Məhkəmə qərarları › İş №1(102)-971/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-971/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-971/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun, Məhkum2 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əliyeva Sara Vaqif qızının iştirakları ilə xx xxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə xx xxxxxx 1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin Dəllər sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən, ünvan2 yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 31 4.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakim N.Paşayev), Məhkum1 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qanuni nümayəndə barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərt i hesab edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə və mülki cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov), apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Ali Məhkəmənin Cinayət Kollegiyasının 02 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), F.A.Kərimov və Ə.Ə.Novruzov), apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarı ləğv edilmiş və cinayət işi apellyasiya məhkəməsinə təkrar baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə), mülki cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti tə min edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 və Məhkum2 CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş 1 il sınaq müddəti 2 ilə artırılmaqla, CM-in 46.2-ci maddəsinə əsasən Məhkum1 və Məhkum2 2 il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmişlər. Mülki iddianın təmin edilməyən hissəsi baxılmamış saxlanılmış və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia vermə hüququ olduğu izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 12 iyun 2018-ci il tarixdən hazırkı dövrə kimi Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyərkən işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək səhlənkarlıq etməklə, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nm 3.1.11 bəndini, «Elektrik qurğularının quraşdırma qaydalarının 1.1.32 bəndini, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydalarının 5.4.15 bəndini, Rayon Elektrik Şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 4, 6, 19, 23 bəndlərini pozmaqla, 110/10 kY Şampanzavod Yarmıstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/100Kva transformatorun vəziyyətinə nəzarət etməklə bu barədə aktlar tərtib etmədiyinə, transfor matora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsinin təmin olunmadığını bilməsinə baxmayaraq, hərəkətsizlik edərək hər an kənar şəxslərin, xüsusilə məktəbin həyətinin yaxınlığı olduğundan, şagirdlərin həmin transformatorun tam bağlanmayan qapısından transformatora daxil olmaqla yüksək gərginliyin altına düşərək onları elektrik cərəyanı vurub öldürə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyərək həmin elektrik transformatorunun mühafizə çəpərinin (gövdə təbəqələrinin) və qapılarının bərpa edilməsini, transformatora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsini təşkil etməməklə təhlükəsiz istismar edilməsini təmin etməmiş, nəticədə onun ehtiyatsızlığından Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini və Şəmkir rayonu, Bəhlul Rüstəmov adına Dəllər-Cəyir kənd tam orta məktəbinin 4-cü sinif şagirdi Zərərçəkmiş şəxs 25 fevral 2019-cu il tarixdə, saat 15 radələrində sinif yoldaşları ilə gizlən-qaç oynayarkən gizlənmək məqsədilə 110/10 kV Şampanzavod Yarımstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/100kVA transformatora maneəsiz daxil olaraq gizlənmək istəyərkən onu elektrik cərəyanı vurmuş, nəticədə Zərərçəkmiş şəxs sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən dezartikulyasiyası ilə nəticələnən sol yuxarı ətrafın və kürək nahiyəsinin İV dərəcəli yanıqları, yəni ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmamaqla (75 faiz) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır z ərər vurmaya aid edilən xəsarətlər almışdır. Məhkum2 15 aprel 2015-ci il tarixdən hazırkı dövrə kimi Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin Dəllər sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyərkən işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək səhlənkarlıq etməklə «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.1.11-ci bəndini, «Elektrik qurğularının quraşdırma qaydaları»nın 1.1.32-ci bəndini, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları»nın 5.4.15-ci bəndini, Rayon Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə Sahəsinin ustasının vəzifə təlimatının 6, 7, 12, 32 və 37-ci bəndlərini pozmaqla, 110/10 kV Şampanzavod Yarımstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xətt indən qidalanan 5040233/100kVA transformatorun qapılarının qıfılla bağlanması, transformatora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsinin təmin olunmadığını bilməsinə baxmayaraq, hərəkətsizlik edərək hər an kənar şəxslərin, xüsusilə məktəbin həyətinin yaxınlığı olduğundan şagirdlərin həmin transformatorun tam bağlanmayan qapısından transformatora daxil olmaqla yüksək gərginliyin altına düşərək onları elektrik cərəyanı vurub öldürə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyərək həmin elektrik transformatorunun mühafizə çəpərinin (gövdə təbəqələrinin) və qapılarının bərpa edilməsini, eləcə də transformatorun ön hissəsində olan qapısının qıfılla bağlanılmasını, transformat ora baxışların keçirilməsi, həmçinin transformatora mühafizə aparatlarının birləşdirilməsini təşkil etməməklə təhlükəsiz istismar edilməsini təmin etməmiş, nəticədə onun ehtiyatsızlığından Şəmkir rayon rayonu, Bəhlul Rüstəmov adına Dəllər-Cəyir kənd tam orta məktəbinin 4-cü sinif şagirdi Zərərçəkmiş şəxs 25 fevral 2019-cu il tarixdə, saat 15 radələrində sinif yoldaşları ilə gizlən-qaç oynayərkən kV-luq Şampanzavod Yarımstansiyasından çıxan, 10 kV-luq Dəllər-Cəyir hava xəttindən qidalanan 5040233/1 00kVA transformatora maneəsiz daxil olaraq gizlənmək istəyərkən onu elektrik cərəyanı vurmuş, nəticədə Zərərçəkmiş şəxs sol yuxarı ətrafın bazu oynağı səviyyəsindən dezartikulyasiyası ilə nəticələnən sol yuxarı ətrafın və kürək nahiyəsinin İV dərəcəli yanıqları, yəni ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmamaqla (75 faiz) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən apellyasiya məhkəməsinin baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin həmin qərarı məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilməsi hissəsində qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə Məhkum1 və Məhkum2 cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayət əməlinin obyektinin dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının normal fəaliyyətinin və vətə ndaşların və təşkilatların hüquqları və mənafeləri, həmçinin dövlət və cəmiyyətin qanunla qorunan mənafeləri, əlavə obyekti isə insanın həyat və sağlamlığı olmasını, az ağır cinayətlər təsnifatına daxil olmasını, həmin əməlin ağır nəticələrə səbəb olmasını nəzərə almamış və onlara təyin etmiş olduğu cəzanı şərti olaraq tətbiq etməkdə haqlı olmamışdır. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə həm Məhkum1, həm də Məhkum2 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətmələrini, zərərçəkmiş şəxslə barışmağa cəhd etmələrini, təqsirlərini etiraf edərək səmimi peşmanlıq keçirmələrini onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alarkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, törədilmiş cinayət, hadisələrin təsadüfi axarı zəminində deyil, Qanuni nümayənd ə və Məhkum2 uzun müddət ərzində işə laqeyd və vicdansız münasibəti nəticəsində baş verimiş, təqsirləndirilən şəxslər ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutlar nəticəsində ifşa olunduqdan sonra özlərini qismən təqsirli bilmişlər. Dövlət ittihamçısının fikrincə, sadalanan hallar apellyasiya instansiya məhkəməsinin qərarının məhkumlara cəza təyini hissəsində əsassız olduğunu göstərir və həmin qərarın ləğv edilməsi üçün əsasdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədli və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, kassasiya protestinin təmin edilməməsi barədə məhkumlar Qanuni nümayəndə, Məhkum2, müdafiəçilər A.Hüseynov və S.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydası nda hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş protestdə məhkumlar Məhkum1 və Məhkum2 apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanın yüngül olması mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi – Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və y a beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edi lmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 70-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzaların ın təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırl aşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqları nı gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsini n 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə c inayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cina yətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamalarını, ilk dəfə öz xarakterinə görə ehtiyatsızlıqdan az ağır cinayət törətmələrini, əməllərini etiraf edib, hərəkətlərindən səmimi peşman olmalarını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmağa cəhd etmələrini, ailənin yeganə qazanc gətirən üzvü olmalarını və Qanuni nümayəndə himayəsində 2 azyaşlı övladının olmasını cəzalarını yüngülləşdirən hallar kimi və cəzalarını ağırlaşd ıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təyin edilmiş CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti və CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzası maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları onlara təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhl ükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nə zərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar