsi tərəfindən Zərərçəkmiş şəxsnın "zorlandığının" təsviri hər iki təqsirləndirilən səxs barəsində eyni qaydada qöstərilmişdir. Həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs ifadəsi aşkar surətdə Məhkum ümumiyyətlə hər hansı zorlamaya cəhd, eləcə də seksual xarakterli hərəkətləri etmədiyini göstərir. Belə ki, zərərçəkən öz if adəsində Məhkum münasibətə bildirir ki, o üzü üstə uzanmış vəziyyətdə olub, Məhkum ona qarşı hansı seksual hərəkətləri etdiyini xatırlamır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, kassasiya şikayətinə əlavə qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə məhkumun ona istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 201 1-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istə nilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nə ticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qə bulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 29, 149.2.1 və 150.2.1-ci maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirm əmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Məhkum ona qarşı irəli sürülmüş ittiham da özünü təqsirli bilməyərək həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında bildirmişdir ki, qohumu X Zərərçəkmiş şəxs ona sevgilisi kimi təqdim etmiş və hadisə günü onların yaşadıqları mənzildə V.Əsədov və Zərərçəkmiş şəxs spirtli içkiləri qəbul etdikdən sonra əvvəlcə öpüşmüş, daha sonra isə yataq otağına keçmişlər. Bir neçə dəqiqədən sonra x1nin qışqırıq səsini eşidib yataq otağına getmişdir. Qapı bağlı olduğundan içəri keçmədən Vidadidən nə baş verdiyini soruşmuşdur. Sonuncu ona: «salamatçılıqdır, narahat olma”, - deyə cavab vermişdir. Tə xminən 5-10 dəqiqədən yenidən x1nin qışqırıq səsini eşitmişdir. Qonşuların bu səsi eşidəcəyindən narahat olub yataq otağının qapısının pəncərəsinin selofan materialdan olan hissəsini cırıb, qapını içəridən açmışdır. Otağa daxil olduqda x1 ilə Vidadinin yataqda çılpaq uzandıqlarını, sonuncunun x1nin üstündə olduğunu görmüşdür. Bu vaxt Xona x1 ilə təbii yolla cinsi əlaqədə olmaq istədiyini, lakin bakirə olduğundan sonuncunun icazə vermədiyini bildirmişdir. Vidadiyə qız uşağını evə gətirdiyinə görə irad tutub hirslənmiş və Vidadini qızın üstündən kənara çəkmişdir. Sonuncu hamama gedib yuyunmuşdur. x1yə içmək üçün su vermişdir. x1ni zorlamağa cəhd etməmiş, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. İş üzrə digər təqsirləndirilən şəxs X10 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışları zamanı X3 Əliyevanı zorlamağa cəhd etməsini, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini təsdiq etməmişdir. Məhkum CM-in 29, 149.2.1 və 150.2.1-ci maddələri ilə ittiham elan edilməsi üçün istinad edilən əsas sübutlar Zərərçəkmiş şəxs cinayət işinin ibtidai araşdırmasının ilkin mərhələsində verdiyi ərizəsi, izahatları, ifadələri və onların arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə təqdim etdiyi xx xxx 2018ci il tarixli ərizəsində göstərilir: -“xx.xx.2018-ci ildə tanışım X ünvanını bilmədiyim mənzildə mənimlə cinsi əlaqədə olmağa cəhd etsə də, mən imkan vermədim və xəsarət aldım. Xahiş edirəm X5 cinayət məsuliyyətinə cəlb edəsiniz.” (cild 1, vərəqə 4). Ərizəsi ilə əlaqədar Nizami RPİ -nin 25-ci PŞ-nə verdiyi izahatında Zərərçəkmiş şəxs göstərir: “Evdə olan zaman mən pivə, Xvə xalası oğlu (yəni Məhyəddin) isə araq içdilər. Saat 20 radələrində mən sərbəst söhbət etmək üçün evin yataq otağına daxil oldum...Xmənim əynimdə olan şalvarımı və alt paltarımı zorla çıxartdı, özü də paltarlarını soyunub çarpayıda üstümə uzandı. Mənimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə istədiyini gördükdə,.......mən var gücümlə ona müqavimət göstərdiyim üçün o mənimlə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə ola bilmədi. Bundan sonra o, xalası oğlu Məhyəddini çağırdı. O da şalvarını və alt paltarını soyunaraq mənim üstümə uzandı. O da mənim müqavimət göstərdiyimi....., qışqırdığımı və imkan vermədiyimi gördükdə sakitləşib məndən uzaqlaşdı.” (cild 1,vərəqə 5). Həmin gün Nizami rayon prokurorluğunda verdiyi izahatında Zərərçəkmiş şəxs ilkin izahatından fərqli olaraq