Məhkəmə qərarları › İş №1(102)-970/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-970/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-970/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Elmin Rüstəmov, hakimlər Faiq Mahmudov və Xəqani Səmədovdan ibarət tərkibdə) 1(100)-230/2020 nömrəli 15 oktyabr 2020-ci il tarixli hökmü ilə 20 dekabr 1996-cı i tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olman Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 1 (bir) gün müddət ona təyin olunan cəza müddət inə hesablamaqla, üzərində qəti olaraq 07 (yeddi) il 10 (on) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 14 noyabr 2019-cu il tarixdə, saat 22:00 radələrində Tovuz şəhərində yerləşən “Bəy” kafesində keçirilən toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra şəhərin “Öysüzlü döngəsi” adlanan ərazisində yerləşən X2 məxsus çayxanaya gəlib orada tanışı X3 10-15 manat məbləğində borca pul istəmiş, həmin vaxt dost kimi qəbul etdiyi Kənan Mirzəyevin ona uca səslə “pulum var, vermirəm” cavabı verməsini və ətrafdakı şəxslərin onun pula ehtiyacı olduğunu bilmələrini öz şəxsiyyətinin alçaldılması kimi qəbul edərək əsəbiləşib sonuncu ilə çayxanadan çıxıb piyada yanaşı hərəkət etdikləri zaman Kənan Mirzəyevlə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifətindən bir dəfə yumruqla vurduqda Kənan Mirzəyev qohumu X6 zəng edərək baş verənlər barədə məlumat verdikdən sonra Nizami baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün Kənan Mirzəyevin yanına gəldikdə o, Nizami Vəliyevin gəldiyini görərək onunla təklikdə “söhbət” etmək üçün sonuncunu kənara dəvət edib onunla birlikdə Tovuz şəhəri M.H.Şəhriyar küçəsində yerləşən musiqi məktəbinin sağ tərəfində yerləşən “Künbəz” adlanan çayxana istiqamətində irəliləyərkən saat 22:30 radələrində Nizami Vəliyevin onunla aqressiv danışması və çayxananın yaxınlığ ına çatdıqda onun boğazından tutub sıxmasından hiddətlənib sonuncunu qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əynindəki gödəkcənin iç cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı səyahət bıçağını çıxarıb Nizami Vəliyevin bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olan döş qəfəsinin sol yan divarının kəsilmiş yarası və dərəcəsi təyin olunmayan alt çənənin sol yarısının səthi kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, həmin vaxt hadisə yerinə gələn X8 ona növbəti zərbələr yetirməsinə imkan verməyib qucaqlayaraq onu zərərsizləşdirdiyindən, habelə X13 Mirzəyev tərəfindən vaxtında Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək X7 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-91/2021 nömrəli 19 fevral 2021-ci il tarixli qər arı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə o, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 1 (bir) gün müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Qalib Rizvanov verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 fevral 2021-ci il tarix li qərarı ləğv edilsin və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Qalib Rizvanov kassasiya protestini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin 19.02.2021-ci il tarixli qərarı əsassızdır. Cinayətə cəhdin mümkün formaları əsasında qeyd olunmalıdır ki, şəxsin zəruri saydığı əməlin müəyyən hissəsini yerinə yetirə bilməməsi, buna görə də cinayətin başa çatmaması ilə xarakterizə olunan “cinayətə bitməmiş cəhd”dən fərqli olaraq, şəxs cinayəti başa çatdırmaq üçün zəruri saydığı və obyektiv olaraq cinayətin başa çatması üçün kifayət hesab edilən hərəkətləri edir, lakin onun iradəsindən asılı olmayaraq ictimai təhlükəli nəticə baş vermirsə bu hal “cinayətə cəhdin bitmiş forması” nı göstərir. Araşdırılan halda Məhkum tərəfindən bilavasitə cinayətin törədilməsinə yönəlmiş hərəkət tam və ya qismən hər bir halda icra olunmuş və həmin andan onun əməlində qəsdən adam öldürməyə cəhd cinayət tərkibi mövcud olmuşdur. Bundan sonra zərərçəkmiş şəxsin ölüb-ölməməsi onun iradəsindən asılı olmamışdır. Məhkəmə-tibbi ekspertizasının rəyindən də göründüyü kimi hadisə nəticəsində Nizami Vəliyev döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası, döş qəfəsinin sol yan divarının kəsilmiş yarası, alt çənənin sol yarısının səthi kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarət almış, bu da məhkəmə kollegiyasının Məhkum Nizami Vəliyevi qəsdən öldürmək niyyətində olmaması barədə gəldiyi nəti cəyə uyğun olmadığını, Məhkum tərəfindən bilavasitə cinayətin törədilməsinə yönəlmiş hərəkətin həyat üçün mühüm orqanların yerləşdiyi nahiyəyə yetirilməsinin ictimai təhlükəli olduğunu dərk etdiyini və onun nəticələrini qabaqcadan gördüyünü təsdiq edir. Bundan başqa, zərərçəkmiş və şahid ifadələri ilə müəyyən edilir ki, Məhkum əlindəki bıçaqla Nizami Vəliyevi vurandan sonra, Nizami əlini döşünə tutub kənara çəkilmiş, Orxan Nizamiyə yenidən bıçaqla xəsarət yetirmək istədikdə Ramal onu qucaqlayıb “sən neyləyirsən” deyərək onun üstünə qışqırıb kənara çəkəndə Orxanın bıçağı yerə düşmüş, Aqil Həsənov bıçağın yerə düşdüyünü görüb dərhal bıçağı yerdən götürüb kənara tullamış, Nizami Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım gös tərilməsi nəticəsində həyatı xilas edilmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Məhkum Nizami Vəliyevlə hadisədən əvvəlki qarşılıqlı münasibətləri, birincinin zərərçəkmiş şəxsi bıçaqla qəfil həyat üçün mühüm orqanların yerləşdiyi döş qəfəsindən vurması, yetirilən xəsarətin “həyat üçün təhlükəli olan ağır zərər vurma” ilə xarakterizə olunması, növbəti zərbələrin yetirilməsinə imkan verilməməsi və zərərçəkmiş şəxsə ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi təqsirkarın niyyətinin məhz zərərç əkmiş şəxsi öldürməyə yönəlməsini təsdiq edir. Məhkəmə kollegiyası isə cinayət işi üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, həmin xüsusatlar üzrə tədqiq olunan sübutları düzgün qiymətləndirməyərək qeyri obyektiv nəticəyə gələrək Məhkum əməlini CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etməklə birinci instansiya məhkəməsinin cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanan nəticəni qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 19 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya məhkəməsinə qaytarılsın. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırmaması, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və Məhkum əməlinin təqsirli bilindiyi CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi cinayət işinə ittiham daxilində baxaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilib məhkum etmişdir. Birinci instansiya məhkəməsi məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini və ekspertiza rəyini və iş üzrə digər prosessual sənədləri əsas götürərək məhkumun əməlini həmin maddə ilə tövsif etmişdir. İş dən görünür ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürməyə cəhd əməlinə görə ittiham verilmiş, birinci instansiyası məhkəməsi məhkumun ittihamı təsdiq etməklə Məhkum cəza təyin etmiş, lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayaraq təqsirləndirilən şəxsin əməlini qəsdən zərərçəkmiş şəxs sağlamlığina ağır zərər vurma kimi CM-in 126.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum zərərçəkmiş şəxs X7 qəsdən həyatdan məhrum etmək (öldürmək) məqsədi güdməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsə qəsdən insan həyatı üçün təhlükəli olan bədən xəsarəti yetirildiyi halda əməlin Azərbayca n Respublikası CM-in 126ci və ya CM-in 29,120.1-ci maddəsi ilə tövsif edilməsi subyektiv cəhətdən asılı olaraq həyata keçirilir. Belə ki, təqsirkar şəxs bu əməli adamı qəsdən öldürmək niyyəti ilə törətmişsə əməl Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə niyyətin müəyyən edilməməsi əməlin Azərbaycan Respublikası CM-in 29,120.1ci maddəsi ilə tövsif etməsini istisna edir, bu əməl CM-in 126-cı maddəsi ilə tövsif edilməlidir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın öz cinayət niyyətinin başa çatması üçün imkanının olub-olmaması nəzə rə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsində dindirilmiş Məhkum ifadəsində göstərdi ki, o, Nizami Vəliyevlə mübahisə edəndən sonra Nizami onun boğazından tutduğu üçün o, əynindəki gödəkcənin cibində olan qatlanan cib bıçağını çıxarıb bıçaqla Nizaminin bədənindən bir neçə dəfə vurmuşdur. Nizami boyda ondan xeyli böyük olduğuna görə bıçağın onun bədəninin hansı hissələrinə dəydiyinin fərqində olmamış, lakin bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamışdır. Ümumiyyətlə həmin vaxtı, nə hərəkət etdiyini heç özü də dərk etməmişdir. Həmin vaxtı uşaqlardan kimsə qışqırıb “ay Orxan dayan bıçaq dəydi” deyən zaman kimsə bıçağı əlindən almış, bıçağı kimin əlindən aldığını bilməmişdir. Nizami ondan aralanıb getmiş və hadisə yerinə gələn polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Nizamini vurduğu bıçağı sonradan polis şöbəsində görmüş, belə başa düşmüşdür ki, onu Aqil aparıb polisə təhvil vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 göstərmişdir ki, mübahisə zamanı o, Məhkumı boğazından tutmuş, Orxan isə qəflətən bıçaqla onun sol döş nahiyəsinə bıçaqla 3 zərbə vurmuş, həmin vaxt hadisə yerində olan Ramal adlı oğlan Orxanı tutub onu vurmağa qoymamışdır. Bundan başqa birinci instansiya məhkəməsində dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, o hadisə yerinə gəlib çatanda Məhkum artıq əlindəki bıçaqla Nizam Vəliyevi vurduğunu görmüş, Nizami Vəliyev əlini döşünə tutub kənara çəkilmiş, Məhkum Nizami Vəliyevə yenidən bıçaqla xəsarət yetirmək istədikdə onu qucaqlayıb “sən neyləyirsən” deyərək onun üstünə qışqırıb kənara çəkəndə Məhkum bıçağı yerə d üşmüş, Nizami Vəliyevi isə kimlərsə xəstəxanaya aparmışdır. Polis əməkdaşlarının yaxınlaşdıqlarını görəndən sonra o, Məhkum buraxmış və öz iş yerinə qayıtmışdır. Hadisənin qeyd olunan kimi baş verməsini şahid X10 da təsdiq etmişdir. Məhkəmə-tibb ekspertizasının 22 noyabr 2019-cu il tarixli 732 №-li ekspert rəyindən görünür ki, X5 döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası, döş qəfəsinin sol yan divarının kəsilmiş yarası, alt çənənin sol yarısının səthi kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 14.11.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X5 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər iti kənara malik əşyanın (alətin), eləcə də bıçağın tiyəsinin deşici-kəsici və kəsici hissəsindən əmələ gəlməsi inkar edilmir. Əlavə məhkəmə-tibb ekspertizasının 22 iyul 2020-ci il tarixli 04 saylı rəyindən görünür ki, X5 döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası, döş qəfəsinin sol yan divarının kəsilmiş yarası, alt çənənin sol yarısının səthi kəsilmiş yarası. Qeyd edilən xəsarətlər iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovux RMXna gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 14 noyabr 2019-cu il tarixdə əmələ gəlmişdir. Həmin xəsarətlərdən döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yan divarının kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, alt çənənin sol yarısının səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Kollegiya qeyd edir ki, iş üzrə məhkəmə-tibb ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, hadisə zamanı Məhkum zərərçəkmiş şəxs Nizami Vəliyevin həyatı üçün mühüm orqanların yerləşdiyi nahiyəyə bıçaqla bir neçə dəfə vurmuşdur. Məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən is ə görünür ki, Məhkum tərəfindən zərərçəkmişə 3 bıçaq zərbəsi vurulduqdan sonra Nizami Vəliyev əlini döşünə tutub kənara çəkilmiş, bundan sonra da Məhkum Nizami Vəliyevə yenidən bıçaqla vurmaq istəmiş, lakin R.Q.Qarayevin onu qucaqlayıb kənara çəkməsi və bıçağın yerinə düşməsi nəticəsində bunu edə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əməlin tövsifini dəyişərkən cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyek tiv yoxlamamış, onları müqayisəli sürətdə qiymətləndirməmiş, qəbul etdiyi qərarı kifayət qədər əsaslandırmamışdır. Belə ki, cinayət işi üzrə toplanmış sübutları ilə müəyyən edilmişdir ki, hadisə vaxtı zərərçəkmiş ağır bədən xəsarətin alınması ilə əlaqədar əlini döşünə tutub kənara çəkdikdən sonra da Məhkum Nizami Vəliyevi bıçaqla vurmaq istəmiş lakin Ramal Qarayev tərəfindən arxadan tutub saxlandığı üçün öz ictimai təhlükəli əməlini davam etdirməyə macal tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini tövsif edərək işin bu vacib halına düzgün qiymət verməmişdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslıdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutların tədqiq edilməsi və qiymətləndirilməsi barədə cinayət prosessual qanunların normaları düzgün tətbiq edilməmişdir. Ona görə də verilmiş kassasiya protesti təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum haqqında 19 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15. və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 fevral 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar