Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-97/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirli bilinən Məhkum1 və Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(010)-91/2024 saylı (sədrlik edən X6) hökmü ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Məhkum1 cinayət əməli Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır; xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Məhkum2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, islah işləri cəza sının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1517/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhət Suraxanı Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(010)91/2024 saylı hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1517/2024 saylı, 3 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan məhkumlar tərəfindən kassasiya şikayəti, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İttiham aktına əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsiləndirilir ona görə ki, o, 16 iyul 2023- cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində qardaşı X1 arvadı Zərərçəkmiş şəxs1 həyətdə hasar inşa etdirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan anası Məhkum2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, qəsdən Zərərçəkmiş şəxs1 hər iki qolunun bilək nahiyyələrindən əlləri ilə tutub dartaraq onu yerə yıxıb ictimai yer hesab olunan küçəyə sürüyərək çıxarmaqla sol bazunun orta 3/1-nin yumşaq toxumasının əzilmiş yarası, boyunun hər iki yan səthinin, sağ kürək nahiyəsinin, sağ bazunun sağ dirsək oynağı nahiyəsinin sağ saidin, hər iki əlin və hər iki əl barmaqlarının arxa səthlərinin, sol diz oynağı nahiyyəsinin qançırları, sol budun sıyrıqları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 ondan aralanaraq yaşadığı evə daxil olmaq istədikdə evin giriş qapısının qarşısında Məhkum2 əlləri ilə Zərərçəkmiş şəxs1 qəsdən saçından tutub aşağıya doğru dartaraq ona başın təpəənsə nahiyəsinin tüksüzləşmiş sahəsi ilə müşayiət olunan xəsarətlə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, habelə həmin vaxt onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq və Zərərçəkmiş şəxs1 müdafiə etmək məqsədi ilə evə salmaq üçün araya girən Zərərçəkmiş şəxs2 məhəl qoymayıb ictim ai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı Məhkum2 ilə birgə zor tətbiq edərək Məhkum1 qəsdən əlləri ilə Zərərçəkmiş şəxs2 sol qolunun bilək nahiyəsindən tutub dartmaqla ona sol dirsək oynağının bayır səthinin, sol qolun bazu hissəsinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər, Məhkum2 isə əlləri ilə Zərərçəkmiş şəxs2 qəsdən sağ qolunun bilək nahiyəsindən tutub dartaraq sonuncuya sağ qolun bazu hissəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsiləndirilir ona görə ki, o, 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində oğlu X1 arvadı Zərərçəkmiş şəxs1 həyətdə hasar inşa etdirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan digər oğlu Məhkum1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Məhkum1 qəsdən Zərərçəkmiş şəxs1 hər iki qolunun bilək nahiyyələrindən əlləri ilə tutub dartaraq onu yerə yıxıb ictimai yer hesab olunan küçəyə sürüyərək çıxarmaqla sol bazunun orta 3/1-nin yumşaq toxumasının əzilmiş yarası, boyunun hər iki yan səthinin, sağ kürək nahiyəsinin, sağ bazunun sağ dirsək oynağı nahiyəsinin sağ saidin, hər iki əlin və hər iki əl barmaqlarının arxa səthlərinin, sol diz oynağı nahiyyəsinin qançırları, sol budun sıyrıqları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdikdən sonra Məhkum1 aralanaraq yaşadığı evə daxil olmaq istəyən Zərərçəkmiş şəxs1 evin giriş qapısının qarşısında əlləri ilə qəsdən saçından tutub aşağıya doğru dartaraq ona başın təpə-ənsə nahiyəsinin tüksüzləşmiş sahəsi ilə müşayiət olunan xəsarətlə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, habelə həmin vaxt onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq və Zərərçəkmiş şəxs1 müdafiə etmək məqsədi ilə ev ə salmaq üçün araya girən Zərərçəkmiş şəxs2 məhəl qoymayıb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı Məhkum1la birgə zor tətbiq edərək Məhkum1 qəsdən əlləri ilə Zərərçəkmiş şəxs2 sol qolunun bilək nahiyəsindən tutub dartmaqla ona sol dirsək oynağının bayır səthinin, sol qolun bazu hissəsinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Məhkum2 əlləri ilə Zərərçəkmiş şəxs2 qəsdən sağ qolunun bilək nahiyəsindən tutub dartaraq sonuncuya sağ qolun bazu hissəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli q ərarı qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən və törədilmiş əməllərin tövsifində səhvə yol verdiyindən həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. İş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki,... keçmiş əri Məmməd Hacıyevin anası, atası, bacısı, qardaşı və onun ailəsi hal-hazırda yaşadığı evin qonşuluğunda yaşayırlar. Məmməd Həsənovun ailə üzvləri onları evdən çıxartmaq üçün hər dəfəsində dava edərək evlərinə hücum çəkib onu və anası nı döymüşlər. Onların son vaxtlar aralarındakı narazılıq kanalizasiya trubası çəkilməsi üstündə baş vermişdir.... Sonuncu dəfə 16 iyul 2022-ci il tarixdə saat 12 radələrində evdə anası və qızı ilə olan zaman qonşuluqda yaşayan keçmiş ərinin qardaşı Məhkum1 qapıya hücüm çəkib onu əli və qolu ilə vuraraq, qolundan pilləkəndən sürüyə-sürüyə küçəyə çıxarmışdır. Küçədə də onu yerdə sürüyüb yerdə fırlatmağa başlamışdır. Sonradan qapıya Məhkum1 qaynı Samir adlı şəxs, keçmiş qaynanası Məhkum2, Vüqarın arvadı Çimnaz Hacıyeva və Çimnaz Hacıyevanın anası Şahid5 həyətə gəlib onlardan çölə çıxmağı tələb etmişlər. Vüqar onu sürüyüb çölə atdıqdan sonra Məhkum2 və Uqlanbeqi onun üstünə hücum etmişlər. Uqlanbeqi ilə Zərafət və Vüqar onun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədə n xəsarətləri yetirmişdirlər. Bu hadisə üç dəfə baş vermişdir. Vüqar onu üç dəfə sürüyərək çölə atmış və küçədə onu qəddarcasına döymüşlər. Sonra anası ona kömək etmək istəyərkən evdən çıxmaq istədikdə Uqlanbeqi üstünə hücum etmişdir. Bundan sonra Zərafətlə Vüqar da ona qoşularaq onu döyməyə başlamışlar. Anasının başından gözündən boynundan vurmuşlar. Vüqar anasının qolundan elə sıxmışdır ki, qolunda qançır yaranmışdır. Anası çölə qaçaraq küçədə insanlardan kömək istəmişdir. Bu zaman Vüqar, Zərafət,... anasının üstünə hücum edərək yenə anasını döyməyə başlamışlar. Saçından tutub yolmuş, anasını döymüşlər. O, hər dəfə evə daxil olmaq istəyərkən Zərafət ona hücum edərək azyaşlı qızının gözü qarşısında onun saçını yolmuş, başına yumruqla vurmuşdur. Zərafət onu evə daxil olmağa qoymamışdır. Vü qarın onu döyməsi üçün onu çöldə saxlamışdır. Sonra o, güc bəla ilə üçüncü dəfə Vüqarın əlindən, çıxaraq evə daxil olmuşdur... Daha sonra DİN-nin 102 xidməti ilə əlaqə saxladıqda təxminən 4 saat sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər... (bax: i.v. 114-116, məhkəmə iclas protokolları). Digər zərər çəkmiş Zərərçəkmiş şəxs2 da məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki,... 16 iyul 2022-ci il tarixdə saat 12 radələrində, Mətanət və nəvəsi ilə birlikdə evdə olan zaman qonşuluqda yaşayan Mətanətin keçmiş ərinin qardaşı Məhkum1 qapıya hücum çəkib Mətanəti əli və qolu ilə vuraraq qolundan tutub pilləkəndən sürüyə-sürüyə küçəyə çıxartmış, küçədə Mətanəti yerdə sürüyüb fırlatmağa başlamışdır. Sonradan qapıya Mətanətin keçmiş qaynı Məhkum1 S amir adlı şəxs, keçmiş qaynanası Məhkum2, keçmiş qaynı arvadı Şahid3 və Şahid3 anası Şahid5 həyətlərinə gəlib onların çölə çıxmağını tələb etmişlər. Vüqar qızını sürüyüb çölə atdıqdan sonra Məhkum2 və Uqlanbeqi qızı Zərərçəkmiş şəxs1 üstünə hücum etmişlər... Zərafət və Vüqar qızının bədəninin müxtəlif nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Bu hadisə üç dəfə baş vermiş, Vüqar qızını üç dəfə sürüyərək çölə atmış və küçədə qızını qəddarcasına döymüşlər. Sonra o, qızına kömək etmək istəyərkən evdən çıxmaq istədikdə... Zərafətlə Vüqar... onu döyməyə başlamış,... Vüqar qolundan elə sıxmışdır ki, qolunda qançır yaranmışdır. O, çölə qaçaraq küçədə insanlardan kömək istəmiş, bu zaman Vüqar, Zərafət... üstünə hücum edərək yenə onu döyməyə başlamış, saçından t utub yolmuşlar. Sonra hər ikisi evə daxil olmuş, qarşı tərəf ondan və qızından çölə çıxmağı tələb etmişlər... daha sonra onlar DİN-nin 102 xidməti ilə əlaqə saxlamış,... polis əməkdaşları hadisə yerinə gəlmişlər... (bax: i.v. 107110, məhkəmə iclas protokolları) Əslində, zərər çəkmiş şəxslərin ifadələrindən göründüyü kimi hadisə onların deyil, təqsirləndirilən şəxslərin təşəbbüsü ilə başlamış, hər iki şəxsin ifadələri təsdiq etmişdir ki, ailələr arasında öncədən münaqişəli şərait olsa da, baş vermiş hadisə şəxsi münasibətlər müstəvisini aşmış, yəni təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 qanunazidd və ictimai təhlükəli hərəkətləri cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının, qonşuluqda yaşayan şəxslərin normal mühitdə yaşamaq hüquqlarının qərəzli surət də pozulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 öz müdafiələrinə dair dəlil gətirərək törətmiş olduqları cinayət əməllərini etiraf etməsələr də, həm ibitdai, həm də məhkəmə istintaqı zamanı onların gətirdiyi dəlillər tam təkzib olunaraq, hər ikisinin Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri zərər çəkmiş şəxslərin ifadələri ilə yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyləri, iş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki,.... 1-ci videoaya baxış zamanı Məhkum2 Zərərçəkmiş şəxs1 yaşadığı evlə özünün yaşadığı ev arasında hasar çəkilməsi üçün qazılmış boşluqda dayanaraq hasarın çəkilməsinə mane olmaq istəməsi, qarşısında Zərərçəkmiş şəxs1, evin qapısının qarşısında Zərərçəkmiş şəxs2 və bir nəfər ustanın dayandığı və Məhkum2 mübahisə etməsi müşahidə olunur. Növbəti videoda qazıntının digər hissəsində Məhkum2, Şahid5, Zeynəb Həsənovanın dayanması və mübahisənin davam etməsi müşahidə olunur. Növbəti videoda Uqlanbeqi Həsənovanın qarşı həyətdə oturub Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməsi, Zərərçəkmiş şəxs1 evdən həyət hissəyə çıxaraq onu məhkəməyə verəcəyi və təzminat alacağını bildirməsi müşahidə olunur... Sonrakı videoda Zərərçəkmiş şəxs1 yaşadığı evinin qarşısında dayanması, Məhkum1 pilləkənlə qalxaraq Zərərçəkmiş şəxs1 üstünə hücum etdiyi, sağ əli ilə Zərərçəkmiş şəxs1 əlindən sağ ilə isə sol əlinin bilək nahiyəsindən tutub dartaraq həyətin darvazasına doğru aparması, evin darvaza hissəsindən küçəyə çıxarması, Zərərçəkmiş şəxs1 dartaraq apardığı zaman Zərərçəkmiş şəxs1nm küçə hissədə yerə yıxılması, Məhkum1 onu buraxmadan əlləri Zərərçəkmiş şəxs1 qollarının bilək nahiyəsindən tutmuş vəziyyətdə yer ilə irəli doğru dartması,... Vüqar Həsəvovun darvazadan həyətə daxil olması, Zərərçəkmiş şəxs1 ayağa qalxaraq darvazadan çöl hissədən Məhkum1 sözlər işlətməsi, Məhkum1 yenidən həyətdən çıxaraq çöl hissədə küçədə dayanmış Zərərçəkmiş şəxs1 hücum etməsi, Zərafət və qonşusu Aytənin onları bir-birindən ayırmağa çalışması, Uqlanbeqi Həsənovanın evin həyətində dayanaraq evin qapısında dayanmış Zərərçəkmiş şəxs2 daş atması, Şahid6 Zərərçəkm iş şəxs1 Məhkum2 uzaqlaşdıraraq darvazadan həyətə doğru Zərərçəkmiş şəxs1 yaşadığı evə doğru aparması, Məhkum1 darvazının içəri hissəsində Zərərçəkmiş şəxs1 hücum etməyə çalışan anası Məhkum2 mane olmağa çalışması, Məhkum1 evə daxil olmaq istəyən Zərərçəkmiş şəxs1 üstünə yenidən hücum etməsi, Məhkum1 Zərərçəkmiş şəxs1 sol qolundan Məhkum2 sağ qolundan tutaraq dartması, Zərərçəkmiş şəxs1 əl-qol hərəkətləri ilə onların qarşısını almağa çalışması, bu vaxt Zərərçəkmiş şəxs2 evin qapısının girişində Zərərçəkmiş şəxs1 içəri salmaq istədikdə Məhkum2 onun sağ qolundan Məhkum1 onun sol qolundan dartaraq çölə çıxararaq həyətə aparması, Məhkum2 iki əli ilə Zərərçəkmiş şəxs1 saçından tutaraq aşağı doğru dartması, Məhkum1 qayıdaraq anasının saçından tutaraq evə daxil olmasına mane olan Zərərçəkmiş şəxs 1 sol qolunun çiyinə yaxın hissəsindən tutaraq onu pilləkəndən aşağıya doğru dartması, Məhkum1 onu buraxaraq geri qayıtması, Zərərçəkmiş şəxs1nın Məhkum2 uzaqlaşmaq istəyərkən onun yenidən M. Hacıyevanın saçını iki əli ilə aşağı doğru dartaraq onu özünə doğru dartması, Şahid6 Zərərçəkmiş şəxs1 və Məhkum2 qollarından tutaraq onları bir-birindən kənarlaşdırmaq istəyərkən Məhkum1 yenidən qapının qarşısında anası tərəfindən saçından tutularaq məcbur saxlanmış Zərərçəkmiş şəxs1 iki əli ilə sol qolundan tutaraq pilləkəndən həyətə doğru dartaraq aparması, pilləkəndən aşağı hissədə Zərərçəkmiş şəxs1 paltarının yaxa hissəsindən tutaraq geriyə və önə dartması, silkələməsi, sonra Zərərçəkmiş şəxs1 pilləkəni qalxaraq evin girişin qapısınınn qarşısında dayanması təsbit edilmişdir. (bax: i.v. 142-143). Diskə baxış protokolundan göründüyü kimi, tərəflər uzun müddətli münaqişə şəraitində yaşasalar da, baş vermiş hadisənin gedişatı və əməllərin törədilmə şəraiti artıq onu şəxsi münasibətlər zəminindən kənara çıxarmış, hadisələrin başlanğıc və davamı ictimai yerdə, yəni evin darvazası olmayan həyətyanı sahəsində və küçədə, eyni zamanda kənar şəxslərin, yəni qonşuların və evdə usta kimi işləyən şəxslərin gözləri qarşısında baş vermiş, ictimai qayda kobud surətdə pozulmuş və cəmiyyətə açıqcasına hörmətsizlik nümayiş olunmuş, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq edilmiş, yalnız qonşuların kənar müdaxiləsi nəticəsində tərəfləri ayırmaq mümkün olmuşdur. Diskə baxış keçirilərkən sadalanan hərəkətlərin təxminən 15 dəqiqədən artıq müddəti əhatə etməsi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara baxmayaraq məhkəmələr bu əhəmiyyətli xüsusatları düzgün dəyərləndirmədən əsassız nəticəyə gəlmişlər. Halbuki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki,... təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə ins anlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmiş şəxsə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum unun B.Yusifovun şikayəti üzrə 17 fevral 2006- cı il tarixli Qərarında göstərilir ki, «xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir». Həmin qərarda göstərilir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Lakin, məhkəmələr nəzərə almamışlar ki, mübahisə zamanı ictimai qayda pozulubsa və cinayət qanunvericiliyində nəzərdə tutulmuş nəticələrdən biri baş vermişdirsə, artıq "xuliqanlıq" cinayəti mövcuddur və başa çatmışdır. Hətta şəxsi, ailə münasibətləri zəminində baş vermiş hadisə zamanı, habelə qisas niyyətilə törədilən əməl asanlıqla "ictimailik" əlam əti qazana və istənilən əməl "xuliqanlıq" cinayətinə çevrilə bilər. Bu baxımdan sırf hadisənin törədilmə yeri bu meyarın qiymətləndirilməsi üçün başlıca element sayıla bilməz, əsas meyar odur ki, şəxsin hərəkətlərinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vurması, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunubolunmaması araşdırılsın. Beləliklə, hazırki hadisədə xuliqanlıq cinayətinin bütün tərkib ittihamda qeyd olunan tövsifedici əlamətlərinin olması iş üzrə dindirilmiş şəxslərin, məhkəmə-tibbi ekspertizasının rəyləri, diskə baxış protokolu, eləcə də işin digər faktiki halları ilə sübuta yetirilməsinə baxmayaraq, məhkəmələr Məhkum1 və Məhkum2 cinayət əməllərini CM-in 221.2.1 və 221.2.2-ci maddələrindən həmi n Məcəllənin 128-ci maddəsinə tövsif etməkdə haqlı mövqedə olmamışlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və qərarın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni baxışa qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində göstərmişdir ki, Xuliqanlıq cinayətinin əlamətləri CM-in 221.1-ci maddəsinin dispozisiyasında tam ətraflı göstərilmişdir. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Məhkum1 əməllərində isə qeyd edilən cinay ətin bütün əlamətləri vardır. Hadisəni özündə əks etdirən videogörüntüyə baxış keçirilən zaman görünür ki, təqsirləndirilən şəxslər mənim yaşadığım evə gələrək məni döyürlər və sürüyərək həyətdən çölə ictimai yerə çıxarır. Bu əməllər xuliqanlıq deyil bəs nədir? Əgər şəxsin niyyəti cəmiyyətə açıqca hörmətsizlik etmək deyilsə niyə məni ictimai yerə sürüyür. Mənim təqsirləndirilən şəxslərə qarşı hansı qanunsuz hərəkətlərim olmuşdur ki, onlar məni sürüyərək ictimai yerə aparmışlardır. Biz evə gəldikdən sonra da onların həyətdə səsləri küyləri kəsmir. Təqsirləndirilən şəxslərin əməllərində birmənalı olaraq xuliqanlıq cinayətinin əlamətləri vardır. Mübahisənin səbəbi mən olsaydım mən onların evinə gedərdim. Məhkəmən qanunsuz olaraq qeyd edir ki, şəxsin qəsdi ictimai qaydalara deyil, zərərçəkmi ş şəxslərə qarşıdır. Əgər onun qəsdi təkcə bizə qarşıdırsa niyə məni ictimai yerə, insanların çox olduğu yerə sürüyür?, Mən evə daxil olduqdan sonra da həyətdə qanunsuz səs küy salmasını davam etdirir. Bizim təcili tibbi yardım çağırmağımız nəticəsində evə gələn tibbi işçilər gəlməsəydi təqsirləndirilən şəxslərin və digər şəxslərin qanunsuz əməlləri davam edərdi. Tibb işçiləri də hər şeyə şahid oldular. Bizim çağırımışa heç bir polis əməkdaşı gəlmədi. Hesab edirəm ki, məhkəmə tərəfindən maddi və prosessual hüqub normaları pozulmuşdur. Bir ilə yaxın məhkəmə prosesinin gecikdirilməsində və yekunda belə ədalətsiz hökm qəbul edilməsində sədrlik edən hakimin marağı nədən ibarətdir. Hesab edirəm ki, bu qədər qanunsuz iş aparan hakim barəsində mütləq xüsusi qərar qəbul edilməli və hakim cəzalandı rılmalıdır. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid6, Şahid4, Şahid3, Şahid1, Şahid5 məhkəəтə iclasında yalan ifadələr verməsi müəyyən edilmişdir. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi zəruri olmuşdur. Bu barədə vəsatət verərək bu halları məhkəmənin diqqətinə çatdırmağıma baxmayaraq məhkəmə tərəfindəeu həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər görülməmişdir. Bundan başqa anama qarşı təqsirləndirilən şəxslərin qəsdi yönəldiyi halda və ona qarşı xəsarətlər yetirmələrinə baxmayaraq məhkəmə tərəfinden anam Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmişdir. Bundan başqa təqsirləndirilən şəxs Məhkum2 əvvəllər məhkum edilmişdir. Əvvəllər məhkum edilmiş şəxsə məhkəmə tərəfindən islah işləri kimi yüngül cəzanın təyin edilmə si ədalətli yanaşma olmamışdır. Bundan başqa mənim azyaşlı uşaqlarımın gözü qarşısında xüsusi amansızlıqla mənə qarşı cinayət edən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və cəzanın şərtlərinin bu qəder yüngül təyin edilməsininin səbəbi hələ də mənə məlum deyil. Göründüyü kimi hakim tərəfindən belə bir qərarın qəbul edilməsinə hər hansı bir formada təsir olmuş və hakimin xüsusi marağı olmuşdur. Mən Suraxanı Rayon Məhkəməsinin sədrinin qəbulunda olan zaman sədrin özü mənə bildirmişdir ki, hökm apellyasiya məhkəməsində və ali məhkəmədə qüvvəsində qalacaqdır. Suraxanı Rayon Məhkəməsinin sədrini belə bir ifadəni işlətməyə vadar edən nədir? Apellyasiya məhkəməsinin və Ali Məhkəmənin hansı qərar qəbul edəcəyini necə müəyyən edir və yaxud belə bir ifadə işlədərkən kimə və nəyə güvənir? Bundan başqa mən bizə qarşı cinayət törədən digər şəxslər Şahid1 dostu Rafiq və taksi sürücüsü Rəcəb adlı şəxslərin də şəxsiyyətlərinin tam müəyyən edilərək məsuliyyətə cəlb edilməsi barədə vəsatətim məhkəmə tərəfindən formal olaraq təmin edilsə də zəruri heç bir addım atılmamışdır. Ancaq onlar da bizə məxsus olan evə basqına gəlmiş və cinayətin birbaşa iştirakçısı olmuşlar. Təqsirləndirilən şəxslər həmişə mübahisə zamanı bildirirdilər ki, mən həbs edilməyəcəm. Həmin şəxslərin məhkəmə qərarı barədə bir belə özlərindən əmin şəkildə danışmaları məndə əsaslı şübhələr yaratmışdır. Həmin şübhəmi isə uzun zamandır uzanan məhkəmə prosesinin Şahid5n evi satıldığı vaxtdan sonra qısa vaxtda yekunlaşması daha da artırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellasiya Məhkəməsinin 3 iyul 2024-cü il tarixli tarixli qərarının ləğv edilməsini, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 CMin 221.2.1 və 221.2.2 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmək cəzsına məhkum edilmələrinə dair qərar qəbul edəsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyət i üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı protestdə məhkumlar Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirir. Zərərçəkmiş şəxsdə kassasi ya şikayətində törədilən cinayət əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu məna da ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiy yəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsində: 221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmə tsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərmin manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2. Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müdd ətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tə ləbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmələri barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə k ollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onların təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiya sı məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxslərin onlara həmin qərarla istinad edilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni Məhkum1 və Məhkum2 əsassız olaraq CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət məs uliyyətinə cəlb edilməmələri iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində əsassız olaraq Məhkum1 və Məhkum2 CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməmələri barədə göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıd ır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə ba ğlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses o lub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməllərinin tövsifində səhvə yol verməmiş, dövlət ittihamçısının və zərərşəkmiş şəxsin bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslə r tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyat a keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya protestinin və kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqi q etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi il ə təqsirli bilinib məhkum edilmələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1517/2024 saylı, 3 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-97/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-97/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver