Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-97/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 180.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(106)-378/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1982-cı ildə Cəlilabad rayonu, Prişib şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Əhmədli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 müalicə olunmaqla cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xx.xx.2023-cü il il tarixdə, saat 12 radələrində Masallı rayonu “Köhnə bazar” ərazisində əvvəllər tanımadığı Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs əlində olan göyümtül rəngli torbasında 100 və 50 manatlıq pul əskinaslarının olmasını görmüş, həmin torbanı ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Masallı rayonu “İsgəndərli” dairəsindən Mahmudavar kəndi istiqamətinə getmək üçün mindiyi mikroavtubusu idarə etdiyi BMV markalı, **-SD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə izləmiş, Zərərçəkmiş şəxs Mahmudavar kəndi ərazisində mikrovtobusdan düşərək piyada fərdi yaşayış evinə doğru getdiyini gördükdən sonra bir qədər avtomobil ilə onu izləyib daha sonra avtomobildən düşərək piyada onun arxasınca getmişdir. Zə rərçəkmiş şəxs fərdi yaşayış evinə daxil olaraq pilləkənlə yuxarı qalxan zaman onun arxasınca qanusuz olaraq evə daxil olmuş, evin pilləkənində Zərərçəkmiş şəxs əlindən həmin torbanı dartıb alaraq qaçmış, Zərərçəkmiş şəxs əlindən dartıb aldığı torbanı geri qaytarmasını tələb etsə də o, sonuncunun bu tələbinə məhəl qoymadan qaçaraq özünə məxsus BMV markalı, **-SD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə minib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində pulunu açıq yolla talayaraq soyğunçuluq etmişdir.
3. Masallı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 06 aprel 2023-cü il tarixli, 1(050)-81/2023 nömrəli hökmü ilə Məhkum CM-in 180.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 19 dekabr 2022-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi məsələsi həll edilmişdir.
4. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1apellyasiya şikayəti verərək, məhkumun əməlinin CM-in 180.1-ci maddəsinə tövsif edilməklə, yüngülləşdirici halları nəzərə alaraq, barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət məhkəmə tərkibində) 31 may 2023-cü il tarixli, 1(106)378/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Masallı Rayon Məhkəməsi 06 aprel 2023-cü il tarixli, 1(050)-81/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Hazırda, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(106)-378/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edilərək, məhkumun əməlində yaşayış sahəsinə daxil olma əlamətinin olmaması, zərərçəkmişin bütün dəymiş zərərinin ödəni lməsi, subay olması, himayəsində xəstə ata və anasının olması, ailəsinin yeganə qazanc gətirəni olması qeyd edilərək məhkəmədən əməlinin CM-in 180.1-ci maddəsinə tövsif edilməklə, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş tərəfindən kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittiha mçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiya sı məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum müdafiəçisi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin hüquqi tövsifini və ona cəza təyini məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu mad dəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli, 1(106)-378/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
18. Məhkəmə kollegiyası Məhkum CM-in 180.2.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
19. Kassasiya kollegiyası qeyd edir ki, Məhkum əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
20. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən saxlanc yerinə girməklə soyğunçuluq cinayətini törətməsi ittihamı qəbul edil məsə də, apellyasiya baxışı zamanı, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, həmçinin birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
21. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübu tlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
22. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində “Məhkum əməlində CM-in 180.2.3-cü maddəsinin tərkib əlamətlərinin olmaması, onun heç bir saxlanc (yaşayış sahəsinə) daxil olmaması” qeyd edilsə də, cinayət işi üzrə verilmiş ittihamdan, həmçinin məhkumun etirafedici ifadələrindən görünür ki, “...Zərərçəkmiş şəxs fərdi yaşayış evinə daxil olaraq pilləkənlə yuxarı qalxan zaman onun arxasınca qanusuz olaraq evə daxil olmuş, evin pilləkənində Zərərçəkmiş şəxs əlindən həmin torban ı dartıb alaraq qaçmışdır…”. Qeyd edilməlidir ki, CM-in 180.2.3-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, fərdi yaşayış evinə daxil olaraq pilləkənlə yuxarı qalxan zaman zərərçəkmiş şəxsin arxasınca qanusuz olaraq evə daxil olması, evin pilləkənində Zərərçəkmiş şəxs əlindən həmin torbanı dartıb alaraq qaçması məhz zərərçəkmiş şəxsin yaşayış sahəsinə daxil olması hesab edilir.
23. Azərbaycan Respublikası CPM-in 7.0.34-cü maddəsinə əsasən yaşayış yeri - bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yata qxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir).
24. Həmçinin kollegiya qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarix li qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür.
25. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
26. Həmçinin, Məhkum müdafiəçisi k assasiya şikayətinin dəlilləri qismində cəzasını yüngülləşdirən halların nəzərə almaqla barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etsə də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürülməmişdir.
27. Belə ki, Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə Masallı Rayon Məhkəməsi 06 aprel 2023-cü il tarixli, 1(050)-81/2023 nömrəli hökmü ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (cinayəti 1949-cu il təvəllüdlü qoca qadına qarşı törətməsi) və yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi, törətdiyi cinayət əməlini səmimi etir af etməsi, əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
29. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün Məhkum əməlinin hüquqi tövsifinə və ona daha yüngül cəza təyininə münasibətdə dəyişdirilmədən sa xlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 180.2.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
32. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikay əti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(106)-378/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli, 1(106)-378/2023 nömrəli qərarı Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.