Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-970/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum, müdafiəçi X7 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Balakən Rayon Məhkəməsinin (hakim Səlimov Hümbət Qamuna oğlu) 17 oktyabr 2018-ci il tarixli hökmü ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu Bayan kəndində yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 22 aprel 2018-ci il tarixdən 01 may 2018-ci il tarixə kimi həbsdə saxlandığı 09 gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzаnın müddətinə hesаblаnmаqlа həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 4 il 11 аy 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 17 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X15, X3 və X14 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Elçin Şirin oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə) 29 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya qərarının dəyişdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 2017-ci ilin noyabr ayında tanışı Şəmkir rayonu Zəyəm-Çırdaxan kənd sakini olan və Şəmkir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 və 240.1-1-ci maddələri ilə məhkum olunmuş X6 evindən götürərək satış məqsədi ilə əldə etdiyi 300 Azərbaycan manatı dəyərində, texniki qurğu vasitəsilə komputerə köçürülərək qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş saxta pul əskinazlarını 2017-ci ilin noyabr ayında Ba kı şəhərində tanışı X2 üçün vermişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq prosessual qanunvericilik pozuntularına yol verilməklə qeyri-obyektiv aparılmış, məhkəmələr tərəfindən işin hallarına düzgün qiymət verilmədən ədalətsiz qərar çıxarılmışdır. Məhkum məhkəmələr tərəfindən cəza təyini zamanı cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanın yeni qanuna əsasən həddini, şəxsiyyətini, ağır ailə vəziyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsinin və digər yüngülləşdirici halların nəzərə alınmadığını qeyd edərək, kassasiya şikayətinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilməsini və alter nativ cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəll ənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kollegiya hesab edir ki, İşin məhkəmələr tərəfindən tədqiq edilmiş halları ilə müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq olunmuş, məhkumun istinad edilən cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunmuşdur. Məhkumun cinayət əməli düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təs iri nəzərə alınır. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanununun 1.61.7-ci maddəsinə əsasən “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-cı maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır;
2. Bu Məcəllənin 177182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, məhkumun təqsirli bilindiyi cinayət əməli həmin Qanunun təsiri altına düşmədiyindən qanunun tətbiqinə əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsinin sanksiyasında 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza növü qeyd olunmamışdır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hal lar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Balakən Rayon Məhkəməsi 17 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən onun ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlük əlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş yuxarıda sadalanan halların məcmusu cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcudluğuna əsas verməmişdir. Ona görə də, cinayət işinə baxan məhkəmələr tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmədiyindən bu barədə də kassasiya şikayətinin dəlili təmin edilməməlidir Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar və təqsirli bilind iyi Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi nəzərə alınmaqla Məhkum alternativ cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2019cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiy ası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.