göstərmişdir ki, Xun onunla təbii yolla cinsi əlaqədə olmasına imkan verməmiş, lakin yorulduğu üçün Vidadiyə tam müqavimət göstərə bilmədiyindən sonuncu onunla qeyri təbii yolla bir dəfə cinsi əlaqədə ola bilmişdir. Bundan sonra Məhkum otağa daxil olmuş, o da Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin Zərərçəkmiş şəxs etiraz etdiyi üçün Məhkum onunla təbii yolla cinsi əlaqədə olmayıb, bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur.... Məhyəddin ona heç bir xəsarət yetirməmişdir. (cild 1, vərəqə 14-17). Zərərçəkmiş şəxs prokurorluqda zərərçəkmiş şəxs qismində həmin gün verdiyi ifadəsi və xx xxx 2018-ci il tarixdə Məhkumlə üzləşmə zamanı olan ifadəsi də eyni məzmunludur. Zərərçəkmi ş şəxs ifadəsində həmçinin göstərir ki, 2017-ci ildə Bakı şəhərində Dağüstü parkda X ilə öz razılığı ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. (cild 1, vərəqə 65-70). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxx 2018-ci tarixli, 296 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ və sol bazu nahiyələrinin, sol əl nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ və sol diz oynağı nahiyələrinin və sol baldır nahiyələrinin çoxsaylı qançırları müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt (küt tinli) əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Bu xəsarə tlərin lokalizasiyasını, xarakterini və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər fiziki qüvvə tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı əmələ gəlmələri mümkündür. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Qızlıq pərdəsi nahiyəsində müəyyən edilmiş qansızmalar küt təsir mexanizminə malik alətin təsirindən əmələ gəlmişdir, o cümlədən gərginləşmiş kişi cinsiyyət üzvünün mexaniki təsirindən əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə əlamətlər aşkar edilməmişdir. Tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqə zamanı iz qalmadıqda, məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. (cild 1, vərəqə 163-164). İş üzrə şahid qismində dindirilmiş Bakı Metropolitenində PŞ-də taqım komandiri işləyən X11 və polis nəfəri işləyən X7 göstərmişlər ki, xx xxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs onlara müraciət edərkən tanışı Xadlı şəxs tərəfindən zorlanması barədə məlumat vermiş, həmin vaxt isə Vidadinin xalası oğlunun qonşu otaqda musiqiyə qulaq asdığını bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə əlavə dindirilərkən ifadə verərək, Məhkum barəsində yalan ifadə verdiyini söyləmiş və bildirmişdir ki, X onu zorlayarkən Məhkum ona kömək etmədiyi üçün onun cəzalandırılmasını istəmiş, ona görə də haqqında yalan danışmışdır. (İİİ cild, vərəqə 37-43 ) Məhkəmə-psixiatrik və Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 1847 saylı ekspert rəyindən görünür ki, Zərərç əkmiş şəxs ekspertin suallarını cavablandırarkən Məhkumin barəsində ilkin verdiyi ifadələri təsdiq etməmişdir. (cild 3, vərəqə 73-76) Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə müstəntiq tərəfindən əlavə dindirmə zamanı da ifadə verərək bir daha bildirir ki, Məhkum ona qarşı zorakılıq etməmiş, onu zorlamamışdır. (cild 3, vərəqə 138-143) Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum hadisəyədək tanımamışdır. X10 ilə isə 2016-cı ilin yay aylarında Dənizkənarı Milli Parkda tanış olmuş və aralarında dost münasibəti yaranmışdır. xx xxx 2018-ci ildə Xona mesaj yazıb evdə tək olduğunu bildirib, çay içmək üçün kirayə qaldığı evə dəvət etmiş və o razılaşmışdır. Həmin gün saat 19:00-da Xilə Qara Qarayev metrostansiyasının çıxışında görüşmüş və piyada ünvan 1 ünvanına getmişlər. Mənzilin qapısını onlara Məhyəddin açmışdır. Xsonuncunu ona xalası oğlu kimi təqdim etmiş və onlar mənzilə daxil olub qonaq otağına keçmişlər. Vidadiyə pivə içmək istədiyini demiş və sonuncu mağazaya getmişdir. O, Məhyəddinlə mənzildə tək qalmışdır. Bir neçə dəqiqədən sonra Xəlində pivə şüşələri qayıtmışdır. Məhyəddin araq içəcəyini deyib, Vidadini yenidən araq almaq üçün göndərmişdir. Bir neçə dəqiqədən Xqayıtmış və masa arxasına keçib içki içməyə başlamışlar. O, ancaq pivə, Xilə Məhyəddin isə araq və pivə içmişlər. Onların içki süfrəsi təxminən bir saat davam etmişdir. Oturmaqdan yorulduğu üçün evdə gəzişməyə başlamışdır. Bir qədər gəzişəndən sonra yataq otağına keçib çarpayıda oturmuşdur. Xdə arxasınca yataq otağına daxil olub onu qucaqlayıb çarpayı ya yıxmışdır. İçkinin təsiri altında olduğundan Xnin niyyətini başa düşməmiş və sonuncu onun əynindəki paltarlarını çıxartmağa başlamışdır. Onu tam soyundurandan sonra Xözü soyunub onun üstünə uzanmış və hər iki qolundan tutub öz cinsi orqanını onun cinsiyyət orqanına salmağa çalışmışdır. Vidadinin onun içkili olmasından iştifadə edib cinsi əlaqədə olmaq istədiyini başa düşüb müqavimət göstərmiş, eyni zamanda qışqırıb səs-küy salmışdır. Bu səbəbdən Xonunla təbii yolla cinsi əlaqədə ola bilməmişdir. Bununla belə Xöz aqressiv hərəkətlərini dayandırmamış, müqavimətini qırıb onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Xdurub gedəndən sonra otağa Məhyəddin daxil olmuşdur. Fiziki zorakılığa məruz qalıb psixi sarsıntı keçirməklə yorulub əldən düşdüyündən, eləcə də üzü üstə uzanıqlı vəziyyətd ə olduğundan Məhyəddinin onunla hansı hərəkətlər etdiyini başa düşə bilməmişdir. Bununla belə sonuncunun da onu zorlamağa cəhd etməsini və seksual xarakterli zorakılıq hərəkətləri etməsini istisna etmir. (Cild 4, səh 38-40) İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinə gəlməmiş və məhkumların Zərərçəkmiş şəxs iştirakının təmin olunması barədə vəsatətləri təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxs Məhkumlə bağlı ibtidai araşdırma zamanı birbirindən fərqlənən üç ifadə vermiş, işin birinci instansiya məhkəməsində baxışı zamanı isə həmin ifadələrdən fərqlənən tamamilə başqa ifadə vermişdir. Belə ki, Zərərçəkmiş şəxs: - ilkin müracətində tanışı X tərəfində n zorlanmağa cəhd edildiyi, lakin sonuncunun onunla nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə ola bilmədiyini göstərərək Məhkum ona qarşı hər hansı zorakılıq hərəkəti etməsi barədə məlumat verməmiş; - istintaqın ilkin mərhələsində ilkin izahatından fərqli olaraq göstərmişdir ki, Xun onunla təbii yolla cinsi əlaqədə olmasına imkan verməmiş, lakin yorulduğu üçün Vidadiyə tam müqavimət göstərə bilmədiyindən sonuncu onunla qeyri təbii yolla bir dəfə cinsi əlaqədə ola bilmişdir. Bundan sonra Məhkum otağa daxil olmuş, o da Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin Zərərçəkmiş şəxs etiraz etdiyi üçün Məhkum onunla təbii yolla cinsi əlaqədə olmayaraq, bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur; - istintaqın sonrakı mərhələsində isə Məhkum barəsində yalan if adə verdiyini söyləmiş və bildirmişdir ki, X onu zorlayarkən Məhkum ona kömək etmədiyi üçün onun cəzalandırılmasını istəmiş, ona görə də haqqında yalan danışmışdır. - işin məhkəmə baxışı zamanı isə bildirmişdir ki, Xun ona qarşı etdiyi zorakı hərəkətlər nəticəsində psixi sarsıntı keçirməklə yorulub əldən düşdüyündən, eləcə də üzü üstə uzanıqlı vəziyyətdə olduğundan Məhkum onunla hansı hərəkətlər etdiyini başa düşə bilməmişdir. Bununla belə sonuncunun da onu zorlamağa cəhd etməsini və seksual xarakterli zorakılıq hərəkətləri etməsini istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs verdiyi ifadələr arasında şərh olunan ziddiyyətlər birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmadan Məhkum barəsində ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi isə m əhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb olunmadan keçirilməklə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum CM-nin 29, 149.2.1 və 150.2.1-ci maddələri ilə təqsirli bilərkən Zərərçəkmiş şəxs bir-birindən fərqli hansı ifadəsinə əsaslandığı məhkəmə qərarlarında şərh olunmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaqın ilkin mərhələsində göstərmişdir ki, X onunla təbii yolla cinsi əlaqədə olmasına imkan verməmiş, lakin yorulduğu üçün Vidadiyə tam müqavimət göstərə bilmədiyindən sonuncu onunla qeyri təbii yolla bir dəfə cinsi əlaqədə ola bilmişdir. Bundan sonra Məhkum otağa daxil olmuş, o da Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin Zərərçəkmiş şəxs etiraz etdiyi üç ün Məhkum onunla təbii yolla cinsi əlaqədə olmayaraq, bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsi ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən mötəbər sübut kimi qəbul olunurdusa, yorulduğu üçün Xa müqavimət göstərə bilmədiyi halda, onun Məhkum tərəfindən zorlanmamasının, yəni Məhkum Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə ola bilməməsinin səbəbləri aydınlaşdırılmalı idi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələrində də Zərərçəkmiş şəxs göstərmişdir ki, Məhkum müqavimət göstərdiyinə görə deyil, etiraz etdiyi üçün Məhkum onunla təbii yolla cinsi əlaqədə olmayaraq, bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Belə olan halda, Məhkum CM-nin 29, 149.2.1-ci maddəsi ilə ittiham olunması və məhkum edilməsi məhkəmə qərarlarında əsaslandırılmalı idi. Belə ki, CM-nin 29-cu maddəsinin tələbinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göstərilən halda, Məhkum Zərərçəkmiş şəxs zorlamasına, yəni zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya yönəlmiş hərəkətlərinin başa çatdırılmamasının səbəbləri aydınlaşdırılmamışdır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı isə bildirmişdir ki, Xun ona qarşı etdiyi zorakı hərəkətlər nəticəsində psixi sarsıntı keçirməklə yorulub əldən düşdüyündən, eləcə də üzü üstə uzanıqlı vəziyyətdə olduğundan Məhkum onunla hansı hərəkə tlər etdiyini başa düşə bilməmişdir. Bununla belə sonuncunun da onu zorlamağa cəhd etməsini və seksual xarakterli zorakılıq hərəkətləri etməsini istisna etmir. Zərərçəkmişin həmin ifadəsi bir daha onun ibtidai araşdırma zamanı verdiyi ziddiyyətli ifadələrin məhkəmədə tədqiqini zəruri edirdi. Lakin məhkəmə bu ziddiyyətləri aradan qaldırmayaraq CPM-nin 144-145-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxx 2018-ci tarixli, 296 nömrəli rəyində Zərərçəkmiş şəxs onunla qeyritəbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə əlamətlərin aşkar edilməməsi, tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqə zamanı iz qalmadıqda, məhkəmə- tibbi yolla təyin etmək mümkün olmamasının göstərilməsi də hə m ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki, bir gün əvvəl iki nəfər şəxs tərəfindən zor tətbiq etməklə qeyri-təbii yolla cinsi zorakılığa məruz qalmış şəxsin bədəninin həmin nahiyələrində izlərin qalma ehtimalının məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən hallarla (tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqə) eyni olub-olmaması ekspertlərin qarşısında əlavə suallar qoyulmaqla, yaxud ekspertlərin dindirilməsi yolu ilə aydınlaşdırılmalı olduğu halda, edilməmişdir. Göründüyü kimi məhkumun ittiham edildiyi cinayətlə bağlı cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borc lu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şərh olunanlardan görünür ki, işin məhkəmə qərarlarında təsvir olunan halları ilə, ibtidai istintaq və məhkəmə baxışları zamanı toplanmış, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən sübut kimi qəbul edilən materialları arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X8rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmə lər qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli a raşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-nin 124, 143-146-cı maddələrinin tələblərini pozaraq, yuxarıda sadalanan iş üzrə toplanmış sübutları və işdə olan istintaq materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb sübutların təhlilini aparmamış, bir-biri ilə müqayisələndi rməklə ziddiyyətli halları araşdırmamış və bununla da, toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi qiymətləndirilmədən Məhkum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, təqsirləndirilən şəxs Məhkum əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim e tdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in CPM-in 416.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi həmin Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Kassasiya şikayətin ə əlavə qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-97/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-97/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver