Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-970/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2240/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Məhkəməsinin (sədrlik edən hakim Mətanət Hacıyeva) 13 avqust 2024-cü il tarixli 1(007)-415/2024 nömrəli qərarı ilə xx xxx 1989-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs polis mayoru rütbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsində xidmət edərkən tanışı Zərərçəkmiş şəxs övladı Şahid1 tanışları vasitəsi ilə Şəki rayonu, Orta Zəyzid kənd məktəbinə müəllimə kimi işə qəbul etdirəcəyinə dair vəd verib tanışı Şahid2 vasitəsi ilə X2 bu məsələni 5000 manat müqabilində həll edəcəyini razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə sonuncunun qızının müəllimə kimi işə qəbul edilməsi üçün guya 12000 manat məbləğində pul istənilməsi, həmin pulun 8000 manatının əvvəlcədən, 4000 manatının isə iş düzələndən sonra ödənilməli olması barədə Zərərçəkmiş şəxs yalan m əlumat verib aldadaraq, etibarından sui-istifadə etməklə 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94 ünvanında yerləşən “Köhnə Bakı” adlı kafedə Zərərçəkmiş şəxs 8000 manat məbləğində nağd pul vəsaitini alıb, 5000 manatını Kənan Qasımova çatdırılması üçün Şahid2 verərək Zərərçəkmiş şəxs məxsus həmin pulun 3000 manatını ələ keçirib dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murad Məmmədov (sədrlik edən və məruzəçi hakim), Qədim Babayev və Zamin İbrahimov) 17 oktyabr 2024cü il tarixli 1(103)-2240/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(007)-415/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2240/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif olunmamış, düzgün olmayaraq ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Onun barəsində daha ağır maddə ilə ittiham irəli sürülməli idi. Çünki həm ibtidai istintaqda, həm də ki, məhkəmədə Təqsirləndirilən şəxs özü 8000 manat pulu ondan aldığını etiraf etmişdir. Təqsirlən dirilən şəxs qızı Şahid1 işə qəbul edilməsi vədi ilə onu aldadaraq 8000 manat pulumuzu ələ keçirməklə bizə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ondan aldığı 8000 manat pulun bir hissəsini kimə verəcəyi barədə məlumatı da olmayıb. Belə olan halda nəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs bu cinayət əməlini törədərkən qabaqcadan başqası ilə əlbir olmuş və öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Belə ki, 12 iyun 2024-cü il tarixli ittiham aktından da göründüyü kimi Təqsirləndirilən şəxs 2012-ci ildən 13 aprel 2023-ci il tarixinədək Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, 2016-cı ilin aprel ayında DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhl ükəsizlik Şöbəsinin baş inspektoru vəzifəsinə təyin olunmuş, 13 aprel 2023-cü il tarixdə həmin vəzifədən azad olunmuşdur. Göründüyü kimi cinayət hadisəsini törədərkən, onun 8000 manat pulu mənimsəyərək ona xeyli miqdarda ziyan vurarkən Təqsirləndirilən şəxs daxili işlər orqanlarında vəzifədə olmuşdur və hadisəni törədərkən qulluq mövqeyindən istifadə etmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi məsələsi həll edilərkən əvvəllər çıxarılmış qərarların qanuniliyinə, şəxsə qarşı irəli sürülmüş ittihamın qanuni və əsaslı olub-olmamasına, onun əməllərinin hüquqi tövsifinin düzgünlüyünə və cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin düzgün hesablanmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfind ən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmamış, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə tövsif etmişlər. Zərərçəkmiş şəxs fikrincə Təqsirləndirilən şəxs əməli daha ağır, yəni Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 178.2.3-cü maddələri ilə tövsif edilməli idi. Belə ki, həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan 8000 manat pul aldığını etiraf etmiş, həm də Təqsirləndirilən şəxs bu əməli tək deyil digər şəxslə qabaqcadan əlbir olaraq və öz qulluq mövqeyindən istifad ə etməklə törətmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, hazırkı cinayət işi Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda əmlakın aldatma yolu ilə ələ keçirilməsi faktı üzrə başlansa da, istintaq orqanı nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 8000 manat puldan yalnız 3000 manat miqdarında pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Zərərçəkmiş şəxsə məxsus qalan 5000 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi ilə əlaqədar X2 barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Həmin cinayətin Təqsirləndirilən şəxs və K.N.Qasımov tərəfindən bir qrup şəxs halında törədilməsi müəyyən edilməmişdir. Həmçinin dələduzluq cinayət əməli törədərkən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməsi də müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə ir əli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. İşdən görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham irəli sürülüş və həmin maddə ilə o məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı nə dövlət ittihamçısı, nə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatetlər verməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri nəticəsində Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində ziyan vurması təsdiq edildiyindən məhkəmə həmin ittihamı sübuta yetirmiş hesab edərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası istintaq o rqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın həcmini və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmədə cinayət işinə Təqsirləndirilən şəxs barəsində yalnız irəli sürülmüş ittihamın daxilində baxılması əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyəti nə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini 08 iyul 2022-ci il tarixdə törətmiş, onun barəsində qərar isə 13 avqust 2024-cü il tarixdə çıxarılmıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi ü zrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində olan cinayət işinin icraatına xitam verilməsinə razılıq vermişdir. Odur ki, hazırkı cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə çıxarılmış qərarın ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclasına göndərilməsi barədə dəlilləri əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə i btidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhku m Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2240/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-970/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-970/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver